Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) m a g I straturam ə r k ə z I



Yüklə 290,68 Kb.
səhifə6/6
tarix14.09.2018
ölçüsü290,68 Kb.
#68688
1   2   3   4   5   6

5

9



10




14

13

11

7-8

4

3

2

1



12

6

Sxem 9. Risk dərəcələrinin aşağı salınmasına təsir edən biznes planın hazırlanması sxemi

1 - xüsusi fəaliyyət növünün, eyni zamandayeni kommersiya layihələrinin həyata keçirilməsi haqqında qərarların qəbulu

2 - planlaşdırılmış layihələrin reallaşması üçün əhəmiyyətli imkanların təhlili

3 - iş və xidmət növlərinin, layihənin məqsədinin seçilməsi

4 - satış bazarının mümkün ərhələlərinin tədqiqi

5 - satışın ümumi həcmi ilə əlaqədar proqnozların təhlil edilməsi

6 - kommersiya, istehsal fəaliyyətinin gerçəkləşməsi üçün yerin seçilməsi

7 - istehsal planının işlənməsi

8 - təşkilati planının işlənməsi

9 - marketinq planının işlənməsi

10 - gələcək kommersiya fəaliyyətinin hüquqi sxeminin işlənməsi

11 - mühasibat uçotunun təşkili ilə bağlı məsələlərin həlli

12 - sığorta məsələlərin həlli

13 - maliyyə planın işlənməsi

14 - biznes planın xülasəsinin hazırlanması

Biznes planın hazırlanmasının məqsədləri aşağıdakılardır:

- planlaşdırılan nəticələrə çatmağın gerçəklik səviyyəsini aydınlaşdırmaq;

- cari fəaliyyətin yeniləndirilməsi və yeni fəaliyyətin yaranmasının məqsədə uyğunluğunu aidiyyatı şəxslərə təqdim etmək;

- yeni fikirlərin reallaşması üçün tətbiq edilmiş layihədə göstərilən keyfiyyət, kəmiyyət göstəricilərinə sahib olmağın mümkünlüyünü, sahibkarın tərəfdaşlarına, əməkdaşlarına sübut etmək;

- investisiyaların cəlb edilməsi və xarici bazara çıxış;

Biznes plan sahibkara problemləri həll etmək üçün aşağıdakı imkanları təqdim edir:

- firmanın məqsədyönlü bazarı, dəqiq fəaliyyət istiqamətlərini və bu bazarda firmanın rolunu müəyyən etmək;

- firmanın qısamüddətli və uzunmüddətli məqsədlərini təyin etmək, onlara nail olmaq üçün strategiyasını, taktikanı göstərmək, həmin strategiyaanın, taktikanın həyata keçirilməsinə görə məsul şəxslərin təyin edilməsi;

- firmanın maliyyə vəziyyətini, qoyulan məqsədlərə nail olmaq üçün mövcud maliyyə və maddi ehtiyatların uyğunluğunu qiymətləndirmək, biznes-planın həyata keçirilməsində qarşıya çıxa biləcək təhlükələri öncədən görmək.

Biznes plan hazırlamadan fəaliyyət göstərən sahibkar özü üçün tamamilə gözlənilməz olan məsələlərlə üzləşərək çox çətin vəziyyətə düşə bilər, bu da eyni zamanda həmin sahibkarın özü üçün, həm də onun firması üçün ağır nəticələrə səbəb ola bilər. Sahibkarlıq fəaliyyətinin planlaşdırılmasının önəmi aşağıdakılardan ibarət ola bilər:

- sahibkarı öz planını perspektivlərini öyrənməyə məcbur edir;

- qarşıya qoyulmuş məqsədə çatmaq üçün göstərilən səyləri dəqiq şəkildə əlaqələndirməyə imkan verir;

- müəyyən nəzarət tədbirlərinin həyata keçirilməsi üçün firmanın fəaliyyət göstərməsini təyin edir;

- sahibkara öz məqsədlərini, eyni zamanda onlara nail olmaq yollarını dəqiqləşdirməyə şərait yaradır;

- firmanı bazardakı gözlənilməz dəyişmələrinə daha da hazırlıqlı edir;

Biznes planın hazırlanması zamanı sahibkarın şəxsən iştirakı mütləq vacibdir. Bir çox investisiya fondları, xarici banklar, firma sahibləri tərəfindən tərtib edilməmiş biznes planları ümumiyyətlə qəbul etmirlər.

Biznes planın əsas funksiyası aşağıdakılardır:

- biznes strategiyasının hazırlanmasında əsas analitik rol

- planlaşdırma

- pul vəsaitlərin təyin edilməsi

- tərəfdaşların təyin olunması.




3.3. Müasir şəraitdə maliyyə risklərinin neytrallaşdırılması və idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri.
Biznes fəaliyyətinin reallaşması mərhələsində müəssisənin ola biləcək risklərin aşkarlanmasından, onların yaranmas səbəblərini öyrəndikdən, baş verə biləcək potensial itkiləriin təhlilindən sonra firma qarşısında eyni risklərin aşağı salınması proqramının işlənib hazırlanması vəzifəsi dayanır. Yəni menecer risklərin neytrallaşdırılması ilə bağlı ən əlverişli metodların seçilməsi üzrə qərar verməlidir.


Riskin ötürülməsi

Riski öz üzərinə götürmək

Riskdən yayınma



Risklərin neytrallaşdırılmasının metodları

Digər metodlar



Riskin birləşdirilməsi

Riskin sığortalanması

Riskin diversifikasiyası


Sxem 10. Biznesdə risklərin neytrallaşdırılması metodları
Müəssisə təsərrüfat fəaliyyətinin təşkili prosesində maliyyə əməliyyatlarının, digər yüksək riskli fəaliyyət növlərinin reallaşmasından imtina edə bilər, yəni riskdən yayına bilər. Bu yaranan risklərin neytrallaşdırılmasının sadə, radikal metodu hesab edilir. Risklə əlaqədar potensial itkilərdən tamamilə uzaqlaşmağa imkan yaradır, lakin riskli fəaliyyətlə bağlı mənfəətin əldə edilməsinə şərait yaratmır. Digər tərəfdən, bəzi hallarda riskdən yayınma mümkün deyildir. Ona görə ki, bir risk növündən yayınmaq,digər riskin yaranmasına gətirib çıxara bilər. Bu səbəbdən də, biznes fəaliyyətində yaranan yüksək dərəcəli risklərin neytrallaşdırılmasında bu üsuldan istifadə etmək məqsədəuyğun sayılır.

Maliyyə riskinin neytrallaşdırılmasında riskdən yayınma metodundan istifadə edilməsi aşağıdakı şərtlər daxilində səmərəlidir:

- risk növündən imtina edilməsi daha yüksək, eyni dərəcəli başqa risklərin ortaya

çımasına səbəb olmur;

- riskin dərəcəsi, sahibkarlıq fəaliyyətin ola biləcək gəlirlilik səviyyəsindən olduqca yüksəkdir;

- firma maliyyə riskləri ilə bağlı olan itkilərini vəsaitləri hesabına ödəmək iqtidarında olmur, çünki bu itkilər olduqca böyükdür.

O da danlmazdır ki, firma heç də hər zaman bütün növ risklərdən yayına bilməz. Onların böyük bir qismini “öz üzərinə götürür”, yəni düşünülmüş şəkildə riskə gedir, edilən risklər zamanı formalaşan zərərlərin əvəzi ödənilməz itkilərə gətirib çıxarmayana qədər bizneslə məşğul olur. Bəzi risklərin özündə müəyyən mənfəət potensialı olduğundan, başqa bir qrup risklər isə qaçılmaz olduğu üçün məqbul sayılırlar.

Riski üzərinə götürməkdə ən əsas məqsəd ola biləcək itkilərin əvəzini ödəməkdən ötrü zəruri resurs mənbələrini axtarıb tapmaqdır. Belə olan halda itkilər sahibkarlıq riskinin, ümumiyyətlə itkilərin reallaşmasından sonra yerdə qalan istənilən resurslar vasitəsi ilə ödənilir. Əgər firmada olan resurslar kifayət etmirsə, onda bu, biznes fəaliyyətinin azalmasına səbəb ola bilər.

Sahibkarlıq subyektlərində itkilərin ödənilməsi üçün qalmış olan resursları 2 qrupa bölmək olar:

- biznesin daxilində olan resurslar;

- kredit resursları.

İtki baş verən zaman bütün mülkiyyət növlərinin eyni anda zədələnməsi halı çox az olur. Buna görə də daxili resurslara aşağıdakıları aid etmək olar:

- müəssisəənin olan bina, tikililərin fiziki formada zədələnməsi zamanı zərər görməyən kassadakı nağd şəkildəki pul;

- zədələnmiş mülkiyyətin digər hissəsinin dəyəri;

- istehsal, maliyyə fəaliyyətinin mümkün davam etdirilməsindən yaranan gəlir;

- qiymətli kağızlardan, gəlirli investisiyalardan daxil olmuş faiz gəlirləri, dividend.

- biznes sahibləri vasitəsi ilə biznesi dəstəkləmək üçün sərmayə edilən vəsaitlər;

- hesabat dövründə qazanılmış mənfəətin bölüşdürülməmiş qalığı, mənfəətin bölüşdürülməsinə qədər zəruri yarandıqda müxtəlif maliyyə risklərinin mənfi nəticələrinin ləğvinə yönəldilə bilən maliyyə resursları ehtiyatı formasında nəzərdən keçirilə bilər;

- qanunvericilik tələblərinə, eyni zamanda sahibkarlıq firması qaydalarına uyğun olaraq hesabat zamanı əldə edilən mənfəətdən beş faizdən az olmayan hissəsi istiqamətləndirilir.

Kredit resursları. Əgər müəssisə sahibkarlıq risklərinin təsiri nəticəsində ortaya çıxan bütün itkiləri daxili resurslarla ödəmək iqtidarında olmazssa, o zaman onlardan bir hissəni kredit resurslarından yararlanmaqla ödəmək olar.

Lakin belə olan zaman, kredit resurslarının əldə edilməsi şansı olduqca məhdudlaşır. Məhdudiyyətlərin ən əsası isə müəssisənin növbəti gələcək mənfəətlilik dərəcəsini sual altında olmuş olmasıdır. Kredit resurslarının yararlanmaq imkanı çox zaman itkilər baş verdiyi halda biznesin qalıq dəyərindən asılı olur. Məhs elə bunun üçündür ki, firma hələ itkilər baş verməzdən əvvəl kredit təşkilatını inandırmaq məqsədi ilə itkilərdən qorunmaq üzrə biznes plana sahib olmalıdır. Risklərin reallaşmasından sonra kredit vəsaitlərinin cəlb edilməsi üzrə başqa bir məhdudiyyət kreditin qiymətidir. Ona görə ki, kredit resurslarından istifadə firmanın maliyyə vəziyyətini aşağı sala bilər.

Risklərin idarə olunmasında maliyyə risklərinin ötürülməsinin istiqamətləri aşağıdakı kimi təsnifləşdirilmişdir.

1. Faktorinq müqaviləsinin bağlanması vasitəsilə risklərin yönləndirilməsi. Bu zaman ötürülmənin aspekti formasında müəssisənin kredit riski çıxış edir. Bu risklərin böyük hissəsi kommersiya bankına, eləcə də ixtisaslaşmış faktorinq şirkətlərinə ötürülür. Bu da kredit risklərinin aşağı maliyyə nəticələrini olduqca neytrallaşdırmağa imkan verir.

2. Zaminlik müqaviləsinin bağlanması formasında risklərin ötürülməsi. Müqavilədə qeyd edildiyi kimi zamin duran şəxs, üçüncü şəxslərin kreditoru qarşısında öhdəliklərini qismən və ya tam formada yerinə yetirməsinə cavabdehlik daşıyır. Borclu tərəfindən zəmanətlə təmin edilmiş öhdəliklərin yerinə yetirilməməsi, eyni zamanda layiqincə yerinə yetirilməməsi anında borclu və zamin kreditor qarşısında ümumi məsuliyyət daşıyırlar. Müəssisə zəmanətlə borc kapitalını cəlb edilməsi üçün istifadə edir. Bu zaman zamin qarşısında zəmanət müqaviləsinin mütəq yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Kreditor firma kreditin geri qaytarılmaması riskini, bununla bağlı bütün itkiləri zaminə ötürür.

3. Risklərin xammal, eyni zamanda material təchizatçılarına ötürülməsi. Bu halda ötürülmə predmeti formasında hər şeydən əvvəl, əmlakın göndərilməsi prosesində, yükləmə və boşaltma işlərinin aparılması zamanı onun müəyyən qisminin, hamısının xarab olması, itirilməsi üzrə risklər çıxış edir. Lakin qiymət azalması, məhsulların bazar qiymətlərinin aşağı düşməsilə əlaqədar itkiləri, yüklərin çatdırılmasındakı gecikmələrlə bağlı olsa da firma tərəfindən tam formada geri ödənilir.

4. Birja müqavilələrinin bağlanması yolu ilə risklərin ötürülməsi. Risklərin ötürülməsinin bu metodu hecerləşdirmə vasitəsilə həyata keçirilir və sonra risklərin neytrallaşdırılmasının müstəqil metodu kimi yoxlamadan keçiriləcəkdir.

Sığorta şirkətlərinin seçilməsinin önəmli meyarları kimi heçdə hər zaman “iri sığorta təşkilatı” statusu onun etibarlı olması mənasına gəlmir. Əgər müəssisə böyük dövriyyəyə və potensiala malikdirsə, o zaman o aşağı büdcəyə malik sığorta şirkəti ilə müqayisədə maliyyə istiqamətindən daha da dayanıqlıdır.

Müəssisənin sığorta şirkəti ilə qarşılıqlı şəkildə münasibəti ilk növbədə sığorta müqaviləsinə əsaslanır.

Sığorta şirkətinin seçilməsinin kriteryaları aşağıdakı kimidir:



Sığorta şirkətinin seçilməsi meyarları


Sığorta fəaliyyətinə nəzarət sahəsində lisenziyanın mövcud olması




Sığorta şirkətlərinin ixtisaslaşması forması və təklif etdiyi sığorta xidmətlərinin maliyyə risklərinin növlərinin sığortalanması üzrə müəssisənin təlabatlarına uyğun olması



Sığorta şirkətinin nizamnamə kapitalı və şəxsi vəsaitlərinin həcmi




Sığorta şirkətinin maliyyə fəaliyyətlərinin nisbi və mütləq göstəricilərinin müqayisəsinə əsaslanan reytinq




Sığorta şirkəti tərəfindən risklərin sığortalanmasının müxtəlif növlərinin həyata keçirilməsi prosesində istifadə olunan tariflərin ölçüsü




Sxem 11.
Risklərin azaldılması, neytrallaşdırılması metodlarından biri də, ümumi işdə maraqlı olan digər iştirakçılarla birləşərək risklərin bölüşdürülməsidir. Müəssisə ümumi problemlərin həllinə digər müəssisələri eləcə də fiziki şəxsləri cəlb edərək öz risk səviyyələrini azaltmaq imkanına malikdir. Bunun üçün səhmdar cəmiyyətlər, maliyyə sənaye qrupları təsis edilə bilər. Müəssisələr səhmlər ala, müxtəlif konsorsium, səhm mübadiləsi apara, konsernlərə və assosiasiya qoşula bilərlər.

Risklərin neytrallaşdırılmasının ən önəmli üsulu kimi diversifikasiyanı misal göstərmək olar.. Risklərin diversifikasiyanın ən əsas formaları aşağıdakılardır:

- Müəssisənin biznes fəaliyyətinin diversifikasiyası.

- Portfel qiymətli kağızların diversifikasiyası.

- Real investisiyalaşdırma proqramının diversifikasiyası.

- Kredit portfelinin diversifikasiyası.

- Material xammal dəstləşdirici məmulatların malgöndərənlərinin diversifikasiyası.

- Məhsul alıcılarının diversifikasiyası.

- Firmanın valyuta səbətinin diversifikasiyası.

Bütün sadalanan diversifikasiya metodları risklərin minimuma endirilməsinə gətirib çıxarır. Risklərin minimal, maksimal həcmi hər zaman itirilmiş pul vəsaitlərinin və əmlakın həcmi vasitəsi ilə təyin edilir. Lakin burada mənəvi itkiləri və sarsıntıları da nəzərə almaq lazımdır. Risklər siyasətində itirilmiş vəsaitlərin, dağıdılmış əmlakın yerinin doldurulması informasiyası da aydınlaşdırılmalı, əvvəlcədən belə bir mənbə ehtiyatı nəzərə alınmalıdır.

Problemlərin xarakteri və məzmunu və hər bir firma və təşkilatlarda fərqli olur. Bir müəssisədə iflasa uğrama, plan tapşırıqlarının mənfi ilə yerinə yetirilməsi, digərində satış, kadr məsələsilə əlaqədar ola bilər. Bu səbəbdən ilk olaraq problemin mümkün səbəbləri situasiyaları öyrənilməli və vaxtında həll edilməlidir. Bunlar görülməzsə daha yeni problemlər yarana bilər. Bunun üçün problemlərdən qaynaqlanan vəzifələr dərindən təhlil edilməlidir.

Vəzifələrin təhlili zamanı aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

- Sistemin idarə edilməyənb ilkin formalarının parametrinin nəzərdən keçirilməsi.

- Ayrı-ayrı problemlərin, vəzifələrin həlli üçün qərarların qəbulu imkanlarını təyin etmək.

- Sistemin planlaşdırılan vəziyyətinin təyin edilməsi.

- Əlverişli qərarların qəbul edilməsi, çıxış yolunun tapılması üçün meyarların təyini.

- Resursların məhdudluğunu, real situasiyanı nəzərə almaq şərti ilə vəziyyətdən çıxış yollarının hazırlanması.

Vəzifələr və problemlər idarəetmə obyektinin istənilən vəziyyəti ilə müqayisədə yaranır. Bu səbəbdən də problemin yaranması, vəzifələrin irəli sürülməsi, vəzifə və problemlərin məzmununun təyin edilməsi, idarəçilik qərarlarının qəbulu üçün başlıca şərtlərdən hesab edilir. Lakin elə problemlər də vardır ki, onu heç də hər zaman həll etmək mümkün deyil..

Risklərin operativ və qabaqcadan təhlilinin başlıca əlaməti onların nəticələrinin qiymətləndirilməsidir. Müxtəlif istehsal təyinatlı təsərrüfat subyektlərində fəaliyyət növləri ilə fərqlənən çoxlu miqdarda əsas risklərdən istifadə edildiyi üçün, onların nəticələrinin qiymətləndirilməsində də fərqli üsullardan istifadə edilir.

Deməli, risklərin nəticələrinin qabaqcadan, həm də sonradan təhlili zamanı çoxlu sayda tədqiqat metodlarından istifadə edilir. Bu metodları bilmədən, hansı riskin hansı üsullarla qiymətləndirilməsinin, dəqiq nəticələrin əldə edilməsinin mümkünlüyünü təyin etmək çox çətin olar. Bazar iqtisadiyyatı şəraitində bir sıra maliyyə əməliyyatları kifayət qədər əhəmiyyətli risklərlə sıx bağlıdır. Onlar əməliyyata başlamazdan əvvəl və əməliyyatın icrası müddətində risk dərəcəsinin qiymətləndirilməsini və onun həcminin müəyyən edilməsini tələb edir.


Riskin dərəcəsi itki hadisəsinin başlaması, ola biləcək zərərin baş verməsi miqdarına dair ehtimaldır. Sahibkarın riski qoyulan investisyadan gözlənilən minimum və maksimum gəlirin miqdarını subyektiv ehtimalı ilə xarakterizə edir. Bu hesablamada maksimum və minimum gəlirlər arasında əlaqə çox olduqca riskin dərəcəsi fə bir o qədər yüksək olur.

NƏTİCƏ və TƏKLİFLƏR
Bazar münasibətləri şəraitində müəssisə və təşkilatlar risk etmədən mənfəət əldə edə bilmir. Riskə getmək, onları idarə etmək, risk hadisəsinin yaxınlaşmasını az da olsa proqnozlaşdırmaq, risk dərəcəsini aşağı salmağa şərait yaradan tədbirlər görmək demək olarki imkansızdır.

Risk anlayışı müəssisənin, biznes fəaliyyətinin tərkib hissəsidir desək heç də yanılmarıq. Biznes fəaliyyətində qeyri-müəyyənliyin dərəcəsi olduqca böyükdür ki, bu risklərin köməyi ilə pul ifadəsinə təsir olunur. Müəssisə rəhbəri qərar qəbul edərkən çox zaman biznes layihələrinin gerçəkləşməsinə sərf olunan xərclər və gözlənilən mənfəətin məbləği barədə tam dolğun dəqiq informasiyalara malik olmur. Bu səbəbdən də sahibkar biznes fəaliyyətində fərqli növ risklərin yaranma səbəblərini araşdırmalı, onların təsir dərəcəsini qiymətləndirməlidir.

İnvestisiyalaşdırma obyekti seçilən zaman risk səviyyəsinin diqqətə alınması olduqca önəm daşıyır. Risk dərəcəsini biznes planın, eyni zamanda sığortalamanın köməyi ilə, eyni layihə daxilində iştirak edən təşkilatlarla, xedjirləşmə, fyuçers, risklərin bölüşdürülməsi, opitson və diversifikasiyalar hesabına aşağı salamaq mümkündür.

Bazar iqtisadiyyatı şəraitində idarəetmə vəzifələrini icra edən vəzifəli şəxslər, ən əsası da maliyyə menecerləri hər riskin qarşılığında daha çox gəlir əldə etməyə çalışmalıdır. Gəlir və risk bir-biri ilə əlaqəli olan, bir-biri ilə şərtlənən maliyyə qruplarıdır. Risk müəssisə rəhbərinin fəaliyyət növündən, təbii hadisələrdən qaynaqlanan mümkün itki ola bilmə ehtimalı nəzərdə tutulur. O, risklərə gedən şəxs üçün mənfi, arzu olunmaz nəticədir. Müxtəlif idarəetmə qərarları fərqli risk dərəcələrinə sahibdir.

Risk hadisəsini olacağını, eyni zamanda olmayacağını, olacağı təqdirdə hansı üç cür iqtisadi nəticə: mənfi, sıfır, müsbət gözlənildiyini ifadə edir.

Aparılan araşdırmalar zamanı biz maliyyə risklərinin ən əsas növlərini müəyyənləşdirdik. Bunlara rentabelliyin aşağı enməsi, maliyyə dayanıqlılığının və likvidliyin itirilməsi, inflyasiya riski, ödəmə qabiliyyətinin olmaması, valyuta riski, faiz riski, kredit riski, investisiya riski, depozit riski, struktur riski, krimonoloji riskləri daxil etdik. Eyni zamanda risk dərəcəsinin təyin edilməsinin üsullarını, risk menecmentin əsas funksiyalarını müəyyənləşdirdik. Bunlara subyektin idarə olunması funksiyası, obyektin idarə etmə fusnkisyası daxildir. Daha sonra maliyyə risklərinin idarə edilməsinin metodlarını araşdırdıq. Bunlara ləğv etmə və ya aradan qaldırma, itkinin qarşısının alınması və sığorta, nəzarət, sərf etmə metodların daxil etdik. Eyni zamanda maliyyə risklərinin aşağı salınması üsullarına nəzər yetirdik ki, bunlara da seçim, diversifikasiya və nəticələr haqqda ətraflı şəkildə tam dolğun informasiya əldə etmək, özünüsığortalama, limitləmə, sığortalama, hedc əməliyyatı, valyuta risklərində sığortalama, əlaqəli sahələrin fəaliyyətinə nəzarət, kompaniyanın xüsusi fondlarından istifadənin qiymətləndirilməsi və uçotu məsələlərinə aydınlıq gətirdik.

Ən sonda onuda qeyd edək ki, maliyyə risklərinin idarə olunması müəssisənin nə qədər yeni və ya uzun zamandır fəaliyyət göstərməsindən asılı olmayaraq istənilən müəssisə və təşkilat üçün vacib diqqət yetirilməli olduğu bir məsələdir. Bu müəssisənin öz fəaliyyətinin mənfi və müsbət tərəflərini müəyyənləşdirmək, eyni zamanda onların aradan qaldırılması üçün zəruri tədbirlər görmək istənilən müəssisənin mənfəət əldə etməsi üçün ən vacib məsələdir.

İstifadə olunmuş ədəbiyyatlar
Azərbaycan dilində

1. Azərbaycanın statistik göstəriciləri. 2016.

2. Kazımlı X., Quliyev İ. “İqtisadi risklərin qiymətləndirilməsi və idarə edilməsi” Dərs vəsaiti. Bakı. 2011.

3. Abbasov A. B. “Biznesin təşkili və idarə edilməsi” Dərs vəsaiti. . Bakı. 2010.

4. Məmmədov M. H., Şahbazov K. A., Həsənov H. S. “Menecment” Bakı. 2007.

5. Atakişiyev M. C. “Maliyyə menecmenti” Bakı. 2013.

6. Abbasov İ. M., Sadıqov R. F. “Menecment” Bakı. 2013.

7. Məmmədov S. A. “İdarəetmənin əsasları” Bakı. 2009.

8. Mahmudоv İ. M., Zеynalоv T. Ş., İsmayılоv N. M. “İqtisadi təhlil” Bakı. 2010.

9. Müslümоv S. Y., Kazımоv R. N. “Maliyyə təhlili” Dərslik. Bakı. 2011.

10. Cihan Bulut., Elçin Süleymanov. “Dövlət maliyyəsi” Bakı. 2011.

11. Çudakov A. D. “Qiymət və qiymətin əmələ gəlməsi” Dərs vəsaiti. Bakı. 2004.

12. Qarayev İ. Ş., Ağabəyov Ş. A. “Qiymətin əmələ gəlməsi” Bakı. 2000.

13. Sadıqov M., Hüseynov A., Zeynalov V. “Koorporativ maliyyə” Bakı. 2010.

14. Fıkırkoca M. “Bütünsel risk yönetimi”Ankara. 2013.

15. Bolgün E. ve AKÇAY B. “Risk Yönetimi” Ankara. 2012.

16. Xudiyev N.N. “Sığorta işi” Bakı, Azərnəşr 2003.

17. Xankişiyev B. “Sığorta fəaliyyətinin əsasları”, Bakı, 2006.

18. Mladjenoviç Paul. “Fond birjasında investisya” Tərcümə. Bakı. 2011.

19. AMEA xəbərləri. İqtisad elmləri seriyası. Bakı. 2015.

20. Azərbaycanın vergi jurnalı.

21. Risk jurnalı.


Rus dilində

1. Вяткин В. Н. “Риск менеджмент” Учебник. Москва. 2003.

2. Иванов И. Н. “Менеджмент корпорации” Учебник. Москва. 2004.

3. Аббасов А. М. “Экономика в условиях неопределенности” М. 2002.

4. Алгин А. П. “Риск и его рол в обшественной жизне”. М., 2007.

5. В.Е.Есипов, Г. А. Маховикова, В. В. Терехова. “Оценка бизнеса” M. 2002.

6. Балдин К. В., С. Н. Воробьев, М. Гардарски. “Риск менеджмент”. М. 2005.

7. Осипова В. И. “Большой aнгло-русский финансово-экономический словарь под ред” М. 2002.

8. Грабовый Р. Г., Петрова С. Н. “Риск в современним бизнесе” М., 2006.

9. Гранатуров В. М. “Экономический риск: сущность, методы измерения, пути снижения. Учебное пособие”. М. 2008.

10. Стоянов Е. С. “Финансовый менеджмент” М. 2009.

İnternet saytları

1. www.stat.gov.az - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

2. www.fimsa.az -  Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası.

3. www.maliyye.gov.az - Azərbaycan Respublikası Maliyyə Nazirliyi.

4. www.economy.gov.az - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi.

5. www.taxes.gov.az - Azərbaycan Respublikası Vergilər Nazirliyi.

6. www.cbar.az - Azərbaycan Respublikasının Mərkəzi Bankı.

7. www.e-qanun.az - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Normativ hüquqi aktların vahid internet elektron bazası.

8. www.asa.az - Azərbaycan Sığortaçılar Assosiasiyası.

9. www.arpa.az - Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası.

10. www.apfm.az - Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası.

Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs, 2674-cü qrup magistri Əlizadə Şəmistan Mehrəli oğlunun “ Maliyyə risklərinin idərə olunması problemləri və onların aradan qaldırılması yolları ” mövzusunda yazmış olduğu magistr dissertasiya işinin



REFERATI
Mövzunun aktuallığı: Maliyyə riskləri müəssisənin həm maliyyə institutları, banklar və. s ilə münasibət zamanı yaranır, həm də müəssisənin perspektiv inkişafının da bir çox aspektlərinə təsirsiz ötüşmür. Maliyyə riskləri çoxşaxəliliyi ilə səciyyələnir, eyni zamanda strateji idarəetmə qərarlarının qəbulu və reallaşdırılması məqsədilə qruplaşdırılır. Bu disertasiya işində maliyyə risklərinin növləri, onların strateji idarə edilməsi prinsipləri ətraflı şəkildə təhlil edilmişdir. Müəssisənin risklərinin idarə edilməsi, maliyyə menecmentinin ən spesifik sferasıdır. O, müəssisənin maliyyə fəaliyyətinin məqsədlərinə yiyələnməyi təmin etmək nöqteyi nəzərindən strateji maliyyə menecmenti sistemində önəmli rol oynayır. Müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərindən biri maliyyə risklərinin mənfi nəticələrinin neytrallaşdırılmasıdır. Neytrallaşma fərqli maliyyə mexanizmlərinin dəstəyi ilə reallaşdırılaraq xarici və daxili mexanizmlərə bölünür.

İstənilən müəssisə və təşkilatın maliyyə fəaliyyətinin nəticələrinə ola biləcək təsiri çox müxtəlif növ risklərlə əlaqədardır. Müəssisə və təşkilatın maliyyə sahəsi ilə eyni zamanda olan xüsusi bir hissəsi maliyyə riskləri adlanır. Maliyyə riskləri müəssisə və təşkilatın ümumi portfelində olduqca böyük, əhəmiyyətli rol oynayır.

Maliyyə sferasının genişləndirilməsi, maliyyə risklərinin, ölkəmiz üçün ən yeni maliyyə texnologiyalarının yaradılması və digər əlamətlərə təsir səviyyəsi, yalnız hansısa təşkilatın fəaliyyətinin nəticələrinə deyil, ümumi şəkildə bazarın iqtisadi vəziyyətinə, konyukturasına təsir edir.

Xarici mühitin sahibkarlıq fəaliyyətinə münasibətində maliyyə riskləri qeyri-müəyyənliyinə görə obyektivlik daşıyır. Xarici amillərə obyektiv, sosial, iqtisadi və siyasi şəraitlər aiddir. Hansı ki, hər bir təşkilat özünün fəaliyyətini həyata keçirir, ümumi dinamikaya uyğunlaşmağa çalışır. Xarici amillərin qeyri-müəyyənliyi müəyyən edilir ki, o kontragent, dəyişən və şəxslərdən asılıdır. Hansının ki, davranışını əvvəlcədən düzgün şəkildə demək mümkün deyil. Beləliklə, maliyyə risklərinin obyektivliyi sonda müəssisənin fəaliyyətindən birbaşa asılı olmayan metodlar ilə bağlıdır.

Başqa prizmadan yanaşdıqda isə maliyyə risklərinin insan fəaliyyətindən asılı olan tərəflər vardır. Doğurdan da, sahibkar özü mövcud riskli vəziyyəti qiymətləndirir, bir neçə alternativ arasından öz seçimini edir və mümkün xərcləri müəyyənləşdirir. Əlavə olaraq riski qəbul etmə, hər bir sahibkarın məntiqindən, psixoloji xüsusiyyətlərindən, xarakterindən, bilik səviyyəsindən, öz fəaliyyət sahəsindəki təcrübələrindən də asılıdır.

Maliyyə riskləri həm mövcud fəaliyyət sahəsi üzrə resursların istifadəsi zamanı vəsaitlərin itirilməsi və ya gözlənilən mənfəətin olmaması təhlükəsidir, həm də risklə əlaqəli olan mövcud əldə olunan əlavə mənfəətdir.

Bazar münasibətləri şəraitində müəssisə və təşkilatlar risk etmədən mənfəət əldə edə bilmir. Riskə getmək, onları idarə etmək, risk hadisəsinin yaxınlaşmasını az da olsa proqnozlaşdırmaq, risk dərəcəsini aşağı salmağa şərait yaradan tədbirlər görmək demək olarki imkansızdır.

Risk anlayışı müəssisənin, biznes fəaliyyətinin tərkib hissəsidir desək heç də yanılmarıq. Biznes fəaliyyətində qeyri-müəyyənliyin dərəcəsi olduqca böyükdür ki, bu risklərin köməyi ilə pul ifadəsinə təsir olunur. Müəssisə rəhbəri qərar qəbul edərkən çox zaman biznes layihələrinin gerçəkləşməsinə sərf olunan xərclər və gözlənilən mənfəətin məbləği barədə tam dolğun dəqiq informasiyalara malik olmur. Bu səbəbdən də sahibkar biznes fəaliyyətində fərqli növ risklərin yaranma səbəblərini araşdırmalı, onların təsir dərəcəsini qiymətləndirməlidir.

İnvestisiyalaşdırma obyekti seçilən zaman risk səviyyəsinin diqqətə alınması olduqca önəm daşıyır. Risk dərəcəsini biznes planın, eyni zamanda sığortalamanın köməyi ilə, eyni layihə daxilində iştirak edən təşkilatlarla, xedjirləşmə, fyuçers, risklərin bölüşdürülməsi, opitson və diversifikasiyalar hesabına aşağı salamaq mümkündür.

Bazar iqtisadiyyatı şəraitində idarəetmə vəzifələrini icra edən vəzifəli şəxslər, ən əsası da maliyyə menecerləri hər riskin qarşılığında daha çox gəlir əldə etməyə çalışmalıdır. Gəlir və risk bir-biri ilə əlaqəli olan, bir-biri ilə şərtlənən maliyyə qruplarıdır. Risk müəssisə rəhbərinin fəaliyyət növündən, təbii hadisələrdən qaynaqlanan mümkün itki ola bilmə ehtimalı nəzərdə tutulur. O, risklərə gedən şəxs üçün mənfi, arzu olunmaz nəticədir. Müxtəlif idarəetmə qərarları fərqli risk dərəcələrinə sahibdir.

Risk hadisəsini olacağını, eyni zamanda olmayacağını, olacağı təqdirdə hansı üç cür iqtisadi nəticə: mənfi, sıfır, müsbət gözlənildiyini ifadə edir.

Aparılan araşdırmalar zamanı biz maliyyə risklərinin ən əsas növlərini müəyyənləşdirdik. Bunlara rentabelliyin aşağı enməsi, maliyyə dayanıqlılığının və likvidliyin itirilməsi, inflyasiya riski, ödəmə qabiliyyətinin olmaması, valyuta riski, faiz riski, kredit riski, investisiya riski, depozit riski, struktur riski, krimonoloji riskləri daxil etdik. Eyni zamanda risk dərəcəsinin təyin edilməsinin üsullarını, risk menecmentin əsas funksiyalarını müəyyənləşdirdik. Bunlara subyektin idarə olunması funksiyası, obyektin idarə etmə fusnkisyası daxildir. Daha sonra maliyyə risklərinin idarə edilməsinin metodlarını araşdırdıq. Bunlara ləğv etmə və ya aradan qaldırma, itkinin qarşısının alınması və sığorta, nəzarət, sərf etmə metodların daxil etdik. Eyni zamanda maliyyə risklərinin aşağı salınması üsullarına nəzər yetirdik ki, bunlara da seçim, diversifikasiya və nəticələr haqqda ətraflı şəkildə tam dolğun informasiya əldə etmək, özünüsığortalama, limitləmə, sığortalama, hedc əməliyyatı, valyuta risklərində sığortalama, əlaqəli sahələrin fəaliyyətinə nəzarət, kompaniyanın xüsusi fondlarından istifadənin qiymətləndirilməsi və uçotu məsələlərinə aydınlıq gətirdik.

Beləliklə maliyyə riskləri həm zərərə, həm də digər tərəfdənsə mənfəətə səbəb olur.

Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqatın məqsədlərindən ən əsası, müəssisənin maliyyə dayanıqlığının nəzər aspektlərinin, konseptual bazasının tədqiqi ilə müəssisələrin maliyyə risklərindən maksimum şəkildə sığortalanması məqsədi ilə risklərin yaranması amillərinin aşkarlanması, onun təsirinin ən aşağıya endirilməsi və proqnozlaşdırılması üçün uyğun metodikanın işlənməsi, maliyyə dayanıqlılığın təhlili, likvidliyin və maliyyə nəticələrinin təhlili, ümumilikdə müəssisənin maliyyə gücünün müəyyən olunması və qiymətləndirilməsi, maliyyə potensialının inkşafında önəmli rol oynayan borclanmanın inkişaf formalarının tədqiqi və böhranın səviyyəsinin səciyyələndirilməsinin aparılmasıdır.

Dissertasiya işində qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı bir neçə məsələnin həlli məqsədəuyğun hesab edilmişdir:

- Maliyyə riskləri, onların yaranması səbəblərinin araşdırılması;

- Maliyyə risklərinin təsnifatının müəyyən edilməsi;

- Risklərin idarə edilməsi sisteminin strukturunun muasir təhlili;

- Risk menecmentinin təşkili, mərhələləri, idarəetmə məsələləri həllinin üsul və istiqamətlərinin təyin edilməsi;

- Bazar münasibətləri şəraitində risklərin sığortalanması;

- Maliyyə risklərinin planlaşdırılması, eyni zamanda da proqnozlaşdırılması;

- Müasir şəraitdə maliyyə risknin neytrallaşdırılması mexanizmlərinin təhlili.

Tədqiqatın predmeti: Müəssisənin maliyyə risklərinin araşdırılması, onların düzgün şəkildə idarə edilməsi və təsirinin minimuma salınması. Tədqiqatın obyektini maliyyə resurslarının idarə edilməsi əhatə edir.

Mövzunun öyrənilmə səviyyəsi: Müəssisələrin maliyyə riskləri, onların idarə edilməsi üsulları maliyyə ilə birgə əlaqələri iqtisad elmi tərəfindən müxtəlif səviyyələrdə tədqiq olunmuşdur. Uzaq xarici ölkə alimlərindən S.Wallace, R.Bahl, H.Baekgaard, V. Kapur, R. Bergmann Barbara, A. Klevmarken, E. Symons, P.Krugman, T.Mirer və s. əsərlərinin təhlili bunu deməyə əsas verir ki, onların tədqiqatlarında maliyyə resusrsları, onların idarə edilməsi müfəsəl edilməmişdir. Beləliklə, mövcud elmi, tədqiqat işlərinin təhlili bir daha onu göstərir ki, maliyyə riskləri və onların idarə edilməsi tələb olunan problem kimi aktuallığını itirməmiş, hər zaman həllini gözləyən bir problemlərdəndir.

Tədqiqatın nəzəri-metodoloji əsasları: Tədqiqatın metodoloji əsaslarını problemlərlə əlaqədar fərmanlar, sərəncamlar, qanunvericilik və icra orqanlarının qərarları, normativ sənədləri, Azərbaycanın yaxın və uzaq ölkələrin alimlərinin maliyyə gücü formalaşması problemlərinə həsr edilmiş olan əsərləri, mövcud mətbuatın materialları təşkil edir.

Tədqiqat işinin informasiya bazası: Tədqiqatın məlumat bazasını Azərbaycan Respublikası Dövlət Statistika komitəsinin 2016-cı ilə qədər olan müxtəlif növ hesabatları, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyinin materialları, qanunvericilik topluları, yerli və xarici iqtisadi ədəbiyyatlar və internetdən mövzuyla əlaqəli mövcud informasiyalar təşkil edir.

Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflərdən, istifadə olunmuş 31 adda ədəbiyyat siyahısından və 10 internet saytından ibarətdir. Tədqiqat işinin ümumi həcmi 95 səhifə olub, mətndaxili 5 cədvəl və 11 sxemdən ibarətdir.

Резюме

Под финансовым риском предприятия понимается вероятность возникновения неблагоприятных финансовых последствий в форме потери дохода и капитала в ситуации неопределенности условий осуществления его финансовой деятельности.

Финансовые риски предприятия характеризуются большим многообразием и в целях осуществления эффективного управления ими классифицируются по следующим основным признакам:

По видам. Этот классификационный признак финансовых рисков является основным параметром их дифференциации в процессе управления.

Характеристика конкретного вида риска одновременно дает представление о генерирующем его факторе, что позволяет "привязать" оценку степени вероятности возникновения и размера возможных финансовых потерь по данному виду риска к динамике соответствующего фактора.

Summary

Under the financial risk of the enterprise is the probability of adverse financial consequences in the form of loss of income and capital under uncertainty conditions for the exercise of its financial activities.


Financial risks the company of a great variety and to implement effective management classified into the following main features:
By species. This classification feature of financial risks is the main parameter of differentiation in the governance process. Characteristics of the particular type of risk at the same time gives an idea of its generating factor that allows you to "anchor" the assessment of the likelihood and size of potential financial losses for this type of risk to the dynamics of the relevant factors.

1 Mənbə: Azərbaycanın statistik göstəriciləri 2016.

2 Mənbə: Azərbaycanın statistik göstəriciləri 2016.

3 Azərbaycanın statistik göstəriciləri 2016.

4 Azərbaycanın statistik göstəriciləri 2016.



Yüklə 290,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə