Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix08.08.2018
ölçüsü1,79 Mb.
#61988
1   ...   11   12   13   14   15   16   17   18   19

Ölkə  səviyyəsində  aqrar  sahənin  problemlərinə  həsr 

olunan  müşavirələrin  əksəriyyətinin  iştirakçısı  olan  A.  İ. 

Məmmədov bir çox xarici dövlətlərdə də aqrar iqtisad elmini 

layiqincə  təmsil  etmişdir.  (AFR,  Böyük  Britaniya,  İran, 

Rumıniya və s.)

2001-ci  ilin  iyun  ayında  Azərbaycan  Milli  Elm lər 

Akademiyasınm müxbir üzvü seçilmişdir.

Mirzəyev Soltan Abbas oğlu

Soltan 


Abbas 

oğlu  Mirzəyev 

1912-ci  ildə Bakınm Nardaran kəndin- 

də  anadan  olmuşdur.  Orta  məktəbi 

bitirdikdən  sonra  mühasibat  uçotu 

kursunda  oxumuşdur.  Bir  müddət 

Kürdəmir  rayonunda  mühasib  işləyən 

S.Mirzəyev  Politexnik  İnstitutunun 

“Kənd  təsərrüfatı”  şöbəsinə  daxil 

olmuş,  Kənd təsərrüfatı  institutunun  yaranması  ilə  əlaqədar

təhsilini  Kirovobad  şəhərində  fərqlənmə  diplomu  ilə  başa 

vurmuşdur.  İnstitutu  qurtardığı  ildə  S.A.Mirzəyev  Kənd 

təsərrüfatı  institutuna  direktor  təyin  edilmişdir.  Həmin 

institutda  müvəffəqiyyətlə  işləyən  S.Mirzəyev  bacanğı, 

təşkilatçılıq  qabiliyyəti, 

prinsipiallığı 

nəzərə 

alınaraq


respublikanm 

mühüm 


idarə 

orqanlarmda 

pillə-pillə 

yüksəlmiş,  Torpaq  Nazirliyində  idarə  rəisi,  nazir  müavini, 

nazir, 

sovxozlar 



naziri 

və 


s. 

vəzifələrdə 

böyük 

müvəffəqiyyətlə işləmişdir.



Soltan  Mirzəyev  Böyük  Vətən  müharibəsində  iştirak 

etmiş, həmin dövrdə göstərdiyi şücaətə görə bir sıra orden və 

medallarla təltif olunmuşdur.

Soltan  Mirzəyev  Moskvada  Timiryazev  adına  Kənd 

Təsərrüfatı  Akademiyasınm  aspirantı  olmuş  və  orada 

dissertasiya  müdafıə  edərək  respublikamızda  ilk  iqtisad 

elmləri namizədi alimlik dərəcəsi alanlardan biri olmuşdur.

Soltan  Mirzəyev  1950-1962-ci  illərdə  sovxozlar  naziri, 

Azərbaycan  KP  MK  şöbə  müdiri  və  Azərbaycan  KP  MK

71



katibi  vəzifələrində  çalışmışdır.  Həmin  dövr  iki  çağınş 

Azərbaycan  SSR  Ali  Sovetinin  və  bir  çağınş  SSRİ  Ali 

Sovetinin deputatı seçilmişdir.

Soltan  Mirzəyev  yüksək  dövlət  və  partiya  vəzifələrində 

işləyərkən  həmişə  aqrar  iqtisad  elminin  inkişafı  yollannı 

müəyyənləşdirməyə  çalışmış,  aqrar  iqtisad  elminin  inkişafı 

üçün ciddi əmək sərf etmişdir.

Soltan  Mirzəyev  Azərbaycan  KP  MK  katibi  işləyərkən 

öz  nüfuzundan  və  səlahiyyətindən  istifadə  edərək,  Kənd 

Təsərrüfatı  Nazirliyinin  iqtisad  bazasında  1962-ci  ilin  may 

ayında xüsusi qərarla Az.  ETKTİ və Tİ-nin yaranmasına nail 

olmuşdur.

1963-cü  ildə  Azərbaycan  KP  MK  katibi  vəzifəsindən 

azad  edilən  S.A.Mirzəyev  Az.  ETKTİ  və  Tİ-yə  direktor 

təyin  edilmiş  və  10  il  həmin  vəzifədə  çalışmışdır.  O, 

institutun  inkişafı  üçün  çox  zəhmət  çəkmişdir.  Moskvanın 

nüfuzlu elmi-tədqiqat mərkəzləri  ilə işgüzar əlaqələr yaradan 

S.Mirzəyev  gənc  alimlərin  yetişdirilməsinə  böyük  diqqət 

yetirirdi.

Az.ETKTİ  və  Tİ-də  direktor  işlədiyi  10  ildə  S.A. 

Mirzəyevin  gərgin  əməyi  nəticəsində  100  nəfərə  qədər 

yüksək  ixtisaslı  elmi  kadrlann  yetişdirilməsini  təmin 

etmişdir.

S.Mirzəyev  1964-cü  ildə  iqtisad  elmləri  doktoru  alimlik 

dərəcəsi  alır.  Onun  çoxsaylı  elmi  məqalələri,  kitablannda 

kənd təsərrüfatı  istehsalının  aktual  problemlərinin  tədqiqi  öz 

əksini tapmışdır.

S.Mirzəyev  Azərbaycanm  kənd  təsərrüfatınm  ixtisaslaş- 

masının 

nəzəri-metodoloji 

problemlərini 

öyrənən 


ilk

72

iqtisadçı  alimlərdəndir.  Onu  həmçinin  Azərbaycanm  kənd 



təsərrüfatımn  apanlması  sisteminin  hazırlanmasında  apancı 

müəlliflərindən saymaq olar.

S.Mirzəyev  1993-cü ildə vəfat etmişdir.



Məmmədov Rasim Fəti oğlu

Məmmədov  Rasim  Fəti 

oğlu 

1940-cı ildə İmişli rayonunda dünyaya 



göz  açmışdır.  O,  1957-ci  ildə  İmişli 

şəhər  orta  məktəbini  bitirib,  K.Marks 

adma  Azərbaycan  Xalq  Təsərrüfatı 

İnstitutuna  daxil  olmuşdur.  Təhsil 

illərində  özünün  iti  zəkası,  bacanğı, 

təşkilatçılığı, tələbə elmi  cəmiyyətində 

və  institutun  ictimai  işlərində  fəal  iştirakı  ilə  fərqlənmiş, 

hörmət qazanmışdır.

R.Məmmədov  institutu  yüksək  qiymətlərlə  bitirib, 

doğma  rayonunda  müxtəlif vəzifələrdə  işləmişdir.  O,  1963- 

cü  ildə  Azərbaycan  Kənd  Təsərrüfatınm  İqtisadiyyatı  və 

Təşkili  İnstitutunun  aspiranturasına  daxil  olmuş,  sonralar 

təhsilini  Moskva  şəhərində  davam  etdirmişdir.  Orada  1967- 

ci  ildə  "Region  ASK-da  kənd  təsərrüfatınm  ixtisaslaşdı- 

nlması  və  sahə  quruluşunun  təkmilləşdirilməsi  problemləri" 

mövzusunda  namizədlik  dissertasiyası  müdafıə  etmişdir. 

Bakıya qayıdan R.Məmmədov  1970-ci  ilədək keçmiş Dövlət 

Plan  Komitəsinin  Kənd  təsərrüfatı  şöbəsində  işləmişdir. 

Əmək  fəaliyyətinin  sonrakı  15  ildən  çoxu  Az.ETKTİ  və  Tİ 

ilə  bağlı  olmuşdur.  Həmin  institutda  şöbə  müdiri,  elmi  işlər 

üzrə direktor müavini,  1977-1981-ci illərdə isə direktor əvəzi 

işləmişdir.

R.Məmmədov  1987-ci  ildə  "Region  ASK-da  kənd 

təsərrüfatınm  inkişafı  və  ixtisaslaşdmlması  problemləri" 

mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir.

74

* —

R.Məmmədov uzun  illər boyu qazandığı  zəngin biliyi və 

təcrübəsini  gənc  nəslə  aşılamaq,  yüksək  ixtisaslı  mütəxəs- 

sislər  hazırlamaq  işində  fəal  iştirak  etmişdir.  Azərbaycan 

Dövlət 


İqtisad 

İnstitutu 

yaradıldıqdan 

sonra 


orada 

“İqtisadiyyatın  tənzimlənməsi”  fakültəsinin  dekanı  işləmiş- 

dir.  Professor  R.  Məmmədovun  rəhbərliyi  və  qayğısı  ilə 

onlarca aspirant və dissertant alimlik dərəcəsi  almışdır.  Alim 

aqrar  iqtisadiyyatın  aktual  məsələlərinə  dair  150-yə  yaxın 

elmi əsərin müəllifıdir.

Professor  R.  Məmmədov  keçmiş  Ümumittifaq  Kənd 

Təsərrüfatı  EA  Zaqafqaziya  fılialınm  Kənd  təsərrüfatının 

iqtisadiyyatı  və  təşkili  bölməsinin  sədr  müavini,  respub- 

likada  ASK-nın  elmi  təminatı  Mərkəzindəki  iqtisadiyyat  və 

idarəetmə  bölməsinin  üzvü,  Elmlər  Akademiyası  yanında 

iqtisadi 

problemlər 

üzrə 


Elmi 

Şuranın 


Aqrosənaye 

inteqrasiyası  problemləri  bölməsinin  sədri  və  bir  sıra 

respublika jum allan  redaksiya  heyətinin  üzvü  kimi  səmərəli 

fəaliyyət göstərmişdir.

Professor R.Məmmədov təkcə  Azərbaycanda  deyil,  həm 

də  MDB  respublikalarmda  kənd  təsərrüfatınm  iqtisadiyyatı, 

inkişafınm  proqnozlaşdınlması  və  məhsuldar  qüw ələrin 

yerləşdirilməsi  sahəsində görkəmli alim kimi tanmırdı.

2000-ci ildə vəfat etmişdir.

75



Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə