Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
tələblərinə  uyğun  olaraq,  naxçıvanlıların  tələbatını  tamamilə 
ödəmək gücünə malik idi.  
Muxtar  respublika  iqtisadiyyatının  inkişafı  nəticəsində 
müxtəlif  xalq  təsərrüfatı  yüklərinin  həcmi  1985-ci  ildə             
(20 milyon tondan çox) 1970-ci ilə nisbətən 7 dəfə, həmin dövrdə 
yük  dövriyyəsi  isə  8  dəfə  artmışdır.  İqtisadi  inkişafda  baş  verən 
yüksəliş  Azərbaycanın  bütün  bölgələrində  olduğu  kimi,  burada 
da  bir  sıra  sosial  problemlərin  həllinə  imkan  vermişdir.  Bu 
cəhətdən muxtar respublikada uzun müddət kəskin problem kimi 
özünü  göstərən  yerli  əmək  ehtiyatlarından  daha  səmərəli  və 
dolğun istifadə edilməsi sahəsində qazanılan nailiyyətlər xüsusilə 
əhəmiyyətli  olmuşdur.  Belə  ki,  təkcə  1985-ci  ildə  iqtisadiyyatın 
bütün  sahələrində  işləyənlərin  sayı  1970-ci  ildəki  müvafiq 
göstəriciyə nisbətən 2,1 dəfə artmışdır. 
 
Ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən 
genişmiqyaslı  quruculuq  tədbirlərinin,  Azərbaycanın  dağ  və 
sərhəd  rayonlarının  daha  da  möhkəmləndirilməsi  siyasətinin 
məntiqi nəticəsi kimi Naxçıvan rayonunun tərkibindən ayrılmaq-
la  yeni  rayonun  yaradılması  qərara  alınmışdır.  Azərbaycan  SSR 
Ali  Soveti  Rəyasət  Heyətinin  1978-ci  il  23  oktyabr  tarixli  Fər-
manı  ilə  Babək  rayonu  yaradılmışdır.  Yeni  rayona  Babək  adının 
verilməsi  ulu  öndərimizin  qətiyyətinin,  daim  Azərbaycançılıq 
mövqeyində  dayanmasının,  milli  yaddaşın  bərpası  istiqamətində 
həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi. 
 
 
 
 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
III mərhələ : 1987-1993 - cü illər 
 
Əvvəlki  illərdə  mövcud  olmuş  inkişaf  sürəti  və  yeni 
sənaye  müəssisələrinin  tikilib  istifadəyə  verilməsi  elə  təsəvvür 
yaradırdı  ki,  muxtar  respublika  iqtisadiyyatı  on  ikinci  beşillik 
dövründə  də  sürətlə  inkişaf  edəcəkdir.  Lakin  1985-ci  ildən 
başlayaraq  M.S.Qorbaçovun  rəhbərliyi  ilə  Sov.İKP-nin  guya 
iqtisadiyyatın  sosial  yönümünü  gücləndirmək  məqsədilə  aqrar-
sənaye  kompleksinin  yenidən  qurulması  və  spirtli  içkilər 
istehsalının  kəskin  surətdə  azaldılması  siyasəti  Azərbaycanın,  o 
cümlədən  Naxçıvanın  sənayesinə  mənfi  təsir  göstərdi.  Üzüm 
istehsalının  azalması  nəticəsində  şərab  və  başqa  sənaye  məhsulu 
istehsalı da azaldı. 
 
1986-cı  ildə  muxtar  respublikada  istehsal  olunan  sənaye 
məhsulunun 
həcmi 
1985-ci 
ilin 
müvafiq 
göstəricisinin            
77,6  faizinə  bərabər  idi.  1987-1990-cı  illərdə  sənayenin 
inkişafında  bir  sıra  müsbət  meyillər  olsa  da,  bütövlükdə, 
durğunluq  baş  vermiş,  ümumi  məhsulun  həcmi  1990-cı  ildə 
1985-ci  ilə  nisbətən  92,6  faiz,  1989-cu  ilə  nisbətən  isə  95,9  faiz 
təşkil  etmişdir.  1990-cı  ildə  1985-ci  ilə  nisbətən  dəmir-beton 
məmulatı  istehsalı  47,7  min  kubmetrdən  40  min  kubmetrə,  xam 
ipək  ipliyi  istehsalı  107  tondan  83  tona,  duz  istehsalı  118  min 
tondan 99 min tonadək azalmışdır.  
Erməni  millətçilərinin  Dağlıq  Qarabağ  ətrafında  yarat-
dıqları  fitnəkarlıq,  iqtisadi  və  nəqliyyat  əlaqələrinin  blokada 
səbəbindən  kəskin  qırılması,  müqavilə  öhdəliklərinin  yerinə 
yetirilməməsi,  daxildə  ictimai-siyasi  sabitliyin  pozulması 
səbəbindən muxtar respublika iqtisadiyyatı 1990-cı ilin əvvəlində 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Azərbaycanın  digər  regionlarına  nisbətən  daha  ağır  vəziyyətdə 
idi. 
Həmin 
dövrdə 
sovet 
imperiyası 
rəhbərliyinin 
Azərbaycanın  maraqlarına  zidd  siyasəti,  ermənilərin  Naxçıvana 
ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar 
respublikanın  həyatına  ciddi  mənfi  təsir  göstərməkdə  idi.  Bu 
dövrlərdə  bütün  Azərbaycanda,  o  cümlədən  onun  ayrılmaz 
hissəsi  olan  Naxçıvanda  xalqın  azadlıq  uğrunda  apardığı 
mübarizəni  qələbə  ilə  başa  çatdırmaq  üçün  siyasi  və  dövlətçilik 
təcrübəsinə  malik  rəhbər  lazım  idi.  Belə  rəhbər  Azərbaycanın 
görkəmli  dövlət  xadimi  Heydər  Əliyev  idi.  Ulu  öndərimiz  1990-cı 
il  iyulun  20-də  Moskvadan  Bakıya,  iyulun  22-də  isə  doğulduğu 
Naxçıvana  gəldi. 1990-cı  il 30 sentyabr seçkilərində  Azərbaycan 
SSR-in  və  Naxçıvan  MSSR-in  xalq  deputatı  seçilən  ümummilli 
liderimiz  Naxçıvanın  ərazisini  erməni  işğalından,  muxtariyyətini 
isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Həmin dövrdə muxtar 
respublikanın sosial-iqtisadi inkişafı üçün tədbirlər görüldü. 
1991-ci  il  29  oktyabr  tarixində  ümummilli  liderimizin 
ciddi  səyi  ilə  Sədərək  rayonunda  Naxçıvanla  Türkiyə  arasında 
salınmış  körpünün  rəsmi  açılış  mərasimi  olmuşdur.  1992-ci  il  
22-25  mart  tarixlərində  Türkiyə  Cümhuriyyəti  ilə  Azərbaycanın 
Naxçıvan  Muxtar  Respublikası  arasında  əməkdaşlıq  protokolu 
imzalanmışdır. 
 
1992-ci  il  22-26  avqust  tarixlərində  ulu  öndər  İran  İslam 
Respublikasına  səfər  etmiş  və  müxtəlif  sahələrdə  əməkdaşlığa 
dair  protokollar  imzalanmışdır.  1992-ci  ildə  İran  və  Türkiyə  ilə 
bağlanmış  əməkdaşlıq  müqavilələri  əsasında  Sədərək,  Culfa  və 
Şahtaxtı  keçid  məntəqələri  yaradıldı.  Bundan  əlavə,  Naxçıvan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
şəhəri  yaxınlığında  istilik-elektrik  stansiyası  tikildi.  İran  və 
Türkiyədən  Naxçıvan  ərazisinə  yüksəkgərginlikli  elektrik 
xətlərinin  çəkilişi  həyata  keçirildi  ki,  bu  da  təsərrüfat  həyatını 
xeyli canlandırmağa imkan verdi. 
 
Muxtar  respublikada  iqtisadiyyatın  yenidən  qurulması 
istiqamətində  ulu  öndərimiz  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisinin  Sədri  olarkən  onun  təşəbbüsü  ilə  1992-ci  il  aprel 
ayının  6-da  “Naxçıvan  Muxtar  Respublikasında  zərərlə  işləyən 
kolxoz  və  sovxozlar  haqqında”  və  “Rentabelli  işləyən  kolxoz  və 
sovxozların  ictimai  mal-qarasının  özəlləşdirilməsi  barədə 
təkliflər haqqında” qərarlar qəbul edilmişdir. 
 
1992-ci  ildə  ümummilli  liderimiz  Heydər  Əliyevin 
təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda 
ölkədə ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahata başlanılmış 
və ilk özəl təsərrüfat qurumları yaradılmışdı. Bu təcrübə sonralar 
1993-cü  ildə  ölkədə  aqrar  islahatların  aparılmasına  hazırlıq 
dövründə  nümunə  rolunu  oynamış  və  müxtəlif  bölgələrdə 
kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması 
ilə nəticələnmişdir. 
 
Sovetlər  Birliyi  dövründə  Naxçıvanın  bütün  telekom-
munikasiya  xətləri  Ermənistan  ərazisindən  keçirdi.  1990-cı  ildə 
Ermənistanın  Azərbaycana  qarşı  ərazi  iddiası  irəli  sürməsi  ilə 
başlanan  müharibə  vəziyyəti  ölkəmizin  ayrılmaz  tərkib  hissəsi 
olan  Naxçıvan  Muxtar  Respublikasının  tam  blokadaya  salınma-
sına gətirib çıxardı. Ermənistan ərazisindən keçməklə Naxçıvana 
gələn  bütün  kommunikasiya  xətləri,  avtomobil  və  dəmir  yolları, 
yüksəkgərginlikli elektrik dirəkləri, qaz kəməri,  yeraltı  magistral 
rabitə  qurğuları,  radio-televiziya  ötürücü  rele  stansiyaları  erməni 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə