Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ


Kiçikçaplı tüfəngin təyinatı və döyüş xassələri. Tüfəngin əsas hissələri və mexanizmləri



Yüklə 105,95 Kb.
səhifə2/5
tarix15.10.2018
ölçüsü105,95 Kb.
#74388
1   2   3   4   5

Kiçikçaplı tüfəngin təyinatı və döyüş xassələri. Tüfəngin əsas hissələri və mexanizmləri. Tula silah zavodunun buraxdığı “TOZ-8” markalı kiçik çaplı tüfəng ilk atış qaydalarını öyrətmək və atıcıları məşq etdirmək üçündür. Tüfəngin döyüş xassələri belədir:

1. Çapı 5,6 mm

2. Kütləsi 3,12 kq

3. Güllənin başlangıc sürəti 310 m/san

4. Atəş tezliyi 10-12 atəş/dəq.

5. Nişangah məsafəsi 250 m

6. Güllənin uçuş məsafəsi 1200-1600 m

7. Güllənin zədələyici məsafəsi 800 m

Kiçikçaplı tüfəngin əsas hissələri və mexanizmləri bunlardır: Lülə, içlik, buraxıcı mexanizmlə birgə lülə qutusu, arxa qapaq, açıq nişangah tərtibatı, çaxmaq, qundaq, tətik, arpacıq, tüfəngi doldurmaq və atılmış gilizi tullamaq üçün pəncərə.

Kiçikçaplı tüfəngin doldurulması qaydası. Kiçikçaplı tüfəng sağ əllə doldurulur.Çaxmağı açır,geriyə çəkir,patronu baş və şəhadət barmaqlarla tutub gülləni xəzinəyə yeridir,baş barmaqla patronu irəliyə-gilizin kənarları lülə arxasının kəsiminə dirənənədək basır və çaxmağı bağlayırlar.Kiçikçaplı tüfəngi də avtomatdakı qaydada təmizləyirlər,yağlayırlar. Lakin yadda saxlamaq lazımdır ki, kiçikçaplı tüfəngi ağızdan təmizləmək qadağandır, çünki belə halda sünbə lülənin ağız hissəsində yivlərin tinlərini pozur,bu isə tüfəngdən atəşin sıxlığına mənfi təsir göstərir.Lülə kanalını təmizləmək üçün arxa qapağı çıxartmaq, çaxmağı lülə qutusundan çıxartmaq,silgəcin fırlanan hissəsinə 4-5 sm uzunliğunda kəpitkə lifi sarımaq, onu duru silah yağında islatmaq və sünbəni xəzinə tərəfdən lülə kanalına yeritmək lazımdır.

Mövzu 18: Qəlpələnən əl qumbaraları, onların quruluşu,

doldurulması və atılması qaydası.
Qəlpələnən əl qumbaraları, onların quruluşu, doldurulması və atılması qaydası. Əl qumbaraları müasir döyüşdə düşməni məhv etmək üçün ehtibarlı vasitələrdir. RQD – 5 əl qumbarasının quruluşu:


  • gövdədən

  • partladıcıdan

  • alışdırıcıdan

Gövdə - partladıcı atımın və alışdırıcı borucuğunun yerləşdirilməsi üçündür.Gövdə yuxarı və aşağı hissələrdən ibarətdir,onlarında xarici örtüyü və içliyi vardır.Bunlar qumbara partlayarkən qəlpələr yaranması üçündür.RQD -5 qumbarasının çəkisi – 310 qr –dır. Partladıcı atım – qumbaranın gövdəsinə doldurulur və onu qəlpələrə parçalanmaq üçündür. Qumbaranın alışdırıcı “UZRQM” (moderinləşdirilmiş vahid əl qumbarası alışdırıcısı) - partladıcı atımı partlatmaq üçündür.O,vurucu mexanizmdən və alışdırıcının özündən ibarətdir.Alışdırıcılar həmişə döyüş vəziyyətində olur,onları sökmək və vurucu müxanizmin işini yoxlamaq qəti qadağandır. Vurucu mexanizm – alışdırıcının alovlandırıcı kapsulunu alovlandırmaqdan üçündür. F- 1 əl qumbarasının quruluşu:

- çuqun gövdədən

- partladıcı atımdan

- alışdırıcıdan



Qumbara partlayan zaman gövdə adətən bu şırımlar üzrə qəlpələnir.Qumbaraları atmazdan əvvəl borucuqdan tıxacı burub çıxartmaq,onun yerinə alışdırıcını qoyub sıxmaq lazımdır. Alışdırıcını vurucu mexanizminin hissələri belə vəziyyətdə olur:

  • vurucu mil döyüş ayağına çəkilmişdir

  • buraxıcı qolun çəngəli yuxarı vəziyyətdə saxlanılır

  • qoruyucunun kənarları qatlanır və möhkəm saxlanılır.

Qumbaranın atılması 2 mərhələdən ibarətdir:

  • qumbaranın doldurulması

  • hazır vəziyyətdə tutulması

Qumbaranı müxtəlif vəziyyətdə atmaq olar:

  • ayaq üstə

  • diz üstə dayanaraq

  • uzanmış vəziyyətdən

  • habelə PDM – də (ZTR – də)

  • piyada hərəkət zamanı

Qumbaranı atmaq üçün elə yer seçirlər ki,onu maneəsiz tullamaq mümkün olsun,yəni qumbaranın uçuş yolu qarşısında ağac budaqları,hündür ot,məftillər və digər maneələr olmasın.Qumbaranı “Qumbara ilə - Atəş” komandası verilərkən,döyüşdə isə həmçinin müstəqil olaraq atırlar.Qumbaraları qumbara çantasında gəzdirilir.Alışdırıcılar çantanın ayrıca gözündə, kağıza və əsgiyə bükülmüş halda yerləşdirilir. Qumbaranın gövdəsində pas,əzik və çat olmamalıdır.Alıçdırıcı təmiz, əziksiz olmalıdır.Qumbaraları gəzdirərkən onları təkandan, zərbədən, pasdan,çirk və rütubətdən qorumaq lazımdır.
Qumabaranın atılması normativləri. Qəlpələnən əl qumbaraları, onların quruluşu, doldurulması və atılması qaydaları. Hədəf – uzunluğu 10 m və eni 1 m olan səngər. Hədəfə qədər məsafə 40 – 45 m. Qumbaraların sayı – 2 ədəd (tədris qumbarası). Qumbaranı atmaq üçün vəziyyət hərəkət edərkən. Qiymət “əla” – hər 2 qumbara səngərin içinə düşdü; “yaxşı” – 1-ci atılan qumbara səngərin içinə düşdü; “kafi”- 2-ci atılan qumbara səngərin içinə düşdü.
Mövzu 19: Sıra və onun elementləri. Hərbi qulluqçuların

düzülüşqabağı və sırada vəzifələri
Sıra və onun elementləri. Sıra təlimi hərbi qulluqcuların təlim və tərbiyə işi üzrə fənlərdən biridir. Sıra təliminə aşağdakılar aiddir:

  • tək sıra təlimi

  • silahla və silahsız təlim üsullarının icrası

  • bölmələrin piyada sıralarında və maşınlarla hərəkəti

  • bölmələrin sıra nümayişi

  • sıra baxışının keçirilməsi.

Sıra - hərbi qulluqçuların bölmə və hərbi hissələrin birgə fəaliyyəti üçün Nizamnamə ilə müəyyən edilmiş düzülüşdür. Sıranın aşağıdakı elementləri var:

Cinah – sıranın kənarlarına deyilir.Sırada sağ və sol cinahlar olur.Sıra döndükdə cinahlar dəyişmir.

Ön - sıranın baxdığı tərəfdir.

Sıranın arxa tərəfi – ön tərəfin əks tərəfinə deyilir.

İnterval (ara) – üfiqi xətt boyu hərbi qulluqçular və bölmələr arasında olan məsafədir.

Məsafə - hərbi qulluqçularla bölmələr arasında dərinliyə qədər olan məsafəyə deyilir.

Sıranın eni – cinahlar arasındakı məsafəyə deyilir.

Sıranın dərinliyi – birinci cərgə ilə axırıncı cərgə arasında olan məsafə

Açıq və yürüş sıraları – açıq sıra,bu zaman bölmələr bir cərgə ,yaxud iki cərgə sıralarda bir xətt üzrə,yaxud Nizamnamədə göstərilən və komandirin əmri ilə müəyyən edilən ara sıralamaqla kolonlar xəttində düzülür.

Cərgə - Əsgərlər bir –birinin yanında bir düz xətt üzrə düzülməsidir.

Maşın xətti – bir düz xətt üzrə bir – birinin yanında maşınların düzülməsidir.

Açıq sıralar – yoxlamalar,baxışlar,rəsmi keçidlərdə və başqa lazım olan hallarda lazım olur.

İkicərgəli sıra – bir cərgənin hərbi qulluqcuları o biri cərgədəkilərin arxasınca dururlar.

Sıxlaşmış sıra – hərbi qulluqcular sıranın buraxdığı tərəfdə bir – birinin dirsəyindən bir addım məsafədə və ya komandirin göstərdiyi kimi yerləşirlər.

Yürüş sırası – bir bölmə sıraya düzülür,bir neçə bölmə Nizamnamə və ya komandirlərin əmrləri ilə müəyyən edilmiş məsafələri saxlamaqla bir – birinin arxasında kolonlara düzülür.

Kolon – Nizamnamə və ya komandirlərin əmri ilə hərbi qulluqçuların bir birinin arxasında düzülüşüdür.

Yönəldici – yürüş sırasında birinci duran hərbi qulluqçuya deyilir.

Tamamlayıcı – kolonun arxasında duran hərbi qulluqçuya deyilir.

Sıraya rəhbərlik komanda və ya əmrlə yerinə yetirilir. “Bölmə - dayan” komandasında bölmə - xəbərdarlıq,dayan – isə icra komandasıdır.Xəbərdarlıq komandası verilidikdən sonra hərbi qulluqcular “Farağat” vəziyyətində durur,hərəkətə sol ayağı ilə başlayırlar.Bölməni saxlamaq üçün komanda verilir. Komandalar səslə,fitlə,fənərlə və bayraqla verilir. Bayraqlar uzunluğu 40 sm olan 32x22 sm ölçüsündə düzbucaqlı parçadan ibarət,ağ və qırmızı rəngli olur. Sıraya düzülməzdən əvvəl əsgər öz silahını,ona tapşırılmış döyüş texnikasını, fərdi mühafizə vasitələrini,qazma alətlərini,döyüş sursatını,paltarını səliqəli geyinməli,yoldaşlarında olan çatışmazlıqlarına kömək etməlidir.


Komandirin düzülüşqabağı vəzifələri. Hərbi qulluqçuların düzülüşdən qabaq vəzifələri aşağıdakı kimidir:

  • düzülüşün yerini, vaxtını, qaydasını, geyim formasını və ləvazimatını, eləcə də hansı silahı, döyüş və digər texnikanı götürmək lazım olduğunu göstərsin

  • hərbi geyimin səliqəli geyinildiyini, ləvazimatın mövcudluğunu, eləcə də saçın səliqəli qırxilmasını yoxlasın

  • sırada sıra nizamını saxlasın, bölmələrin komandaları və siqnalları düzgün yerinə yetirmələrini və hərbi qulluqçuların sırada vəzifələrini yerinə yetirmələrini tələb etsin

  • piyada sıralarda durduğu yerdə komanda verərkən “farağat” vəziyyətini alsın.


Əsgərin sırada vəzifələri. Əsgərin sırada vəzifələri:

  • Öz sialhının, ona tapşırılan döyüş və digər texnikanın, döyüş sursatının, fərdi mühafizə vasitələrinin, qazma alətlərinin, hərbi geyim və ləvazimatın sazlığını yoxlasın

  • Saçını səliqəli qırxdırmış olsun

  • Hərbi geyimi səliqəli və düzgün, ləvazimatını düzgün taxıb gəzdirsin, yoldaşında gördüyü nöqsanları düzəltməyə kömək etsin

  • Sırada öz yerini bilsin, onu tez və təlaşsız tutmağı bacarsın, yeriş vaxtı düzlənməni, təyin edilmiş intervalı saxlasın, sıradan icazəsiz çıxmasın

  • Sırada icazəsiz danışmasın və tam sakitliyə riayət etsin, öz komandirlərinin əmr və sərəncamlarına diqqətli olsun, düzgün icra etsin

  • Müşahidəçi olanda sərəncamları, komandaları təhrifsiz, bərkdən və aydın ötürsün.



Mövzu 20: Silahsız və silahla sıra hərəkətləri üsulları. Sıra və yürüş addımları.(əməli). Silahsız hərbi salamın verilməsi qaydası. Sıradan çıxma və rəisə yaxınlaşma. (əməli)
Sıra duruşu və komandaların icra edilməsi(əməli). Sıra duruşu sıra təliminin əsas elementlərindəndir. Sıra duruşuna “Düzlən” və “Farağat” komandası ilə keçirlər, əmr verilərkən, məlumat verərkən, bir –birinə müraciət edərkən, Dövlət Himni çalınarkən və əsgəri salam verərkən. Sıra duruşunu qəbul etmək üçün hərbi qulluqçu düz, sərbəst durmalı, dabanlarını bir yerdə, pəncələrini ön xətt üzrə bir pəncə önündə aralı qoymalı, qıclarını dizdən düz saxlamalı, gərgin olmalı, döşünü azca qaldırmalı, bütövlükdə bədənini bir azca qabağa verməli, qarnını yığmalı, çiyinlərini sallamamalı, qollarını elə sallamalıdır ki, ovuc içəriyə çevrilisin, barmaqlar açıq şəkildə ombaya toxunmalı, hərəkət etməyə tam hazır olmalıdır. ‘‘Azad” komandasında hərbi qulluqçu sağ ayaq yerində qalmalı, sol ayağını çiyinlər qədər sola bərk vurmalı, əllər sərbəst halda olmalı, durduğu yeri tərk etməməli, danışmamalı və diqqət azaltmağa ixtiyari yoxdir. ‘‘Düzlən” və “Üst – başını düzəlt” komandasında hamı başını sağa döndərir,hər kəs özündən sonrakı 4 cü yoldaşının sinəsini görə bilsin. ‘‘Farğat” komandasında büyün hərbi qulluqçular dərhal başlarını düz tuturlar.Bu komandada heç kəs danışmır, sadəcə hamı irəli baxır. ‘‘Üst –başını düzəlt” komandasında sıradan yerini tərk etmədən silahı, paltarı, ləvazimatı düzəltmək olar.Sıradan çıxmaq, hərbi qulluqçu yalnız komandirinin əmrinə görə çıxa bilər.‘‘Olmadı” komandasında hərbi qulluqçu əvvəlki, yəni sonuncu komandaya uyğun hərəkət edir.
Yerində və yeriş zamanı dönmələr(əməli). Yerində dönmələr “Sağa-dön”, “Yarımsağa-dön”, “Sola-dön”, “Yarımsola-dön” və “Geriyə-dön” komandaları ilə yerinə yetirilir. Geriyə (1/2 çecrə qədər), sola (1/4 çevrə qədər), yarımsola (1/8 cevrə qədər) dönmə sol qola tərəf daban və sağ pəncə üstündə; sağa, yarımsağa, sağ qola tərəf, sağ daban və sol pəncə üstündə yerinə yetirilir. Dönmələr 2 sayda yerinə yetirilir: bir sayı ilə bədənin düzgün vəziyyətini saxlayaraq ayaqları dizdən bükmədən dönməli, bədənin ağırlığını qarşıdakı ayağın üstünə keçirməli, 2 sayı ilə o biri ayağı ən qısa yolla qabaqdakı ayağın yanına qoymalı.

Yürüş addımı(əməli). Yürüş addımla və ya yüyürərək komandası ilə icra edilir. Addımla yerişin normal sürəti dəqiqədə 110-120 addım, addımın ölçüsü 70-80 sm olmalıdır. Yüyürərək yerişin normal sürəti dəqiqədə 165-180 addım, addımın ölçüsü 85-90 sm olmalıdır.

Sıra addımı(əməli). Sıra addımı, bölmələr təntənəli marşla keçdikdə, yerişdə əsgəri salam verdikdə, hərbi qulluqçular rəisə yaxınlaşdıqda və ondan ayrılanda, sıradan çıxdıqda və sıraya qayıtdıqda, habelə sıra təlimlərində tətbiq edilir. Sıra addımı ilə yeriyərkən pəncəsi qabağa dartılmış ayağı yerdən 15-20 sm qaldırmalı və onu yerə pəncə-daban üstünə möhkəm qoymalı, eyni zamanda o biri ayağı yerdən aralamalı. Barmaqlar yarımbükülmüş vəziyyətdə, ovuclar yerə baxaraq qolların şalvarın yan tikişinə paralel olmaqla irəli, çiyin bərabərliyində geriyə yellənir.

Səfər addımı(əməli). Səfər addımı ilə yeriyərkən “farağat” komandası ilə sıra addımlarına keçilir. Sıra addımları ilə yeriyərkən “Azad” komandası ilə səfər addımlarına keçilir. Yerində addımlamanı göstərmək üçün “Yerində, addımla marş!” və ya “Yerində” komandaları verilir. Həmin komanda zamanı hərbi qulluqçu ayaqları qaldırmalı və göstərilmiş qaydada endirməli, bu zaman ayaqları yerdən 15-20 sm qaldırmalı və pəncələrin qabaq hissəsindən başlayaraq pəncə-daban üstə tamamilə yerə qoymalı, qolların hərəkəti davam etməlidir. Yerişi durdurmaq üçün “Əsgər, dur!” komandası verilir.
Silahsız hərbi salamın verilməsi qaydası(əməli). Salamı dəqiq və gümrah, sıra duruşu və yerişi qaydalarını düzgün yerinə yetirməklə verməli. Sıradankənar duruş vəziyyətində baş geyimsiz salam vermək üçün rəis 5-6 addımlığa çatanda ona tərəf dönməli, “FARAĞAT” durmalı, onun üzünə baxaraq başını dalınca çevirməli. Əgər baş geyimi geyilibsə bundan başqa, sağ əli baş geyiminə elə yapışdırmalı ki, barmaqlar bir yerdə olsun, ovuc düz, orta barmaq baş geyiminin aşağı ucuna – günlüyün yanına toxunsun, qol çiyin xətti və səviyyəsində olsun.Başı rəisə tərəf döndərdikdə əlin vəziyyəti dəyişməz qalır. Rəis salamverəni ötüb keçəndən sonra başı düzəltməkdə eyni vaxtda əli aşağı salmalı. Sıradankənar yeriyərkən baş geyimsiz salam vermək üçün rəisə 5-6 addım qalmış eyni vaxtda əllərin hərəkətini saxlayıb sıra addımına keçməklə, başını ona tərəf döndərməli, yerişi davam etdirərək onun üzünə baxmalı.Rəisi ötəndə başı düzəltməli və əllərlə hərəkəti davam etdirməli. Baş geyimi geyilməyibsə, sıra addımına keçməklə eyni vaxtda başı döndərməli, əli baş geyiminə yapışdırmalı, sol əli budun yanında hərəkətsiz saxlamalı.Rəisi ötəndə sol ayağı yerə qoymaqla başı düzəltməli və sağ əli aşağı salmalı.Yeriyən rəisi ötüb keçdikdə salamı ötmənin birinci addımı ilə verməli.İkinci addımla başı düzəltməli və sağ əli aşağı salmalı. Əgər hərbi qulluqçunun əllərində şey varsa, salamı başı rəisə döndərməklə verməli.
Sıradan çıxma və rəisə yaxınlaşma(əməli). Hərbi qulluqçunun siradan çıxması üçün komanda verilir, məsələn, “Sıravi Əhmədov. Sıradan filan qədər addım-ÇIX”, yaxud “Sıravi Yusifov- YANIMA”. Hərbi qulluqçu öz soyadını eşidib “Mən”, sıradan çıxmaq haqqında komandaya isə “OLDU” cavabı verir.Birinci komandada hərbi qulluqçu sıra addımları ilə birinci cərgədən sayaraq göstərilən addımlar qədər sıradan çıxır,dayanır və üzü sıraya dönür. İkinci komandada hərbi qulluqçu birinci cərgədən bir-iki addım düzünə çıxıb, gedə-gedə rəisə tərəf dönür, kəsməsinə sıra addımları ilə, yaxud yüyürərək rəisə yanaşır və gəldiyi haqqında xəbər verir. Hərbi qulluqçu ikinci cərgədən çıxırsa, o, sol əlini yavaşca qarşısında duran hərbi qulluqçunun çiyninə qoyur, qarşıda duran bir addım çıxıb, sıradan çıxan hərbi qulluqçunu buraxır, sonra öz yerini tutur. Hərbi qulluqçunun sıraya qayıtması üçün komanda verilir, məsələn, “Sıravi Yusifov. Sıraya-DUR”, yaxud “Sıraya-DUR”. “Sıravi Yusifov” komandası ilə üzü sıraya dayanmış hərbi qulluqçu rəisə tərəf dönür. “Mən” cavabı verir; “Sıraya-DUR” komandası ilə əgər silahsızdırsa, yaxud silah “arxa” vəziyyətindədirsə, sağ əlini baş geyiminə yapışdırıb, “OLDU” cavabı verir, geriyə dönür, birinci addımda əlini aşağı salır, sıra addımları ilə yeriyərək kəsməsinə sıradan öz yerini tutur. Sıradankənar rəisə yanaşarkən hərbi qulluqçu rəisə 5-6 addım qalmış sıra addımlarına keçir, 2-3 addım qalmış dayanır, ayağını saxlamaqla sağ əlini başgeyiminə yapışdırır və məlumat verir. Rəisə silahla yanaşanda əl baş geyiminə yapışdırılmır.

Mövzu 21: Xəritəsiz yerin səmtinin təyin edilməsi. Azimut istiqamətində hərəkət(əməli)
Hərbi Topoqrafiya elmi nəyi öyrədir. Döyüş əməliyyatlarının qələbə ilə başa çatdırılmasında hərbi topoqrafiyanın rolu əvəzedilmızdir.Hər hansı döyüş tapşırığının yerinə yetirilməsindən əvvəl yer şəraitinin öyrənilməsi vacibdir.Yer şəraitinin kəşfiyyatı zamanı lazım olan ölçmə işlərinin üsullarını,qrafiki döyüş sənədlərinin hazırlanmasını bilmək lazımdır.Bu üsul və qaydalar aşağıdakılardır: gözəyarı planaalma,xəritədən müəyyən yerlərin koordinantlarını təyin etmək,aeroşəkil,plan və xəritələrdən istifadə qaydaları və s. Döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi yer şəraitini amillərinin tədqiqi və tətbiqindən əsaslı şəklidə asılıdır.Buna döyüş yerinin taktiki əlamətləri deyilir.Döyüş ərazisinin taktiki əlamətlərini nəzərə almaqla döyüş texnikasının yerləşdirilməsi müvəffəqiyyətin əsasıdır. Döyüş zamanı yer şəraitinin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.Bütün bunları hərbi topoqrafiya əsaslı şəkildə öyrədir. Hərbi topoqrafiyanın əsas təyinatı aşağıdakılardır:döyüş əməliyyatlarının uğurlu keçirilməsi, yer şəraitinin kəşfiyyatı, ölçmə işlərinin aparılması, dayanma nöqtəsinin təyin olunmasının üsul və qaydalarının təmin edilməsi. Hərbi topoqrafiya yer şəraitinin öyrənilməsi məqsadilə topoqrafik materialların oxunmasını və döyüş şəraitində həmin materiallardan istifadə qaydalarını öyrədir.

  • xəritə,plan və aeroşəkillərlə nabələd ərazilərdə səmtlənmə və hərəkət

  • xəritələr vasitəsilə və ya bilavasitə yerdə məntəqələr,cisimlər arasındakı məsafələrin təyin olunması

  • qrafik döyüş sənədlərinin hazırlanmsında kiçik sahələrin sadə üsullarla gözəyarı planaalınması;

  • gözəyarı planaalınmanın üsul və qaydaları və s.

Döyüş tapşırıqlarını yerinə yetirilərkən yer şəraitinin öyrənilməsi məqsədilə topoqrafik sənədlərdən,materiallardan istifadəni və döyüş yerinin taktiki xassələrinin təyin olunmasını baçarmaq,döyüş vaxtı onlardan məharətlər istifadə qaydalarını bilmək,döyüşün uğurla nəticələnməsinə təminat verir.Topoqrafik hazırlıq qoşunların döyüş hazırlığının əsasını təşkil edib taktika və döyüş hazırlığı ilə sıx əlaqədədir.Əgər taktika döyüşün aparılma qaydalarını öyrədirsə,hərbi topoqrafiya yer şəraitinin kəşfiyyatını,taktiki xassələrini,onların qoşun fəaliyyətinə təsirinin öyrənilməsi üçün qayda və üsulları öyrədir.Belə sıx əlaqə atəş hazırlığı və hərbi topoqrafiya arasında da mövcuddur. Atəş hazırlığı silahın döyüş xassələrini,hazırlanması,aparılması və idarə olunmasını öyrədirsə,hərbi topoqrafiya yerin topoqrafik elementlərinin xarakterini təyin olunmasını,onların döyüşün hazırlanması və idarə olunmasını təsirini; xəritənin köməyi ilə və ya xəritəsiz,bilavasitə döyüş zonasında mövqelərin seçilməsini,atəşin aparılması üçün məlumat yığımında plan,xəritə,aeroşəkillərdən istifadə qaydalarını və s. öyrədir.Beləliklə,hərbi topoqrafiyanı mükəmməl döyüşün müvəffəqiyyətlə nəticələnməsini təmin edir.
Xəritəsiz yerin səmtinin təyin edilməsi. Naməlum sahədə hərəkət edən adam azmamaq üçün üfiqün əsas (şimal,cənub,şərq,qərb) və aralıq (şimal-şərq,cənub-şərq,cənub-qərb,şimal-qərb) cəhətlərinə görə hərakət istiqamətinə bölünür.Üfiqin cəhətləri qısaca olaraq sözlərin baş hərfləri ilə işarə edilir.Məhəldə cəhət təyin etmək,üfiqin cəhətlərini,təyin etmək deməkdir.Üfiqin cəhətləri 4 üsullar təyin edilir.

1.Günəşə görə cəhətləri təyin etmək – üçün günəşin çıxıb – batmasın müşahidə etmək lazımdır.Günəş şərqdən çıxır,qərbdə batır.Əslində günəş çıxmır və batmır,bu günəşin bizə görünən hərəkətidir.Əslində günəşin çıxdığı və batdığı yerlərə il müddətində dəyişir.Yalnız payız və yazda gecə - gündüz bərabər olan günlər günəş şərqdən çıxır,qərbdə batır.Şaquli basdırlımış əşyadan günorta düşən kölgə boyunca çəkilən xətt – günorta xətti adlanır.Günorta günəş göy qübbəsinin cənub hissəsində,olur.Şaquli basdırlımış payadan düşən kölgə isə şimalda olmalıdır.Kölgə istiqamətində dursaq ön tərəfimiz şimal,arxamız cənub,sağımız şərq,solumuz qərb olacq.

2. Kompasa görə cəhətləri təyin etmək – üçün istənilən vaxt və hava şəraitindən asılı olmayaraq mümkündür.Kompas iynə üzərində yerləşdirilmiş maqnit polad əqrəbdir.Qalan hissələr qutu və şkaladan ibarətdir.Əqrəbin şimalı qara rənglə göstərilir.Kompasın iynəsi mərkəzdə yerləşdirilib,Şkalanın üzərində üfiqin cəhətləri və saat əqrəbi istiqamətində 00 – 3600- dək bölgülər vardır. Yerin maqnit qütbü ilə coğrafi qütbü bir – birinə uyğun gəlmir.Kompasın əqrəbi maqnit qütbünə tuşlayır.Coğrafi meridianın şimal istiqaməti ilə maqnit əqrəbi ilə şimal ucu arasında bucaq yaranır.Əqrəbin şm ucu maqnit meridianından şərqə əyildikdə bucaq şərq əyilməsi (“+”) qərb əyildikdə bucaq qərb əyilməsi (“ - ”) adlanır. Maqnit meyli bucağı topoqrafik xəritələrdə verilir.

3.Ulduzlara görə cəhətlərin təyin etmək üçün – qütb ulduzunu tapmaq lazımdır.Bu ulduz şimal qütbün üzərində olur.Qütb ulduzu çömçəyə oxşayan,7 parlaq ulduzdan ibarətdir,bu da Böyük Ayı bürcü adlanır.Ayı bürcündən 5 dəfə düz xətt boyunca uzaltsaq qütb ulduzunu,kiçik ayı bürcünün quyruğunu tapacağıq.Bununlada qütb ulduzunu təyin etməklə şm təyin edəcəyik.

4.Yerli əlamətlərə görə cəhətlərin təyin etmək üçün – aşağıdakı yerli əlamətlərə görə təyin etmək olar.

a)mamırlar və şibyələr şimal tərəfdə yaxşı inkişaf edir.

b)tək dayanan ağacın qol – budağı cənub tərəfdə qalın olur.

c)qarışqa yuvaları ağacların,kolların cənub tərəfindən yerləşir.

5.Günəşə görə şimalın təyin edilməsi aşağıdakı kimidir:

- Günəş şərqdən saat 0700 – da,cənubda 1300 – da,qərbdə isə 1900 – da yerləşir.

6. Aya görə şimalın təyin edilməsi aşağıdakı kimidir:

- Ayın sağ tərəfi ¼-i görünərsə,0100 –da qərbdə,1900 –da cənubda yerləşir.

- Ayın sol tərəfi ¼ -i görünərsə, gecə saat 0100 –da şərqdə,0700 cənubda yerləşir.

- Tam Ay görünərsə,100-da cənubda,700 da qərbdə,1900da şərqdə yerləşir.


Azimut istiqamətində hərəkət(əməli). Azimut – meridianın şimal ucundan saat əqrəbi istiqamətində verilmiş xəttədək olan bucağa deyilir.Azimut 00-3600 arasında dəyişir. Azimutu kompasla, transportirlə ölçürlər. Azimutla hərəkət etmək üçün hərəkət istiqaməti boyunca hər bir məntəqənin maqnit azimutunu və onlar arasındakı məsafənin cüt addım hesabı ilə sayını bilmək lazımdır(orta boylu adamın 2 addımı 1,5 m-ə bərabər götürülür). Bu məlumatlar hərəkət istiqamətinin sxem və diaqramlarını çəkməklə tağım və manqa komandirinə yaxından kömək edir.Bir məntəqədən o biri məntəqəyə keçmək üçün məsafəni cüt addımla hesablamaq və istiqaməti oriyentirə tərəf saxlamaqla hərəkət etmək lazımdır. Kompasın köməyilə verilən azimuta görə çıxışı və döngə məntəqələrinin hərəkət istiqamətləri tapılır. Hərəkət istiqaməti oriyentirsiz açıq sahədə hərəkətin əsas xətti üzrə müəyyən edilir.Kompas vasitəsilə çıxış nöqtəsindən növbəti nöqtəyə qədər hərəkət istiqaməti təyin edilir.Bu istiqamətlə hərəkət etdikdə bir-birindən aralı hərəkət boyu yerdə hər hansı işarə qoyulur və sonra nəzarət etməklə hərəkət davam etdirilir, çalışmaq lazımdır ki, nəzərdə tutulan nöqtəyə hərəkət istiqaməti düz xətt boyunca olsun. Gedilən yolun düzgünlüyü kompas, xəritə və səma cisimləri vasitəsilə daim nəzarətdə saxlanılır və yoxlanılır. Əgər həmin istiqamətlə geriyə qayıtmaq lazım gəldikdə, onda əvvəlki sxemdən istifadə etməklə yanaşı, düz istiqamətli azimutu əks istiqamətli azimuta gətirmək lazımdır.Gecə vaxtı məntəqələrarası istiqaməti təyin etmək üçün yerli əşya, uzaqdan gələn işıq və parlaq ulduzlardan istifadə etmək lazımdır. Əgər belə şərait yoxdursa, onda kompasın əqrəbini sərbəst buraxmaqla kompası səmtlənmiş şəkildə həmişə qarşıda tutmaq lazımdır. Bu vaxt hərəkət istiqaməti kompasın çərtik və nişangahından keçən düz xətt boyunca olmalıdır. Yerin maqnit qütbü ilə coğrafi qütbü bir-birinə uyğun gəlmir. Kompasın əqrəbi maqnit qütbünə tuşlayır. Coğrafi meridianın şimal istiqaməti ilə maqnit əqrəbi ilə şimal ucu arasında bucaq yaranır.Əqrəbin şimal ucu maqnit meridianından şərqə əyildikdə bucaq şərq əyilməsi (+), qərbə əyildikdə bucaq qərb əyilməsi(-) adlanır.Maqnit meyli bucağı topoqrafik xəritələrdə verilir və koordinatların illik meyillənmə bucağı hesablanır. Maqnit meridianının şimal istiqamətindən yer cisminə qədər saat əqrəbi istiqamətində ölçülmüş üfüqi bucaq maqnit azimutu adlanır. Maqnit əqrəbi ilə göstərilən və dayanma nöqtəsindən keçən istiqamət verilmiş nöqtənin maqnit meridianı adlanır.Yer cisimlərinə istiqamət – maqnit azimutu – kompas vasitəsilə təyin olunur. Bunun üçün aşağıdakı kimi hərəkət etmək lazımdır:

  • müşahidə olunan obyektlə üz-üzə durub, kompası səmtlənmək, bunun üçün kompası üfüqi vəziyyətə gətirib, əqrəbin əyləcini buraxıb, sonra onu əqrəb özünün şimal ucu ilə sıfır şkalasının bərabərliyində durana kimi döndərmək lazımdır.

  • kompasın səmtlənməsini pozmadan, onun qapağınımüşahidə olunan obyekt çərtik-nişangahda görünənəcən fırlanmaq lazımdır; bu zaman çərtik nişangah isə müşahidə olunan obyektə yönəlməlidir.

  • göstəricinin qarşısında olan nişangahın yanındakı şkaladan hesabatı oxumaq.

Kompasla işləmək üçün kompası 10 sm gözdən aşağı sol əllə saxlamaq və qolu dirsəkdən böyürə tərəf möhkəm sıxmaq lazımdır.(kompası tərpənməz vəziyyətdə saxlamaq lazımdır) Yerli əşyalara görə cəhətlərin təyini aşağıdakı kimidir.

  • mamırlar və şibyələr şimal tərəfdə yaxşı inkişaf edir;

  • tək dayanan ağacının qol-budağı cənub tərəfdə qalın olur;

  • qarıçqa yuvaları ağacların, kolların cənub tərəfində yerləşir.


Yüklə 105,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə