Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
  
1 yanvar 1993-cü  ildən 1 yanvar 2004-cü ilədək olan dövr 
ərzində muxtar respublikada 15 inzibati bina, 24 nasos stansiyası, 
135  subartezian  quyusu,  34  körpü,  6  ticarət  mərkəzi,  60  elm  və 
təhsil müəssisəsi, o cümlədən 16038 şagird yerlik 55 ümumtəhsil 
məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman 
obyekti,  əlil,  məcburi  köçkün,  qaçqın,  şəhid  ailələri,  təbii 
fəlakətdən zərər çəkənlər  və digər bu kimi kateqoriyalardan olan 
şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək 
istifadəyə verilmişdir.  
Əhalinin  həyat  səviyyəsinin  yaxşılaşması  fərdi  yaşayış 
evlərinin  tikintisinə  də  müsbət  təsir  göstərmişdir.  2003-cü  ildə 
muxtar  respublikada  əhalinin  şəxsi  vəsaiti  hesabına  12,7  min 
kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. 
 
Ölkəmizdə  ilk  dəfə  olaraq  aqrar  islahatlara  başlayan 
muxtar respublikada artıq bu islahatlar başa çatdırılmışdır. Aqrar 
sektorda  əldə  olunan  nailiyyətlər  göz  önündə  idi.  Məhz  bununla 
bağlı  ümummilli  liderimiz  Heydər  Əliyev  Naxçıvan  Muxtar 
Respublikasının 75 illiyi münasibətilə keçirilən yubiley iclasında 
çıxış  edərək  demişdir:  “İndi  deyəndə  ki,  ət,  süd,  yağ,  pendir 
artıqlaması  ilə  istehsal  olunur,  başına  qalıb,  satmağa  imkan 
yoxdur, çünki çıxarıb başqa yerdə satmaq mümkün deyildir, 
mən  buna  nə  qədər  sevinirəm.  Nə  qədər  sevinirəm  ki,  о  vaxt 
biz özəlləşdirməni Azərbaycanın hər yerindən tez başladıq və 
Naxçıvan  bu  işlərə  hamıdan  qabaq  nail  oldu.  Muxtar 
respublikanın о qara günləri qurtardı”. 
İqtisadi  təhlil  göstərir  ki,  muxtar  respublikada  həyata 
keçirilən  islahatlar  aqrar-sənaye  potensialından  səmərəli  istifadə 
edilməsi  üçün  zəmin  yaratmışdır.  Muxtar  respublikada  ərzaq 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
balansının  müsbət  meyilliliyini  təmin  etmək,  idxaldan  asılı 
olmayan  dayanıqlı  ərzaq  təminatına  nail  olmaq  üçün  bitkiçiliyin 
inkişafı  ötən  dövr  ərzində  prioritet  istiqamət  kimi  diqqətdə 
saxlanılmışdır.  2003-cü  ilin  məhsulu  üçün  46  min  648  hektar 
sahədə  əkin  işləri  aparılmışdır  ki,  bu,  1993-cü  ildəki  əkilmiş 
sahədən  72,1  faiz  çoxdur.  Əkin  sahələrinin  artımı  məhsul 
istehsalının  artmasına  təsir  göstərmişdir.  Belə  ki,  2003-cü  ildə 
81438  ton  dənli  və  dənli-paxlalılar,  14234  ton  kartof,  53350  ton 
tərəvəz,  41700  ton  bostan  məhsulu  istehsal  edilmişdir  ki,  bu  da 
1993-cü  ildəki  göstəricilərdən  müvafiq olaraq 4,1 dəfə, 7,9 dəfə, 
3,6  dəfə  və  41,7  dəfə  çoxdur.  Bu  dövr  ərzində  meyvə  istehsalı   
3,5 dəfə artaraq 28632 tona çatmışdır. 
  
Muxtar  respublikada  kənd  təsərrüfatının  əsas  sahələrindən 
biri  olan  heyvandarlığın  inkişafına  xüsusi  diqqət  yetirilmiş, 
heyvanların  baş  sayında  və  heyvandarlıq  məhsullarının 
istehsalında artıma  nail olunmuşdur. 2003-cü  ilin sonuna  muxtar 
respublikada  81202  baş  iribuynuzlu  mal-qara,  474898  baş 
xırdabuynuzlu  mövcud  olmuşdur  ki,  bu  da  1993-cü  ilin  sonuna 
olan  göstəriciləri  müvafiq  olaraq  1,7  dəfə  və  1,9  dəfə 
üstələmişdir.  Heyvandarlıqda  baş  sayının  artımı  heyvandarlıq 
məhsullarının  artmasına  müsbət  təsir  göstərmişdir.  2003-cü  ildə 
muxtar  respublikada  6879  ton  ət  (kəsilmiş  çəkidə),  58927  ton 
süd, 43327  min ədəd  yumurta və 793 ton yun  istehsal edilmişdir 
ki,  bu  da  10  il  öncə  olan  göstəricilərə  nisbətdə  müvafiq  olaraq  
1,7 dəfə, 3,5 dəfə, 1,5 dəfə və 2,7 dəfə çoxdur. 
 Muxtar  respublikada  kənd  təsərrüfatının  perspektivli 
sahələrindən  biri  olan  arıçılıq  sahəsinin  inkişafı  arı  ailələrinin 
sayının  və  məhsul  istehsalı  həcminin  artmasına  zəmin 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
yaratmışdır.  1  yanvar  2004-cü  il  tarixə  muxtar  respublikada 
17451 arı ailəsi  mövcud olmuşdur ki, bu  da 1993-cü  ilin sonuna 
olan  müvafiq  göstəricidən  3,9  dəfə  çoxdur.  2003-cü  ildə  bal 
istehsalı 1993-cü ilə nisbətən 5 dəfə artaraq 155 tona çatmışdır. 
Kənd təsərrüfatı sahəsində qazanılmış uğurların nəticəsidir 
ki,  2003-cü  ildə  71  milyon  822  min  manatlıq  kənd  təsərrüfatı 
məhsulu  istehsal  olunmuşdur  ki,  bu  da  10  il  öncəki  müvafiq 
göstəricidən 3,7 dəfə çoxdur. 
Müstəqillik  dövründə  xüsusi  mühafizə  olunan  təbiət 
əraziləri  şəbəkəsi  daha  da  inkişaf  etdirilmişdir.  Azərbaycan 
Respublikası  Prezidentinin  2003-cü  il  16  iyun  tarixli  Sərəncamı 
ilə  ərazisi  12131  hektar  olan  Akademik  Həsən  Əliyev  adına 
Ordubad  Milli  Parkı,  ərazisi  3139  hektar  olan  Şahbuz  Dövlət 
Təbiət Qoruğu  yaradıldı. Muxtar respublikada ekoloji  vəziyyətin 
yaxşılaşdırılması  istiqamətində  1993-2003-cü  illər  ərzində     
4270  hektar  sahədə  meşəsalma  və  meşəbərpa  işləri  aparılmış,      
2 milyon 135 mindən çox ağac və gül kolu əkilmişdir. 
Ötən  dövr  ərzində  rabitə  sahəsinin  inkişafı  istiqamətində 
muxtar  respublikanın  bütün  ərazisini  əhatə  edən  elektron  telefon 
stansiyaları istifadəyə verildi, Bakı-Naxçıvan arası peyk kanalları 
vasitəsilə  rabitə  əlaqələri  yaradıldı,  Azərbaycan  televiziya  və 
radio  verilişlərinin  peyk  üzərindən  Naxçıvana  çatdırılması  təmin 
edildi.  1998-ci  ildə  muxtar  respublikada  istismar  olunan 
koordinattipli  avtomat  telefon  stansiyaları  yüksək  keyfiyyətə 
məxsus  Cənubi  Koreya  istehsalı  olan  yeni  elektrontipli  avtomat 
telefon  stansiyaları  ilə  əvəz  olundu.  2003-cü  ilin  sonuna  muxtar 
respublikada  hər  yüz  ailəyə  düşən  stasionar  telefon  aparatlarının 
sayı 46-ya çatmışdır.  


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə