Azərbaycan respublikasi naxçivan muxtar respublikasi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

192 
 
Trofik 
əlaqələri:  Elaeagnus  angustifolia L.,  Elaeagnus 
orientalis L., 
Potentilla 
argentea 
L., 
Astragalus 
fragrans Willd. 
Material: Ordubad, 20.05,1980, 1♀, X.Əliyev. 
 
 
Xylocopa violacea 
 
 
 
 
 
 
 
 
 


193 
 
V FƏSİL. ARIKİMİLƏRİN LANDŞAFTLAR VƏ 
YÜKSƏKLİK ZONALARI ÜZRƏ YAYILMASI 
5.1. Arıkimilərin landşaftlar üzrə yayılması.  
Tədqiqat müddətində Naxçıvan Muxtar Respublikasının 
yarımsəhra, dağ-kserofit, dağ-meşə, dağ-kserofit çəmən-kolluq, 
dağ-çəmən və çəmən-bozqır, subalp çəmənlik və alp çəmənlik 
landşaft  tiplərində  arıkimilərin  yayılması  tərəfimizdən 
aşağıdakı kimi aşkar edilmişdir. 
Yarımsəhra  landşaftı.  Bu  landşaft  tipi  Sədərək,  Şərur, 
Kəngərli,  Böyükdüz,  Naxçıvan,  Culfa,  Dəstə  və  Ordubad 
düzlərində, Araz çayının sol sahili boyunca uzanan düzənlikdə, 
Əlincə, Vənənd, Haçaparaq, Güznüt çay dərələrində, Gilançay 
və Ordubadçayın gətirmə konuslarında inkişaf etmişdir. Burada 
boz, boz-qəhvəyi və açıq şabalıdı torpaqlar üstünlük təşkil edir.  
Bitki  örtüyü  əsasən  gəngiz,  yovşan,  friqanoid  və  gəvən 
qruplaşmalarından ibərətdir [25, s.257-279].  
Araşdırmalarımız  nəticəsində  yarımsəhra  landşaftında 
194  növün  yayıldığı  müəyyən  edilmişdir.  Landşaftda  Hylaeus 
(19  növ),  Andrena  (36  növ)  və    Anthophora  (17  növ)  cinsləri 
daha çox növlə təmsil olunmuşdur. Bu və digər landşaftlar üzrə 
arıkimilərin yayılması əlavə, cədvəl 1-də verilmişdir.     
Dağ-kserofit  landşaftı.  Bu  landşaft  tipi  orta  dağlıq 
ərazidə,  onun  ayrı-ayrı  növləri  Günnüt-Yaycı  kəndləri 
ərazisində,  Qaraquş,  Kotam  dağlarında  Qırxlardağ  və 
Darıdağda,  Payız,  Türkeş,  Nüsnüs  kəndləri  ətrafında, 
Əbrəqunis  və  Qazançı  çökəkliklərində  yayılmışdır.  Burada 
əsasən dağ şabalıdı torpaqlar üstünlük təşkil edir. Bitki örtüyü 
yovşan-friqanoidlər, dağ-kserofit birləşmələrindən və çəmənlik 
bitkilərindən  yaranmışdır.  Dağ-kserofit  landşaftında  70  növün 
yayıldığı  aşkar  edilmişdir.  Bu  landşaftda  Andrena  cinsi  11 
növlə daha çox üstünlük təşkil edir. 
Dağ-meşə  landşaftı.  Naxçıvançayın,  Əlincəçayın  və 
Gilançayın  yuxarı  axınlarında  yayılmışdır.  Burada  dağ-meşə 
torpaqları  üstünlük  təşkil  edir.  Bu  landşaftın  tərkibində  Şərq 


194 
 
palıdına,  ardıca,  yemişana,  almaya,  badama,  söyüdə,  zirincə, 
vənə, itburnuna, doqquzdona, dovşan almasına, alça və armuda 
rast gəlinir.  
Dağ-meşə 
landşaftında 
22 
növün 
yayıldığı 
müəyyənləşdirilmişdir. Landşaftda Hylaeus və Bombus cinsləri 
üstünlük təşkil edirlər. 
Dağ-kserofit  çəmən-kolluq  landşaftı.  Orta  dağlıq 
ərazinin  yüksək  hissəsində,  Kükü-Zərnətün,  Nursu-Külüs 
kəndləri  arasında,  Gilançay  dərəsinin  sol  yamacında, 
Əlincəçay,  Vənəndçay  hövzələrində,  Şahbuzla  Buzqov 
arasında  yayılmışdır.  Burada  dağ-meşə,  dağ-meşə  qəhvəyi, 
dağ-çəmən  və  dağ-çəmən  çöl  torpaqları  üstünlük  təşkil  edir. 
Bitki örtüyündə meşə-kolluq və dağ-kserofit qruplaşmaları əsas 
rol oynayır.  
Bu  landşaft  tipində  117  növün  yayıldığı  öyrənilmişdir. 
Andrena (19  növ)  və  Bombus (18  növ)  cinsləri  üstünlük təşkil 
edirlər [17]. 
Dağ-çəmən  və  çəmən-bozqır  landşaftı.  Bu  landşaft  tipi 
Keçili,  Çənnəb  maili  düzənliklərində,  Qışlaq,  Məzrəsuyal, 
Sarıdağ dağlarında və Biçənək aşırımında  yayılmışdır. Burada 
meşədən  sonrakı  qəhvəyi  torpaqlar  üstünlük  təşkil  edir.  Bitki 
örtüyü sünbüllü taxıllar və çəmən bitkilərindən ibarətdir.  
Landşaftda  32  növün  yayıldığı  müəyyən  edilmişdir. 
Andrena  (7  növ)  və  Bombus  (6  növ)  cinsləri  üstünlük  təşkil 
edirlər. 
Subalp  çəmənlik  landşaftı.  Bu  landşaft  tipi  Anabad, 
Havuş,  Kükü,  Keçili,  Ağdaban  dağlarının  və  Zəngəzur 
silsiləsinin cənub-qərb yamaclarını əhatə edir.  
Subalp  çəmənlik  landşaftında  38  növ  yayılmışdır. 
Növlərinin  sayına  görə  Andrena  (4  növ)  və  Bombus  (11  növ) 
cinsləri fərqlənirlər.  
Alp çəmənlik landşaftı. Bu landşaft tipi Kükü, Keçili və 
Zəngəzurun  cənub-qərb  yamaclarında 
yayılmışdır.  Alp 
çəmənlik  landşaftında  9  növ  tapılmışdır.  Bombus  cinsinə 
mənsub  olan  arıkimilər  8  növlə  təmsil  olunmuşdur. 


195 
 
Ümumiyyətlə, alp və subalp çəmənlikləri üçün xarakterik olan 
növlər Bombus cinsinin nümayəndələri olmuşdur.  
Araşdırmalarımızdan  məlum  olmuşdur  ki,  ən  çox 
arıkimi  növü  yarımsəhra  (194  növ)  və  dağ-kserofit  çəmən-
kolluq  (117  növ),  ən  az  növ  isə  alp  çəmənlik  (9  növ) 
landşaftlarında yayılmışdır. Növlərin landşaftlar üzrə yayılması 
aşağıdakı histoqramda öz əksini tapmışdır (Histoqram 5.1). 
 
0
50
100
150
200
Landşaftlar
194
117
70
38
32
22
9
Yarımsəhra
Dağ-kserofit  çəmən-kolluq 
Dağ-kserofit
Subalp çəmənlik 
Dağ-çəmən  və çəmən-bozqır
Dağ-meşə
Alp çəmənlik 
Histoqram 5.1. Arıkimi növlərinin landşaftlar üzrə yayılması. 
 
Landşaft  geosistemlərin  təbiət-ərazi  vahididir.  Muxtar 
respublika  ərazisində  formalaşmış  hər  bir  landşaft  kompleksi 
eyni mənşə, tarixə malik birtipli relyefli torpaqlar, biosenozlar, 
dərələr  və  s.  kimi  sadə  geokomponentlərin  və  hidrotermik 
şəraitlərin eyni xarakterli yığımından ibarətdir. 
Ümumi  arıkimi  növlərinə  görə  landşaftların  biosenotik 
oxşarlıq  dərəcəsi  cüt-cüt  müqayisə  edilərək  Serensenə  (K
s

görə hesablanmışdır (Cədvəl 5.1). 
 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə