Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Nəqliyyat  infrastrukturu  quruculuğu  üzrə  2002-ci  il 
oktyabr  ayının  1-də  inşasına  başlanan  hava  limanında  bölgənin 
sərt  iqlim  şəraiti  nəzərə  alınaraq  tikinti-quraşdırma  işləri  ən 
müasir  tələblər  səviyyəsində  həyata  keçirildi.  Hava  limanında 
saatda 300 sərnişinə xidmət göstərmək imkanı yaradıldı.  
 
1993-2003-cü  illər  ərzində  muxtar  respublikada  həyata 
keçirilmiş  tədbirlər  nəticəsində  1856  kilometr  uzunluğunda  yeni 
avtomobil  yolları  salınmış  və  ya  əsaslı  təmir  olunmuş,  34  körpü 
tikilmiş,  32  halda  isə  körpülər  əsaslı  təmir  olunmuşdur.  Digər 
tərəfdən  bu  müddət  ərzində  dəmir  yolu  nəqliyyatının  gələcək 
inkişaf  perspektivləri  nəzərə  alınaraq  infrastrukturu  davamlı 
olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar 
işi təmin edilmişdir. 
2003-cü  ildə  muxtar  respublikada  yük  daşınması        
5949,1  ton,  sərnişin  daşınması  37661,7  min  nəfər  təşkil  etmişdir 
ki,  bu  da  1993-cü  ildəki  göstəriciləri  müvafiq  olaraq  5,8  dəfə  və  
2 dəfə üstələmişdir. 
Muxtar  respublikada  sahibkarlığın  inkişafına  əlverişli 
şəraitin yaradılması məqsədilə sahibkarlığın hüquqi bazası dünya 
təcrübəsinə  uyğun  olaraq  təkmilləşdirilmiş,  idarəetmənin  və 
iqtisadiyyatın  bütün  sahələrində  mühüm  əhəmiyyətə  malik 
qanunlar,  proqramlar  və  fərmanlar  qəbul  edilmişdir.  Bunlardan 
ən əsası bazar  iqtisadiyyatının  inkişafına  mənfi təsir  göstərən bir 
sıra  amillərin  aradan  qaldırılması  sahəsində  qəbul  olunmuş 
“Sahibkarlığın  inkişafına  mane  olan  müdaxilələrin  qarşısının 
alınması  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 
2002-ci  il  28  sentyabr  tarixli  790  nömrəli  və  müvafiq  olaraq 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2002-ci  il  


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
30  sentyabr  tarixli  69-II-FR  nömrəli  fərmanları  muxtar 
respublikada  sahibkarların  hüquqlarının  qorunması  sahəsində 
xüsusi  əhəmiyyətə  malikdir.  Fərmanın  icrası  istiqamətində  bir 
sıra  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  sahibkarlıq 
subyektlərinə  kənar  müdaxilələri  qadağan  edilmiş,  sahibkarlarla 
operativ  əlaqə  sistemi  yaradılmışdır.  2000-ci  ildən  1  yanvar 
2004-cü  il  tarixə  sahibkarlıq  subyektlərinə  güzəştli  şərtlərlə         
8  layihənin  maliyyələşdirilməsinə  1  milyon  522  min  manat 
həcmində kredit verilmişdir.  
Muxtar  respublika  iqtisadiyyatında  və  sosial  sahədə 
qazanılmış  uğurlar  məşğulluq  probleminin  də  həllinə  zəmin 
yaratmışdır.  1993-cü  ildən  2003-cü  ilin  sonunadək  olan  dövr 
ərzində  muxtar  respublikada  21851  yeni  iş  yeri  yaradılmışdır  ki, 
bunun da 11377-si və ya 52,1 faizi daimi iş yerləridir.  
Ötən  dövr  ərzində  məşğulluq  səviyyəsinin  yüksəlməsi 
əməkhaqlarının da artımına səbəb olmuşdur. 2003-cü ildə muxtar 
respublikada  bir  işçiyə  hesablanmış  orta  aylıq  əməkhaqqının 
məbləği  38,4  manat  olmuşdur  ki,  bu  da  1993-cü  ildəki  müvafiq 
göstəricidən 3 dəfə çoxdur. 
2003-cü ildə muxtar respublikada əhalinin gəlirləri 1993-cü ilə 
nisbətən 10,5 dəfə artaraq 170 milyon 397 min manata, onun hər 
bir  nəfərə  düşən  həcmi  isə  9  dəfəlik  artımla  458  manata 
çatmışdır. 
Ötən  dövr  ərzində  əlil  və  şəhid  ailələrinin  mənzil-məişət 
şəraitinin  yaxşılaşdırılması,  əlillərin  tibbi-sosial  reabilitasiyası 
sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik 
avtomobili,  əlil  arabaları  və  digər  reabilitasiya  vasitələri  ilə 
təminatı,  pensiya  və  müavinətlərin  artırılması  istiqamətində 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
uğurlu  tədbirlər  həyata  keçirilmişdir.  1993-2003-cü  illər  ərzində 
muxtar  respublikada  əlil  və  şəhid  ailələrinə  47  fərdi  yaşayış  evi 
və  mənzil  tikilmiş,  62  nəfər  müharibə  əlilinə  minik  avtomobili 
verilmişdir. 
Ötən dövr ərzində milli-mədəni irsin qorunub saxlanılması, 
zənginləşdirilməsi  və  muxtar  respublikanın  turizm  potensialının 
mövcud  imkanlarından  səmərəli  istifadə  edilməsi  üçün  mühüm 
tədbirlər  görülmüş  və  bir  sıra  nəticələr  əldə  edilmişdir.  2003-cü 
ildə  muxtar  respublikamıza  ölkəmizin  digər  bölgələrindən  və 
xarici  ölkələrdən,  ümumilikdə,  69  min  nəfər  turist  gəlmişdir  ki, 
bu da 1993-cü ildəki müvafiq göstəricini 2 dəfə üstələmişdir.  
Muxtar  respublikada  qazanılmış  uğurlar  makroiqtisadi 
göstəricilərin  artım  tempində  də  öz  əksini  tapmışdır.  Belə  ki, 
2003-cü  ildə  muxtar  respublikada  168040,4  min  manatlıq  Ümu-
mi  Daxili  Məhsul  istehsal  olunmuşdur  ki,  bu  da  1993-cü  ildəki 
müvafiq  göstəricidən  6,8  dəfə  çoxdur.  1993-cü  illə  müqayisədə 
2003-cü  ildə  sənaye  məhsulunun  həcmi  3,4  dəfə,  əsas  kapitala 
yönəldilən  investisiyalar  31,3  dəfə,  kənd  təsərrüfatının  ümumi 
məhsulu  3,7  dəfə,  nəqliyyat  sektorunda  yük  daşınması  5,8  dəfə, 
informasiya  və  rabitə  xidmətləri  61,5  dəfə,  pərakəndə  əmtəə 
dövriyyəsi  5,2  dəfə,  əhaliyə  göstərilən  pullu  xidmətlər  6,3  dəfə, 
ixracın həcmi 5,6 dəfə, əhalinin gəlirləri 10,5 dəfə, hər bir nəfərə 
düşən gəlirlər 9,1 dəfə, orta aylıq əməkhaqqı isə 3 dəfə artmışdır. 
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci il-
lərdə salınmış qəsəbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 
Sədrinin  2000-ci  il  23  mart  tarixli  Qərarına  əsasən,  Sədərək 
kəndinin tərkibindən ayrılaraq müstəqil inzibati vahidə – Heydər-
abad qəsəbəsinə çevrilmişdir. 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə