Azərbaycan respublikasi naxçivan muxtar respublikasi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

204 
 
 
Histoqram 6.1. Arıkimi növlərinin fəsillərə görə say nisbəti.  
  
6.1.3.  Yuvalaması.  Arıkimilər  yuvalama  üsuluna  görə 
dişiləri  nəsil  vermək  üçün  yüva  quranlara  və  dişiləri  yuva 
sahibini  öldürərək  və  ya  qovaraq  özgə  yuvasına  sahib  olan 
kleptoparazitlərə  bölünürlər.  Bəzən  yuva  quranlar  da  özgə 
yuvalarını  zəbt  edirlər,  bu  hal  daha  çox  primitiv  sosial  həyat 
tərzli  növlərə  məxsusdur.  Tək  yaşayan  arıkıkimi  fərdləri  həm 
öz fərdlərinə, həm də digər növlərin nümayəndələrinə mənsub 
yuvaları zəbt edə bilərlər [94, s.5-10].  
Yerləşdiyi  məkana  görə  yuvalar  aşağıdakı  tiplərə 
bölünür:  
1.  Torpaqda  qazılmışlar.  Bu  yuvalar  arıkimilərin  əksər 
növləri  üçün  səciyyəvidir.  Arıkimi  fərdi  tərəfindən  yuva 
yerinin  seçilməsində  torpaq  səthinin  relyefi,  yamacların 
ekspozisiyası,  bitki  örtüyünün  varlığı  və  sıxlığı,  torpağın 
rütubətliliyi və bir sıra digər amillər əhəmiyyətli rol oynayır.  
2.  Bitki  materialında  gəmirilərək  qazılmışlar.  Belə 
yuvalar  Megachilidae  fəsiləsinin,  Hylaeus  və  Anthophora 
cinslərinin  nümayəndələrinə  xasdır.  Adətən,  arıkimi  növləri 


205 
 
qırılmış  və  çatlamış  gövdələrə  üstünlük  verirlər.  Bu  cür 
materiallarda  hətta  oduncağın  mərkəzinə  birbaşa  giriş  və 
yuvanın qurulması onların işini xeyli yüngülləşdirir.  
3. Təbii yaranmış boşluqlar. Bu məqsədlə arıkimilər hər 
şeydən əvvəl ksilofaq həşəratların oduncaqda, bitkilərin kövrək 
gövdələrində,  ağac  qabığı  altında  yaratdıqları  boşluqlardan, 
digər  arıkimi  və  arıların  istifadə  etdikləri  köhnə  yuvalardan 
istifadə  edirlər.  Belə  sakinlər  əsasən    Megachilidae,  Apidae 
fəsilələrinin və Colletes cinsinin növləridir. Qeyri adi yuvalama 
halları  Osmia  cinsinin  növlərinə  xasdır,  onlar  çox  vaxt 
qarınayaqlı mollyuskların boş çanaqlarında yuvalayırlar.  
4.  Açıq  yerlər.  Apidae  fəsiləsinin  növləri  yuvalarını 
ağac  kötüklərində,  çardaqlarda  mumdan,  Megachilidae 
fəsiləsinin  bəzi  nümayəndələri  isə  qətrandan,  gildən,  kiçik 
daşlardan  istifadə  edərək  daşlar,  ağac  gövdələri  və  yarpaqlar 
üzərində qururlar. 
Kleptoparazitizm.  Belə  parazitlik  forması  dişi  arıkimi 
fərdlərinin 
öz 
yumurtalarını 
yuva 
quran 
növlərin 
yumurtalarının  içərisinə  qoyduğu  zaman  meydana  çıxır.  Əsil 
parazit həşaratlardan fərqli olaraq  kleptoparazitin nəsli sahibin 
öz  süfrələri  üçün  tədarük  etdiyi  qida  hesabına  inkişaf  edir. 
Parazitlik  üsullarına  görə  kleptoparazit  arıkimilər  üç  tipə 
bölünür:  
1.  Nomad  tip.  Parazitin  dişi  fərdi  öz  yumurtalarını 
sahiblə  konfliktə  girmədən  və  nəslinə  toxunmadan  onun 
yumurtalarının  içərisinə  qoyur.  Kleptoparazitin  sürfəsi  sahibin 
yumurtasını və ya onun cavan sürfəsini, bədən örtüyünü çənəsi 
ilə  dağıdaraq  məhv  edir.  Bu  parazitlər    Apidae  fəsiləsinin 
Nomada,  Megachilidae  fəsiləsinin  Aglaoapis,  Anthidium  və 
Megachile cinslərinə aid növlərdir.  
2.  Sfekod  tip.  Sphecodes  cinsinin  dişiləri  yumurta 
qoymadan  əvvəl  sahibin  nəslini  çox  hallarda  onunla 
mübarizəyə girişərək, yuvadan qovur və ya dişi ananı öldürərək 
məhv edir.  


206 
 
3. Sosial tip. Dişi kleptoparazit sosial arıların ailələrinə 
daxil  olub  onun  ana  arısını  əvəz  edir,  yaxud  onu  qovur  və  ya 
öldürür.  İşçi  fərdləri  parazitin  reproduktiv  nəslini  törətməyə 
məcbur edir.  
Apardığımız  entomoloji  müşahidələrə  görə  muxtar 
respublika 
arıkimilər  faunasında  Sphecodes  albilabris
Sphecodes  ferruginatus,  Stelis  iugae,  Stelis  odontopyga
Coelioxys  echinata,  Coelioxys  elongata,  Coelioxys  rufescens, 
Nomada  sybarita,  Nomada  bispinosa,  Nomada  castellana, 
Nomada 
chrysopyga, 
Nomada 
emarginata
Nomada 
ferruginata,  Nomada  fucata,  Nomada  fulvicornis,  Nomada 
gribodoi, 
Nomada 
lathburiana
Nomada  marshamella
Nomada  mutica,  Nomada  oculata,  Nomada  roberjeotiana
Nomada succinctaNomada armata  növləri parazit həyat tərzi 
keçirirlər [18]. 
 
6.2. 
Arıkimilərin 
təsərrüfat 
əhəmiyyəti 
və 
qorunması.  Arıkimilərin  bioloji  xüsusiyyətləri  haqqında  əldə 
edilmiş  məlumatlar  onların  müxtəlif  iqlim  zonalarında  qlobal 
proseslər,  həmçinin  antropogen  təsirlər  nəticəsində  dəyişilən 
həyat 
şəraitinə 
təkamülyönlü 
və 
genetik 
olaraq 
uyğunlaşmalarının genişliyini subut edir. Bununla belə, arıkimi 
növlərinin  populyasiyalarının  sıxlığı  müəyyən  ərazilərin 
müxtəlif  ekoloji  amillərinin  (mikroiqlimin  dəyişilməsi,  hava 
şəraitinin  kəskin  tərəddüdləri,  qida  çatışmamazlığı,  yuvalama 
imkanının  məhdudluğu,  parazit  sayının  artması  və  s.)  təsiri 
altında xeyli dəyişilə və hətta məhv ola bilər [59,147].  
Entomofil  bitkilərin  tozlayıcıları  kimi  arıkimilər  növ 
tərkibinə  görə  aqrolandşaftlarda  təbii  komplekslərin  tərkib 
hissəsini  təşkil  edirlər.  Onların  arasında  ixtisaslaşmış  ayrı-ayrı 
tozlayıcılar yuksək sayı ilə seçilirlər. 
Arıkimilərlə  tozlanmaya  yonca,  üçyarpaq  yonca  kimi, 
paxlalılar və alma sortlarının ehtiyacı daha kəskindir. Bal arısı 
ilə  kifayət  qədər  tozlana  bilən  bitkilər  üçün  də  arıkimilər  əsas 
tozlayıcı  amildir.  Arıkimilərlə  əlavə  tozlanmaya  meyvə, 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə