Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
davam  etmişdir.  Belə  ki,  1951-1955-ci  illərdə  pambığın  əkin 
sahəsi  1945-ci  ilə  nisbətən  iki  dəfə  artaraq  9278  hektara  çatmış, 
məhsul istehsalı isə 2,7 dəfə artmaqla, 19069 ton olmuşdur. Orta 
hesabla  məhsuldarlıq  hektara  20,5  sentner  olmuşdur  ki,  bu  da 
1941-ci illə müqayisədə 1,4 dəfə və ya 5,5 sentner çoxdur.  
1954-cü  ilin  dekabrında  1955-1960-cı  illərdə  Naxçıvanda 
kənd  təsərrüfatının  daha  da  inkişaf  etdirilməsi  haqqında 
Azərbaycan  Sovet  Sosialist  Respublikası  Nazirlər  Soveti  və 
Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  tərəfindən 
xüsusi  qərar  qəbul  edildi.  Bu  qərar  muxtar  respublikanın 
mürəkkəb  iqtisadi  inkişaf  problemləri  qarşısında  tam  əhatəli 
olmasa  da,  hər  halda  onun  məhsuldar  qüvvələrinin  inkişafında 
xeyli imkanlara malik olan suvarma əkinçiliyinin, bu əsasda kənd 
təsərrüfatı  məhsulları emalı sahələrinin  genişlənməsinə  müəyyən 
təkan verməli idi. Həmin qərar əsasında bir neçə su anbarının və 
başqa  əhəmiyyətli  suvarma  obyektlərinin  tikilməsi  nəzərdə 
tutulurdu  ki,  bu  da  iqtisadiyyatın  bir  qədər  canlanmasına  səbəb 
olmalı  idi.  1956-cı  ildə  istismara  verilən  Yuxarı  Sovxoz  kanalı 
əsrlərdən  bəri  istifadəsiz  qalan  min  hektardan  çox  yeni  münbit 
sahələrin əkilməsinə şərait yaratdı. 
Həmin  illərin  əkin  strukturunda  ərzaq  bitkiləri  üstünlük 
təşkil etsə də, sənaye əhəmiyyətli texniki bitkilərin əkilməsinə də 
üstünlük  verilmişdir.  Belə  ki,  1940-cı  ildə  muxtar  respublikada 
tütünün  əkin  sahəsi  500  hektar  olduğu  halda,  1961-1965-ci 
illərdə  bu  göstərici  958  hektara  yüksəlmişdir.  Məhsul  istehsalı 
1940-cı  ildə  450  ton,  1950-ci  ildə  542,1  ton,  1960-cı  ildə     
1185,5  ton,  1965-ci  ildə  1458,2  ton  olmuşdur.  Məhsuldarlıq 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
1940-cı ilə nisbətən 1945-ci ildə 62,2 faiz, 1950-ci ildə 150 faiz, 
1955-ci ildə 2,2 dəfə, 1960-1965-ci illərdə isə 170 faiz artmışdır.  
1965-ci  ildə  Naxçıvan  MSSR-də  kənd  təsərrüfatı  bitkilə-
rinin  əkin  sahəsi  27385  hektar  olmuşdur.  Ümumi  əkin  sahəsinin 
60,5  faizini,  yəni  16577  hektarını  dənli-paxlalılar,  17,6  faizini, 
yəni  4812  hektarını  pambıq,  4,2  faizini,  yəni  1154  hektarını 
tütün, 1,4 faizini, yəni 377,4 hektarını bostan və tərəvəz, 16,3 fai-
zini,  yəni  4464,6  hektarını  isə  yem  bitkiləri  əkini  sahəsi  təşkil 
etmişdir.  
Kənd  təsərrüfatının  inkişaf  etdirilməsində  mövcud  kənd 
təsərrüfatı  texnikalarının  böyük  rolu  olmuşdur.  Belə  ki,  1964-cü 
ildə Naxçıvan MSSR-də kolxozlarda olan 570 ədəd traktorlardan 
287  ədədi  tırtıllı,  283  ədədi  isə  təkərli  traktorlar  olmuşdur. 
Bundan  başqa,  taxılbiçən  kombaynlar  154  ədəd,  yük 
avtomobilləri  316  ədəd  olmuşdur.  Bu  texnikaların  kənd 
təsərrüfatı  işlərinin  aqrotexniki  qaydaya  uyğun  vaxtında  və 
keyfiyyətlə 
aparılmasında, 
eyni 
zamanda 
məhsuldarlığın 
yüksəldilməsində müstəsna əhəmiyyəti olmuşdur. 
Sovetlər 
Birliyi 
dövründə 
də 
muxtar 
respublika 
iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  sahəsi  təşkil  etdiyindən 
meliorasiya  və su təsərrüfatı sahəsinin  inkişafı  həmişə ön planda 
olmuşdur. Lakin 60-cı illərə qədər bu sahənin inkişaf tempi tələb 
olunan  səviyyədə  olmamışdır.  Muxtar  respublikanın  əsas  su 
mənbələri  olan  Araz,  Arpaçay,  Naxçıvançay,  Əlincəçay  və 
Gilançay  kimi  çayların  potensialından  lazımınca  istifadə 
olunmamış,  hidrotexniki  qurğuların  tikintisi  prosesinin  ləng 
aparılması  kənd  əməkçilərini  daima  su  çatışmazlığı  ilə 
üzləşdirmişdir.  1951-55-ci  illərdə  Batabat  0-1-2  göllərinin 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istifadəyə verilməsi irriqasiya sahəsində əlamətdar bir hadisə olsa 
da, bu göllərdə yığılan su tələbatı ödəmirdi. 1961-1966-cı illərdə 
Uzunoba, Nehrəm, Qahab  göllərinin  və bundan sonra da bir sıra 
kiçik  sututarlarının  tikintisi  başa  çatdırıldı.  Lakin  buna 
baxmayaraq, yenə də suvarma suyuna olan tələbat ödənilmirdi.  
 
Həmin  dövrdə  ermənilərin  Naxçıvan  iqtisadiyyatına 
vurduğu ən böyük zərbələrdən biri də Arpaçayın suyunun Göyçə 
gölünə axıdılması oldu ki, bu da əsas kənd təsərrüfatı  məhsulları 
istehsalının  mərkəzi  olan  Şərur  rayonunda  kəskin  su  qıtlığı 
yaratdı.  
Rabitənin  inkişafı  istiqamətində  1920-ci  ildə  Naxçıvan 
Rabitə Şəbəkəsinin yaradılması haqqında layihə təsdiq edilmiş və 
rabitə  stansiyasının  mərkəzi  Naxçıvan  şəhərində  olmaqla, 
Şahtaxtı,  Culfa,  Yaycı  və  Ordubadda  rabitə  məntəqələrinin 
açılması qərara alınmışdır.  
Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikası  Xalq 
Komissarları  Soveti  tərəfindən  1926-cı  il  17  mart  tarixli 
“Naxçıvan  MSSR-nin  telefonlaşdırılması  haqqında”  qərar  qəbul 
edilmiş  və  həmin  qərara  əsasən,  ilk  növbədə,  Naxçıvan-Qıvraq-
Baş  Noraşen  və  Naxçıvan-Cəhri-Şahbuz-Biçənək  xətti,  ikinci 
növbədə  isə  Naxçıvan-Culfa-Ordubad-Parağa  xəttinin  çəkilməsi 
nəzərdə tutulmuşdur.  
1929-cu  ildə  Naxçıvan  MSSR  üzrə  təkcə  Naxçıvan 
şəhərində 42 nöqtədə radio qovşağı  mövcud idisə, 1932-1933-cü 
illərdə  bu  göstərici  80-ə  çatdırılmış,  Ordubadda,  Culfada,  Şərur  və 
Şahbuzda  30  yerdə  radio  qovşağı  quraşdırılmışdır.  1932-1934-cü 
illərdə  Culfada,  Əbrəqunusda  və  Şahbuzda  radio  qovşağı 
tikilərək  istifadəyə  verilmişdir.  1932-ci  il  aprelin  1-də  Naxçıvan 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə