Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istehsalının həcmi 1956-1960-cı illərdə cəmi 6 faiz, 1961-1965-ci 
illərdə 8 faiz artmışdır. İnkişafı kənd təsərrüfatının vəziyyətindən 
asılı  olan  yüngül,  yeyinti  sənaye  sahələri,  inkişafına  böyük 
imkanlar  olan  tikinti  materialları  istehsalı  sahələri  həmin  illərdə 
durğunluq  dövrü  keçirirdi.  1960-cı  illə  müqayisədə  1965-ci  ildə 
meşə,  ağac  emalı  və  kağız-sellüloz  sənayesi  məhsulunun  həcmi 
92  faiz,  tikinti  materialları  sənayesi  məhsulunun  həcmi  95  faiz 
təşkil etmişdir. Yüngül sənayedə məhsul istehsalının həcmi cəmi 
14  faiz,  yeyinti  sənayesində  isə  5  faiz  artmışdı.  Naxçıvanın 
ənənəvi  kənd  təsərrüfatı  sahələri  və  onun  xammalını  emal  edən 
sənaye  açıq-aşkar  tənəzzülə  uğrayırdı.  Ümumiyyətlə,  1960-cı 
illərin  ikinci  yarısınadək  təqribən  40  il  ərzində  Naxçıvanın 
iqtisadiyyatı  Azərbaycanın  bir  çox  başqa  ərazilərinə  nisbətən 
aşağı səviyyədə olmuş, sənaye məhsulunun artım sürətinə görə o 
həm  də  keçmiş  SSRİ-də  olan  muxtar  qurumlar  arasında  axırıncı 
yerlərdən birini tutmuşdu. 
1960-cı illərin əvvəllərində SSRİ Dövlət Plan Komitəsinin 
xalq  təsərrüfatının  inkişafına  dair  hazırladığı  arayışda,  eləcə  də 
SSRİ  Ali  Sovetinin  yenə  həmin  vaxt  apardığı  təhlillərdə 
Qafqazın  və  Orta  Asiyanın  muxtar  vilayətləri  və  muxtar 
respublikaları  arasında  əhalinin  hər  bir  nəfərinə  düşən  sənaye 
məhsulunun  həcminə  görə  Naxçıvan  Muxtar  Respublikasının 
axırıncı yerlərdə olduğu qeyd olunmuşdur. 
  
Muxtar  respublika  iqtisadiyyatının  həmin  dövrdə  ümumi 
inkişafdan  xeyli  geri  qalmasının  bir  səbəbi  rəhbərliyin 
təşəbbüskarlıqdan  uzaq  xarakterli  idarəetməyə  üstünlük  verməsi 
və  mərkəzi  direktivlərdən  asılı  mövqeyi  idisə,  digər  bir  səbəbi 
erməni  millətçilərinin  törətdiyi  fitnəkarlıqlardan  ibarət  idi.  Duz 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istehsalının  yüksək  səviyyəli  inkişafını  təmin  etmək  üçün 
Naxçıvanda 
olan 
böyük 
duz 
mədənlərində 
hasilatın 
genişləndirilməsi  istəyinin  də  qarşısı  ermənilər  tərəfindən 
alınmışdır.  Buna  alternativ  kimi  həmin  illərdə  SSRİ  Dövlət  Plan 
Komitəsində  işləyən  ermənilərin  dəstəyi  ilə  Ermənistanın  Avan 
adlı  çox  cüzi  ehtiyatlara  malik  duz  yataqlarından  istifadə 
məsələsi  ortaya  atılmış,  Naxçıvan  duzunun  guya  çox  baha  başa 
gəldiyi “əsaslandırılmışdır”. Azərbaycan isə öz kimya sənayesini 
inkişaf  etdirmək  üçün  baha  qiymətə  başqa  yerlərdən  duz 
gətirməyə məcbur olmuşdur. 
Sovet  hakimiyyəti  inqilabdan  əvvəl  ölkənin  bütün  torpaq 
fondunun  92,1  faizinə  sahiblik  edən  xanlardan,  bəylərdən  və 
həmçinin  dövlət  və  dini  idarələrdən  torpaqları  müsadirə  edib,    
20  mindən  artıq  yoxsul  kəndli  təsərrüfatları  arasında  payladı. 
Həmin  islahat  nəticəsində  10344  torpaqsız  kəndli  torpağa  malik 
oldu.  Beləliklə,  muxtar  respublikanın  bütün  torpaq  fondunun    
75  faizi  əhalinin  ən  geniş  təbəqəsini  təşkil  edən  yoxsul  kəndli 
təsərrüfatlarına  verildi.  Qalan  25  faiz  torpaqlar  isə  dövlət 
fondunda  qaldı  ki,  bunlardan  da  kəndlilər  yay  və  qış  otlaqları 
kimi istifadə etməyə başladılar. 
1924-cü  il  fevralın  9-da  Naxçıvan  MSSR  yaradılaraq 
Azərbaycan  SSR-in tərkibinə daxil edildikdən sonra  ilk  növbədə 
xalq  təsərrüfatının  əsas  sahəsi  olan  kənd  təsərrüfatının  geniş 
inkişafı  üçün  müxtəlif  tədbirlər  həyata  keçirilməyə  başlanılmış, 
dövlətin vəsaiti və köməyi ilə dağıdılmış suvarma kanalları bərpa 
edilmişdir. 
1924-cü  ildə  muxtar  respublikada  əkin  sahələrinin  altında 
bütün  təsərrüfat  kateqoriyaları  üzrə  45  min  hektar  kənd 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
təsərrüfatına  yararlı  torpaq  sahəsi  olmuşdur.  1925-ci  ildə     
36275  hektar  əkin  sahəsinin  19770  hektarı  buğda,  7675  hektarı 
arpa, 7583  hektarı pambıq, 365  hektarı çəltik, 78  hektarı bostan, 
804  hektarı  isə  digər  əkinlərin  payına  düşmüşdür.  1926-cı  ildə 
əkin  sahəsi  5339  hektar  artaraq  41614  hektar  olmuşdur  ki,  bu 
artım  buğda  əkinlərində  830  hektar,  pambıq  əkinlərində           
789 hektar, bostan əkinlərində 1765 hektar, çəltik əkinlərində isə 
7 hektar olmuşdur. 
1930-cu  illərdə  kollektiv  təsərrüfatların  (kolxozların) 
yaradılması,  kənd  təsərrüfatının  yeni  formada  idarə  olunması  bu 
sahənin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. 
1940-cı  illə  müqayisədə  1945-ci  ildə  kənd  təsərrüfatı 
məhsullarının  istehsalı  əhəmiyyətli  dərəcədə  artmışdır.  Bu  artım 
buğda  istehsalında  19433,4  ton,  arpa  istehsalında  7460  ton, 
paxlalı  bitkilər  istehsalında  3040  ton,  çəltik  istehsalında         
2363  ton,  darı  istehsalında  1058  ton  olmuşdur.  1924-cü  illə 
müqayisədə  buğdanın  əkin  sahəsi  7601  hektar,  arpa  əkini  sahəsi 
2832  hektar,  pambıq  əkini  sahəsi  1867  hektar  artmışdır.  Bu 
dövrdə  yeni  bitkilər  əkin  dövriyyəsinə  daxil  edilmişdir.  Belə  ki, 
950  hektar  sahədə  paxlalı  bitkilər,  149  hektarda  isə  darı  əkini 
aparılmışdır.  
1940-cı  illərdə  pambıq  istehsalına  maraq  artdığından  əkin 
sahəsi  9450  hektara  çatmış,  məhsul  istehsalı  5805  ton,  məhsul-
darlıq  6,1  sentner  olmuşdur.  1941-1945-ci  illərdə  pambıq  əkini 
sahəsi azalaraq 4656 hektar olsa da, məhsuldarlıq 6,1 sentnerdən 
15  sentnerə  yüksəlmiş  və  məhsul  istehsalı  6996  tona  çatmışdır. 
Pambıqdan  hazırlanan  məhsullara  tələbat  artdığından  sonrakı 
illərdə  də  əkin  sahəsində  və  məhsul  istehsalında  artım  templəri 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə