4
problemləri tədqiq edilmişdir. Lakin satışın idarə edilməsində kommunikasiya
metodlarının tətbiqi məsələsi ölkəmizdə xüsusi tədqiqat predmeti olmamışdır.
Tədqiqatın məqsəd və vəzifələri.
Magistr dissertasiyasında satışın
vəzifə və
funksiyalarının öyrənilməsi və satışın idarə edilməsində kommunikasiya metodlarının
tətbiqinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi, satışın idarə edilməsində
kommunikasiya metodlarının tətbiqin təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanması qarşıya məqsəd kimi qoymuşdur.
Tədqiqatın obyekti.
Tədqiqat obyekti kimi Azərbaycan Respublikasının sənaye
və ticarət müəssisələri seçilmişdir.
Tədqiqatın predmeti.
Tədqiqatın predmeti ölkəmizdə satışın idarə edilməsində
kommunikasiya
metodlarından
istifadə
edilməsinin
müasir
vəziyyətinin
qiymətləndirilməsi və onun təkmilləşdirilməsi problemləri təşkil edir.
Tədqiqatın elmi-nəzəri əsasları.
Tədqiqatın elmi-nəzəri əsasını kassik və
müasir iqtisa nəzəriyyələr, satışın idarə edilməsinə elmi-nəzəri yanaşmalar və prktiki
tövsiyələr təşkil edir.
Tədqiqatın informasiya təminatı.
Tədqiqat aparılarkən
Azərbaycan Dövlət
Statistika Komitəsinin və ölkə müəssisəlinin məlumatlarından, həmçinin xüsusi
ədəbiyyatdan istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi.
Tədqiqat işinin elmi yeniliklərinə:
- satışın idarə edilməsində kommunkasifya metodlarının
yeri və rolunun
qiymətlndirilməsini;
- iri istehlakçılarlarla kontaktların yaradılması və satışın həyata keçirilməsi
məqsədilə funksiyalararası komandanın və ya marketinq üzrə briqadaların
yaradılmasını;
- elektron mağazanın yaradılmasının əsaslandırılmasını;
- inteqrasiya edilmiş marketinq kommunikasiyasının yaradılması
və tətbiq
edilməsi üzrə təklifləri;
- reklam kampaniyalarının təşkilində istehlakçı auditoriyasının xüsusiyyətlərinin
nəzərə alınmasının zəruriliyini;
- reklamın uzun müddət ərzində
həyata keçirilməsinin, lakin onun tezliyinin
5
azaldılmasının daha məqsədəuyğun olduğunun əsaslandırılmasını aid etmək olar.
Dostları ilə paylaş: