Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) m a g I straturam ə r k ə z I


Bazar iqtisadiyyatı şəraitində maliyyə risklərinin təsnifatı



Yüklə 290,68 Kb.
səhifə2/6
tarix14.09.2018
ölçüsü290,68 Kb.
#68688
1   2   3   4   5   6

1.2. Bazar iqtisadiyyatı şəraitində maliyyə risklərinin təsnifatı.
Bazar iqtisadiyyatı şəraitində müəssisə səviyyəsində hər hanısı layihə üzrə qərar qəbulu prosesində yaranan riskləri onun gerçəkləşdirilməsi mərhələsində yarana biləcək risklərdən fərqləndirmək lazımdır. Bu risklərin birinin digərindən ən önəmli fərqliliyi ondadır ki, qərar qəbulu prosesində bəzi dəyişikliklər etmək və vəziyyəti müsbət istiqamətdə dəyişmək mümkündür. Sahibkarlıq layihəsinin gerçəkləşdirilməsi mərhələsində nələrisə nəzərə çarpacaq dərəcədə dəyişiklik etmək mümkün deyil.

Sahibkar özfəaliyyətinin müxtəlif vaxtlarda və müxtəlif mərhələlərində, müxtəlif risklərlə qarşılaşır və təbiidir ki, riskli məqamların ortaya çıxması səbəbələri fərqli ola bilər. Çox zaman risklərin baş vermə səbəbi dedikdə məqamların qeyri-müəyyənliyinə səbəb olan hər hansı amil başa düşülür. İqtisadi ədəbiyyatlarda ümumi mənada risklərin təsnifləşdirilməsinə birmənalı yanaşma yoxdur. İqtisadi ədəbiyyatda maliyyə, kommersiya, valyuta, kredit, investisya və s. kimi biznes fəaliyyətinin müəyyən sferalarını əks etdirən risk növlərinin ortaya çıxması və onlar haqqında xəbərdarlıq edilməsinə daha ciddi diqqət yetirilir. Maliyyə risklərinin səbəbləri - inflyasiya faktoru, bankın uçot tariflərinin artımından, qiymətli kağızların dəyərinin düşməsi və s.-dir.

Risklərin idarə оlunmasının təşkilinin səmərəliliyi, hər şeydən əvvəl, riskin elmi cəhətdən əsaslandırılması, təsnifat sistemi üzrə düzgün eyniləşdirilməsi ilə müəyyən оlunur. Bu sistem özündə kateqоriyaları, qrupları, növləri, altnövləri birləşdirməklə risklərin idarə оlunmasının müvafiq metоd və fəndlərinin səmərəli tətbiqi üçün şərait yaradır. Hər bir riskə оnun idarə оlunması üsulu uyğun gəlir.

Müəssisənin maliyyə risklərinin təsnifat bölgüsü aşağıdakı kimidir:

Obyektin xarakterinə görə:

1. Müxtəlif maliyyə əməliyyatlarının riski

2. Müxtəlif növ əməliyyatların riski

3. Müəssisənin ümumi maliyyə fəaliyyətinin riski

Tədqiq edilmiş alətin yekununa görə:

1. İndividual

2. Portfel

Tədqiq metodlarına görə:

1. Sadə

2. Kompleks



Baş vermə mənbələrinə görə:

1. Xarici (sistemli)

2. Daxili (sistemsiz)

Maliyyə nəticələrinə görə:

1. İqtisadi zərər riski

2. Əldən buraxılmış mənfəət riski

3. Ümumilikdə iqtisadi zərər və əldən buraxılmış mənfəət riski

Zamanla ifadə xarakterinə görə

1. Daimi

2. Müvəqqəti

İtkinin səviyyəsinə görə

1. Buraxıla bilən (icazə verilən)

2. Böhranlı

3. Faciəli

Qabaqcadan görmə imkanına görə

1. Proqnozlaşdırılan

2. Proqnozlaşdırılmayan

Müəssisənin maliyyə risklərinin təsnifatını cədvəl formasında, anlaşıqlı şəkildə aşağıdakı kimi komlektləşdirmək olar:



Təsnifatın əlaməti

Riskin xarakteristikası

Növlərə görə

Növləri aşağıda ayrıca qeyd edəcəyik

Obyektin əlamətinə görə

a. Müxtəlif maliyyə əməliyyatlarının riski

b. Müxtəlif növ əməliyyatların riski

c. Müəssisənin ümumi maliyyə fəaliyyətinin riski


Təsdiq edilmiş alətin yekununa görə

a. İndividual

b. Portfel



Tədqiq metodlarına görə

a. Sadə

b. Kompleks



Baş vermə mənbələrinə görə

a. Xarici

b. Daxili



Maliyyə nəticələrinə görə

a. İqtisadi zərər riski

b. Əldən buraxılmış mənfəət riski

c. Ümumilikdə iqtisadi zərər və əldən buraxılmış mənfəət riski


Zamanla ifadə xarakterinə görə

a. Daimi

b. Müvəqqəti



İtkinin səviyyəsinə görə

a. Buraxıla bilən

b. Böhranlı

c. Faciəli


Qabaqcadan görmə imkanına görə

a. Proqnozlaşdırılan

b. Proqnozlaşdırılmayan



Sığortalanma imkanına görə

a. Sığortalanmış

b. Sığortalanmamış



Cədvəl 1.

Sistematik risklər ümumiyyətlə bütün iqtisadi sistem və eyni zamanda bazar üçün xarakterikdir, həm də diversifikasiya olunmur. Bu tip risklər bütün sahə və müəssisələrə təsir göstərən amillərlə əlaqəlidir. Ölkə və ya dünyada mümkün siyasi dəyişikliklər, iqtisadi tərəddüdlər və s. nümunə göstərmək olar.

Qeyri-sistematiklər biznes fəaliyyətinin xüsusiliyi və mürəkkəbliyi, eyni zamanda olduğu sahənin problemləri ilə də sıx bağlıdır. O, diversifikasiya vasitəsilə vaxtından əvvəl müəyyən edilə bilər. Sahibkarçün ən çətin olanı isə qeyri-diversifikasiyalı riski qiymətləndirməkdən ibarətdir. Ona görə ki, bu növ risklərin ortaya çıxması gerçəkliyini və onun biznes fəaliyyətinə təsirini öncədən müəyyənləşdirmək olduqca çətindir.

Riskin başvermə səbəblərinə birbaşa sahibkarın öz fəaliyyəti, təsərrüfat fəaliyyəti və xüsusi bilik növü - informasiya daxildir. Bununla əlaqədar olaraq birini digərindən fərqləndirmək üçün aşağıdakılara diqqət yetirmək olduqca vacibdir:

- təsərrüfat riski;

- sahibkarın şəxsiyyəti ilə əlaqədar risk;

- informasiya çatışmazlığı ilə əlaqədar risk.

Riskin ən sonuncu forması müasir təsərrüfatçılıq mühitində daha vacibdir. Partnyorlar, podratçılar, sifarişçilər və ya malgöndərənlər, ən əsasında, onların işgüzar forması və maliyyə vəziyyəti haqqında məlumatların doğru, düzgün olması sahibkar üçün aldanma riskini artırır. Yeni-yeni bazara daxil olarkən rəqiblər haqqında yanlış və ya natamam informasiya əldə etmək, gələcəkdə sahibkar üçün itki mənbəyinə çevrilə bilər.

Bazar münasibətləri şəraitində riskləri lokal və qlobal tiplərə ayırmaq lazımdır. Lokal risklər adətən firma səviyyəsində meydana gəlir. Qlobal risklər isə ölkədəki, ayrı-ayrı region və sahələrdəki iqtisadi göstəricilərin əksi, inikasıdır. Qeyd edək ki, bu formada olan risklər bir-birilərinə təsir göstərir, bir-biri ilə qarşılıqlı şərtləndirir və eyni zamanda bir-birindən əhəmiyyətli şəkildə fərqlənirlər.

Biznesdə risklər yaranma istiqamətləri üzrə daxili və xarici risklərə ayrılırlar. Daxili risklərin əsası sahibkarlıq subyektinin özüdür. Bu tip risklər qeyri-effektiv menecmentin marketinq xidmətində və təşkilində baş vermiş nöqsanlar, biznesmenin laqeyidliyi və digər daxili amillər nəticəsində baş verirlər.

Xarici risklərin yaranma səbəbi sahibkarlıq müəssisəsinə münasibətdə xarici mühitdir. Sahibkar xarici risklərə önəmli təsir göstərə bilməz, lakin onları yalnız öncədən görə və öz fəaliyyətində nəzarəti tətbiq edə bilər. Xarici risklərə sahibkarlıq fəaliyyəti ilə bilavasitə əlaqəli olmayan risklər daxildir. Məsələ iqtisadi, siyasi və başqa situasiyalardan, eyni zamanda maliyyə və iqtisadi böhran, yuxarı səviyyəli inflyasiya, təkrar maliyyələşdirmə dərəcələrinin planlaşdırılmamış formada dəyişməsi, siyasi situasiyanın anidən pisləşməsi, milliləşdirmə, müharibə, embarqo qoyulması, lisenziyanın ləğv edilməsinin nəticəsi olaraq sahibkar itkilərindən gedir. Məlumdur ki, bütün siyasi, təbii risklər ancaq xarici risklərə aid edilə bilər.

Biznesdə risklər eyni zamanda uzunmüddətli və qısamüddətli risklərə ayrılır. Uzunmüddətli risklərə mövcud coğrafi mühitdə və müəyyən iqtisadi sferada biznes fəaliyyətinin aralıqsız olaraq qarşılaşdığı risklər aiddir. Bunlara nümunə olaraq, hüquq sisteminin qeyri-təkmilliyi, ölkədə ödənişin edilməməsi üzrə ümumi risk və s. göstərmək olar. Qısamüddətli risklərə isə vahid zaman kəsiyində sahibkarı hədələyən risklər, yəni, yüklərin daşınması zamanı yarana bilən konkret saziş üzrə ödənişin edilməməsi riski və ya nəqliyyat riskləri daxildir.

İqtisadi ədəbiyyatda adi və spekulyativ risklər bir birindən fərqləndirilir. Spekulyativ risk zərər və ya mənfəət əldə etməsini ifadə edir. Adi risk ancaq müflis olmaq üçün nəzərdə tutulmuşdur və bu formada təsnifləşdirilə bilər: əmlak riski, şəxsi risk və şəraitlə bağlı risk. Fərd üçün riskin birbaşa zərər hallarından biri də Şəxsi riskdir. Əmlakın itirilməsi riski isə Əmlak riski adlanır. Şəraitlə bağlı risk isə elə risklər hesab edilir ki, bu zaman bir müəssisənin fəaliyyəti nəticəsində digər təsərrüfat subyektinə ziyan dəyir.

Müəssisə rəhbərinin əsas hədəfi tam iflasın baş vermə həddi keçmədən planlanmış şəkildə riskə getmək olduğundan, böhran, yol verilə bilən və qəza risk tiplərini fərqləndirmək olar. Yol verilə bilən risklər müəyyən layihənin həyata keçirilməsində və ya ümumən sahibkarlıq fəaliyyətində gəlirin qismən itirilməsi ehtimalıdır. Bu risk zamanı da itkilər mümkündür, lakin onlar ölçülərinə görə gözlənilən sahibkarlıq mənfəətindən azdırlar. Böhran riskləri isə təkcə mənfəət itkisi ilə yox, həm də planda tutulan qazancın əldə edilə bilinməməsi ilə müşahidə olunur. Bu vəziyyətdə müəssisə rəhbəri bütün xərclərin dəyərində itkiyə məruz qalır, bu risk gözlənilən gəliri üstələyən və sahibkar tərəfindən verilmiş sazişə ayrılan vəsaitlərin əvəzi ödənilməz şəkildə itirilməsinə gətirib çıxaran itki təhlükəsi ilə səciyyələnir. Hər zaman sahibkarlıq firmasının iflasını, yəni sahibkar tərəfindən bütün əmlakın itirilməsinə gətirib çıxaran hal isə qəza riskləri adlanır.

Riskin müqayisə dərəcəsinə uyğun olaraq aşağıdakı risklər fərqləndirilə bilər: haqq qazandırılmış haqq qazandırılmamış risklər. Bu, risk üçün böyük əyani əhəmiyyətə sahib olan ən mühüm təsnifat formasıdır. Bu riskləri bəzən qanuni və qeyri-qanuni risklər kimidə adlandırırlar. Qanuni və qeyri-qanuni risklərin müqayisəsi üçün ilk öncə nəzərə almalıyıq ki, iqtisadiyyat sahələrində həyata keçirilən müxtəlif növ sahibkarlıq fəaliyyətlərində onlar arasındakı sərhəd də müxtəlifdir. Eyni zamanda elm, texnika sahəsində fundamental tədqiqatlar mərhələsində mənfi nəticənin əldə edilməsi ehtimalı 4-9%, tətbiqi elmi işləmələrdə 85-95%, layihə-konstruktor işləməmələrində isə 80-95% təşkil edir. Nəticədə, fəaliyyətin bu sahəsi böyük risk səviyyəsi ilə xarakterizə olunur, ancaq atom energetikasında riskə qətiyyən yol verilmir.

İqtisadi ədəbiyyatlarda, eyni zamanda sahibkarlıq təcrübəsində tez-tez “zəif risk” və “yüksək risk” fikirləri ilə qarşılaşırıq. Bu məqamda söhbət riskin biznes fəaliyyətinə göstərdiyi təsirin dərəcəsindən gedir.

Maliyyə riski müəssisə, maliyyə institutları (sığorta şirkətləri, banklar, maliyyə kompaniyaları, birjalar, investisiya kompaniyaları və s.) arasındakı münasibət prosesində meydana çıxır. Maliyyə risklərinin yaranmasının əsas səbəbləri inflyasiya faktoru, bankın uçot tariflərinin artımından, qiymətli kağızların dəyərinin düşməsi və s.-dir.

Maliyyə riskləri iki növə ayrılır:

1. Pulun alıcılıq qabiliyyəti ilə bağlı olan risk;

2. Kapital qoyuluşu ilə bağlı olan risklər və ya investisiya riskləri.

Pulun alıcılıq qabiliyyətinin zəifləməsi, eyni zamanda yüksəlməsi ilə əlaqədar deflyasiya və inflyasiya riskləri, valyuta məzənnəsinin dəyişilməsi ilə əlaqədar isə valyuta riskləri, qiymətli kağızları və malların satışı zamanı mümkün itkiləri ifadə edən likvidlik riskləri birinci qrup maliyyə risklərinə aid edilir.


Maliyyə riskləri




İnfliyasya riski





Valyuta riski






İnvestisya riski



Depozit riski






Faiz riski





Kredit riski






Struktur riski





Kriminoloji risk





Rentabelliyin aşağı enmə riski





Maliyyə dayanıqlığının və likvidliyinin itirilməsi riski






Ödəmə qabiliyyətinin olmaması riski



Digər risklər




Sxem 2.
İnflyasiya riski - inflyasiya artan zaman əldə olunan pul gəlirləri, real alıcılıq qabiliyyəti daha tez aşağı düşür, nəinki qalxır. Belə hallarda sahibkar real zərər çəkmiş olur.

Deflyasiya riski - deflyasiya baş verən zaman qiymətlərin aşağı düşməsi halı baş verir, sahibkarlıq üçün iqtisadi şərait olduqca pisləşir və gəlirlər xeyli aşağı düşür.

Valyuta riskləri kredit, xarici iqtisadi və digər valyuta əməliyyatları zamanı bir xarici valyutanın digər valyutaya nisbətən məzənnəsinin dəyişməsi zamanı yarana biləcək valyuta itkilərini əks etdirir.

Likvidlik riskləri - qiymətli kağızların, eyni zamanda digər məhsulların satışı zamanı onların istehlak dəyərinin və keyfiyyətinin qiymətləndirilməsində yaranan itkilər başa düşülür.

Bazar münasibətləri şəraitində ölkəmizdə maliyyə risklərinin əsas tərkib hissəsi hesab edilən investisiya riskləri daha böyük yer tutur. İnvestisiya risklərinin özüdə yarımnövlərdən ibarətdir. Mənfəəti əldən buraxmaq riski, gəlirliliyin enməsi riski, birbaşa maliyyə itkiləri riski.

Mənfəəti əldən buraxmaq riski - hansısa əməliyyatın həyata keçirilməməsi zamanı yaranan dolayı maliyyə itkisidir. Nümunə ilə izah etsək: sığortalanma, investisiya qoyuluşu, hedc əməliyyatı və s daxildir.

Gəlirliliyin enməsi riski - əmanətlər, portfel investisiyaları və kreditlər üzrə faiz dərəcəsinin azalması nəticəsində baş verir.

Azərbaycan dinamik inkişaf edən və inkişaf etmiş ölkələr səviyyəsinə inteqrasiya olunan bir ölkədir. Bu inkişafın təsdiqi özünü ölkə iqtisadiyyatına qoyulan investisyalarda daha aydın özünü biruzə verir. Bu investisya qoyuluşları istər dövlətin, istərsə də yerli və xarici investorların qoyduğu investisiyalardır ki, bu investisiyalar hər keçən il daha da artan surətdə davam edir. Dövlət Statistika Komitəsinin məlumatlarında bunu konkret rəqəmlərlə daha aydın göstərmək olar.

Neft müqavilələrinin imzalanması, sahibkarlığın inkişafı, dövlət əmlakının özəlləşdirilməsi, qarşılıqlı əməkdaşlıq müəssisələrin yaradılması xarici dövlətlərin, eyni zamanda investorların Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq diqqətini xeyli artırmışdırr. Statistikaya nəzər salsaq 2003-2015-ci illərdə bütün ölkə iqtisadiyyatına 205,6 milyartd dollar, qoyulan ümumi investisiyalarda tərkibində xarici investisiyaların önəmli çəkisi 64,1 həvmində olmuşdur. Milli iqtisadiyyatın inkişafına istiqamətlənmiş daxili investisiyalar hər növbəti il əvvəlki illə müqayisədə artmış, yəni 2000-ci ildəki 459,2 milyon manatdan 2015-ci ildə 13654,1 milyon manata çatmış, 27,3 dəfə artmış.

Ölkəmizdə bazar iqtisadiyyatı şəraitində, irimiqyaslı islahatlar, azad sahibkarlığın şaxələnməsini tənzimləyən hüquqi bazasının formalaşması, regionların iqtisadi və sosial inkişafına dair Dövlət Proqramlarının reallaşdırılması “vahid pəncərə” sisteminə keçid ölkəmizdə münbit biznes mühitinin yaradılmasına əsas olmuş. Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankı tərəfindən hazırlanmış “ Biznesin aparılması 2015 çətin zamanda islahatlar” adlı ilin yekununda Azərbaycan Respublikası 193 ölkə arasında 41-ci olmuşdur. Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının dövlətin tənzimlənməsinin keyfiyyəti və dünyanın 191 ölkəsində onun kiçik biznesə təsiri haqqında yekunda Azərbaycan Respublikası dünyada ən çox islahatçı ölkə hesab edilmiş və bu sırada birinci olmuşdur.



Maliyyə mənbələri üzrə vəsaitlərin həcmi, (manat ilə )1


Maliyyə mənbələri

Müəssisənin vəsaitləri

Kredit

Ümumi

























Tikinti xərcləri

816500

1750000

2566500













Avadanlıqların alışı

63500

1390000

1453500













Dövriyyə vəsaitləri

610000

-

610000













Cəmi:

1490000

3140000

4630000














Cədvəl 2.
Portfel investisiyası investisiya çantasının formalaşdırılması ilə əlaqədardır və Qiymətli kağızlar, digər aktivlərin alınmasını həyata keçirirş. “ Portfel ” termini italyan sözüdür “ Porte foglio ”dən yaranmış, investorda olan qiymətli kağızların cəmi ifadəsini verir.

Gəlirliliyin enməsi riski özündə digər formaları da əhatə edir. Bunlara faiz və kredit risklərini aid etmək olar. Faiz riskləri kredit təşkilatları, investisiya institutları, kommersiya bankları, selinq kompaniyaları tərəfindən qəbul edilən vəsaitə görə faiz dərəcələrinin verilən kredit limitləri üzrə dərəcələrdən yuxarı olması ilə bağlı olaraq dəyən ziyandır. Faiz risklərinə həmçinin aksiyalar üzrə dividentlər də, bazarlarda istiqrazlarda, sertifikatlar və digər qiymətli kağızların faiz dərəcələrinin dəyişilməsi də daxildir. Son nəticədə Bazarın faiz dərəcələri, qiymətli kağızların faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxarır. Faizin qaldırılması ilə qiymətli kağızların daha aşağı faizlərlə kütləvi şəkildə satışa çıxarılması baş verə bilər. Faiz riskini fiksə olunmuş səviyyə ilə müqayisə etsək, bazar faizlərinin qalxması zamanı ortamüddətli və uzunmüddətli fiksə olunmuş faizlərlə qiymətli kağızlara vəsait qoymuş investorun olduğunu görərik. Kredit riski - borcalanın kreditora qaytarmalı olduğu borcun və faizin ödənilməməsi təhlükəsi ehtimalının olmasıdır. Kredit risklərinə eyni zamanda emitentin uzunmüddətli dövrüyəyə çıxardığı qiymətli kağızların faizlərini və ya bütün məbləği ödəyə bilməməsi də daxildir. Kredit riski həmçinin birbaşa maliyyə risklərinin növlərindən biri ola bilər. Birbaşa maliyyə itkiləri riski özündə altnövbəti növləri ayırır. Birja riski, Müflis olma riski, Selektiv risk, Kredit riski.

Birja riskləri, birja əməliyyatları aparılan zaman yaranan risklərdir. Bu risklərə Kommersiya müqavilələrinə görə ödənişin edilməməsi, broker firmasının komisyon haqqının ödənilməməsi riski və.s.

Selektiv risk investisiya portfelinin hazırlanması zamanı, digər növ qiymətli kağızlarla müqayisədə qiymətli kağızlar formasında kapitalın qoyulması üsulunun düzgün seçilməməsi riskidir.

Müflisləşmə riski isə kapital qoyuluşu üsulunun düzgün seçilməməsi riskidir ki, nəticədə sahibkarın bütün kapitalının itirilməsi və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsidir. Nəticədə sahibkar müflis elan edilmiş olur.

Maliyyə riskinin bir funksiyası da zaman funksiyasıdır. Belə ki, mövcud şərtlərə uyğun olaraq, kapitalın qoyuluşu variantına və ya verilmiş maliyyə aktivinə görə risk səviyyəsi zamana görə artır.


Kapital qoyuluşu riskinin həcminin müəyyən edilməsi qaydalarında xarici təcrübəyə görə ehtimal ağacdan istifadə etmək olar. Bu metod gələcək zaman müddətində investisiya layihələrinin zamanla pul axınlarının dəqiq müəyyən edilməsinə imkan yaradır. Əgər birinci zaman periodunda kapital qoyuluşu layihəsi münasibdirsə, onda o növbəti zaman periodunda da uyğun ola bilər.

1. 3. Maliyyə risklərinin idarə olunması metodları.

Ümumiyyətlə makro iqtisadiyyatda, həmçinin idarə və müəssisələrdə pul dövriyyəsindən məqsədli və eyni zamanda səmərəli istifadə edilməsi mühüm əhəmiyyətə malikdir. Bu, həm pul dövriyyəsinin maliyyə iqtisadi mexanizmləri əsasında təkrar istehsal proseslərinin tənzimlənməsi, həm də pulun tədavülü, potensial və real pul axını arasındakı düzgün nisbətin qoyulmasını nəzərdə tutur. Ona görə də burada maliyyə mexanizmləri ilə yanaşı idarəetmə mexanizmlərinin də düzgün qurulması vacibdir. Bu baxımdan idarə və müəssisələrdə, əsasən də istehsal müəssisələrində pul münasibətləri və pul münasibətlərindən irəli gələn pul axınları sistemi idarəetmənin obyektinə çevrilməlidir. ABŞ-dan başlanan 2007-ci il dünya böhranı göstərdi ki, “ maliyyə texnalogiyası ”, maliyyə münasibətləri və pul axınlarının idarə edilməsi qaydalarında əsaslı dəyişikliklər edilməlidir. Eyni zamanda idarəetmə funksiyalarında və strukturunda təkmilləşdirici tədbirlər aparılmalıdır. Yalnız belə olan şəraitində iqtisadiyyatla maliyyə sistemi arasında, eyni zamanda müəssisələrlə bank sektoru arasında stabil əlaqələr yaratmaq olar. Həm də bankların, büdcə təşkilatlarının öz səlahiyyətləri sərhəddində də bu prosesə nəzarətetmə funksiyası özünü doğrulda bilər. Burada mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də kapitala nəzarət maliyyə intizamının möhkəmləndirilməsi.məsələsidir. Lakin təcrübələr göstərir ki, nazarətedici təşkilatların özündə də öz fəaliyyətlərinə nəzarət və bu fəaliyyətin maliyyə vəziyyətinin qiymətvermə meyarlarında da müəyyən çatışmazlıqlar vardır. Bu baxımdan, bəzi iqtisadçılar bankların özlərinin maliyyə qeyri sabitliyini, onların fəaliyyətində də baş verən riskli halların haqlı olaraq tənqid edirlər.

Müasir şəraitdə mikro və makro səviyyədə maliyyə potensialı ilə pul tədavülü arasında qarşılıqlı əlaqənin düzgün müəyyən olunması istər maliyyə nəzəriyyəsi, istərsə də real maliyyə münasibətləri baxımından son dərəcə vacibdir. Burada problemin kəmiyyət tərəfinə diqqətin gücləndirilməsi, onun iqtisadiyyatın dinamik inkişafı ilə qarşılıqlı təsiri və əlaqələndirilməsi, nəinki milli iqtisadiyyatda, habelə dünya iqitisadiyyatında baş verən dəyişikliklərin nəzərə alınması da maliyyə resurslarının səmərəli yerləşdirilməsi, maliyyə axınlarının düzgün hərəkəti və bu resurslardan daha az riskli qaydada istifadə edilməsi, bu proseslərdə prioritetliyin nəzərə alınması son dərəcə vacibdir. Yuxarıda göstərilən problemlərin həlli iqtisadiyyatın bütün sektorları və sferaları üçün əhəmiyyətlidir, lakin real sektorun normal fəaliyyəti üçün bu daha böyük əhəmiyyət kəsb edir, onların likvidlik qabiliyyətinin artırılmasına, bu sferada risklərin azalmasına daha effektli təsir göstərir.

Ümumiyyətlə, yuxarıda sadalanan problemlərin sistemli, qrup halında həlli bütövlükdəmaliyyə vəziyyətinə, o cümlədən likvidlik məsələlərinə pozitiv təsir göstərir, müəssisələrin öz maliyyə öhdəliklərini vaxtında və yüksək səviyyədə icra edə bilmək qabiliyyətini artırır, onların maliyyə resursları ilə manevr etmək imkanını əhəmiyyətli dərəcədə yüksəldir. Bir sözlə, həmin problemlərin həlli həm firma və şirkət daxili problemlərlə, həm də onların fəaliyyətindən kənar amillərlə, o cümlədən bazar konyukturası amilləri ilə şərtləndirilir. Burada bütün hallar, real və digər iqtisadi sektorlarda baş verən hallar, bazar konyukturası, qanunauyğunluqlar və təsadüfi hallar, iqtisadi proseslərdə baş verən tsiklik tərəddüdlər, dəyişikliklər məntiqi qaydada nəzərə alınmalıdır. Hətta demək olar ki bu problemlər həm nəzəri-mücərrəd, həm də mümkün olan qədər müvafiq indiqatorlar, göstəricilər, vasitəsilə inteqrativ qaydada nəzərdən keçirilməlidir, istehsal müəssisələrinin mövcud tədiyyə qabiliyyəti, öz öhdəliklərini icra edə bilmə qabiliyyəti onların investisiya, innovasiya qabiliyyəti ilə optimal şəkildə əlaqələndirilməlidir. Bir sözlə, burada zəruri ardıcıllıq, bir iqtisadi prosesin digərini inkar etməsi, bir-birinə əks istiqamətdə fəaliyyət göstərməsi hallarına yol verilməməlidir. Burada nəinki hərfi mənada, həm də fəlsəfi mənada həmin problemlərə balanslaşdırılmış qaydada yanaşmaq lazımdır. Bu məqsədlə maliyyə vəziyyətinin böhranlı, riskli vəziyyəti haqqında dəqiq iqtisadi informasiyaları işlənib-hazırlanmalıdır. Yuxarıda göstərilən problemləri səciyyələndirən iqtisadi indiqatorlar arasında optimal nisbətlər qurulmalıdır. Riskli hallara qarşı tədbirlər operativ və strateji qaydada nəzərdə tutulmalıdır. Demək olar ki, bütün maliyyə-kredit müxanizmləri, o cümlədən uzun və qısa müddətli bank kreditləri, faiz dərəcələri bu istiqamətə yönəldilməlidir. Lakin dünya iqtisadi böhranı göstərdi ki, həmin problemlərin effektli həlli, koordinasiyası və tənzimlənməsi hələ də iqtisadiyyatın dinamik inkişaf tələblərindən əhəmiyyətli dərəcədə geri qalır. Bu isə istehsal müəssisələrinin tədiyyə qabiliyyətinə, gəlir və xərclər arasındakı nisbətlərə, onların səmərəli gözləmə imkanlarına, ümumiyyətlə, maliyyə resurslarının çatışmamazlığına mənfi təsir göstərir. Bu həm mikro, həm makro və həmdə qlobal miqyasda özünü təxminən eyni qaydada təzahür etdirir. Lakin fərq bir qayda olaraq həmin miqyaslarda təzahür etməsi və həll olunması həcmi və xüsusiyyətlərində özünü göstərir.

İstənilən müəssisə risklə əlaqədar öz fəaliyyət istiqaməti olur. Eyni zamanda ola biləcək riskləri aşkar edir. Həmin risklərdən əlverişli olanını seçir və arzuolunmaz risklərdən uzaqlaşmaq üçün yollar axtarır. Bu fəaliyyət riskin planlı şəkildə idarə edilməsi adlanır. Bu, riskin biznes fəaliyyətinə təsirinin yüngüllədirilməsinə istiqamətlənmiş tədbirlərin reallaşmasını nəzərdə tutur. Risklərin idarə edilməsi, sığorta işi, firmanın təsərrüfat fəaliyyətinin təhlili, iqtisadi məsələlərin uyğunlaşdırılmasının riyazi metodları və s. sahələrdə faktiki bilik və bacarıqlar tələb edən spesifik fəaliyyət sahəsidir. Sahibkarın bu istiqamətdəki fəaliyyəti öz firmasının aktiv fəaliyyət göstərməsi üçün təhlükə yaradan risklərin təsirindən qorunmasına istiqamətlənir.

Kredit riski müqavilə şərtlərinə uyğun olaraq ya öhdəliklərini həyata keçirə bilməməsi ya da istəməməsi nəticəsində borcalanların kredit imkanlarının azalması ilə bağlı mümkün ola biləcək zərərlərin baş verməsi riskidir. Kredit fəaliyyətində bank üçün aktiv əməliyyatlar strukturunda önəmli yer tuturki bu da kreditor tərəfindən öz öhdəliklərin yerinə yetirilməməsi, maliyyə zərərlərinə gətirir. Nəticədə kapital likvidliyini və adekvatlığı azaldır.

Kredit riskinin idarə edilməsi ilə bağlı əsas məsələlər Kreditləşmə qaydaları və Bankın Kredit Siyasəti ilə tənzimlənir. Həmin kredit fəaliyyətinin təşkilinin qurulması, borcalanların kredit qabiliyyətlərinin hərtərəfli təhlili və qiymətləndirilməsi, limitlərin müəyyənləşdirilməsi, kredit reytinqindən istifadə etməklə borcalanların kredit riskinin səviyyəsinə görə təsnifatı, kredit qərarlarının qəbul edilməsi üzrə işlərin bölgüsü, sonrakı nəzarət və müşahidə kreditlərin yığılması üzrə tədbirlər, problemli kreditlərlə iş üzrə qaydaları nəzərdə tutur. Bankda kredit riskinin fəaliyyəti prosesinin əsas subyektləri Bankda Aktivlər və Passivlərin İdarə Edilməsi Kamitəsi, Bankın Kredit Komitəsi, Bankın Riskin İdarə Edilməsi Departamenti və Bankın digər aidiyyatı strukturlarıdır. Kredit risklərinin idarəsi sahəsində bankın əsas fədəfi kridit portfelinin iqtisadiyyat sektorları, istehlak kreditləri və biznesin kreditləşdirilməsi, kreditləşdirmənin kateqoriyaları, kreditlərin cəmləşməsi, coğrafi regionlar və həmçinin qəbul olunan təminat növünün likvidlik dəyərinə kredit məbləğlərinin diversifikasiya olunması prinsiplərinin tətbiq edilməsindən ibarətdir.

Likvidlik riski isə əqdlərin icrası zamanı zamanı çatdıqda bankın həmin əqdlər üzrə mövcud mövqeləri maliyyələşdirmək və yenidən maliyyələşdirmək qabiliyyətinin az olacaq ehtimalı, kontragentlərin tələblərini, eyni zamanda təminat tələblərini pul vəsaitləri ilə ödəməyin mümkün olmamasını əks elətdirir və nəticə olaraq, zərurət yarandıqda aktivlərin daha tez satıla bilməməsi riskidir. Riskin bu növü eyni zamanda bir çox ədəbiyyatlarda likvidliyin çatışmazlığı riski kimi də təsnif edilir. Likvidlik risklərinin idarə edilməsi sistemi üç aspekt üzrə aşağıdakı kimi qurulur:

1. Yenidənmaliyyələşdirmə tələblərinin həyata keçirilməsi;

2. Kapital bazarlarına, həm beynalxalq həm də yerli bazara çıxış;

3. Düşünülməmiş hadisələrlə bağlı planlaşdırma.

Likvidlik riskləri ilə bağlı ən önəmli məqam likvidliyin idarə edilməsi və likvidliyin vəziyyəti nəzarət üzrə əsasnamə ilə tənzimlənir.

Bazar riski, bazar qiymətlərinin uyğunsuz dinamikası fonunda bankın maliyyə göstəricilərinin planlaşdırılmış nəticələrdən yayınması kimi hesab edilir. Bu tip risklər spekulyativ risklər qrupuna aiddir. Bazar riskləri borc qiymətli kağızların faizlərin sabit olmadığı bazarlarda valyuta bazarı, səhm bazarı və əmtəə bazarında qiymətlərin dəyişməsi ilə əlaqədardır. Bununla, onun əsas hissələri səhmdar kapitalında iştirak riskləri, faiz risklərii, əmtəə qiymətlərinin dəyişməsi riskləri və valyuta risklərindən ibarətdir.

Valyuta riski bank mövqeyindən xarici valyuta, qiymətli metallar üzrə mövcud mövqelərdə xarici valyuta məzənnələrinin, qiymətli metalların qiymətlərinin əlverişsiz dəyişməsi nəticəsində zərərlərin baş verməsi riskidir.

Faiz dərəcəsi riski bankın aktivləri, balansdankənar alətləri, passivləri üzrə faiz dərəcələrinin uyğunsuz dəyişmələri nəticəsində maliyyə itkilərlərinin baş verməsi riskidir.

Bazar riskləri bir sıra səbəblərdən yarana bilər:



  • ticarət portfelində maliyyə alətlərinin bazar dəyərinin dəyişməsi;

  • fond qiymətlilərinin uyğunsuz dəyişməsi;

  • bazar qiymətlərinin uyğunsuz dəyişməsi;

  • xarici valyuta məzənnəsinin dəyişməsi;

  • qiymətli metalların bazar dəyərinin dəyişməsi;

  • satabil faiz dərəcəsi ilə alətlər üzrə passivlərin, aktivlərin və balansdan kənar tələblərin, öhdəliklərin ödənilməsi müddətlərinin uyğun olmaması;

Risk siyasəti sahibkarın risklərin idarə edilməsi üzrə fəaliyyəti kimi qiymətləndirilir. Risk siyasəti dedikdə, qərarın qəbulu zamanı onun səhv olacağı barədə təhlükəni azaltmaq və bu idarəetmə qərarlarının mümkün mənfi nəticələrini ixtisar etmək məqsədilə müxtəlif tədbirlər sisteminin həyata keçirilməsi kimi başa düşülür.

Riskin mövcud olduğunu bilmək sahibkar üçün zəruridir, lakin konkret tədbirlər görmək üçün kifayət deyil. Konkret risk növünün bzines fəaliyyətinə necə təsir göstərdiyini və bu təsirin nəticəsinin nədən ibarət olacağını qiymətləndirmək lazımdır. Daha doğrusu, ilk növbədə hadisənin həqiqətən baş verəcəyi ehtimalını, sonra isə onun firmanın maliyyə-təsərrüfat fəaliyyətinə necə təsir göstərəcəyini müəyyənləşdirmək vacibdir.



Kredit borcu maliyyələşməsinin geniş yayılmış formasıdır. Mərkəzi Bank bank əməliyyatları üçün lisenziya almış kommersiya bankları və digər kredit təşkilatları, eyni zamanda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən fiziki və hüquqi şəxslərə kredit verilir. Bank kreditinin alınması prosesi, borc maliyyə resurslarının cəlb edilməsinin digər üsullarına nisbətən daha çətindir. Kommersiya bankları tərəfindən verilən qısamüddətli kreditlər cari əməliyyatları maliyyələşdirmək, ödəməqabiliyyətini və müəssisənin likvidliyini qoruyub saxlamaq üçün istifadə olunur.

Yüklə 290,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə