2
MÜNDƏRİCAT
Giriş……………………………………………………..………………...……….….3
Fəsil I. Satış və onun idarə edilməsi
1.1.
Satışın və onun idarə edilməsinin mahiyyəti və məzmunu……...........……….....6
1.2.
Satışın idarə edilməsinin kommunikasiya metodları…………………...........….19
Fəsil II. Satışın idarə edilməsində kommunikasiya metodlarından istifadə
edilməsinin müasir vəziyyətinin tətdqiqi
2.1.
Satışın idarə edilməsində reklam kommunikasiyasından istifadə edilməsinin
müasir vəziyyətinin tədqiqi……………………………………………..……...……31
2.2.
Satışın idarə edilməsində digər kommunikasiya metodlarından
istifadə
edilməsinin tətdiqi…………………………………………………………………...40
Fəsil III. Marketinq kommunikasiyası əsasında müəssisənin satış fəaliyyətinin
idarə edilməsinin təkmilləşdirilməsi istiqamətləri
3.1.
Şəxsi satış satışın idarə edilməsində tətbiq edilən əsas kommunikasiya
metodudur……………………………………………………………………...…….54
3.2.
İnteraktiv marketinq satışın idarə edilməsinin mütərəqqi kommunikasiya metodu
kimi…………………………………………………...…………………………..….63
3.3.
Reklam kampaniyalarının düzgün təşkili və satışın
idarə edilməsinin
təkmilləşdirilməsi…………………………………..……………………….……….73
Nəticə və təkliflər…………………………………………...………………………82
Ədəbiyyatın siyahısı…………………………………………………………..…...85
3
Giriş
Mövzunun aktuallığı.
Satışın idarə edilməsi müəyyən nəticələrə: satışın
həcminin və (və ya) bazar payının artırılmasına, məhsulun bazara çıxarılmasına və s.
nail olması məqsədilə istehlakçılarla kontaktların yaradılmasına və onları məhsulun
alınmasına inandırmağa yönəldilmiş birbaşa və ikitərəfli prosesdir. Məhsulun ictimai
faydalılığı, onun cəmiyyətə lazım olan bir məhsul kimi sosial etiraf edilməsi yalnız
onun realizə edilməsi, satılması nəticəsində baş verir.
Hətta ən keyfiyyətli məhsul
realizə edilmədikdə həmin məhsulun istehsalı resursların səmərəsiz sərf edilməsindən
başqa bir şey deyildir. Bununla əlaqədar olaraq satışın idarə edilməsinin
təkmilləşdirilməsinə həmişə xüsusi diqqət yetirilmiş, iqtisadiyyatın inkişafına uyğun
olaraq satış metodları daima təkmilləəşdirilmiş, daha mütərəqqi və yeni satış
metodları tətbiq edilmiş və satış heyətinin vəzifə və funksiyaları daima dəyişmişdir.
Hal-hazırda məhsulların satışı prosesində funksiyalararası
komandalar və ya
marketinq üzrə briqadalar yaradılır. Bütün bunların nəticəsində ənənəvi olaraq
istehsal edilmiş məhsulların aqressiv satış metodları ilə satışı həyata keçirən satıcılar,
satış heyəti alıcılara, istehlakçıya satınalmalarda məsləhət verən,
onlara müəyyən
köməkliklər göstərən menecerlərə, funksiyalararası komandanın və ya marketinq üzrə
briqadaların kapitanına çevrilmişlər. Bütün bunlar satışın idarə edilməsinin
təkmilləşdirilməsini, o cümlədən satışın idarə
edilməsində kommunikasiya
metodlarının tətbiq edilməsini tələb edir.
Mövzunun aktuallığını müəyyən edən digər amil kommunikasiya və informasiya
texnologiyalarının inkişafı ilə ələaqədar olaraq interaktiv marketinqin geniş tətbiqi və
elektron mağazanın yaradılmasıdır. Belə ki, baş veoən bu mütərəqqi dəyişikliklər
satışın idarə edilməsində kommunikasiya metodlarının
tətbiq edilməsini və onun
təkmilləşdirilməsini ön plana keçirir.