Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ


Mövzu 22: Fövqəladə hallar və onların təsnifatı. Təbii fəlakətlər və onların qısa xarakteristikası. Texnogen xarakterli hadisələr və onların qısa xarakteristikası



Yüklə 105,95 Kb.
səhifə3/5
tarix15.10.2018
ölçüsü105,95 Kb.
#74388
1   2   3   4   5

Mövzu 22: Fövqəladə hallar və onların təsnifatı. Təbii fəlakətlər və onların qısa xarakteristikası. Texnogen xarakterli hadisələr və onların qısa xarakteristikası
Fövqəladə hallar və onların təsnifatı. Atom ES-da,dəmir yollarında,güclü təsirli zəhərli maddələr istehsal edən müəssisələrdə baş verən qəzalar,böyük maddi itkilər,insan təlafatı ilə nəticələnən təbii fəlakətlər MM-nin keçirdiyi tədbirlərin yeni mövqedən qiymətləndirməyi tələb edir. Fövqəladə halların 2 növü var:

  1. Sülh dövründə yaranan fövqəladə hallar

  2. Hərb dövründə yaranan fövqəladə hallar.

Sülh dövrünə xas olan fövqəladə hallara aşağıdakılar aiddir:

1. Texnogen xarakterli fövqəladə hallar;

2. Təbii xarakterli fövqəladə hallar

3. Ekoloji xarakterli fövqəladə hallar

4. Sosial-siyasi xarakterli fövqəladə hallar.

Hərb dövrünə xas olan fövqəladə hallara aşağıdakılar aiddir:

1. Nüvə silahının işlədilməsi;

2. Kimyəvi silahın işlədilməsi;

3. Bakterioloji silahın işlədilməsi;

4. Adi qırgın vasitələrinin işlədilməsi.

Texnogen xarakterli fövqəladə hallar. Texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər.Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur. Texnogen xarakterli FH aşağıdakı kimi təsnifləşdirmək olar.

a) Nəqliyyatda baş verən qəzalar

b) Qurğuların qəflətən uçması;

c) Təmizləyici qurğularda baş verən qəzalar

d) Hidrodinamik qəzalar;

Təbii xarakterli fövqəladə hallar. Fövqəladə xarakter daşıyan, bina və qurğuların zədələnməsinə, insan tələfatına və ya tələfat təhlükəsi yaranmasına səbəb olan müxtəlif kortəbii hadisələrər təbii hadisələr deyilir. Zəlzələ, daşqın, qar uçqunları, sellər, sürüşmə və fırtına təbii fəlakətdir. Təbii xarakterli fövqəladə hallar aşağıdakılardır:

a) Geofiziki FH - zəlzələ,vulkan.meteoritin düşməsi;

b) Geoloji FH – uçqunlar,sürüşmələr,sellər,qar uçqunu,torpağın çökməsi, toz çovğunları;

c) Meteroloji və Aqrometeroloji FH – fırtına,qasırğa,tufan,quraqlıq;

d) Dəniz-Hidroloji FH – siklon,qabarma,sunami;

e) Təbii yanğınlar FH –meşə,çöl;

ə) İnfeksion xəstəliklər FH – vəba, donuz qripi, quş qripi, qarın yatalağı,vərəm,mədə-bağırsağın iltibatı,dabaq;

Respublikada baş verən təbii fəlakətlərin xarakteristikası: Qasırğa və burulğanlar atmosferdə baş verən siklon hadisələr. Güclü küləklər(V=29m/s)- Xəzərdə, Abşeron yarımadasında, Bakı şəhərində, Böyük və Kiçik Qafqazda. Qar uçqunları - Böyük və Kiçik Qafqazın yamaclarında , Naxçıvan Qapıcıq yük., Murov və Camışdağda, Babadağ və Bazardüzü yam-da. Daşqınlar su hövzələrində suyun səviyəsinin kəskin artması. Təbii fəlakətlər törədən hadisələr aşağıdakı kimi təsnif olunur:

- təhlükəli geofiziki hadisələr - zəlzələ, vulkan

- təhlükəli geoloji hadisələr – sürüşmələr,sellər, uçqunlar,marxallar

- təhlükəli təbii yanğınlar – meşə və zəmilərin yanğını

Metroloji və aqrometroloji təbiət hadisələri aşağıdakı fəlakətlər törədir.

- külək(V=25m/s),fırtına,qasırğa,tufan

- leysan yağışlar

- iri dolu düşməsi

- təbii yanğınlar

Təbii hidroloji hadisələrlə əlaqədar törəyən fəlakətlər.

- Su səviyəsinin qalxması – daşqınlar nəticəsində şəhərlərin, YM – nin ,k/t – i əkinlərin ,sənaye və nəqliyyat vasitələrinin zədələnməsi

- Sel,leysan,göl bəndlərinin dağılması – YM – i ,idman,sanatoriya – kurort kompleksləri, avtomobil, dəmir yolları zədələnir

Hidrometroloji hadisələrlə əlaqədar törəyən fəlakətlər:

- dənizin bərk dalğalanması – gəmilərin hərəkəti,balıq ovu, sahil qurğuları üçün təhlükə

- dənizdə suyun səviyyəsinin dəyişməsi – balıqarın məhv olması,sahil YM – i ,sualtında qalması, gəmiçilik üçün təhlükə

Ekoloji xarakterli fövqəladə hallar. Ekoloji xarakterli fövqəladə hallardan törəyən fəlakətlər:

- zəhərli maddələrin ətrafa yayılması,yanğınlar ,partlayışlar

- həyat təminatının pozulması ,qurğuların dağılması

- nəqliyyat vastələrdə qəzalar.

Sosial-Siyasi xarakterli fövqəladə hallar.



  1. Millətlərarası münaqişələr;

  2. Genişmiqyaslı narkomaniya.


Təbii fəlakətlər və onların qısa xarakteristikası. Fövqəladə xarakter daşıyan, bina və qurğuların zədələnməsinə, insan tələfatına və ya tələfat təhlükəsi yaranmasına səbəb olan müxtəlif kortəbii hadisələrər təbii hadisələr deyilir. Zəlzələ, daşqın, qar uçqunları, sellər, sürüşmə və fırtına təbii fəlakətdir. Respublikamızın ərazisində tez-tez baş verən təbii fəlakətlərin qısa xarakteristikası aşağıdakı kimidir:

  1. Qasirğa və burulğanlar – atmosferdə baş verən siklon hadisələri nəticəsində yaranır. Belə hallarda qısa müddət ərzində çoxlu yağıntı düşür, küləyin sürəti kəskin artır, bu isə daşqınlara, binaların dağılıb-tökülməsinə, adamaların zədələnməsinə, ölümünə səbəb olur. Zərərin miqyası qasırğanın müddətindən və gücündən, fəlakət rayonunda əhalinin sıxlığından və iqtisadiyyatının xarakterindən asılı olur.

  2. Fəlakət törədici güclü küləklər – sürəti saniyədə 29 m-dən artıq olan respublikanın müxtəlif rayonlarında, demək olar ki, hər il qeyd olunur.

  3. Qar uçqunları – dağlıq zonalarda baş verir.Bu adətən yazda qar əriməyə başlayarkən enişlər boyu uçqun halında hərəkət edən qar yığınlarından ibarətdir. Qar uçqunları və marxallar nəqliyyatın, rabitənin işini pozur, yaxud təmamilə dayandırır, insanların normal həyat fəaliyyətini iflic edir, istehsala maneçilik törədir, əhalinin ərzaq malları ilə, tibb ləvazimatları ilə təchizatını çətinləşdirir. Qar uçqunları uzun müddət güclü qar yağarkən baş verir.

  4. Subasma və daşğnlar – su hövzələrində suyun səviyyəsinin kəskin yüksəlməsi nəticəsində baş verən təbii fəlakətdir. Subasma və daşqınların əsas səbəbləri qarın sürətlə əriməsindən və uzunmüddətli leysan yağışlarından, çay yataqlarında tıxac yaranmasından, qəzalar nəticəsində hidrotexniki qurğuların bəndinin dağılmasından ibarətdir ki, bu da ərazilərin bir qisminin su altında qalmasıdır.

  5. Sel – dağlardan sürətlə axıb gələn və qarşısındakı hər şeyi dağıdıb məhv edən çınqıl-palçıq qarışıgından ibarət olur. Sel dağlarda qarın əriməsi və uzun sürən leysan yağışları nəticəsində çoxlu miqdarda su toplanarkən baş verir. Su dağların döşündən sürətlə axaraq özü ilə daş-torpağı yuyub aparır, bütün bunlar suya qarışaraq daşlı-palçıqlı sel əmələ gətirir. Respublikamızda sel təhlükəli rayonlarımız: Şəki-Balakən, Qəbələ-İsmayıllı, Quba-Xaçmaz, Lerik-İsmayıllı.

  6. Zəlzələ - yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxması, zərbə dalğası və qüvvətli təkanlar – seysmik dalğa şəklində ərazinin bütün istiqamətlərinə yayılmasından ibarətdir. Zəlzələlər textonik və vulkanik mənşəli ola bilər. Zəlzələ yeraltı təkanlar şəklində olur. Təkanların sayı və onların arasındakı fasilələr müxtəlif ola bilər. Dağıdıcı xarakterinə görə zəlzələnin təsiri nüvə partlayışı zamanı zərbə dalğasının təsirinə bənzəyir. Güclü zəlzələ nəticəsində şəhərlər, kəndlər yerlə yeksan olur, binalar dağılır, adamlar müxtəlif xəsarətlər alır.


Texnogen xarakterli fövqəladə hallar – qəflətən baş verən və insanların məhv olması ilə nəticələnən genişmiqyaslı güclü qəzaya deyilir.Güclü fəlakətlərin nəticələri aşağıdakılar səbəb ola bilər:

  • fəlkətlərin xarakterindən;

  • miqyasından;

  • nəqliyyat vasitələrinin növündən;

  • ətraf mühütün zərərli qazlarla çirklənməsindən;

  • əraziyə neft məhsullarının,güclü təsirli zəhərli maddələrin axıb yayılmasından.

İSTEHSALAT qəzaları – sənayenin,elmi-texniki tərəqqinin inkişafı,nəhəng enerji və yüksək sürətlərdən istifadə edilməsi şəraitində baş verir.İstehsalat qəzaları aşağıdakı hallarda baş verə bilər:

  • xarici təbii amillərin təsirindən;

  • təbii fəlakətlərin təsirindən;

  • layihə-istehsalat qüsurlarının vaxtında aradan qaldırılmasından;

  • qurğuların istismar qaydalarına riayətolmasından;

  • istehsalatda texnoloji prosesin pozulmasından.

SƏNAYE müəssisələrində partlayışlar – aşagıdakı hallarda baş verir:

- qazanxanalarda qazanların,kimya müəssisələrində qazın,cihazların,hazır məhsul və yarımfabrikatların,neftayırma zavodlarında partlayışlar;

- dəyirmanlarda un,şəkər zavodlarında şəkər tozunun,taxıl elavatorlarında tozun,taxta-şalban və ağac emalı kombinatlarında mişar tozunun, lak-boyak buxarlarının partlayışları.

YANĞINLAR – adamların nəzarəti altından çıxmış odun kortəbii yayılmasından ibarətdir.Yanğınların yayılmasına görə:



  • qismən yanğınlar 20%-ə qədər;

  • tam yanğın 90%-ə qədər.

Yanğın zamanı meşə ağacları məhv edir,torpağın,suyun digər faydalı xüsusiyyətləri zəiflədir,qiymətli fauna zərər çəkir. ENERJİ sistemlərində qəzalar – tufan,partlayış,yanğın qurğunun dağılması nəticəsində baş verə bilər. NƏQLİYYAT sahəsində qəzalar – hava,dəmir yolu,su,avtomobil,boru kəməri kimi nəqliyyat növlərində təhlükələr sayəsində baş verə bilən qəzalardır.

GƏMİ qəzaları – yanğın və partlayış nəticəsində fırtınadan,sualtı qayalara , yüklərin yerdəyişməsi, aşmasından baş verə biləcək təhlükələrdir. AVİASİYA daşımalarında qəzalar – aşağıdakılar səbəb ola bilər:

- hava nəqliyyatı vasitələrinin köhnəlməsi;

- aviasiya texnikası təmirinin kefiyyətinin pozulması;

- uçuşların yerinə yetirilməsi qaydalarının pozulması;

- təhlükəsizlik təminatlarının yerinə yetirilməməsi.

KİMYƏVİ zəhərlənmə ocağı – kimyəvi maddənin təsiri nəticəsində Insanların,heyvanların və bitkilərin zədələndiyi və ya zədələnə biləcəyi əraziyə deyilir. RADİAKTİV maddələrin ətrafa sızması – AES-da,atom gəmilərində, mühəndis tətqiqatları mərkəzlərində istehsalat qəzaları nəticəsində baş verir.Radiaktiv maddələrin sızması,uran mədənlərindən havanı zəhərləyən radon qazının,nüvə yanacağının və reaktorda yaranan radiaktiv maddələrin eləcə də, radiaktiv tullantılar saxlanılan müəssisələrdən və anbarlardan radio-nuklidlərin ətrafa sızması xüsusən qorxuludur.
Mövzu 23: Müasir qırğın vasitələri. Nüvə silahı və onun zədələyici amilləri. Adi qırğın vasitələri
Nüvə silahı digər KQS – na görə güclü zədələyici xassəyə malikdir. Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə olunur. Trotil ekvivalenti – partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adi partladıcı maddənin tonla miqdarına deyilir. Nüvə partlayışının zədələyici amilləri aşağdakılardır:

- zərbə dalğası



  • işıq şüalanması

  • nüfuzedici radiasiya

  • yerin radiaktiv zəhərlənməsi

  • elektromaqnit impulsu.

Nüvə partlayışı enerjinin 50%-i zərbə dalğasının,35% -i işıq şüalanmasının,4% - i nüfuzedici radiasiya,10% -i radiaktiv zəhərlənmə, 1% - i elektromaqnit impulsuna ayrılır.

Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə sürətlə yayılan çox güclü sıxılmış hava,torpaq və su qatından ibarətdir.Zərbə dalğasını izafi təzyiqlə ölçülür (vahidi 1Nyuton/m)

20kt Nüvə bombası:


  • 1km məsafəyə 2 saniyə

  • 2km məsafəyə 5 saniyə

  • 3km məsafəyə 8 saniyə

İşıq şüalanmaı – partlayış zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanmaya deyilir. İşıq şüalanması qeyri şəffaf materialdan (divar,taxta,bina) keçə bilmir, qatı duman,yağış və qar onun təsirini azaldır.

Nüfuzedici radiasiya – partlayış yerindən ətrafa yayılan,gözə görünməyən qamma şüaları və neytronlar selindən ibarətdir. Radiasiya cəmi 10-25 san. təsir edir və şüa xəstəliyi yaradır.Radiasiya Qrey(QR),Rentgen(R),rad.ölçü vahidləri ilə ölçülür. 1QR=100Rad,1R=0,95 Rad,1Zv(Zivert)=100R. Radiasiya müxtəlif sıx və qalın materiallarda təsirini azaldır. Poladın – 2,7sm,beton – 10sm,torpaq – 14sm,su – 23sm,ağac – 30sm qalınlığı radiasiyanı 2 dəfə azaldır. Neytron seli,suda,parafində,betonda daha çox zəifliyir.

Radiaktiv zəhərlənmə(çirklənmə) – partlyış zamanı radiaktiv maddə odlu kürənin tərkibində olur,odlu kürə buxara və tüstüyə bürünür,hündürə qalxır,bir neçə saniyədən sonra topa buluda çevrilir.İri radiaktiv toz partlayış rayonunda yerə çökür, Radiaktiv zəhərlənmə aşağdakılardan ibarətdir:


  • partlayışın növündən

  • gücündən

  • partlayışdan sonra keçən müddətdən

  • partlayış mərkəzinə qədər olan məsafədən

  • meteoroloji şəraitindən

  • yerin relyefindən

Zəhərlənmə 4 zonaya ayrılır:

  • çox təhlükəli

  • təhlükəli

  • güclü

  • mülayim

Elektromaqnit impuls – partlayış anında ətrafa külli miqdarda qamma – kvantlar və neytronlar yayılır. Yerüstü nüvə partlayışı zamanı zəhərlənmə ocağında bu sahənin partlayış məhsulları ilə çirklənməsi nəticəsində mürəkkəb radiasiya vəziyyəti yarana bilər.Radiaktiv buludun hərəkəti istiqamətindəki partlayışdan bir saat sonra bir neçə min Rentgen-saat ola bilər.Radiaktiv maddələr təmamilə parçalananadək alınan dozalara görə 4 hissəyə(zonaya) ayrılır.

Zonaların adı 1 saatadək 1 saatdan sonra 10 saatdan sonra

A.Zəif çirklənmə zonası 400 R/s 8-80 R/s 0,5 R/s

B.Güclü çirklənmə zonası 400-1200R/s 80-240 R/s 5 R/s

V.Təhlükəli çirklənmə zonası 1200-4000R/s 240-800 R/s 15 R/s

Q. Çox təhlükəli çirklənmə zonası 4000-dən çox 800-dən çox 50 R/s

Radiasiya təhlükəsinin artması radiasiyadan etibarlı mühafizə sistemi yaratmağı tələb edir.
Adi qırğın vasitələri və onların xüsusiyyətləri. Vakuum, diyircəkli,fuqas və qəlpələnən bombalar,‘‘sürpriz – minalar” və s. düşmənin “adi”zədələyici vasitələrindəndir.Bir sıra dövlətlər silahların yeni növ və sistemlərini yaratmaqla yanaşı, köhnə nüvələrinin də təkminləşdirilməsinə,zədələyici təsirlərinin artırılmasına xüsusi diqqət yetirirlər.

Vakuum və ya həcmli partlayış bombası adi silahın yeni növüdür. ABŞ bu silahı ilk dəfə 1969 – cu ildə Vyetnamda sınaqdan keçirmişdir.Quruluşça bu silah bir kasetdə birləşdirilən silindr formalı maye qabından və partlayıcı tərtibatlardan ibarətdir.Qabın hərəsinə 33,6 kq maye etilen oksidi doldurulur.Silah təyyarədən atılarkən partlayış nəticəsində maye ətrafa çilənir,diametri 15, hündürlüyü 3 m olan qaz – hava buludu əmələ gətirir, bulud dərhal yenidən partlayır.

Diyircəkli bomba – qəlpələnən aviasiya bombalarının bir növüdür. Adamları zədələmək üçün tətbiq olunur.Bu silah içərisi 5-6 mm ölçülü metal və ya plastik kütlə diyircəklər,iynələr və s.doldurulub bir-birinə birləşdirici çənbərlə bənd edilən iki yarımkürədən və partlayıcı tərtibatdan ibarətdir. Belə bombalar təyyarədən kasetdə atılır,hər kasetdə 96-640 bombacıqlar olur.Partlayarkən ətrafa 160-250 min kv.m. sahədə olan adamları zədələyir.

Fuqas bombası – aviasiya bombalarının binaları,dəmiryol qovşaqlarını, enerji qurgularını dağıtmaq,canlı qüvvələri,texnikanı məhv etmək üçün işlədilən növüdür.Əsas hissələri metal gövdədən,partlayıcı maddə atımından,partlayıcı tərtibatdan və stabilizatordan ibarətdir.Kalibri (ağırlığı) 50 kq dan 10.000 kq –dək olur.Dağıdıcı təsiri kalibrindən asılı olur.

Qəlpələnən aviasiya bombası – partlayış anında xırda qəlpələr şəklində parçalanıb atılan gövdənin qırıntıları ətrafa zadə yetirir.Bombanın kalibri 0,5 kq – dan 100 kq- dək olur.Məsələn,100 kq –lıq bomba hərəsi 1qr olan 5 – 6 min qəlpədən ibarətdir.

Yandırıcı silah – adamları,yaşayış məntəqələrini,sənaye obyektlərini,nəqliyyat vasitələrini,meşə və əkinləri məhv etmək üçün işlədilir. Silah kimi işlədilən yandırıcı maddələr tərkibinə görə qruplara ayrılır:

Napalm – neft məhsullarına (benzin,dizel yagı və s.)xüsusi qatılaşdırıcı maddələr qarışdırmaqla hazırlanır.Tez alışan,qonur-qara rəngli qatı maddələr,düşdüyü yerə yapışaraq 8000-12000C temperaturda 5-10 dəqiqə yanır. Napalmanın yanması nəticəsində alınan temperaturu 12000-16000C -ə qədər artırmaq üçün ona metal maqnezium və ya alüminium tozu əlavə edilir. Belə qatışıq pirogel adlanır.

Pirogel 2-5 dəqiqə parlaq alovla yanır, nazik metal təbəqələrini yandırıb deşir və uzunmüddətli yanğın ocağı törədir;

Termit – aliminium və dəmir oksidlərinin mexaniki qarışığından ibarətdir.Termit havasız da yana bilər,düşdüyü yerdə 30000 C temperatur yaradır.Polad,dəmir və digər metal təbəqələrini yandırıb deşir.

Ağ fosfor – havada öz-özünə alışan muma bənzər zəhərli maddədir.Yanarkən zəhərləyici ağ tüstü əmələ gətirir.

Şüa silahı – zərbə təsiri elektromaqnit enerjisinin istiqamətləndirilmiş şüalarının və ya böyük sürətlə qovulmuş elementar hissəciklərin cəmlənmiş

dəstəsinin istifadə edilməsinə əsaslanan qurğuların birliyindən ibarətdir.

Lazerlər – elektromaqnit enerjisinin optik diapazonda güclü şüalandırıcılardan ‘‘optik generatorlardan‘‘ ibarətdir.Lazer şüasının təsirinin hiss olunması,yüksək dəqiqliyi,düz xətt boyunca yayılması,praktiki olaraq ani təsir etməsi ilə fərqlənir.

Radiotezlik silahı – zərbə təsiri elektromaqnit şüalanmalarının ifrat yüksək tezliklərə və ya son dərəcədə aşağı tezliklərə əsaslanan vasitələrə radiotezlik silah deyilir.Radiotezlik silah insan ın ruhi aləminə də təsir edə bilər.

Geofiziki silah – bir sıra xarici ölkələrdə qəbul edilmiı şərti termindir ki,yerin atmosferində,hidrosferasında və litosferasında gedən proseslərin fiziki xassələrinin süni surətdə dəyişdirilməsi yolu ilə cansız təbiətin dağıdıcı qüvvələrdən hərbi məqsədlərlə istifadə etməyi imkan verən müxtəlif vasitələr məcmuyunu ifadə edir. Təbii proseslərə təsir etmək üçün müxtəlif vasitələrdən,o cümlədən kimyəvi maddələrdən istifadə edilir.Bu məqsədlə güclü elektromaqnit şüalanmaları generatorlarından və digər texniki qurğulardan da istifadə edilə bilər.

Mövzu 24: Kimyəvi və bakterioloji silah. Təyinatına və orqanizmə təsirinə görə zəhərləyici maddələr. Güclü təsirli zəhərli maddələr

Kimyəvi silah - kütləvi qırğın silahlarından biri olub,zəhərləyici maddələr və onları təbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın ən vacib xüsusiyyətləi məhv etmədən canlı qüvvələri zədələmək imkanı. Zəhərli maddələrin maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki,bu da onlardan istifadəni çətinləşdirir.


  • zəhərlənmənin surətlə baş verməsi və zədələnmənin ağır olması

  • istehsalının nisbətən ucuz başa gəlməsi

Zəhərli maddələrinin təsnifatına görə aşağıdakılardan ibarətdir:

Sinir iflicedici zəhərli maddələr fosforlu üzvi maddələrdir, buraya zarin, zoman və V qazı aiddir. Zarin və zoman - rəngsiz, sarımtıl, iyli mayedir. Suda zəif həll olunur, havada tez buxar törədir, yay vaxtı sahəni zarin 8 saata, zoman isə 24 saata zəhərləyir.

V qazı –suda zəif, yanacaq, sürtgü materiallarda yaxşı həll olunan rəngsiz mayedir. Rezin, texniki məmulatlarda, lak–boyaq örtüklərə yaxşı hopur.Yavaş buxarlandığına görə ərazidə uzun müddət qala bilər.



Ümumzəhərləyici təsirli zəhərli maddələr – tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə təsir göstərən kimyəvi birləşmədir. Zəhərli maddələrə xlorisan aiddir.

Xlorisan – kəskin iyli, sudan ağır, rəngsiz mayedir. Suda məhdud miqdarda 7%,üzvi həlledicilərdə (spirt, efir) yaxşı həll olunur, davamsız zəhərli maddədir, qıcıqlandırıcı təsirə malikdir, bədənin dəri örtüyünü zədələyə bilir, güclü toxumaları zədələyir.130 C-də qaynayır, -70C-də bərkiyir. 200C-də buxarlarının maksimal konsentrasiyası 3300 mq/l-dir. Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir. Qıcıqlandırıcı təsirə malikdir.



Dəridə yaraçıxaran zəhərləyici maddələr elə zəhərli birləşmələrdir ki, onlar hətda ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilir.

Kimyəvi təmiz iprit – zəif iyli, şəffaf, yağlı, rəngsiz mayedir.Üzvi həlledicilərdə yaxşı,suda zəif həll olunur. Ərzaq məhsullarına, boyaq örtüklərinə,rezin məmulatlarına asanlıqla hopur, ərazi uzun müddət yayda 7 sutka, qışda bir neçə dəfə zəhərli qalır. Xlorlu əhəng, xloraminlər, sulfindlər ipriti zərərsizləşdirə bilir. Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqəyə dərinin alt qatına keçir. 20 –30 dəqiqədən sonra heç bir ağrı törətmədən orqanizmə sorulur. İprit mədə - bağırsaq sisteminə, gözlərə, dəriyə və tənəffüs yollarına, ağciyər toxumalarına təsir edir.

Difosgen–qaynama temperaturu 1280C olan mayedir,yavaş buxarlanır.Havadan 7 dəfə ağırdır.Yayda 1 saata, meşəlik yerlərdə bir neçə saata zəifləyir, suda pis həll olunur, xlorid turşusu və karbon qazı yaradır. Difosgen su quyuların zəhərləmir.

Qıcıqlandırıcı zəhərli maddələrə Sİ-ES və adamsit aid edilir. Adamsit – yaşımtıl rəngli bərk maddədir, suda həll olmur, qızdırılarkən və asetonda yaxşı həll olur. Suda parçalanmır, havada 20 dəqiqə qalarkən ölümcül zəhərlənmə baş verir.

Sİ – ES – suda pis həll olan rəngsiz maddədir. Spritdə, asetonda, benzolda yaxşı həll olunur. Ümumi zəhərliyi zəifdir, qıcıqlandırıcı təsirə malikdir, aerozol şəklində tətbiq olunur. Asqırtıya, öskürməyə, gözlərdən çoxlu yaş armasına, tənəffüsün çətinləşməsinə səbəb ola bilər.



Gözyaşardıcı maddələr gözlərin, burunun selikli qişasını qıcıqlandırır, bəbəklərin spazması ilə nəticələnir. Xlorasetofenon – bənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir. Üzvi həlledicilərdə, suda qaynadılarkən dağılmır. +200C–də buxarlanır, havada 5,3 dəfə ağırdır.Yayda təsirini bir neçə gün saxlayır.

LSD – rəngsiz, bərk kristal maddədir, suda zəif, üzvi həlledicilərdə zəif həll olunur. Orqanizmə tənəffüs yolları mədə - bağırsaq sisteminə təsir edir.

Bİ – zet – suda həll olmayan, ağ kristal tozdur. Tənəffüs və mədə - bağırsaq yolu ilə orqanizmə keçir.
Bakterioloji silah - kütləvi qırğın silahlarından biri olub, bakterial vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silah əsasını xəstəliktörədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edilir. Xəstəliktörədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşaratlarda, gənələrdə, gəmiricilərdə qala bilər.Düşmən aşağıdakı qaydada bioloji silah işlədə bilər:


  • təyyarə bombaları

  • top güllələri

  • raketlər

  • içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı(reseptur) doldurulmuş xüsusi konteynerlər

  • zəhərlənmiş daşıyıcılar (həşaratlar,gənələr.gəmricilər)

Bioloji silahın zədələyə biləcək vasitələr aşağıdakılardır:

  • şəhərlər və başqa yaşayış məntəqələri

  • dəmiryol qovşuqları

  • limanlar

  • su təchizatı mənbələri

  • kənd təsərrüfatı bitkiləri

  • əkin sahələri

Bioloji silahın zədələyici təsiri aşağıdakılardan ibarətdir:

  • duman və ya tüstüşəkilli aerozol buludu

  • xəstəliktörədicidən

  • ərazinin relyefindən

  • meteoroloji şəraitdən

Bioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yaradır. Bioloji zəhərlənmə ocağı- bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki təlafatı olan əraziyə deyilir. Bakterioloji hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri qəlpələr yayılaraq, torpaq və bitki üzərinə damcılar və tozşəkilli maddələr çökür. Düşmən bakterioloji silah tətbiq etdiyi rayonlarda insanlar arasında epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verir. Bunların qarşısını almaq üçün observasiya və karantin təyin edilir.

Observasiya- epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridrtmə-məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir.

Karantin- bakterial yoluxma ocağını təcrid etmək xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirən epidemiya əleyhinə rejimi prafilaktika tədbiri sisteminə deyilir.

Radiaktiv, kimyəvi və bioloji zonalarda əhalinin davranışı. Radiaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış rejimləri radiasiyanın səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən müəyyən edilib elan olunur. Məqsəd – adamların təhlükəsiz dozadan artıq şüalanmaya məruz qalmalarının qarşısını almaqdır. Radiasiyadan mühafizə rejimi zəhərli sahədə adamların ardıcıl olaraq əvvəlcə radiasiya daldalanacağında, bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri işlətməsi müddətlərini təyin edir. Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən fərdi mühafizə vasitələri işlətməli, 2 saylı radiasiyadan mühafizə dərmanını içməli və təhlükəsiz davranış qaydalarına riayət etməlidirlər. Fərdi mühafizə vasitələrini çıxarmaq, əllə ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmaq, hərəkət və iş vaxtı toz qaldırmaq, açıq yerlərdə xörək yemək, su içmək, paltarı, ayaqqabıları çöldə təmizləmədən yaşayış binalarına girmək, ehtiyac olmadan binalardan kənarda qalmaq olmaz. Kimyəvi zəhərlənmə ocağında davranış qaydaları aşağıdakılardır:



  • Mülki müdafiə gərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmamaq;

  • Sığınacağın kipliyi pozulan və ya radiasiya daldalanacaqlarında qalan hallarda fərdi apteçkadan antidot dərman qəbul edəndən sonra əleyhqaz taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə işçilərinin göstərişi üzrə mühafizə qurgusunu tərk etmək;

  • Açıq yerlərdə qalan hallarda dərhal əleyhqaz taxmaq;

  • Xüsusi qoruyucu paltarları geymək və zəhərlənmə ocağından çıxmaq;

  • Xüsusi qoruyucu paltarları olmadıqda dərhal köynəyin və pencəyin ətəklərini şalvarın içinə salmaq, şalvarın balaqlarını topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb kipləşdirmək, əllərə əlcək, ayaqlara rezin ayaqqabı geymək, başı başlıq və ya yaylıqla kip örtmək , üstdən sintetik və ya rezinli parçadan olan plaş geymək;

  • Kimyəvi zəhərlənmə ocağından çıxmayınca fərdi mühafizə vasitələrini əyindən çıxarmamaq, bədənin dərisi üzərinə və ya paltara zəhərləyici maddə damcıları düşən hallarda bu damcıları fərdi kimyəvi paketdəki məhlullda və ya naşatır spirtində isladılmış tamponla təmizləmək lazımdır.

Yolxucu xəstəlik ocağında bütün əhali müəyyən olunmuş davranış rejiminə ciddi riayət etməyə borcludur.Yolxucu infeksion xəstəliklər aşkar edilərkən pəncərə və qapı yerlərini yaxşı kipləşdirmək, məişətdə az işlədilən ev əşyalarını yığışdırıb əl-ayağa dolaşmayan yerlərdə saxlamaq lazımdır. Ərzaq malları və içməli sular ağzı kip bağlanan qablarda saxlanmalıdır. İstifadə etməzdən əvvəl ərzaq məhsullarını qaynatmaq və ya qovurmaq vacibdir, çörəyi xırda tikələrə doğrayaraq alovun üzərində qızdırmaq, meyvə-tərəvəzi yaxşı yumaq və ya üzərinə qaynar su tökmək lazımdır.

Su və ya süd ən azı 30 dəqiqə qaynamalıdır. Yalnız su kəmərindən və şübhə törətməyən su mənbələrindən istifadə edilməlidir. Qab-qacaq təmiz yuyulandan sonra qaynadılmalıdır. Yeməkdən əvvəl, adamlarla təmasda olduqdan sonra əlləri hökmən sabunla yumaq, paltar-ayaqqabıları tez-tez təmizləmək, müntəzəm surətdə çimmək və alt paltarını təmiz saxlamaq, mənzilin, həyətin, iş yerinin, ümumi istifadə yerlərinin çirkli olmasına yol verməmək lazımdır.

Adamların bir-birilə təmasda olması məhdudlaşdırılmalıdır. Mənzildən ancaq ən vacib hallarda çıxmaq olar. Evdən çıxdıqda hökmən tənəffüs üzvlərini qoruyan fərdi vasitələr taxmaq, bədənin səthini qorumaq üçün paltarları göstərilən qaydada kipləşdirmək, evə qayıdarkən üst paltarları və ayaqqabıları çıxarıb dezenfeksiya etmək üçün bayırda qoymaq lazımdır. Yolxucu xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, başağrısı. Iştahasızlıq, ürək bulanması, qusma,mədə pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstə ayrıca otaqda və ya otağın müəyyən hissəsində yerləşdirilməli, şəxsi əşyaları, paltarları, yataq ləvazimatı, qab-qacağı, mebeli və mənzili dezenfeksiyadan keçirilməlidir.


Yüklə 105,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə