43
Səfərova Aidə Sabir qızı 1963-cü il avqust ayının 20-də Sabirabad rayon Qaragüney kəndində
anadan olmuşdur.1970-ci ildə Qaragüney kənd orta məktəbin 1-ci sinfinə getmişdir.1980-ci ildə həmin məktəbin
10-cu sinfini fərqlənmə ilə bitirmişəm.
1981-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin riyaziyyat fakültəsinə riyaziyyat -fizika
ixtisası üzrə daxil olmuşam, 1986-cı ildə həmin fakültəni bitirmişdir.
1986-cı il avqustun 15-də ixtisasım üzrə Sabirabad rayon Qaragüney kənd 8-illik məktəbinə müəllim
təyin edilmişdir.
1987-ci ildə ailə həyatı qurmuşam. Ailə qurmağımla əlaqədar olaraq, ərizəmə əsasən ixtisasım üzrə həmin
rayon Mürsəlli kənd orta məktəbinə müəllim köçürülmüşdür.
1996-cı il sentyabrın 2-də yaşayış yerimi dəyişməyimlə əlaqədar olaraq, öz ərizəmə əsasən Mürsəlli kənd orta məktəbdən
işdən azad edilmişdir.
2006-cı il 1-i fevralda Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda mühəndis-proqramist,
1-i aprel 2007-ci il tarixdən kadrlar şöbəsində xüsusi işlər üzrə mütəxəssis,
2008-ci il 16 yanvardan isə institutun arxiv müdiri təyin edilmişəm. 2008-ci il 11 iyun –da ailə vəziyyətimlə əlaqədar
olaraq öz ərizəmlə işdən azad edilmişdir.
10.11.2011 Azərbaycan Müəllimlər İnstutunda kompüter mərkəzinə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.
15.09.2014-cü il tarixdən əməkdaş işə qayıdanadək “Pedaqoji” fakültəyə metodist vəzifəsinə keçirilmişdir.
22.01.2015-ci il tarixdən əməkdaş işə qayıdanadək “Tələbə Şöbəsi”nə metodist vəzifəsinə keçirilmişdir.
15.09.2015-ci il tarixdən “Pedaqoji” fakültəyə metodist vəzifəsinə təyin edilmişdir.
15.06.2016-ci il tarixdə Azərbaycan Müəllimlər İnsitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşməsi ilə
əlaqədar olaraq işdən azad edilmişdir.
14.09.2016-cı il tarixdən Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyatın Tədrisi Metodikası kafedrasına müəllim təyin
edilmişəm. Ailəliyəm, 2 övladım var.
44
Vəliyeva Müşgünaz Süleyman qızı
ADPU-nun "Riyaziyyat və onun tədrisi metodikası" kafedrasının baş müəllimi
İş telefonu: 012 493 77 03
Vəliyeva Müşgünaz Süleyman qızı 25 dekabr 1941-ci ildə anadan olmuşdur.
1949-59-cu tədris illlərində Qazax rayonu,Daşsalahlı kənd orta məktəbində təhsil almışdır.1959-cu ildə V.İ. Lenin adına APİ-nin
fizika-riyaziyyat fakultəsinə daxil olmuş,1964-cü ildə fizika-riyaziyyat ixtisası üzrə həmin instutu “Lenin”təqaüdü ilə
bitirmişdir.1964-cü ildən təyinat üzrə Sabirabad rayonu Pokrovka onbir illik orta məktəbində 25.XII.1965-ci ilədək fizika
riyaziyyat müəllimi işləmişdir. 1966-68-ci tədris illərində Bakı şəhəri N.Nərimanov rayonu 77 №li fəhlə-
gənclər(növbəli)məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir.1968-ci ildə müsabiqə yolu ilə V.İ. Lenin adına APİ-nin
“Riyaziyyat və onun orta məktəbdə tədrisi metodikası” kafedrasına müəllim vəzifəsinə seçilmişdir. Həmin ildən indiyə qədər bu
kafedrada işləyir. Hal-hazırda baş müəllim vəzifəsində çalışıram.Hər il nəzərdə tutulan elmi işlərimi yazıb təhvil vermişdir.
45
Zeynalova Ləman Yusif qızı
ADPU – nun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müəllimi
Iş telefonu: (994) 124937703
Qısa bioqrafik məlumat: 1963-ci il aprelin 9-da Yevlax şəhərində anadan olmuşdur. 1980-cı ildə 3 saylı orta məktəbi
bitirmişdir. Ailəlidir, 3 övladı var.
Təhsili, elmi dərəcəsi və elmi adları
Ali təhsillidir. 1980-cı ildə ADPU-nin riyaziyyat fakultəsinə daxil olmuş, 1984 - ci ildə həmin fakultəni fərqləınmə diplomu ilə
bitirmişdir.
Əmək fəaliyyəti
1984 - 2004-cü il Yevlax şəhərində orta məktəbdə riyaziyyat müəlliməsi
2005-2006-cə il Suraxanı rayon Tərbiyə İş mərkəzində dərnək rəhbəri
2006-2016-cı il ADPU - nin Riyaziyyatın tədrisi metodikası kafedrasında müəllim
Tədris etdiyi fənlər:
Elementar riyaziyyat
Riyaziyyatın tədrisi metodikası
46
Tədqiqat sahəsi:
1. Məktəb riyaziyyat kursunda isbat və onun öyrədilməsi metodikası.
2. Məktəb riyaziyyat kursunda riyazi isbat və onun başlıca metodları
3. Riyazi isbat və onun məktəb riyaziyyat kursunda onun öyrədilməsi
4. Riyaziyyat təlimində analiz və sintezin birləşməsi biliklərin çevikliyi və möhkəmliyivasitəsi kimi
Kitab:
L.Y.Zeynalova , A.İ.Quliyev, A.K.Nəbiyev və b. "Riyaziyyatı öyrənirik". Bakı - 2008.
Seçilmiş əsərləri:
L.Y.Zeynalova , A.S.Adıgözəlov. "Riyaziyyat təlimində analiz və sintezin birləşməsi: biliklərin çevikliyi və möhkəmliyi
vasitəsi kimi". Bakı 2013.