Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti m a g I straturam ə r k ə z I


§1.2 Bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatı maliyyəsinin nəzəri əsaslarının öyrənilməsi



Yüklə 435,66 Kb.
səhifə2/6
tarix22.07.2018
ölçüsü435,66 Kb.
#58426
1   2   3   4   5   6

§1.2 Bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatı maliyyəsinin nəzəri əsaslarının öyrənilməsi.

Maliyyə, həmçinin də, onun mühüm həlqəsi sayılan ev təsərrüfatının maliyyəsi hər zaman keçmiş və cari iqtisadi proseslərin zəminində yaranır və ümumiyyətlə, iqtisadi proseslərin nəticələrini özündə təcəssüm etdirir. Buna görə də ev təsərrüfatı maliyyəsi barədə geniş nəzəri biliklərə sahib olmaq və qarşıya çıxan problemlərin praktiki həll üsullarına dair təkliflər vermək üçün ev təsərrüfatı maliyyəsinin formalaşmasına səbəb olan iqtisadi prosesləri nəzarətdə saxlamaq labüddür.

Yaşadığımız dövr, iqtisadiyyatın bazar iqtisadiyyatı prinsiplərinə söykənən işlək mexanizminin həyatımıza tam şəkildə sirayət etməsi, xüsusən də xüsusi mülkiyyətçiliyin mövcud olması avtomatik olaraq ev təsərrüfatlarının da var olmasını şərtləndirir. Beləliklə, ev təsərrüfatı – bazar iqtisadiyyatının ilkin (baza) və ən mühüm həlqəsini təşkil edib bir və ya daha çox fərddən ibarət öz xidmət və məhsullarını bazarda təqdim etməklə əldə etdiyi vəsaitə müxtəlif tələbatlarını qarşılayan iqtisadi bir vahiddir. Ev təsərrüfatı müstəqildir, tələbatlarını hansı formada və həddə ödəyəcəyini özü müəyyən edir, insan resurslarının istehsalı və təkrar istehsalı ilə məşğul olur və nəticə olaraq daha böyük iqtisadi vahidlərin formalaşmasına səbəb olurlar. Buradan belə aydın olur ki, yaşadığımız ölkənin iqtisadiyyatının ən mühüm hərəkətverici qüvvəsi elə ev təsərrüfatlarıdır. Ev təsəsrrüfatlarının resurslarının və xidmətlərinin idarə edilməsinin səmərəlilik səviyyəsini yüksəltməklə onların maliyyələşmə səviyyəsini də yüksəltmək olar ki, nəticədə də daha böyük iqtisadi vahid kimi ölkə səviyyəsində iqtisadiyyatda canlanma baş verər və qarşılıqlı olaraq bütün iqtisadi vahidlər bundan fayda qazanar. Bir sözlə, ev təsərrüfatları cəm halda ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olduğu kimi eyni qayda ilə ölkə iqtisadiyyatı da daim müxtəlif inzibati, maliyyə və s. alətlər ilə ev təsərrüfatlarının daha da çiçəklənməsi üçün onlara dəstək olmalıdır. Yəni, hər hansı iqtisadi vahidin inkişafını digər iqtisadi vahid olmadan təsəvvür etmək mümkün deyil, bu yalnız qarşılıqlı halda baş verməlidir.

Ev təsərrüfatının maliyyəsi dedikdə, bəzən ev təsərrüfatının sahib olduğu sərvət başa düşülür, bu iki məhfum eyniləşdirilir. Lakin günü-gündən inkişaf edən, iqtisadi proseslərə daha detallı şəkildə tərif verən iqtisad elminin nəzəri və praktiki aspektləri sübut edir ki, bu iki məhfumu eyniləşdirmək heç də məqsədəuyğun deyil. Məsələn,


A. Marşalın nəzəri görüşlərinə görə sərvət geniş anlamda bizim əldə etmək istədiyimiz şeyləri əhatə edir və birbaşa və dolayı yolla tələbatlarımızı ödəyir. Müasir iqtisadi ədəbiyyatlarda bu kimi yanaşmalar çoxdur. Onların ümumi məzmununu ifadə etsək, belə aydın olur ki, sərvət dedikdə daha çox ev təsərrüfatlarının sahib olduğu müxtəli daşınar və daşınmaz əmlaklar, maddi əşya və ya qiymətli kağızlar başa düşülür. Ev təsərrüfatının maliyyəsi isə əhatə baxımından ev təsərrüfatının sərvətindən fərqli olaraq daha likvid anlayışları özündə cəmləşdirir, məsələn, əmək haqqı, renta, faiz və s. hansı ki, ailənin gündəlik istehlak tələbatlarını qarşılamaq üçün daha uyğun vasitələr kimi çıxış edir. Bu iki anlayışı ümumiləşdirə bilən yeganə nəzəri aspekt kimi onların hər ikisinin yaxşı həyat səviyyəsinin təminatı olmasını göstərmək olar. Yəni, bazar iqtisadiyyatı şəraitində ev təsərrüfatının maliyyəsi və ya sərvəti nə qədər zəngin olarsa, bu, onun daha yaxşı şərtlərlə mövcud olmasını, tələbatlarını ən yüksək şəkildə ödəməsini ehtiva edən bir indikatordur.

Tədqiqatımızın sonrakı mərhələlərinin daha aydın başa düşülməsi, ev təsərrüfatının maliyyəsinin inkişafının dinamikası və qanunauyğunluqlarının yaxından izlənilməsi üçün bizə əhalinin nominal və real gəlirlərinin fərqləndirilməsini zəruri edir. Bildiyimiz kimi, ev təsərrüfatının gəlirlərinin heç də yüz faiz hissəsi gündəlik tələbatların ödənilməsinə getmir, onun bir hissəsi vergilər, xeyriyyəçilik fəaliyyəti və ya yığımlar şəklində olmaqla şəxsi istehlaka yönəldilmir. Bundan əlavə gündəlik baş verən iqtisadi hadisələrin, proseslərin fonunda qiymətlərdə, pulun alıcılıq qabiliyyətinin dəyişməsi və s. kimi ev təsərrüfatlarının həyat səviyyəsinə təsir edən şərtlər də var ki, bu iki məhfumun bir-birindən fərqləndirilməsini zəruri edir.

Ev təsərrüfatının maliyyəsi ailə üzlərinin il ərzində gətirdiyi əmək haqqı, faiz, renta, dividend, mənfəət, pensiya, təqaüd və müavinət kimi müxtəlif sosial transferlərin məcmusundan ibarət olub ev təsərrüfatının illik nominal gəlirlərini təşkil edir. Bu gəlirlər hesablanarkən qiymətlər və digər amillər nəzərə alınmır. Əlavə olaraq bu nominal gəlirləri araşdıran məktəblər iddia edir ki, buraya yuxarıda sadalanan gəlirlərdən əlavə ev təsərrüfatlarının sərəncamında olan daşınmaz əmlak, maddi əşya və ya qiymətli kağızların dəyərində baş verən artımlar da daxil edilməlidir.2

Son illər ölkəmizdə və eləcə də dünya təcrübəsində ev təsərrüfatının gəlirlərini açıqlayan statistik göstəricilər bunu deməyə əsas verir ki, ildən-ilə əhalinin nominal gəlirləri artmaqdadır. Ancaq əhalinin həyat səviyyəsi heç də nominal gəlirlərin artımı ilə uyğun və mütənasib şəkildə artmır. Deməli, ev təsərrüfatının maliyyəsi barədə təhqiqatlara davam etmək üçün nominal gəlir bizə real vəziyyəti analiz etmək və həll variantları tövsiyə etmək üçün yetərli deyil. Biz əgər ev təsərrüfatlarının yaşam səviyyəsi barədə daha dəqiq təsəvvürlər yaratmağa nail olmaq istəyiriksə, nominal gəlirdən fərqli olaraq əhalinin yaşam səviyyəsini daha dəqiq əks etdirən real gəlirlər barədə ətraflı məlumat toplamalı və istifadəsinə yer verməliyik.

Ev təsərrüfatlarının real gəliri dedikdə, ailə üzvlərinin il ərzində əldə etdiyi nominal pul gəlirləri ilə faktiki əldə etdiyi və yaxud edə biləcəyi istehlak məhsullarının, xidmətlərin kəmiyyəti başa düşülür. Başqa sözlə desək, ev təsərrüfatının real gəlirləri özündə vergi və digər məcburi ödənişlər, qiymətlərin artım səviyyəsini nəzərə alır.

Ev təsərrüfatının nominal və real gəlirlərinin fərqlərinin tam aydınlaşması üçün bu istiqamətdə müxtəlif iqtisadi məktəblərin apardığı təhqiqatlara müraciət etmək lazım gəlir. Belə ki, bu iki gəlir arasında əlaqəni müəyyən etmək üçün bəzi iqtisadçılar gəlirin və ya qiymətlərin sabit qalması şərtləri altında onların arasındakı əlaqəni müşahidə edib və ümumi nəticələrə gəliblər. Belə ki, əgər müəyyən bir dövr ərzində istehlak mallarının qiyməti artarsa, bu zaman nominal gəlirlər hansı templər artsa, ev təsərrüfatının real gəlirləri də buna adekvat şəkildə artmağa davam edir. Yəni, qiymətlərin sabit olması fərziyyəsi varsa, nominal və real gəlirlər arasında düz asılılıq olur. Araşırmaya digər aspektlərdən yanaşsaq isə, bu asılılıq həmişə düz olmaya da bilər. Məsələn, fərz etsək ki, əhalinin nominal gəlirləri müəyyən dövr ərzində sabitdir, qiymətlərdə isə artımlar (yaxud azalmalar) müşahidə olunur, bu zaman real gəlirlər qiymətlərin dəyişməsinin tempinə uyğun olaraq dəyişəcəkdir. Baxmayaraq ki, nominal gəlirlər sabitdir, real gəlirlər dəyişməyə davam edir, çünki bu misalımızda real gəlirlər nominal gəlirlərlə deyil, qiymətlərin dəyişməsi ilə əks asılılıqdadır. Yəni, qiymətlər nə qədər bahalaşsa, əhalinin real gəlirləri bir o qədər aşağı düşür, əksinə, qiymətlərdə azalma müşahidə olunduqda isə əhalinin real gəlirləri bir o qədər artır.

Ev təsərrüfatının nominal gəlirlərinin artım (azalma) tempini 1.1 nömrəli düstur vasitəsi ilə müəyyən etmək olar:

N = (N2 – N1) : N1* 100% (1.1)

Burada:

N – Araşdırılma aparılan dövrdə ev təsərrüfatının nominal gəlirlərindəki artım (azalma) tempi;



N1 – Araşdırılma aparılan dövrün əvvəlinə ev təsərrüfatının nominal gəlirlərindəki artım (azalma) dərəcəsi;

N2 – Araşdırılma aparılan dövrün sonuna ev təsərrüfatının nominal gəlirlərindəki artım (azalma) dərəcəsidir.

Bu düsturdan istifadə etməklə, yaşadığımız ölkədə nominal gəlirlərin artım (azalma) tempini müəyyən etmək olar. Nümunə üçün, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əhalinin nominal gəlirləri barədə təqdim etdiyi cədvələ istinad etməklə 2015-ci il üzrə nominal gəlirlərdəki artım tempini hesablamaq olar (Cədvəl 1.1).

Belə ki, 2014-cü ildə ölkəmizdə mövcud olan qiymətlərlə ev təsərrüfatlarının nominal gəlirində 104,8%, 2015-ci ildə isə 105,7% artım olmuşdur. Belə olan halda aşağıdakı düsturla müəyyən etmək olur ki, sözü gedən dövrdə ev təsərrüfatlarının nominal gəlirlərində 0,86% artım tempi müşahidə olunmuşdur.

N = (105,7% – 104,8%) : 104,8%* 100% = 0,86%

Ev təsərrüfatının real gəlirlərinin artım (azalma) tempini 1.2 nömrəli düstur vasitəsi ilə müəyyən etmək olar:

R = (R2 – R1) : R1* 100% (1.2)

Burada:


R – Araşdırılma aparılan dövrdə ev təsərrüfatının real gəlirlərindəki artım (azalma) tempi;

R1 – Araşdırılma aparılan dövrün əvvəlinə ev təsərrüfatının real gəlirlərindəki artım (azalma) dərəcəsi;



R2 – Araşdırılma aparılan dövrün sonuna ev təsərrüfatının real gəlirlərindəki artım (azalma) dərəcəsidir.
Cədvəl 1.1. Əhalinin nominal və real gəlirləri

Əhalinin nominal və real gəlirləri

2012

2013

2014

2015

Əhalinin nominal gəlirləri, milyon manat

34769,5

37562,0

39360,7

41738,6

Əhalinin sərəncamında qalan gəlirləri, milyon manat

31896,8

34191,5

35924,8

37948,3

Orta aylıq əmək haqqı, manat

398,4

425,1

444,5

466,9

Əhalinin sərəncamında qalan real gəlirləri, mln man

31549,8

33390,1

35428,8

36488,8

əvvəlki ilə nisbətən faizlə

Əhalinin nominal gəlirləri

113,9

108,0

104,8

105,7

Əhalinin sərəncamında qalan gəlirləri

114,3

107,2

105,1

105,6

Orta aylıq əmək haqqı

109,4

106,7

104,6

105,0

Əhalinin sərəncamında qalan real gəlirləri, mln man

113,1

104,7

103,6

101,5

İstehlak qiymətləri indeksi

101,1

102,4

101,4

104,0

Orta aylıq real əmək haqqı

108,2

104,2

103,2

101,0

Yüklə 435,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə