Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
istehsalını  həyata  keçirirdilər.  1970-ci  ildə  75  min  dekalitr  şərab 
istehsal edildiyi halda, bu göstərici 1980-ci ildə 319, 1983-cü ildə 
isə  536  min  dekalitrə  çatmışdı.  Həmin  göstəricilər  1970-ci  ilə 
nisbətən müvafiq olaraq 4,2 və 7,1 dəfə çox idi. Şərabçılığın əsas 
mərkəzi Şərur rayonu idi.  
Ordubad  Konserv  Zavodu  Naxçıvanın  yeyinti  sənayesinin 
ən  iri  müəssisəsi  idi.  9-11-ci  beşilliklər  dövründə  bu  müəssisə 
yenidən  qurulmuş  və  genişləndirilmişdi.  Yerli  tərəvəz  və 
meyvələr emal edən bu müəssisədə məhsul istehsalı ilbəil artırdı. 
Burada  1970-ci  ildə  10  milyon  şərti  banka  məhsul  istehsal 
edildiyi  halda,  1980-ci  ildə  həmin  göstərici  26  milyon,  1985-ci 
ildə  isə  34,5  milyon  şərti  bankaya  çatmış,  1970-ci  ilə  nisbətən 
müvafiq  olaraq  2,6  və  3,5  dəfə  artmışdı.  Zavod,  əsasən,  meyvə, 
giləmeyvə  və  tərəvəz  konservləri  istehsal  edirdi.  Bu  konservlər, 
xüsusilə  gül,  tut,  qoz  mürəbbələri  özünün  yüksək  keyfiyyəti  ilə 
seçilmiş,  keçmiş  ittifaq  bazarında  özünə  layiqli  yer  tutmuşdur. 
Ordubad  Konserv  Zavodunu  lazımi  xammal  bazası  ilə  təmin 
etmək  üçün  1970-ci  illərdə  Ordubad  rayonunda  meyvə-tərəvəz 
sovxozu  təşkil  olunmuş  və  müvafiq  kənd  təsərrüfatı  məhsul-
larının istehsalı artırılmışdı. 
Naxçıvan  öz  yeraltı  sərvətləri  ilə  də  məşhurdur.  Onu  haqlı 
olaraq mineral sular qalereyası adlandırırlar. Naxçıvan ərazisində 
200-dək mineral su mənbəyi var. 1940-cı illərdə Badamlıda kiçik 
bir mineral su dolduran müəssisə işə salındı. Sonrakı illərdə onun 
texniki bazası möhkəmləndirildi və istehsal həcmi artırıldı. 1953-cü 
ildən  Badamlıda  mexanikləşdirilmiş  və  avtomatlaşdırılmış 
müəssisə  fəaliyyət  göstərməyə  başladı.  1970-1980-ci  illərdə 
Badamlı  Mineral  Su  Zavodunun  istehsal  gücü  xeyli  artırıldı. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Vayxır  və  Sirab  mineral  su  mənbələrindən  məqsədəuyğun 
istifadə  olunmağa  başlandı.  1979-cu  ildə  Naxçıvan  şüşə  tara 
zavodunun  tikilib  istifadəyə  verilməsi  mineral  su  zavodlarının 
şüşə  taralarla  təminatını  yaxşılaşdırmağa  imkan  verdi.  Beləliklə, 
özünün  fiziki-kimyəvi  xassələrinə  görə  bir-birindən  tamamilə 
fərqlənən  yerli  mineral  su  mənbələrindən  istifadə  etməklə  1970-ci 
illərdə  muxtar  respublikada  iri  sənaye  sahəsi  yaradıldı.  Artıq 
1980-ci  illərin  birinci  yarısında  Naxçıvan  Azərbaycanın  nəinki 
təkcə  mineral  su  istehsal  edən  əsas  mərkəzinə  çevrilmiş,  eyni 
zamanda Sovetlər Birliyinin müxtəlif müalicə suları istehsal edən 
iri  bölgələrindən  biri  kimi  tanınmışdı.  Badamlı  və  Sirab  mineral 
su  mənbələri  (müvafiq  olaraq  “Narzan”  və  “Barjomi”  tipində) 
əsasında tikilmiş zavodlarda 1940-cı ildə (Badamlı) 4,4 və 1970-ci 
ildə  37  milyon  ədəd  yarım  litrlik  şüşə  taralarda  mineral  su 
istehsal  olunmuşdur.  1985-ci  ildə  Sirab  mineral  su  mənbəyi 
əsasında  ildə  200  milyon  şərti  butulka  mineral  su  istehsal  edən 
zavod  tikilib  istifadəyə  verildi.  1980-ci  illərdə  istehsal  olunan 
mineral  suyun  60  faizdən  çoxu  muxtar  respublikadan  kənara 
ixrac  edilirdi.  1983-cü  ildə  istehsal  olunmuş  134  milyon  butulka 
mineral  suyun  80  milyon  butulkası  Sovetlər  Birliyinin  150-dən 
çox şəhərinə göndərilmişdi. 
Naxçıvanda  duz  istehsalının  həcmi  mövcud  ehtiyatla 
müqayisədə həmişə az olmuşdur. Duzun hasilatında mövcud olan 
çətinliklər,  texniki  bazanın  zəifliyi  və  məhsulun  daşınması 
imkanlarının məhdudluğu üzündən uzun illər burada duz istehsalı 
aşağı  səviyyədə  olmuşdu.  Sonrakı  illərdə  duz  mədəninin  maddi-
texniki  bazası  genişləndirilmiş,  daşınmanın  nəqliyyatla  təminatı 
yaxşılaşdırılmış  və  nəticədə,  duz  istehsalı  ildən-ilə  tədricən 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
artmışdır.  1940-cı  ildə  Naxçıvan  duz  mədənindən  45,5,  1970-ci 
ildə 62,1, 1980-ci  ildə 81,8  və 1983-cü  ildə isə 104  min ton duz 
çıxarılmışdı. 1983-cü ildə  istehsal olunan  duzun  miqdarı 1940-cı 
ilə nisbətən 2,3 dəfə çox idi. 
Muxtar respublikada bu dövr ərzində yeyinti sənayesinin bir 
sıra  başqa  müəssisələri  də,  o  cümlədən  bütün  rayon 
mərkəzlərində  və  Naxçıvan  şəhərində  fəaliyyət  göstərən  çörək 
zavodları,  Naxçıvan  ət  kombinatı,  Tumbul  pivə  zavodu, 
Naxçıvan  dəyirman  kombinatı,  süd,  pendir  zavodları,  əsasən, 
yumurta  istehsalı  üzrə  ixtisaslaşmış  quşçuluq  fabriki  fəaliyyət 
göstərmişlər . 
Bu  illərdə  muxtar  respublikada  heyvandarlığın  inkişafı 
üçün  kompleks  işlər  aparılmışdır.  Həyata  keçirilən  tədbirlər 
sırasında  bu  sahənin  ixtisaslaşdırılması,  mal-qara  cinsinin 
yaxşılaşdırılması, 
təmərküzləşmə 
və 
təsərrüfatlararası 
kooperasiyaların  yaradılması  xüsusi  yer  tuturdu.  Bu  tədbirlərin 
nəticəsi 
olaraq, 
kollektiv 
təsərrüfatlarda 
heyvandarlığın 
inkişafında  müsbət  dəyişikliklər  baş  verdi.  1970-ci  ilə  nisbətən 
1980-ci  ildə  muxtar  respublikanın  kolxoz  və  sovxozlarında  ət 
istehsalı  1,5  dəfə,  süd  istehsalı  1,4  dəfə,  yumurta  istehsalı         
2,1 dəfə, yun istehsalı 1,3 dəfə artmışdı.  
Ötən  dövr  ərzində  heyvandarlıq  sahəsində  hər  il  yüksək 
artım  əldə  edilmişdir.  1971-ci  ildə  muxtar  respublikada 
iribuynuzlu  mal-qaranın  sayı  63,8,  1981-ci  ildə  69,  1986-cı  ildə 
72,5  min  baş,  qoyun  və  keçilərin  sayı  isə  müvafiq  olaraq  254,8, 
292,2  və  281,7  min  baş  olmuşdur.  Bütün  təsərrüfat 
kateqoriyalarında  əsas  heyvandarlıq  məhsulları,  o  cümlədən  ət, 
süd, yumurta, yun və barama istehsalı artmışdı.  


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə