Azərbaycan respublikasi naxçivan muxtar respublikasi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix04.07.2018
ölçüsü6,34 Mb.
#53116
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

196 
 
Cədvəl 5.1 
Növ tərkibinə görə landşaftların biosenotik oxşarlıq əmsalı (K
s

 
Landşaftlar 









0,17  0,09  0,23  0,09  0,06  0,01 

 

0,15  0,18  0,06  0,15  0,08 

 
 

0,17  0,04  0,17  0,07 

 
 
 

0,13  0,17  0,06 

 
 
 
 

0,23  0,15 

 
 
 
 
 

0,30 

 
 
 
 
 
 

 
Qeyd:  A-yarımsəhra,  B-dağ-kserofit,  C-dağ-meşə,  D-
dağ-kserofit  çəmən-kolluq,  E-dağ-çəmən  və  çəmən-bozqır,  F-
subalp çəmənlik, G-alp çəmənlik. 
Göründüyü  kimi,  yarımsəhra  və  dağ-kserofit  çəmən-
kolluq  landşaftlarının  oxşarlıq  dərəcəsi  (0,23)  yüksək 
olmuşdur.  Bunu,  hər  iki  landşaftda  suvarılan  mədəni 
bitkiçiliyin  inkişafı,  eyni  tipli  aqrosenozların  varlığı  və 
müəyyən dərəcədə oxşar tərkibli floranın mövcudluğu ilə izah 
etmək  olar.  Bitki  örtüyünə,  torpaq-  iqlim  şəraitinə  görə  yaxın 
olan  subalp  və  alp  çəmənlik  landşaftlarının  arıkimilər 
faunasının  oxşarlıq  dərəcəsi  (0,30)  daha  yüksək  qiymət 
almışdır.  Yarımsəhra  və  alp  çəmənlik  landşaftları  geoloji 
quruluşuna,  iqlim  şəraitinə,  bitki  örtüyünə,  biotik  və  abiotik 
amillərinə  görə  kəskin  fərqləndiyindən  onların  arıkimilər 
faunasının oxşarlıq dərəcəsi (0,01) aşağı olmuşdur. 
 
5.2. Arıkimilərin yüksəklik zonaları üzrə yayılması.  
Düzənlik  zonası.  700-1200  m  hündürlük  xətləri  ilə 
məhdudlaşan,  ərazinin  ən  böyük  hissəsini  əhatə  edən  zonadır. 
Araz çayının sol sahili boyunca ayrı-ayrı düzənliklərə bölünür. 
Düzənlik  səhra,  yarımsəhra,  bozqır  bitki  formasiyaları  ilə 
örtülmüşdür.  Vadinin  böyük  hissəsini  qarışıq  oazis  bitkiliyi 
(suvarılan  əkin  sahələri,  bağlar,  bostanlar  və  s.)  əhatə  edir. 
Bitki  örtüyünün  yaranmasında  və  inkişafında  Ön  Asiya  və 
Şimali  İran  florogenetik  elementlərinin  böyük  əhəmiyyəti 


197 
 
olmuşdur.  Ərazi  taxıl  və  müxtəlif  ot  bitkiləri  növləri  ilə 
zəngindir.  Burada  xalis  yovşanlıqlarla  yanaşı,  yovşanlı-
gəngizli,  yovşanlı-qarağanlı  formasiyalar  geniş  yayılmışdır  [1, 
s.62-65]. 
Tədqiqat  illərində  muxtar  respublikanın  düzənlik 
zonasında  yayılmış  80  növ  arıkimi  aşkar  edilmişdir.  Colletes 
cuniculariusHylaeus gracilicornisHylaeus punctulatissimus
Hylaeus  scutellaris,  Hylaeus  signatus,  Andrena  apicata
Andrena  asperula,  Andrena  bicolor,  Andrena  bimaculata , 
Andrena  chersona,  Andrena  cineraria,  Andrena  flavipes,  
Andrena  impunctata  növlərinə  meyvə  bağlarında,  həyətyanı 
sahələrdə, alaq otlu yerlərdə, bostanlarda və yonca  sahələrində 
daha  çox  rast  gəlinir.  Bu  və  digər  zonalar  üzrə  arıkimilərin 
yayılması qanunauyğunluğu əlavə, cədvəl 1-də verilmişdir. 
Alçaq  dağlıq  zonası.  1200-1500  m  hündürlüklər 
arasında qərbdən şərqə  doğru qismən  genişlənən zonanı  təşkil 
edir. Zonanın quru dağ yamaclarını əsasən friqana bitki örtüyü 
tutmuşdur.  Florogenetik  mənşəyinə  görə  Naxçıvan  friqanaları 
Ön Asiya (İran) friqanalarına daha yaxındır. Növ tərkibinə görə 
senozda  kərəvüzkimilər  və  tikanlı  gəvənlər  əsas  yeri  tuturlar. 
Burada  həmçinin  friqananın  inkişafında  əhəmiyyətli  rol 
oynayan  müxtəlif  kol  və  yarımkollar,  çoxillik  ot  bitkiləri, 
geofitlər  və  efemerlər  geniş  yayılmışdır.  Dalamazkimi  və 
paxlakimilər fəsilələri növ zənginliyinə malikdirlər. Təbii bitki 
senozu kimi  friqana müəyyən  yerlərdə  rast  gəlinir və zonallıq 
təşkil edir.  
Apardığımız  araşdırmaların  nəticələrini  təhlil  edərkən 
məlum olmuşdur ki, alçaq dağlıq zonada arıkimilərin 142 növü 
yayılmışdır.  Bağlarda,  xəndəklərin  divarlarında,  seyrək  bitkili 
quru  yamaclarda,  quru  və  rütubətli  çəmənliklərdə,  yol 
kənarlarında,  mədəni  biotoplarda,  çayların  kənarlarında,  alaq 
otları  basmış  yerlərdə,  bozqırlarda  və  gilli  yamaclarda, 
otlaqlarda,  seyrək  kollu  və  kserofit  yamaclarda  Colletes 
marginatus,  Hylaeus  annulatus,  Hylaeus  brevicornis,  Hylaeus 
communis,  Hylaeus  rugicollis,    Andrena  caspica,  Andrena 


198 
 
florivaga,  Andrena  gallica,  Andrena  lateralis,  Melitturga 
clavicornis,  Halictus  asperulus,  Halictus 
cochlearitarsis

Lasioglossum 
elegans, 
Lasioglossum 
leucozonium
Lasioglossum  ordubadense,    Rophites  caucasicus,  Systropha 
planidens,  Melitta  dimidiata,  Osmia  cornuta,
 
Osmia  nana
Amegilla  garrula,  Anthophora  plumipes   və  Xylocopa  valga 
növlərinə daha çox rast gəlinir. 
Orta dağlıq zonası. 1500-2400 m hündürlüklər arasında 
yerləşən  ərazini  əhatə  edir.  Burada  lokal  formalı  təbii 
meşəliklərə  və  çay  vadiləri  boyunca  yerləşmiş  aqrosenozlara 
rast  gəlinir.  Yarımsəhraların,  bozqırların  və  meşəkənarı 
çəmənliklərin  varlığı  xüsusi  növ  tərkibli  bitki  formasiyaları 
yaratmışdır. Taxıl bitkilərinin (topal, şiyav və s.) üstünlüyü ilə 
formalaşmış  senozlarda  ot  bitkiləri  mezofil  çəmənliklər  əmələ 
gətirir.  Dağ-bozqır  bitki  örtüklü  sahələrin  relyefi  mürəkkəb 
olub, yamacları sərt və daşlıdır. Zonada lokal şəkildə müxtəlif 
meşə  formasiyaları  yayılmışdır.  Palıd,  göyrüş,  yemişan,  cır 
armud,  alma,  alça,  ardıc  və  itburnu  cinsləri  təmiz  və  qarışıq 
meşələr yaradırlar. Yaz və erkən yay aylarında zonanın zəngin 
bitki örtüyü xoş mənzərə yaradır və cəlbedici olur. 
Orta  dağlıq  zonada  183  növ  arıkiminin  yayıldığı  aşkar 
edilmişdir.  Burada  dörd  landşaft  tipinin  olduğu  müəyyən 
edilmiş  və  müxtəlif  biotoplara  malik  olduğu  üçün  burada 
növlərin yüksək sayı hesablanmışdır. Colletes fodiensColletes 
hylaeiformis,  Colletes  nasutus,  Colletes  pallescens,  Colletes 
transitorius,  Colletes  tuberculatus,  Hylaeus  variegatus, 
Andrena 
aberrans
Andrena 
albopunctata
Andrena 
azerbaidshanica,  Andrena  chrysopyga,  Andrena  combinata
Andrena  curiosa,  Andrena  dentiventris,  Andrena  florea
Andrena  floricola,  Andrena  forsterella,  Andrena  fulvida
Andrena 
gallica
Andrena humilisAndrena hypopoliaAndrena 
limbata,  Andrena  minutula,  Andrena  minutuloides,  Andrena 
morio,  Andrena  ovatula,  Andrena 
pilipes
,  Andrena  simillima
Andrena  subopaca,  Andrena  tscheki,  Melitturga  clavicornis
Melitturga  praestans,  Panurginus  labiatus,  Halictus  kessleri, 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə