Azərbaycan respublikasi naxçivan muxtar respublikasi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

207 
 
tərəvəz,  paxlalı  və  toxumluq  məqsədi  ilə  becərilən  kənd 
təsərrüfatı  bitkilərinin  ehtiyacı  yaranır.  Yem  bitkilərinin 
toxumunun  əldə  edilməsi  yemçiliyin  və  maldarlığın  inkişafı 
üçün  aktual  məsələlərdən  biridir.  Bu  bitkilərin  reproduktiv 
orqanlarının  xüsusi  quruluşu  onların  ancaq  ixtisaslaşmış 
növlərlə tozlanmasını tələb edir [22].  
Yonca çiçəklərinin tozlanması müxtəlif cinslərə mənsub 
olan  70-90  növ  orta  ölçülü  və  iri  arıkimi  fərdlərinin  fəaliyyəti 
hesabına  baş  verir.  Başqa  sözlə,  sübut  edilmişdir  ki,  yonca, 
digər  yem  və  texniki  bitkilərin  effektli  tozlanması  üçün  bal 
arısı ilə birlikdə arikimilərin də əhəmiyyəti yüksəkdir. Əlverişli 
becərilmə 
və 
tozlanma 
şəraitində 
yoncanın 
toxum 
məhsuldarlığı  8-10  s/ha-yadək  yüksələ  bilir.  Yoncanın  əsas 
təbii  tozlayıcıları  koloniyalar  əmələ  gətirməyə  meyilli  olan 
arıkimilərdir [55]. 
Arıkimilərin  uçuşu  və  effektli  tozlayıcı  fəaliyyəti  üçün 
optimal şərait entomofil bitkilərin çiçəkləmə fazalarında aydın, 
temperaturu 18-30
0
C, yağıntısız, küləksiz, rütubətliliyi 30-70% 
olan günlərdə daha çox müşahidə olunur. Müəyyən edilmişdir 
ki,  muxtar  respublika  ərazisində  arıkimilərlə  çiçəklərin 
tozlanması  əsasən  səhər  7
00
-13
00
  saat  radələrində  baş  verir. 
Əkinlərdə arıkimilərin sayının maksimal sayı saat 11
00
-13
00
-da 
qeyd edilmişdir. Nisbətən fərdlərin az sıxlığı saat 17
00
-18
00
-da 
hesablanmışdır.  Yağışlı,  tutqun  və  küləkli  havalarda 
arıkimilərin  uçuşu  aqrosenozlarda  çiçəkləmənin  yüksək 
həddində  belə  dayanır,  tozlanma  tam  getmir,  mayalanmamış 
çiçəklər  2-3  günə  tökülür.  Beləliklə,  toxumçuluğun,  eləcə  də 
meyvəçiliyin  məhsuldarlığı  tamamilə  təbii  tozlandırıcıların-
arıkimilərin  varlığından  asılıdır.  Yonca  və  digər  yem 
bitkilərinin əsas tozlandırıcıları AndrenaMelitturgaHalictus
Rophites,  Melitta,  Anthidium,  Osmia,  Eucera,  Anthophora  və 
Bombus cinslərinin nümayəndələridir [43,53,82,87]. 
Hesablamalara görə, yoncanın və digər yem bitkilərinin 
təbii  tozlandırıcıları  160-a  yaxın  arıkimi  növüdür.  Üçyarpaq 
yoncanın  və  digər  otlaq  bitkilərinin  ən  yaxşı  tozlandırıcıları  


208 
 
Bombus  cinsinin  növləri  hesab  edilir.  Bir  bombus  fərdinin 
tozlayıcı  fəaliyyəti  3-5  bal  arısının  işinə  bərabər  tutulur. 
Bombuslar  yonca  ilə  bərabər  lupinin,  günəbaxanın,  bostan, 
meyvə 
bitkilərinin 
əla  tozlandırıcılarıdır.  Tozlanmanın 
arıkimilərlə,  o  cümlədən  bombuslarla  effektivliyi  vegetasiya 
dövrünün  ikinci  yarısında  populyasiyaların  sıxlığı  yeni  nəsil 
işçi, fəal fərdlərin hesabına artdığı zaman daha da yüksəlir.  
Xarici  ölkələrdə  meyvə,  xüsusi  ilə  alma  bağlarının  və 
çiçəkli  mədəni  bitki  plantasiyalarının  tozlanması  üçün  xüsusi 
şəraitdə  süni  yetişdirilmiş  arıkimilərdən,  əsasən  bombuslardan 
geniş istifadə edilir [51]. 
Bitkilərin  Bombus  cinsinin  növlərilə  tozlanmasının 
səmərəliliyini artırmaq üçün şumlamadan, yuvalama yerlərinin 
pestisid  və  biopreparatlarla  işlənməsindən  imtina  edilməlidir. 
Əkinlər  bombusların  daha  çox  yuvaladığı  meşə  zolaqlarının, 
çoxillik  paxlalı  sahələrinin,  otlaqların  və  xam  ərazilərin 
yaxınlığında aparılmalıdır. 
Muxtar respublika ərazisində təbii tozlayıcıların yüksək 
növmüxtəlifliyi  və  onların  ayrı-ayrı,  o  cümlədən  antropogen 
təsirlər 
nəticəsində 
dəyişilmiş 
biotoplarda 
yaşamağa 
uyğunlaşması  faunanın  təbiətdə  saxlanılması  probleminə 
nikbin  baxmağa  imkan  verir.  Eyni  zamanda    arıkimilərin 
insanların  dəstəyinə  ehtiyacı  vardır.  Müasir  dövrdə  entomofil 
bitki  senozlarında  arıkimilərin  populyasiyalarının  sıxlığı 
bitkilərin  effektli  tozlanması  üçün  çox  vaxt  kifayətedici 
səviyyədə olmur.  
Bizim  tərəfimizdən  arıkimilərin  təbii  şəraitdə  sayının 
monitorinqi  və  gözlənilən  dəyişikliklərin  proqnozu  sisteminin 
tətbiqi  onların  səmərəli  istifadəsinə,  qorunmasına,  aqro-  və 
müxtəlif  senozlarda  toplanması  üçün  əlverişli  şəraitin 
yaradılmasına xidmət edir.  
Tozlayıcıların  təbii  ehtiyatlarının  və  əhəmiyyətinin 
düzgün 
qiymətləndirilməməsi, 
əkinlərin 
insektsidlərlə 
israfcasına 
işlənilməsi 
senozlarda 
və 
bütünlükdə 
aqroekosistemdə tarazlığın pozulmasına səbəb olur [42].  


209 
 
Bitkilərin  qorunmasının  səmərəliliyi  və  ekoloji  təmiz 
kənd təsərrüfatı məhsulunun artırılması məqsədilə ətraf mühitin 
qorunması  eyni  zamanda  bitki-entomofauna  təbii  birliklərinin 
vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir [106]. 
Sübut 
edilmişdir 
ki, 
aqroekosistemlərin 
sabitləşdirilməsi  hökmən  onların  fitosanitar  təmizliyinə  gətirib 
çıxarır.  Təbiətdən  optimal  istifadə  bütün  bioloji  resursların, 
aqrolandşaftların,  həmçinin  onların  faydalı  etntomofaunasının 
səmərəli və məqsədyönlü istifadəsinə əsaslanmalıdır. 
 
NƏTİCƏLƏR 
 
1. 
2004-2008-ci 
illərdə 
Naxçıvan 
Muxtar 
Respublikasının  faunasında  6  fəsiləyə,  47  cinsə  mənsub  olan 
335  növ  arıkimi  aşkar  edilmişdir.  146  növ  muxtar  respublika, 
77  növ  arıkimi  isə  Azərbaycan  faunası  üçün  ilk  dəfə 
göstərilmişdir.  Növlərinin  sayına  görə    Apidae  (114;  34%), 
Andrenidae  (69;  20%)  Halictidae  (59;  18%)  və  Megachilidae 
(59;  18%)  fəsilələri  üstünlük  təşkil  edirlər.  Colletidae  və 
Melittidae  fəsilələri  müvafiq  olaraq  29  (9%)  və  5  (1%)  növlə 
təmsil olunmuşlar. 
2.  Arıkimilər  faunasının  ərazinin  7  əsas  landşaft  tipi 
üzrə  paylanmasının  qanunauyğunluqları  öyrənilmişdir.  Fauna 
yarımsəhra (194 növ) və dağ-kserofit çəmən-kolluq (117 növ) 
landşaftlarında daha çox növ zənginliyinə malik olmuşdur. Bu, 
hər  iki  landşaft  tipində  təbii  bitki  örtüyünün,  oxşar 
aqrosenozların və əlverişli şəraitin mövcudluğu ilə bağlıdır. Ən 
az arıkimi növü (9) alp çəmənliklərində qeyd edilmişdir. 
3.  Bölgənin  relyefinə  və  təbii-coğrafi  şəraitinə  görə 
kəskin fərqlənən 4 yüksəklik zonası üzrə arıkimilərin yayılması 
tədqiq  edilmişdir.  Müəyyən  edilmişdir  ki,  alçaq  dağlıqdan 
(142)  orta  dağlığa  (183)  doğru  növlərin  sayı  artır,  yüksək 
dağlıq (56) zonasında isə arıkimi növlərinin sayı və fərdlərinin 
sıxlığı aşağı düşür. Muxtar respublika ərazisinin 27%-ni təşkil 
edən düzənlik zonası üçün 80 növ arıkimi aşkar edilmişdir.  


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə