Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
hərbi  qüvvələri  tərəfindən  tamamilə  dağıdılaraq  məhv  edilmiş, 
muxtar  respublika  tam  blokada  vəziyyətinə  düşmüşdü.  Belə  bir 
ağır  blokada  şəraitində  insanların  dünyada  və  Azərbaycanda 
gedən proseslərdən tamamilə təcrid olunması onsuz da dözülməz 
olan vəziyyəti daha da çətinləşdirmişdi. 
 Qısa  müddətdə  Türkiyə  ilə  Naxçıvan  arasında  radiorele 
xətti  tikilib  istifadəyə  verildi.  Naxçıvan  şəhərində  512  nömrəlik 
beynəlxalq  avtomat  telefon  stansiyası  işə  salındı.  Teleradio 
verilişlərinin  və  mətbuatın Naxçıvana çatdırılması  üçün  tədbirlər 
həyata  keçirildi.  Görülən  işlər  nəticəsində  muxtar  respublika 
əhalisi lazımi məlumatlar almaq imkanı əldə etdi.  
1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
Sədri  vəzifəsində  çalışan  ulu  öndər  hava  limanının  uçuş-enmə 
zolağının  yenidən  qurulması  təşəbbüsünü  irəli  sürmüş  və  bu  iş 
yerli  mütəxəssislər  cəlb  olunmaqla  qısa  müddət  ərzində  həyata 
keçirilmiş, uzunluğu 3300 metr olan uçuş-enmə zolağı istifadəyə 
verilmişdir.  O  vaxta  qədər  hava  limanı  kiçik  təyyarələri  qəbul 
edirdisə,  uçuş-enmə  zolağının  yenidən  qurulması  nəticəsində  iri- 
tutumlu  təyyarələri  qəbul  etməyə  başladı  ki,  bu  da  gün  ərzində 
800-1000  nəfərin  hava  limanının  xidmətindən  istifadə  etməsi 
demək idi.  
Muxtar  respublikanın Türkiyə ilə  həmsərhəd  bölgəsində 
sosial-iqtisadi  inkişafın  gücləndirilməsi  məqsədilə,  həmçinin 
ərazinin geostrateji mövqeyi nəzərə alınaraq 1990-cı ildə Sədərək 
rayonu yaradılmışdır. 
 
 
 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
IV mərhələ : 1993-2003-cü illər 
 
 
Ümummilli  lider  Heydər  Əliyevin  ali  hakimiyyətə 
qayıdışından  sonra  Azərbaycanın  digər  bölgələri  kimi,  Naxçıvan 
Muxtar Respublikası da özünün əsl inkişaf yoluna qədəm qoydu. 
1993-2003-cü  illərdə  Naxçıvan  Muxtar  Respublikasında 
reallaşdırılan  sosial-iqtisadi  islahatların  hədəfi  blokada  şəraitinin 
doğurduğu  çətinliklərin  aradan  qaldırılmasına,  alternativ  yollarla 
bu  problemin  kompensasiya  olunmasına  yönəlmişdir.  İqtisadi  və 
nəqliyyat  əlaqələrinin  məhdud  olduğu  şəraitdə  yüksək  iqtisadi 
fəallığa  nail  olunmasını,  istehsal  potensialının  hərəkətə 
gətirilməsini,  davamlı  quruculuq  işlərini,  sosial  problemlərin 
səmərəli  həllini  və  ən  əsası  əhalinin  güzəranının  layiqincə 
yaxşılaşdırılmasını, demək olar ki, hər bir naxçıvanlının qayğısını 
çəkmək  bacarığını  yalnız  sadə  formada  tərəqqi  və  inkişaf  yolu 
adlandırmaq doğru olmazdı. Bu  yol Vətən və dövlət sevgisindən 
doğan,  gərgin  əmək  və  misilsiz  əzmkarlığın  təcəssümü  olan  əsl 
qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunmuşdur.  
Naxçıvan  Muxtar  Respublikasının  yeni  inkişaf  mərhələsi 
öz başlanğıcını Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş 
sessiyasından  götürür.  Məhz  həmin  sessiyada  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinin  Sədri  seçilmiş  cənab  Vasif  Talıbov 
1969-cu  ildən  başlanan  Heydər  Əliyev  quruculuq  və  inkişaf 
xəttinin  konkret  bir  regionda  –  ağır  blokada  şəraitində  yaşayan, 
davamlı olaraq enerji qıtlığı keçirən, kommunikasiya əlaqələrinin 
olmaması  ucbatından  mal,  material  və  xammal  gətirilməsində 
ciddi  problemlərlə  üzləşən  muxtar  respublikamızda  fəal  yaradıcı 
gücə  malik  olduğunu  öz  əməyi  və  gərgin  işi  ilə  sübut  etdi.  Ötən 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
18  il  ərzində  həyata  keçirilən  məqsədyönlü  siyasət  sayəsində 
Naxçıvan  Muxtar  Respublikası  davamlı  sosial-iqtisadi  yüksəliş 
və  ictimai  həyatdakı  nailiyyətləri  fonunda  keyfiyyətcə  yeni 
mərhələyə qədəm qoymuşdur.  
Uzun  illər  blokada  şəraitində  olması  ilə  əlaqədar 
fəaliyyətini  dayandırmış  sənaye  müəssisələrinin  1996-cı  ildən 
başlayaraq  fəaliyyətinin  bərpa  edilməsi  və  yeni  istehsal 
sahələrinin  yaradılması,  nəticə  etibarı  ilə,  əvvəllər  istehsal 
olunmayan  yeni  sənaye  məhsullarının  istehsalının  təşkilinə  və 
ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb 
olmuşdur.  Belə  ki,  2003-cü  ildə  muxtar  respublikada  istehsal 
edilmiş 17,6 milyon  manatlıq sənaye məhsulunun 1993-cü ildəki 
eyniadlı  göstəricini  3,4  dəfə  üstələməsi  əsas  göstəricilərdən 
biridir.  
Muxtar  respublikada  enerji  təhlükəsizliyi  ilə  bağlı  həyata 
keçirilən tədbirlər çərçivəsində 1993-cü  ilin  may ayında  Türkiyə 
Respublikasındakı “İğdır” elektrik yarımstansiyasından Naxçıvan 
Muxtar  Respublikasına  87,5  km  uzunluğunda  154  kilovotluq 
ikidövrəli  elektrik  verilişi  xəttinin  çəkilişi  başa  çatdırıldı  və 
Naxçıvana qardaş Türkiyə Respublikasından 50-60  mvt  gücündə 
elektrik  enerjisinin  ötürülməsinə  başlanıldı.  Beləliklə,  1993-cü 
ilin ortalarında muxtar respublikaya İran İslam Respublikasından 
42  mvt,  Türkiyə  Respublikasından  isə  63  mvt  gücündə  elektrik 
enerjisi  daxil  olunurdu  ki,  bu  da  yaşayış  standartlarının 
normallaşmasında mühüm mərhələ idi. 
2002-ci  ildən  etibarən  muxtar  respublikaya  daxil  olan 
enerjinin  artırılması,  paylanmasının  yaxşılaşdırılması  sahəsində 
mühüm 
tədbirlər 
görülmüşdür. 
Belə 
ki, 
İran 
İslam 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Respublikasından  alınan  elektrik  enerjisinin  miqdarını  artırmaq 
üçün  132/110  kilovoltluq  “Araz”  elektrik  yarımstansiyasında   
150  mva  güclü  yeni  transformatorun  quraşdırılması  və  9,5  km 
uzunluğunda  110  kilovoltluq  elektrik  verilişi  xəttinin  çəkilməsi 
işləri  həyata keçirilmişdir ki, bu da daxil olan enerjinin  gücünün 
50  mvt  artırılmasına  şərait  yaratmışdır.  2003-cü  ildə  Culfa 
şəhərində  yeni  132/110  kilovoltluq  50  mva  güclü  “Culfa” 
elektrik  yarımstansiyasının  tikilib  istismara  verilməsi  və          
132  kilovoltluq  3  km  uzunluğunda  Culfa-Culfa  elektrik  verilişi 
xəttinin  çəkilməsi  İran  İslam  Respublikasından  alınan  elektrik 
enerjisinin  gücünün  120  mvt-a  çatdırılması  üçün  texniki  imkan 
yaratmışdır. 
Muxtar  respublikanın  etibarlı  müdafiə  təminatı  ilə  bağlı 
həyata  keçirilmiş  tədbirlər  çərçivəsində  1993-2003-cü  illər 
ərzində 37 obyekt, o cümlədən 3 qərargah binası, hərbi hissələrin 
bölük  mərkəzləri  üçün  4  bina,  2  zabit  və  əsgər  yataqxanası,         
3  yeməkxana,  1  tədris  binası,  2  tibb  məntəqəsi,  1  klub  və           
21  müxtəliftəyinatlı  obyekt  tikilərək  və  ya  yenidən  qurularaq 
istifadəyə verilmişdir. 
Muxtar  respublikanın  uzunmüddətli  dövrdə  dayanıqlı  və 
tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlbi xüsusi 
rol  oynamaqdadır.  İnvestisiyaların  tələb  olunan  həcm  və 
keyfiyyətinin  təmin  edilməsi  məqsədilə  investisiya  mühitinin 
daha  da 
yaxşılaşdırılması 
əsas 
vəzifələrdən  biri  kimi 
müəyyənləşdirilmiş, 
1993-2003-cü 
illər 
ərzində 
muxtar 
respublikada  əsas  kapitala  147  milyon  394  min  manat  həcmində 
investisiya yönəldilmişdir. 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə