Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
bütövlükdə,  16  iri  sənaye  müəssisəsi  tikilib  istifadəyə  verildi. 
Naxçıvan  Xalça  Kombinatının,  Şərur  Konserv  Zavodunun,  yeni 
dəmir-beton  məmulatları  müəssisələrinin  tikintisinin  başa 
çatdırılması,  mövcud  müəssisələrin,  xüsusən  Naxçıvan  Elektro-
texnika Zavodunun, Ordubad Konserv Zavodunun və İpək Fabri-
kinin yenidən qurulması sahəsində əsaslı tədbirlər həyata keçiril-
di.  Ümumiyyətlə,  Naxçıvan  Muxtar  Respublikasında  1969-cu 
ildə 1, 1970-1979-cu illərdə 13, 1981-1985-ci illərdə 7 (cəmi 21 iri 
müəssisə) sənaye müəssisəsi tikilmiş, bir neçə sənaye müəssisəsi 
əsaslı  surətdə  yenidən  qurulmuşdur.  Bütün  bu  genişmiqyaslı 
quruculuq 
fəaliyyəti 
nəticəsində 
Naxçıvan 
Muxtar 
Respublikasında  sənaye  məhsulunun  ümumi  həcmi  1985-ci  ildə 
1970-ci  ilə  nisbətən  4,6  dəfə  artmışdır.  Bütün  mühüm  sənaye 
məhsulları  istehsalı,  o  cümlədən  elektrik  enerjisi  35  dəfə,  ipək 
xammalı 2,2 dəfə, konservləşdirilmiş  məhsullar 3,5 dəfə, daşduz 
2 dəfə, mineral sular və şərab məhsulları bir neçə dəfə artmışdır. 
Sənaye  məhsulları  istehsalının  sürətli  artımı  istər  70-ci  illər, 
istərsə  də  80-ci  illərin  birinci  yarısı  üçün  xarakterikdir.  Sənaye 
məhsulunun  həcmi  1970-ci  ilə  nisbətən  1980-ci  ildə  2,6  dəfə, 
1980-ci  ilə  nisbətən  1985-ci  ildə  1,7  dəfə  artmışdır.  Sovet 
hakimiyyəti  dövründə  ilk  dəfə  öz  imkanlarına  uyğun  səviyyədə 
inkişaf  edərək  sənayenin  miqyasına  görə  muxtar  respublika 
Azərbaycanın  sənaye  potensialında  öz  mövqeyini  gücləndirə 
bildi.  Ölkə  üzrə  sənaye  məhsulu  istehsalında  Naxçıvan  səna-
yesinin  xüsusi  çəkisi  artaraq  1970-ci  ildəki  1,1  faizdən  1985-ci 
ildə 2,3 faizə çatmışdır. 
Bu  dövr  ərzində  bir  sıra  sənaye  məhsullarının  istehsal 
həcminə  görə  muxtar  respublikanın  Azərbaycan  iqtisadiyyatında 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
rolu  artmışdı.  1985-ci  ildə  Azərbaycanda  istehsal  olunan  daş-
duzun  hamısı  (118  min  ton),  mineral  suların  (147,5  milyon  litr) 
və  alt  trikotaj  məmulatlarının  əsas  hissəsi,  konservlərin            
(35 milyon şərti banka) 6 faizə qədəri, ipək xammalının (107 ton) 
23  faizdən  çoxu,  üzlük  travertin  və  butulka  istehsalının  hamısı, 
şərab  məhsulunun  xeyli  hissəsi  Naxçıvanın  payına  düşürdü. 
Sənaye  sahələri  arasında  və  sahələr  daxilində  istehsal  əlaqələri 
yaranır  və  getdikcə  genişlənirdi  ki,  bu  da  sənayenin  tədricən 
kompleks  inkişafının  və  səmərəliliyinin  artmasını  təmin  edən 
amilə çevrilirdi.  
1970-ci  illəri  əvvəlki  illərdən  fərqləndirən  əsas  cəhət 
ondan  ibarətdir  ki,  muxtar  respublikada  tarixən  mövcud  olmuş 
yüngül  və  yeyinti  sənaye  sahələri  inkişaf  etdirilməklə  bərabər 
sənayenin  yeni  sahələri  də  yaranmış,  energetika,  dağ-mədən, 
maşınqayırma  və  metal emalı kimi  mütərəqqi sənaye sahələri də 
sürətlə inkişaf etmişdir. Yerli kənd təsərrüfatı xammalını və təbii 
ehtiyatları  istehsal  dövriyyəsinə  cəlb  etməklə  ət-süd,  tütün  - 
fermentasiya,  mineral  sular,  pambıq,  parça-tikiş  istehsalı  kimi 
yeni  istehsal  sahələri  və  müəssisələr  işə  salınmışdır  ki,  bu  da 
muxtar 
respublikada 
vahid 
ərazi 
istehsal 
kompleksinin 
formalaşmasına kömək etmişdir.  
 
1970-ci  illərdə  muxtar  respublikada  sənayenin  sahə 
quruluşunda  xeyli  dəyişikliklər  baş  vermişdir.  Maşınqayırma  və 
metal  emalı,  tikinti  materialları  və  yeyinti  sənayesinin  ümumi 
məhsul  istehsalında  xüsusi  çəkisi  artmışdır.  Maşınqayırma  və 
metal  emalı  muxtar  respublikanın  sənaye  strukturunda  1970-ci 
illərdə baş vermiş mütərəqqi dəyişikliklərin  məhsuludur. 1970-ci 
ildə  bu  sahənin  payına  ümumi  sənaye  məhsulunun  2,1  faizi  və 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
sənaye məhsulu istehsalının 6,6 faizi düşdüyü halda, 1982-ci ildə 
bu  göstərici  müvafiq  olaraq  3,8  və  13,2  faiz  olmuşdur. 
Maşınqayırma  və  metal  emalı  sahəsi  Naxçıvan  üçün  vacib  olan 
bir  çox  sənaye  məhsulu,  o  cümlədən  elektrotexnika  məhsulları, 
istehsal  təyinatlı  metal  məhsullar,  təsərrüfat  və  məişət  təyinatlı 
metal  qablar  istehsal  edir,  maşın  və  avadanlıqların  təmirini  və 
modernləşdirilməsini  həyata  keçirirdi.  Maşınqayırma  sahəsi  üzrə 
ən  böyük  müəssisə  Naxçıvan  Elektrotexnika  Zavodu  idi. 
Elektrotexnika  zavodunda  müxtəlif  tənzimləyici  aparatlar, 
drossellər,  starter  tutacaqları  və  digər  istehlak  malları  istehsal 
olunurdu.  Naxçıvan  Alüminium  Qablar  Zavodu,  Şahbuz 
Avtomobil  Təmiri  Zavodu,  Naxçıvan  Məişət  Texnikası  Zavodu 
da  maşınqayırma  və  metal  emalının  tərkibinə  daxil  olmaqla 
müxtəlif təsərrüfat, məişət xarakterli məhsullar istehsal edir və ya 
onlara xidmət göstərirdilər. 
 
İqtisadiyyatın  və  əhalinin  sürətlə  artan  tələbatını,  habelə 
uzaqdan  daşınmasının  çox  baha  başa  gəldiyini  nəzərə  alaraq 
1970-1980-ci  illərdə  tikinti  materialları  istehsalının  artmasına  və 
bu  sahədə  yeni  müəssisələrin  tikilib  işə  salınmasına  xüsusi  fikir 
verilmişdir. 1973-cü ildə gücü 20 min kubmetr olan dəmir-beton 
məmulatları  zavodu,  1977-ci  ildə  həmin  güclə  yığma  dəmir-
beton  məmulatları  zavodu,  1979-cu  ildə  şüşə  tara  zavodu,  80-ci 
illərin  əvvəllərində  Şahtaxtı  travertin  bloklar  karxanası  və  iri 
panelli  evtikmə  zavodu  tikilib  istifadəyə  verildi.  Tikinti 
materialları  sənayesi  dəmir-beton  məmulatları,  tikinti  daşı,  emal 
olunmamış  mərmər,  müxtəlif  üzlük  plitələr,  kərpic,  inşaat  gəci, 
travertin bloku  və bu kimi digər  məhsulların  istehsalından  ibarət 
olmaqla  çox  sahəli  xarakter  daşıyır  və  əsasən  yerli  tələbatı 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə