Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 421,11 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix17.10.2017
ölçüsü421,11 Kb.
#5313
növüYazi
1   ...   7   8   9   10   11   12   13   14   15

34 

 2000-2004-cü illərdə Azərbaycan  Dillər Universitetində kafedra müdiri və prorektor vəzifələrində çalışmışdır.  

2004-2014-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri 

və aparat rəhbərinin müavini, eləcə də Azərbaycan Dillər Universitetində kafedra müdiri vəzifələrində çalışmışdır.  

2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji  Universitetində professor vəzifəsində işləyir. 

İ.Mərdanov 35 ildən çoxdur ki,  ali məktəblərdə fasiləsiz pedaqoji fəaliyyətlə məşğuldur. Onun rəhbərliyi altında üç nəfər 

elmlər namizədi adı almış və üç nəfərə opponentlik etmişdir. 100-dən artıq elmi məqalənin və 10 kitabın müəllifidir. Beynəlxalq 

Kadrlar Akademiyasının (Kiyev şəhəri) akademikidir. 



Tədris etdiyi fənlər: 

Elementar riyaziyyat 

Riyaziyyatın tədrisi metodikası 

 

Tədqiqat sahəsi : 

1. Stereometriyada həndəsi qurmaların öyrədilməsində həndəsi yerlər metodu. 

2. Hazırlıq kursu üçün riyaziyyat proqramları. 

3. İnformatika və kompyüter texnologiyaları fənnindən mühazirələr 

4. Distant təhsil qloballaşmanın tələbidir. 

5. Təhsil sistemi və innovasiya 

 

 

 



 

 

 



 

 

 




35 

 

 



 

 

 

 

ƏLİYEVA  TİNATİN MƏMMƏD QIZI 

ADPU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti 



İş telefonu:  (994)  12  493  77  03 

QISA BİOQRAFİK MƏLUMAT  

 Əliyeva Tinatin Məmməd qızı 1947-ci ilin fevral ayının 3-də Azərbaycan Respublikası, Goranboy rayonu, Dəlməmmədli 

qəsəbəsində anadan olmuşdur. 1953-1964-illərdə qəsəbə onbirillik məktəbində orta təhsil almışdır. İki övladı var. 



TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI 

Ali  təhsillidir.1964-1968-ci    illərdə  APİ-nin  fizika-riyaziyyat  fakültəsini  riyaziyyat  ixtisası  üzrə  Lenin  təqaüdü  ilə 

bitirib.Pedagoqika üzrə fəlsəfə doktoru adına layiq görülüb. 

ƏMƏK FƏALİYYƏTİ 

1964-cü ildən təyinat komissiyasının qərarı ilə ADPU-da baş laborant, 1977-ci ildən müəllim, 1983-cü ildən dosent, 1987-ci 

ildən-2003-ilə kimi Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri işləmişdir.Hal-hazırda həmin kafedranın dosenti 

vəzifəsində çalışır. 

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Respublikanın əməkdar müəllimi” fəxri adını almışdır. 

SADIXOV AKİF ƏNVƏR OĞLU 

Qısa bioqrafik məlumat: 

Sadıxov Akif Ənvər oğlu 1948-ci ildə Gürcüstan SSR-nin Marneuli şəhərində anadan olmuşdur. 1966-cı ildə 7 saylı orta məktəbi 

bitirmişdir. Həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1971-ci ildə 

bitirmişdir. Elmi Şuranın qərarı ilə 1971-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasına daxil 

olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsinə müəllim vəzifəsinə işə qəbul 

olunmuşdur. 

 

Hal-hazırda Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasında dosent vəzifəsində 



çalışır.  


36 

  

 

Nəsirov Novruz Baba oğlu 

ADPU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti 

İş telefonu:+(994)0124937703 

        

 

Qısa bioqrafik məlumat

1956-cı ildə Fizuli rayonunun Gecəgözlü kəndində anadan olub. Ailəlidir, üç övladı var. 

 

Təhsili,elmi dərəcəsi və elmi adları: 

1.  1973-cü  ildə  Azərbaycan  Dövlət  Universitetinin  tətbiqi  riyaziyyat  fakültəsinə  daxil  olmuş,müsaqibənin  nəticəsinə  əsasən 

Təhsil Nazirliyinin sərəncamı ilə Gəncə Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə köçürülmüşdür. 

2.  1977-ci  ildə  həmin  universiteti  əla  qiymətlərlə    bitirmişdir.1979-1983-cü  illərdə  AETPEİ-nin  (indiki  Təhsil  problemləri 

institunun) aspirantı olmuşdur. 

3. 1988-ci ildə namizədlik dissertasiyasi müdafiə etmişdir. 

4. Elmlər doktoru proqramı üzrə ADPU-nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının doktorantıdır. 

 

Əmək fəaliyyəti: 

1. 1977-1983-cü illərdə Fizuli rayon orta məktəblərində riyaziyyat müəllimi işləmişdir. 

2. 1983-cü ildə ADPU-da əmək fəaliyyətinə başlamışdır. 

3. 1989-cu ildə ADPU-da baş müəllim işləmişdir. 

4. 1992-ci ildə ADPU-da dosent işləyir 



37 

 

 

Beynəlxalq sinfozim və konfranslarda iştirakı : 

1. Türkiyədə 2007-ci ildə 

2. Rusiyada 2011-ci ildə 

3. Azərbaycanda keçirilən müxtəlif beynəlxalq konfranslarda 

 

SEÇİLMİŞ  ƏSƏRLƏR 

1. Fəzada Pifaqor teoreminin tətbiqinə aid məsələrin həllinə dair – ADPU, 64-cü elmi konfrans materialları,Bakı,2004 

2. Müasir riyaziyyat dərsləri və onun təşkili haqqında –“Xəbərlər” (təbiət elmləri seriyası),Bakı,ADPU,№4,2005 

3. Həndəsi bərabərsizliklər və onun məktəb kursunda öyredilməsi – “Xəbərlər” (təbiət elmləri seriyası),№1 ,2006 

4. Ekstremuma dair məsələlərin həllinin öyredilməsi - “Xəbərlər” (təbiət elmləri seriyası),№4 ,2006 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 421,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə