Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix08.08.2018
ölçüsü1,79 Mb.
#61988
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan  Respublikasmın  vergi  orqanlannda  qulluq 

vəzifəsinin  yerinə  yetirilməsində  fərqbndiyinə,  ölkəmizin 

iqtisadi  mənafeyinin  qorunmasında  xidmətinə  görə  «D övbt 

qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir.

1967-ci  ildən  Azərbaycan  Elmlər  Akademiyasmın 

Kibemetika  İnstitutunun  “İqtisadi-riyazi  modellər”  laborato- 

riyasında  işləmişdir.  1971-1972-ci  illərdə  hərbi  xidmətdə 

olmuş, 


1972-1975-ci  illərdə  Moskvada  SSRİ  Elmlər 

Akademiyasmın Mərkəzi İqtisadiyyat İnstitutunun aspirantu- 

rasmda  təhsilini  davam  etdirmişdir.  1976-1980-ci  illərdə 

Azərbaycan  Elmlər  Akademiyası  Kibemetika  İnstitutunda 

kiçik,  sonra  baş  elmi  işçi,  1980-1984-cü  illərdə  Azərbaycan 

Neft Kimya İnstitutunun Tətbiqi  Riyaziyyat kafedrasmm baş 

müəllimi,  1984-1991-ci  illərdə  Azərbaycan  Nefit  və  Kimya 

İnstitutunda  Tətbiqi  Riyaziyyat  kafedrasmm  dosenti  olmuş,

1991-ci  ildə  Azərbaycan  Dövlət  Neft  Aakademiyasınm 

“Sənayenin  iqtisadiyyatı”  fakültəsinin  nəzdində  “Maşınqa- 

yırma  sənayesinin  iqtisadiyyatı  və  Menecment”  kafedrasmı 

yaratmış  və  1991-1999-cu  illərdə  ona rəhbərlik  etmiş,  1999-

2000-ci  illərdə  Baş  Dövlət  Vergi  Müfəttişliyinin  Analitik 

İnformasiya  idarəsinin  rəisi,  2000-2007-ci  illərdə  Vergilər 

Nazirliyinin  Vergi  Siyasəti  və  Strateji  Araşdırmalar  Baş 

İdarəsinin  rəisi,  2007-2011-ci  illərdə  Azərbaycan  Universi- 

tetinin  rektom  olmuşdur.  Hazırda  2011-ci  ildən  Vergilər 

Nazirliyinin  Vergi  Siyasəti  və  Strateji  Araşdırmalar  Baş 

İdarəsinin  rəisidir.  Eyni  zamanda  Azərbaycan  Milli  Elmlər 

Akademiyasınm  Kibemetika  İnstitutunun  “Fiskal  strategi- 

yasının modelləşdirilməsi” laboratoriyasma rəhbərlik edir.

66

Məmmədov Aydın tsrafll oğlu

Məmmədov Aydm  İsrafıl  oğlu  1941 - 

ci  ildə  Goranboy  rayonunun  Dəlməm- 

mədli kəndində anadan olmuşdur.

Orta  məktəbi  bitirdikdən  sonra  o,  iki 

il  istehsalatda  -  Dəlməmmədli  Pambıq- 

təmizləmə  zavodunda  fəhlə  işləmiş  və 

1960-cı 

ildə 


Azərbaycan 

Kənd 


Təsərrüfatı  İnstitutunun  (AKTİ)  “Kənd 

təsərrüfatınm  iqtisadiyyatı”  fakültəsinə  daxil  olmuşdur. 

A.Məmmədov  1965-ci  ildə  AKTİ-ni  fərqlənmə  diplomu  ilə 

bitirib, 

kafedrada  assistent  işləmiş  və 

1967-ci 


ildə 

istehsalatdan  aynlmaqla  K.A.Timiryazev  adına  Moskva 

Kənd  Təsərrüfatı  Akademiyasınm  aspiranturasına  qəbul 

olunmuşdur. 

Nəzərdə 

tutulan 


müddətdə  (1970-ci 

il) 


aspiranturanı  bitirən  A.Məmmədov  "Azərbaycan  SSR-də 

pambığın  məhsuldarlığınm  iqtisadi  -  statistik  təhlili  və 

uzunmüddətli  proqnozlaşdırılması"  mövzusunda dissertasiya 

müdafıə  edərək  iqtisad  elmləri  namizədi  alimlik  dərəcəsi 

almışdır.

O,  1985-ci  ildə  AKTİ-nin  kənd  təsərrüfatınm  iqtisadiy- 

yatı  kafedrasmın  müdiri  kimi  15  ilə  yaxın  apardığı  tədqiqat 

işini  ümumiləşdirərək  "Regional  aqrar-sənaye  komplekslə- 

rində 

qarşılıqlı 



iqtisadi 

əlaqələrin 

təkmilləşdirilməsi" 

(Azərbaycan  SSR-in  materiallan  əsasında)  mövzusunda 

doktorluq  dissertasiyasım  müdafıə  etmiş,  iqtisad  elmləri 

doktom  alimlik  dərəcəsi  almış,  1986-cı  ildə  professor  elmi 

adına layiq görülmüşdür.

67



Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasınm müxbir 

üzvü  (1991-ci  il),  AKTİ-nin  Kənd  Təsərrüfatınm  İqtisadiy- 

yatı  kafedrasmm  müdiri,  fakültə  dekanı,  Azərbaycan 

Respublikasınm  Milli  Məclisinin  eksperti  Aydın  İsrafıl  oğlu 

Məmmədov  aqrar-sənaye  kompleksinin  iqtisadiyyatı  və 

idarə  edilməsinin  nəzəri  və  metodoloji  istiqamətində  yerinə 

yetirdiyi  geniş  əhatəli və  dəyərli tədqiqat işləri  ilə ölkəmizdə 

və  onun  hüdudlarından  kənarda  da  aparıcı  iqtisadçı  alim 

kimi  tamnmışdır.  O,  aqrar-sənaye kompleksində  sahələrarası 

qarşılıqlı  iqtisadi  əlaqələrin  təkmilləşdirilməsi,  müxtəlif 

məhsullar  istehsalı  və  satışı  üzrə  inteqrasiya  olunan  iqtisadi 

sistemlərin  funksional  və  sahə  strukturlarınm  formalaşması, 

iqtisadi  islahatlar  şəraitində  kənddə  mülkiyyət  münasibət- 

lərinin  mexanizminin  yaradılması  və  onun  idarə  edilməsi 

istiqamətində sanballı tədqiqatlar aparmışdır.

A.İ.Məmmədovun 

kənd 

təsərrüfatınm 



iqtisadiyyatı 

fənnindən  dərslik  hazırlanması,  kənd  təsərrüfatı  bitkilərinin 

məhsuldarlığınm  idarə  edilməsinin  iqtisadi-riyazi  modelini 

tərtib etməsi, aqrar islahatın əsas  istiqamətləri konsepsiyasım 

yüksək  elmi-praktik  səviyyədə  hazırlaması  və  sair  işləri 

mühüm elmi nailiyyətlərdir.

A.İ.Məmmədov  150  çap  vərəqi  həcmində  100-dək  elmi 

və 


elmi-metodik 

əsərlərin 

müəllif  olmuşdur. 

Onun 


ölkəmizdə  və  xaricdə  nüfuzlu  elmi  nəşrlərdə  dərc  edilmiş 

əsərlərindən  "Pambığm  məhsuldarlığına  təsir  edən  amillərin 

iqtisadi  cəhətdən  qiymətləndirilməsi"  (Bakı,  "Azəməşr", 

1976,  80  səh.),  "Regional  aqrar-sənaye  komplekslərində 

qarşılıqlı  iqtisadi  münasibətlər"  (Monoqrafıya,  Moskva, 

"Aqropromizdat", 

1985,  207  səh.),  "Tərəvəz  bitkiləri

68

toxumunun  iqtisadiyyatı  və  təşkili"  (Moskva,  "Aqropro- 



mizdat",  1986,  307  səh.,  digər  müəlliflərlə  birlikdə),  "Kənd 

təsərrüfatmm  iqtisadiyyatı"  (Ali  məktəblər  üçün  dərslik, 

Bakı,  "Maarif, 

1992,  373 

səh.),  "Torpaq  bazannm

formalaşması  və  mülkiyyət  münasibətləri"  və  s.  özünün 

sanballılığı və orijinallığı ilə fərqlənir.

A.İ.Məmmədovun  elmi  işlərinin  əksəriyyətinin  istehsa- 

latda tətbiq  edilməsi  onlann  əhəmiyyətini  daha  da  artınr.  O, 

on  ildən  artıq  müddətdə  keçmiş  İttifaq  Tərəvəz  Toxum- 

çuluğu  Birliyinin  sifarişilə  apanlan  elmi  işlərə  rəhbərlik 

etmiş,  elmi-tədqiqat  laboratoriyası  yaratmış  və  tədqiqatdan 

alınan nəticələri istehsalata tətbiq etmişdir.

A.İ.Məmmədov  Milli  Məclisin  Aqrar  məsələlər  üzrə 

daimi  komissiyasında  ekspert-işçi  qrupunun  rəhbər  olmuş- 

dur.  A.İ.Məmmədovun  rəhbərlik  etdiyi  ekspert-işçi  qrupu 

"Aqrar  islahatın  əsaslan  haqqında",  "Sovxoz  və  kolxozların 

islahatı  haqqında"  və  digər qanun  layihələrinin  ilkin  variant- 

larınm  hazırlanmasında  iştirak  etmişdir.  Bu  işlərin  müvəf- 

fəqiyyətlə  apanlmasına  görə  A.İ.Məmmədov  dəfələrlə 

mükafatlandınlmışdır.  Milli  Məclisin  eksperti  kimi  "Torpaq 

islahatı  haqqında",  "Kooperasiya  haqqında"  və  digər  qanun 

layihələrinin  hazırlanması  işində  yaxından  iştirak  etməklə 

aqrar  bölmənin  qanunvericilik  bazasının  elmi  təminatının 

yaradılmasında bilavasitə iştirak etmişdir.

Onun  bilavasitə  rəhbərliyi  altında  10  nəfər  elmi  işçi 

namizədlik  dissertasiyası  müdafıə  etmişdir,  hazırda  isə  6 

nəfər aspirant  və  dissertant  müvəffəqiyyətlə  tədqiqat  işlərini 

davam etdirir.

69



Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə