Naxçıvan Muxtar Respublikası – 90
tərkibindən çıxdığını elan etdi! Moskvada isə 1990-cı il
20 yanvar qırğınına ilk düzgün siyasi qiyməti həmin faciənin
səhəri günü ulu öndər Heydər Əliyev verdi.
Vətənin dar günündə özünü Bakıya yetirən və Kreml
rejiminə yarınan Azərbaycan rəhbərliyinin xəyanəti nəticəsində
paytaxtda qala bilməyən Heydər Əliyev 1990-cı il iyulun 22-də
Naxçıvana gəldi. Ulu öndərin Naxçıvana qayıtması əhalinin çox
böyük sevincinə və ruh yüksəkliyinə səbəb oldu. Uzaqgörən
siyasətçi 1990-1993-cü illərdə Naxçıvanı ermənilərin işğal
təhlükəsindən xilas etdi. Sovet İttifaqının dağılmasından sonra
Naxçıvan Muxtar Respublikasının Ermənistanın təcavüzündən
müdafiəsində, son dərəcə çətin vəziyyətdə bölgənin idarə
olunmasında Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti
müstəsna əhəmiyyət kəsb edir. Bu dövrdə tarixi əhəmiyyət
daşıyan qərarların qəbul edilməsi tariximizin ən parlaq səhifələ-
rindəndir. Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də
Naxçıvan MR Ali Məclisinin 1-ci sessiyası məhz onun təşəbbüsü
ilə Naxçıvan MSSR-in adından “Sovet”, “Sosialist” sözlərini
çıxardı, diyarın bundan sonra “Naxçıvan Muxtar Respublikası”
adlandırılması qərara alındı. Azərbaycan Xalq Cümhuriyyətinin
1918-ci ildə qəbul etdiyi dövlət bayrağı Naxçıvan MR-in Dövlət
bayrağı kimi təsdiqləndi. Bakıda baş vermiş 1990-cı il
19-20 yanvar hadisələrinə siyasi qiymət verildi, 31 Dekabr Dün-
ya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edildi və s.
Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev, eyni
zamanda, bütün Azərbaycanın ümid çırağı idi. Onun 1991-ci ilin
fevralında
Ali
Sovetin
sessiyasında
çıxışı,
SSRİ-nin
saxlanılmasına dair referendumun Naxçıvanda keçirilməməsi
Naxçıvan Muxtar Respublikası – 90
buna parlaq sübutdur. 1991-ci il sentyabrın 3-də, şəxsi
etirazlarına baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Heydər Əliyevi sədr seçdi. Naxçıvanda Sovet
hakimiyyəti ləğv edildi. Azərbaycan Respublikası prezidenti
seçkilərini Naxçıvanda keçirməmək haqqında qərar qəbul
olundu. Ali Məclisin 5 sentyabr tarixli iclasında muxtar
respublikanın xalq təsərrüfatında yaranmış gərgin vəziyyət, onu
normallaşdırmaq və böhran vəziyyətindən çıxarmaq tədbirləri
müzakirə edildi. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar
Respublikası tarixinin məna və mahiyyətinə görə bir-birindən
kəskin surətdə fərqlənən iki dövrü bir-birindən ayrıldı – sovet
dövrü başa çatdı, xalqın arzusunda olduğu müstəqillik dövrü
başlandı. Naxçıvanda yeni Azərbaycanın quruculuğu prosesi
gedirdi. Bu tarixi prosesə ulu öndər Heydər Əliyev başçılıq
edirdi.
Müstəqillik hər bir xalqın ən böyük arzusudur.
Azərbaycanın yenidən istiqlaliyyət əldə etməsi xalqın böyük
nailiyyəti idi. Hakimiyyət çəkişmələri və siyasi hərc-mərcliyin
baş alıb getdiyi Bakıdan fərqli olaraq Heydər Əliyevin rəhbərlik
etdiyi Naxçıvan istiqlal mübarizəsi və yeni həyat quruculuğunun
önündə gedirdi. Məhz ilk dəfə Naxçıvanda SSRİ-nin tərkibindən
çıxmaq haqqında qərar qəbul olunmuş, SSRİ-nin saxlanılması
haqqında
referenduma
etiraz
edilmişdi.
Yeni,
müstəqil
Azərbaycanın qurulması prosesi Naxçıvanda uğurla davam
etdirilirdi.
Artıq 1993-cü ilin yayına doğru Naxçıvan möhkəm
dövlətçiliyin, siyasi sabitliyin hakim olduğu bir bölgə idi. Elə
buna görə də 1993-cü ilin iyun hadisələri zamanı bütün
Naxçıvan Muxtar Respublikası – 90
respublikanın diqqəti Naxçıvana yönəldi və xalqın tələbi ilə
Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev Bakıya gəldi
(1993, 9 iyun), respublikanın siyasi hakimiyyətində dəyişiklik
baş verdi, vətəndaş müharibəsinin, separatçı qüvvələrin fəaliyyə-
tinin qarşısı alındı, sabitlik və əmin-amanlıq yaradıldı, sosial-iqti-
sadi islahatların hazırlanması və həyata keçirilməsinə başlandı.
Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə
gəldikdən sonra da Naxçıvan Muxtar Respublikasında Heydər
Əliyevin əsasını qoyduğu islahatlar uğurla davam etdirildi.
Azərbaycanın müstəqilliyi dövründə Naxçıvan MR tari-
xində ən mühüm siyasi hadisələrdən biri də onun tarixi və müasir
inkişaf sahəsində əldə etdiyi nailiyyətləri təsbit edən yeni
Konstitusiyasının qəbulu olmuşdur. Heydər Əliyevin sədrliyi ilə
Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini
hazırlayan komissiya öz işini başa çatdırmış və 1995-ci il
noyabrın 12-də keçirilən ümumxalq səsverməsi (referendum)
yolu ilə qəbul olunmuşdu. Azərbaycan və Naxçıvan parlament-
lərinə ilk demokratik seçkilər keçirildi. Naxçıvan MR Ali Məc-
lisinin 1995-ci il dekabrın 16-da keçirilən ilk sessiyasında Ulu
öndərin yolunun davamçısı Vasif Yusif oğlu Talıbov Naxçıvan
MR Ali Məclisinin Sədri seçildi.
Ümummilli liderin müəyyən etdiyi siyasi xətt və quruculuq
strategiyası, İlham Əliyevin yeni islahatlar proqramı muxtar
respublikada uğurla həyata keçirilir. Bu sahədə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ardıcıl və
prinsipial dövlətçilik fəaliyyətini, onun rəhbərliyi ilə həyata
keçirilən böyük quruculuq işlərini xüsusilə qeyd etməliyik.
Dostları ilə paylaş: |