Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan Muxtar Respublikası heç vaxt sosial-iqtisadi və mədəni 
inkişaf göstəricilərinə görə indiki səviyyədə olmamışdır. 
Naxçıvan  Muxtar  Respublikası  hazırda  Babək,  Culfa, 
Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli kimi yeddi inzibati 
rayonu  əhatə  edir.  Muxtar  respublikada  Naxçıvan,  Ordubad, 
Culfa, Şahbuz, Şərur şəhərləri, 8 qəsəbə və 206 kənd vardır. 
Naxçıvanın  keçdiyi  qədim  və  uzun  tarixi  inkişaf  yolunun 
hər  bir  səhifəsi  aydın  sübut  edir  ki,  bu  diyar  ən  qədim 
zamanlardan  türk  yurdu  kimi  Azərbaycana  məxsus  olmuşdur, 
onun  ayrılmaz  tərkib  hissəsidir  və  Azərbaycanın  ən  qədim 
mədəniyyət mərkəzlərindən biridir. 
Azərbaycan torpağı olan Naxçıvan dinamik inkişaf yolu ilə 
irəliləyən Azərbaycan Respublikasının tərkibində dünya birliyinə 
uğurla  inteqrasiya  edən  çox  mühüm  bir  diyardır.  “Naxçıvan 
Muxtar  Respublikasının  90  illik  yubileyinin  keçirilməsi 
haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2014-cü  il     
14  yanvar  tarixli  sərəncamında  haqlı  olaraq  deyildiyi  kimi,  “Bu 
gün  yüksək  potensiala  malik  muxtar  respublika  bütün  dövlət 
proqramlarını,  infrastruktur  layihələrini  böyük  uğurla  həyata 
keçirməsi  sahəsində  ölkədə  dinamik  inkişaf  xəttinə  uyğun, 
fasiləsiz  aparılan  irimiqyaslı  quruculuq,  abadlıq  işlərinin  fəal 
iştirakçısıdır”.  
 
 
 
 
 
 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 
İQTİSADİYYATI 
 
I mərhələ: 1924-1969-cu illər 
 
 
Sovetlər Birliyinin yarandığı ilk illərdə iqtisadi islahatların 
başlıca  istiqamətini  kollektivləşmə,  əsaslı  təsərrüfatçılıq  və 
sənaye  potensialının  dirçəlişinə  yönəlmiş  tədbirlər  təşkil  edirdi. 
Naxçıvanda  da  sənaye  istehsalının  nisbətən  yeni  texniki  baza 
üzərində  qurulmasına  səy  göstərilirdi.  Bu  istiqamətdə  həyata 
keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda 
konserv  zavodu  və  yeni  tipli  ipəkçilik  fabriki  tikilmiş,  Şərur 
rayonunda  pambıq  zavodu  bərpa  olunmuş,  Naxçıvan  şəhərində 
yeni  pambıq  zavodu  tikilmiş,  şərabçılıq  müəssisəsi  bərpa 
olunmuşdur.  Tarixi  inkişafın  gedişini  əks  etdirən  sosial-iqtisadi 
xarakterli  materialların,  sənədlərin  təhlili  göstərir  ki,  sonrakı 
dövrlərdə  Naxçıvan  iqtisadiyyatına  real  vəziyyətdən  irəli  gələn 
diqqət  göstərilməmiş,  müxtəlif  dövrlərdə  onun  qarşısında  duran 
vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən 
gec başlanılmışdır. 
 
Azərbaycanda  sənayeləşdirmə  və  birinci  beşillik  planın 
vəzifələrinin  yerinə  yetirildiyi  vaxtda  muxtar  respublikada 
sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata 
keçirilirdi.  Tarixi  mənbələr  göstərir  ki,  muxtar  respublikada 
dağılmış  sənayenin  ilkin  bərpası  duz  mədəni  üzrə  1924-1926-cı, 
ipəkçilik üzrə 1924-1927-ci, konserv istehsalı üzrə 1925-1927-ci, 
şərabçılıq  üzrə  1926-1927-ci  illərdən  başlayaraq  həyata 
keçirilmişdir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
 
Sosialist  inqilabı  ərəfəsində  Naxçıvan  ərazisində  olan 
sənaye  müəssisələri  yüngül  və  yeyinti  sənayesi  sahələrinə  aid 
olmaqla, əsasən, kiçik kustar  xarakteri  daşıyırdı. İnqilabdan son-
rakı  dövrdə  aparılan  bir  sıra  yenidənqurma  işlərinə  baxmayaraq, 
birinci  beşilliyin  axırlarında  muxtar  respublikada  hələ  də  tam 
gücü  ilə  işləməyən,  texniki  bazası  zəif  olan  xeyli  sayda  koope-
rativləşdirilməyən  xırda  müəssisələr  vardı.  1930-cu  ildə  bütün 
sənayedə  işləyənlərin  43,2  faizi,  1932-ci  ildə  isə  50  faizi  fabrik-
zavod  sənayesinin  payına  düşürdü.  Beləliklə,  hələ  birinci  beşil-
liyin axırlarında sənaye  istehsalının  iri  fabrik-zavod  müəssisələri 
hesabına təşkili başa çatmamışdı. Şübhəsiz ki, bu proses sonrakı 
beşillikdə də xeyli vaxt və vəsait tələb etməklə sənayenin ümumi 
inkişafını  və  sahə  quruluşunun  təkmilləşdirilməsi  imkanlarını 
məhdudlaşdırmışdı.  
  
1933-1937-ci  illərdə  Naxçıvanda  yağ  və  pendir  zavodları, 
mərmər  və  mebel  fabrikləri  tikilib  istifadəyə  verildi.  Badamlı 
mineral  su  doldurma  zavodunun  tikintisinə  başlanıldı.  Ordubad 
baramaaçma  fabriki  yenidən  quruldu.  Qarabağlar  və  Xok  kənd-
lərində  muxtar  respublikada  ilk  dəfə  olaraq  kənd  elektrik  stansi-
yaları  tikildi.  1940-cı  ilə  nisbətən  1950-ci  ildə  muxtar  respubli-
kada sənaye məhsulu istehsalı 44 faiz artmışdır. 
Yeni  sənaye  müəssisələri  Naxçıvan  və  Ordubad  şəhərləri 
ilə  yanaşı,  Şərur,  Şahbuz  və  Culfa  rayonlarında  da  tikilirdi.   
1951-1955-ci illərdə Şərur rayonunda elektrik şəbəkəsi, Ordubad 
rayonunda  Parağaçay,  Şərur  rayonunda  Gümüşlü  dağ-mədən 
sənaye  müəssisələri,  Naxçıvan  şəhərində  çörək  zavodu,  ət 
kombinatı,  Şahbuz  rayonunda  Badamlı  mineral  su  doldurma 
zavodu  tikilib  işə  salındı.  Nəticədə,  sənayenin  yeni  sahələri,  o 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
cümlədən  mineral  sular,  ət,  süd,  çörək-bulka,  əlvan  metal 
istehsalı  sahələri  meydana  gəldi  və  bu  sahələr  hesabına  sənaye 
məhsulu istehsalı 1951-1955-ci illərdə 87 faiz artdı. 
1956-1965-ci  illərdə  tikilən  elektrotexnika  zavodu,  tikinti 
sənaye  müəssisələri, tütün  fermentasiya zavodu  və Sirab  mineral 
su  zavodu  muxtar  respublika  iqtisadiyyatının  inkişafında  böyük 
rol oynadı. Bunlarla yanaşı, Naxçıvanda dəmir-beton məmulatları 
zavodunun tikintisinə, Naxçıvan duz  mədəninin texniki cəhətdən 
yenidən  qurulmasına  başlanıldı.  Artıq  1965-ci  ildə  sənaye 
sahəsində  40  adda  məhsul  buraxılırdı.  Bu  dövr  ərzində  muxtar 
respublikanın elektrikləşdirilməsi istiqamətində mühüm addımlar 
atılmış, Naxçıvana Mingəçevir Su Elektrik Stansiyasından enerji 
verilməsinə  başlanılmışdır.  Xam  ipək  istehsalı  həmin  dövrdə     
40  tona  çatdırılmışdır.  1964-cü  ildə  yaradılmasının  40  illiyi  və 
əldə  etdiyi  nailiyyətlərə  görə  Naxçıvan  Muxtar  Respublikasına 
Lenin ordeni verilmişdir.  
 
Naxçıvan  iqtisadiyyatının  1956-1965-ci  illərdəki  inkişafı 
çox  ziddiyyətli,  natamam  xarakter  daşımışdır.  Belə  ki,  həmin 
illərdə  sənaye  sahəsində  bir  sıra  irəliləyiş  baş  versə  də,  kənd 
təsərrüfatının  daha  da  inkişaf  etdirilməsi  vaxtında  və  lazımi 
səviyyədə  yerinə  yetirilmədi.  Başlıcası  isə  1956-1965-ci  illərdə 
kənd  təsərrüfatı  xammalı  emal  edən  və  bu  əsasda  inkişafına 
böyük  imkanlar  olan  ənənəvi  sənaye  sahələrinə  diqqət  olduqca 
zəifləmişdi.  Nəticədə,  1954-cü  ildən  başlayaraq  sənayedə 
durğunluq  və  tənəzzül  yarandı.  1956-1959-cu  illərdə  sənayedə 
məhsul istehsalının həcmi mütəmadi olaraq azalmış, 1958-ci ildə 
1955-ci  ilin  müvafiq  göstəricisi  ilə  müqayisədə  91  faiz,  1959-cu 
ildə  99,2  faiz  olmuşdur.  Ümumiyyətlə,  sənaye  məhsulu 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə