Tədqiqatın praktiki əhəmiyyəti.
Magistr dissertasiyasında verilən təkliflərin
praktikada tətbiq edilməsi satışın idarə edilməsində kommunikasiya metodlarının
tətbiqinin genişlənməsinə və onun effektliliynin yüksəldilməsinə səbəb olacaqdır.
Tədqiqat işinin quruluşu.
Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və
təkliflərdən ibarətdir.
Magistr dissertasiyasının giriş hissəsində mövzunun aktuallığı, öyrənilmə
səviyyəsi, onun məqsəd, vəzifələri və predmeti izah edilmiş, elmi yenilikləri
verilmişdir.
«Satış və onun idarə edilməsi» adlanan I fəsildə satışın vəzifə və funksiyaları,
onun idarə edilməsinin mahiyyəti və məzmunu açılmış, satışın idarə edilməsində
istifadə edilən kommunikasiya metodları və onların spesifisik xüsusiyyətləri izah
edilmişdir.
İkinci fəsildə – «Saıtşın idarə edilməsində kommunikasiya metodlarından
istifadə edilməsinin müasir vəziyyətinin tətdqiqi» adlanan fəsildə isə satışın idarə
edilməsində istifadə edilən kommunikasiya metodlarının müasir vəziyyəti təhlil
edilmişdir. Təhlil nəticəsində aşkar edilmişdir ki, ölkəmizdə satışın idarə edilməsində
ən çox istifadə edilən kommunikasiya metodu reklamdır. Bununla yanaşı
kataloqlardan, kuponlardan, məhsulların pulsuz paylanmasından və nümayişlərindən,
ictimaiyyətlə əlaqədən və digər kommunikasiya metodlarından da istifadə edilir.
Üçüncü fəsildə – «Satışın idarə edilməsində kommunikasiya metodlarının
tətbiqinin təkmilləşdirilməsi istiqamətləri» - satışın idarə edilməsində kommunikasiya
metodlarının tətbiqinin təkmilləşdirilməsinə dair təkliflər: iri istehlakçılarla
kontaktların yaradılması və satışın həyata keçirilməsi məqsədilə funksiyalararası
komandanın və ya marketinq üzrə briqadaların yaradılması; elektron mağazanın
yaradılması; inteqrasiya edilmiş marketinq kommunikasiyasının yaradılması və tətbiq
edilməsi;
reklam
kampaniyalarının
təşkilində
istehlakçı
auditoriyasının
xüsusiyyətlərinin nəzərə alınmasının zəruriliyi; reklamın uzun müddət ərzində həyata
keçirilməsinin, lakin onun tezliyinin azaldılmasının daha məqsədəuyğun olduğu öz
əksini tapmışdır.
|