Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ


Güclü Təsirli Zəhərli Maddələrin(GTZM)



Yüklə 105,95 Kb.
səhifə4/5
tarix15.10.2018
ölçüsü105,95 Kb.
#74388
1   2   3   4   5

Güclü Təsirli Zəhərli Maddələrin(GTZM) saxlandıqları tutarlardan və qablardan kənara axması həm dinc dövrdə qəzalar nəticəsində, həm də hərb dövründə nüvə partlayışının zərbə dalğasından, adi basqın vasitələrinin birbaşa təsirindən və ya təxribatlar yolu ilə GTZM avadanlığının dağılması nəticəsində baş verir. Kimyəvi təhlükəli obyektlərə aşağıdakılar aiddir:

  • kimya, neft emalı, neft kimyası sənayesinin müəssəsiləri;

  • suyu təmizləmək üçün xlordan istifadə edilən su kəməri qurğuları;

  • soyuducu maddə kimi ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr;

  • GTZM daşınan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi yolları plan dəmiryol stansiyaları;

  • Taxıl və taxıl məmulatı anbarlarının dezenfeksiya edilməsi üçün zəhərli maddələr saxlanılan anbarlar.

  • Kənd təsərrüfatında işlədilən kimyəvi təsirli maddələr ehtiyatı saxlanılan bazalar


Qəza təhlükəli kimyəvi maddələr. Kənd təsərrüfatında ən çox işlədilən təhlükəli kimyəvi maddələr aşağıdalılardır:

Ammonyak – boğucu,kəskin naşatır iyli,rəngsiz qazdır,hiss olma həddi 0,037ml,dadı acı,havadan yüngüldür.Yuxarı tənəffüs yollarına, gözləri qıcıqlandırır,gözlərdə ağrıya, yaşaxmaya, təngənəfəsliyə, öskürməyə, başgicəlləməyə,qusmaya səbəb olur.

Xlor – kəskin boğucu iyli,göyümtül sarı qazdır,havadan 2,5 dəfə ağırdır.Yuxarı tənəffüs yollarını qıcıqlandırır,ağciyərdə şiş əmələ gətirir.

Xlorpikrin – kəskin iyli,rəngsiz,yağlı mayedir,gözlərin selikli qişalarını,ağciyəri,nəfəs yollarını qıcıqlandırır,kənd təsərrüfatında zərərvericilərə qarşı tətbiq olunur.

Sianid turşusu – rəngsiz,şəffaf mayedir,acı badam iyinə bənzər, bihuşedici iyi var.Nəfəs alarkən və qidalanarkən birbaşa daxilə keçir və zəhərlənmə olur.

Fosgen – çürük ot iyi verən rəngsiz qazdır,torpağı,avadanlığı və texnikanı zəhərləyə bilmir.Ağciyərin spesifik zəhərlənməsinə,gözlərə və selikli qişalara qıcıqlandırma olur,dəriyə təsir etmir.



Kimyəvi zəhərlənmə ocağı – ZM və ya GTZM – in təsiri nəticəsində əhalinin,heyvan və bitki örtüyünün zədələnməsinə deyilir.Kimyəvi zəhərlənmə oçağı aşağıdakılardan ibarətdir.

  • maddələrin miqyasından

  • növündən

  • tətbiq etmə üsulundan

  • metroloji şəraitindən

  • yerin relyefindən


Mövzu 25: Mülki müdafiə və onun vəzifələri. Mülki müdafiənin təşkili və ona

rəhbərlik. Mülki müdafiə qüvvələri və onların təyinatı.
Mülki müdafiə və onun vəzifələri. Mülki Müdafiə - insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. MM təhlükəli və zərərli amilləri aşkara çıxarmaq, insanın mühafizəsini, metod və vasitələrini, zərərli və təhlükəli amilləri minimuma qədər azaldılması yollarını araşdırmalı, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirlərini hazırlamalıdır. MMüzrə dövlət funksiyalarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yerinə yetirir. Azərbaycan Respublikası MM-nin məqsədi aşağıdakılardır:

  • fövqəladə hadisələrin qarşısının alınması məqsədilə tədbirlərin həyata keçirilməsi;

  • hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin azaldılması;

  • fövqəladə hadisələrin aradan qaldırılması.

MM-nin əsas vəzifələri aşağıdakılardır:

  • əhali və ərazinin mühafizəsini təmin etmək;

  • fövqəladə hadisələri aradan qaldırarkən maliyə və maddi vəsaitləri ehtiyatı yaratmaq;

  • hadisələri proqnozlaşdırmaq və qiymətləndirmək;

  • dinc və ya müharibə dövründə hadisələrdən mühafizə olunma qaydalarını əhaliyə öyrətmək;

  • insanların həyatına təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhaliyə xəbərdarlıq etmək;

  • əhalini fərdi və kollektiv mühafizə vasitələri ilə təmin etmək;

  • Fövqəladə hal baş vermiş yerlərdən əhalini köçürtməli;

  • Fövqəladə hal zamanı zərərçəkmiş əhaliyə yardım göstərməli;

  • Həyati əhəmiyyət daşınan maddi sərvətləri əvvəlcədən tədarük etmək;

  • əhalinin və ərazinin fövqəladə hadisələrdən mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirtmək.


Fövqəladə Hallar Nazirliyi. FHN 2005-ci il dekabr 16-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış və 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq olunmuşdur. Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Fövqəladə Hallar Nazirliyinin strukturu aşağıdakılardır:

- Dövlət Yanğından Mühafizə Xidməti



  • Dövlət Yanğın Nəzarəti Xidməti

  • MM-nin qoşunları

  • Dövlət Material Ehtiyatları Agentliyi

  • Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi

  • Dövlət Sularda Xilasetmə Xidməti

  • Hərbiləşdirilməmiş Xüsusi Mühafizə Xidməti

  • Xəzər-Hövzə Qəza-Xilasetmə Xidməti

  • Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

  • “İzotop” Xüsusi Kombinatı

  • Elmi-İstehsalat Birliyi

  • Mərkəzi Laboratoriya

  • Təcili Xilasetmə Xidməti

  • Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi

  • Sənayedə İşlərin Təhlükəsizlik Görülməsi və Dağ-mədən Nəzarət Agentliyi

  • Əsaslı Tikinti İdarəsi

  • Aviasiya Dəstəsi

  • Kinoloji Xidmət

  • Tədris-Təlim Mərkəzi

  • Tibb Xidməti

  • Regional Mərkəzlər

  • Attestasiya olunmuş Təşkilatlar

  • Ayrı-ayrı hallarda Respublika FHN-nin müvəqqəti İdarəetmə Orqanları


Mülki müdafiənin təşkili və ona rəhbərlik. Mülki müdafiə ərazi istehsalat prinsipi üzrə təşkil edilir. Mülki müdafiənin bütün tədbirləri İcra hakimiyyətinin xətti üzrə,istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirliklər,idarələr xətti üzrə planlaşdırılır. Mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:

  1. Naxçıvan MR – MR-nın Baş Naziri

  2. şəhərlərdə,rayonlarda,kənd və qəsəbələrdə - müvafiq İcra hakimiyyəti başçıları

  3. təsərrüfat sahələrində - nazirlər,dövlət komitələrinin sədirləri,baş idarələrin rəhbərləri

  4. təsərrüfat birliklərində və obyektlərində həmin birlik obyektlərinin rəhbərləri

Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və onun şöbələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah rəisi) rəhbərlik edir. Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis ve 1-2 köməkçi). Mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olmasını nəzərə alaraq rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır.

Rabitə xidməti - rayon (şəhər) rabitə təşkilatının bazası əsasında təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edirlər.

Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi – rayonun baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.

İctimai asayişi mühafizə xidməti - rayon polis şöbəsinin bazası əsasında təşkil olunur (xidmətin rəisi - rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davranış qaydalarını yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki müdafiə siqnalları üzrə əhalinin daldalanmasına yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yoluxma ocağında karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir.

Yanğından mühafizə xidməti - yanğından mühafizə təşkilatlarının bazası əsasında yaradılır (xidmətin rəisi - rayonun yanğından mühafizə şöbəsinin (idarəsinin) rəisi və ya yanğından mühafizə müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə kənd və qəsəbələrin ərazisində su hövzələri tikilməsini təşkil etməkdən ibarətdir. Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür tədbir görür.

Ərzaq və paltarla təchizat xidməti - rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalinin yeməklə təmin olunmasını sahmana salır, onları ən lazımi şeylərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin şəxsi heyətini yeməklə təmin edir.

Heyvanları və bitkiləri mühafizə xidməti baytarlıq və aqronomiya idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrdə bu xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və başqa kənd təsərrüfatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizasını təşkil edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq ehtiyatlarının vəziyyətinə nəzarət edir; tibb xidməti, habelə ərzaq və paltarla təchizat xidməti ilə birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir.

Hərbiləşməmiş dəstələr . Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələri ilə təşkilatın hesabına normalara uyğun olaraq təchiz olunurlar. Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar. Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:

Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.

Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.

Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanikləşdirilmiş dəstələr (komandalar) - ümumi məqsədli dəstələr sayılır.

Mülki müdafiə xidmət dəstələri - xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.

Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat).
Mövzu 26: Mülki müdafiənin xəbərdarlıq siqnalları. Mülki müdafiənin mühafizə

qurğuları, təyinatı və növləri
Mülki müdafiənin xəbərdarlıq siqnalları. Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydalarıbarədə qısa və aydın məsləhətlər,göstərişlər də verilir. Təbii fəlakətlərin,habelə qəzalarının növündən və bu zaman yaranan konkret vəziyyətdən asılı olaraq “Hamının diqqətinə” siqnalından sonra Mülki müdafiə qərargahı tərəfindən elan edilən məlumatların və göstərişlərin məzmunu müxtəlif ola bilər. Müharibə dövründə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verir. Aşağıdakı kimi siqnallar mövcuddur: “Hava həyəcanı”, “Hava həyəcanı sovuşdu”, “Radiasiya təhlükəsi”, “Kimya həyəcanı”.

Hava həyəcanı – zamanı bütün tədris müəssələrində məşğələlər dayandırılır,hamı mühafizə qurğularına gedir.İctimai yerlərə,daldanacaqlarda,yeraltı keçidlərdə,tunellərdən istifadə etmək lazımdır.Kəndlərdə mal – qara tövlələrdə saxlamalı,ailələr daldanacağa getməli,əgər sürülər çöldədirsə,yarğanlardan,mağaralardan istifadə etməli. Hava həyəcanı sovuşdu – siqnalından sonra daldanacaqları tərk etməli və hər kəs öz işini təşkil etməlidir.

Kimya həyəcanı – siqnalı kimya və bakteroloji zəhərlənmə təhlükəsi olduqda verilir. Əhalinin qorunması üçün sanitar drujinalar,mülki müdafiənin qoşunları, polislər və yerli təşkilatlar əvvəlcədən təşlik edilmiş daldanacaqlarla təmkin edirlər. Ailənin rahatlığını təmin etmək üçün əvvəlcədən hər cür şərait qurulur. Əgər təhlükə sovuşduqda radio və ya televizorla əhaliyə çatdırılır.

Radiasiya təhlükəsi – siqnalı ərazidə radiaktiv zəhərlənmə aşkar və ya belə zəhərlənmə 1 saat ərzində gözlənildikdə verilir. Adamlar dərhal respirator,radiaktiv tozdan qoruyan parça və ya pambıqlı tənzif sarğı,əgər bunlar yoxdursa,əleyhiqaz taxılır.Sonrakı davranış qaydaları əhaliyə radio və ya televizorla çatdırılır.


Mülki müdafiənin mühafizə qurğuları, təyinatı və növləri. Müfafizə qurğuları- əhalini nüvə,kimyəvi və bakteroloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi qırğın vasitələri işlədilərkən yarana biləcək əlavə zədələyici amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis tikililərdir. Mühafizə qurğuları aşağıdakı növlərər ayrılır:sığınacaqlar,radiasiya əleyhinə daldalanacaqlar və sadə daldalanacaqlar. İri şəhərlərdə və vacib təsərrüfat obyektlərində fəhlə və qulluqçular üçün sığınacaq hələ sülh dövrlərində təsərrüfat planlarına uyğun şəkildə tikilir.

Sığınacaq – adamları müharibə dövründə KQS – nın zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir. Sığınacaqlar aşağdakı yerli obyektlərdən istifadə oluna bilər:

- evlərinin zirzəmiləri


  • yeraltı keçidlər

  • lağımlar

  • metro stansiyaları

  • dağ – mədən yerləri

  • mağaralar

Sığınacaqlar 2 hissədən ibarət olur:

  • əsas sığınacaqlar

  • köməkçi sığınacaqlar

Əsas sığınacaqlarda aşağıdakılar tikilir:

  • otaqlar və tibb otaqları

  • idarəetmə məntəqələri

Köməkçi sığınacaqlarda aşağıdakılar tikilir:

  • sürücü ventilyasiya sistemi

  • ehtiyyat elektirik sistemi

  • ərzaq ehtiyyatı üçün otaq

  • su ehtiyyatı otağı

  • sanitar qovşağı

  • giriş dəhlizi

Sadə daldanacaqlar – adamlarınişiq şüalanmasından mühafizəsini təmin edir,nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini zəifləmək üçün nəzərdə tutulan mühafizə qurğusuna deyilir. Nüvə partlayışı zamanı qorunmaq üçün üstü açıq xəndək zərbə dalğasınıntəsirini 1,5 – 2 dəfə,şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir.Üstü örtülmüş torpaq qatı 60 -70 sm -ə çatdırılmış xəndək isə nüfuzedici radiasiya və radiaktiv şüalanmanın 200 -300 dəfə zəiflədə bilər.

Daldanacaqların tikintisinə əhalinin özü cəlb olunur.Daldanacaqlar 10 -15 nəfərlik,ən çoxu 50 nəfərlik olur. Daldanacaqların hündürlüyü 1,8 m,eni aşağıdan 0,8 m,yuxarıdan 1,1 – 1,2m olmalıdır. Oturmaq üçün hər adama 0,6m enində sahə düzəldilməlidir.Daldanacaqlar bir – birindən 10m olmalıdır.


Mövzu 27: Fərdi mühafizə vasitələri və onlardan istifadə edilməsi. Dərinin mühafizə vasitələri.
Fərdi mühafizə vasitələri və onlardan istifadə edilməsi. Fərdi mühafizə vasitələri aşağıdakılardan ibarətdir:

  • tənəffüs üzvlərinin mühafizə vasitələri;

  • dəri səthinin qorunması;

  • tibbi mühafizə

Əleyhqazlar- insanın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin, radiaktiv maddələrin təsirindən mühafizə etmək üçün yüksək qoruyucu vasitələrə deyilir. Əleyhqazın 2 növü var:

  • süzücü;

  • təsiredici

Süzücü əleyhqazlar aşağıdakılardan ibarətdir:

  • ümumqoşun əleyhqazlar;

  • mülki əleyhqazlar;

  • uşaq əleyhqazlar;

Hazırda Mülki Müdafiə sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5, QP-5M, QP-7, QP-7V tipli əleyhqazlardan istifadə edilir. Məktəblilər üçün DP-6M, DP-6,PDF-7,məktəbəqədər yaçlı uşaqlar üçün PDF-Ş, 1,5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 əleyhqazlardan istifadə edilir. Uşaq əleyhqazı aşağıdakılardan ibarətdir:

  • gövdə;

  • obtürator;

  • birləşdirici boru;

  • gözlük;

  • nəfəsalma klapanı;

  • nəfəsvermə klapanı;

  • süzücü-uducu qutu;

  • başlıq;

  • çanta;

QP-6M əleyhqazı 1,5 yaşdan yuxarı kiçik yaşlı uşaqlar üçündür. PDF-7 əleyhqazı kiçik və yuxarı yaşlı uşaqlar üçündür. PDF-Ş əleyhqazı 7 yaşından 12 yaşınadək uşaqlar üçündür.

Təsir edici oksigen cihazları – adamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir,nəfəs almaq üçün bərpaedici patronlardan alınan,yaxud oksigen balonundan verilən oksigendən istifadə olunur.

Respirator – nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır. Sənaye respiratorları – nəfəs orqanlarını havada zərərli maddələr yol verilən yüksək konsentrasiyadan ancaq 10 -15 dəfədən artıq olmadığı hallarda mühafizə edilən cihazdır. Zəhərli maddələr buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil.Böyüklər üçün R-2,RU – 60M,uşaqlar üçün R- 20 növləri mövcuddur. R- 2 respiratorundan radiaktiv maddədən qorunmaq üçün dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq mümkündür.Respiratorun çəkisi 50 – 60 qr-dır. Opoliten kisədə saxlanılır. Tənəffüs üzvlərini qorumaq üçün tozdan qoruyan maska PTM -1,pambıq tənzif sarğıdan PTS – dən istifadə olunur.

PTM -1 2 -4 qat parçadan hazırlanır,onun göz yerləri olur ki,şəffaf materialdan,plyonkadan şüşə löhvəciklər salınır.



PTS - 80x40 sm olan tənzif parçadan hazırlanır.Onun orta hissəsinə 20x15 sm ölçüdə,qalınlığı 2 sm olan pambıq qatı döşəyir,tənzifin kənarını uzununa pambıq qatı üstünə qatlayır.Pambıq tənzif sarğı ağzı və burnu əhatə edir. Belə sarğılar 1 dəfə istifadə olunur.
Dərinin mühafizə vasitələri. Dərinin mühafizə vasitələri – bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları onların səthinə zəhərli maddə damcıları, yoluxucu xəstəlik törədiciləri, radiaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə(ümumqoşun mühafizə komplekti, yüngül mühafizə kostyumu L-1) və əlaltı vasitələrə (məişət paltarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici(havakeçirməyən)növləri olur. Dərinin mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafizə paltar komplekti aiddir;

  • xüsusi biçimli və xüsusi kimyəvi maddə pasta məhlulu hopdurulmuş parça kombinezondan;

  • kişi alt paltarlarından;

  • parça şlemaltlıqdan;

  • iki cüt partyankadan(ayağa sarınan parça zolaqlar);

Hopdurulmuş pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan, ya da bu buxarları neytranlaşdıran kimyəvi maddələrdən ibarətdir. Süzücü mühafizə paltarı komplektindəki kombinezonların ölçüləri:

  1. birinci ölçü – boyu 160 sm-ə qədər;

  2. ikinci ölçü – boyu 150 – 160 sm-ə qədər;

  3. üçüncü ölçü – boyu 170 sm-dən artıq.

Dərini təcridedici mühafizə vasitələri – havakeçirməyən materiallardan hazırlanır, həm tam hermetik (bədənini örtüb zəhərli maddə damcıları və buxarlarından qoruyan kostyum və kombinezyonlar), hım də qismən, yaxud təmamilə qeyri-hermetik(plaşlar, bürüncüklər, önlüklər) ola bilər. Qismən qeyri-hermetik vasitələr(ümumqoşun mühafizə komplekti-ÜMK, yüngül mühafizə komplekti L-1, mühafizə kombinezonu və ya kostyumu) əsasən maye damcıları halındakı zəhərli maddələrdən mühafizə edir. Ümumqoşun mühafizə komplekti ÜMK aşağıdakı vasitələrdən ibarətdir:

  • mühafizə plaşından;

  • mühafizə corablarından;

  • mühafizə əlcəklərindən.

Yüngül mühafizə kostyumu aşağıdakılardan ibarətdir:

  • rezinləşdirilmiş parçadan hazırlanmış başlıqlı gödəkçədən;

  • corablı şalvardan;

  • ilibarmaqlı əlcəklərdən;

  • şlemaltlıqdan.


Dəri örtüyünün yardımçı mühafizə vasitələri - Bədənin səthini radioaktiv,kimyəvi və bakterial maddələrlə zəhərlənmədən qorumaq üçün adamların öz adi paltar və ayaqqabılarından yardımçı vasitələr kimi istifadə etməyi bacarması kütləvi qırğın silahlarının törədə biləcəyi tələfatı azaltmaqda böyük əhəmiyyətə malikdir.Adamın bədənini qoruyan yardımçı vasitələr kimi,hər şeydən əvvəl,xüsusi iş paltarlarından – kombinezonlardan,gödəkcə və şalvarlardan,başlıqlı xələtlərdən istifadə etmək olar.

Qış paltarları qalın mahuddan və ya drap parçadan tikilmiş palto digər paltarlarla birlikdə maye – damcı alındakı zəhərləyici maddədən 1 saat qədər,yayda isə 20 dəqiqəyə qədər,pambıq gödəkçə və şalvar – 2 saata qədər quruyur. Üst paltarların digər növləri də - kostyumlar, gödəkçələr, şalvarlar,köynəklər və s.onları müvafiq sürətdə uyğunlaşdırdıqdan sonra bədənin səthini mühafizə edə bilər.Rezin ayaqqabılar maye – damcı halındakı zəhərli maddələri 3 - 6 saat ərzində keçirmir.

Adi paltarlar adətən hermetik olmur.Buna görə də belə paltarlardan bədənin səthini qoruyan vasitələr kimi istifadə edərkən onların hava keçə bilən yerlərini – yaxası,boyun yeri,gödəkçənin ətəkləri,qolların əlçəklə birləşən və şalvarın balaqlarının ayaqqabılarla birləşən yerlərini diqqətlə kipləşdirmək lazımdır ki,bədənin səthi kənar mühütdən təcrid olunsun.Boyunu və başın açıq qalan yerlərini mühafizə etmək üçün qalın parçadan və plyonkadan başlıq tikmək məsləhətdir.

Qadınlar aşlıqlar əvəzinə baş yaylıqları işlədə bilərlər.Bir dəstə paltara və ona əlavə edilən hissələrə məhlul hopdurmaq üçün 2,5 litr məhlul lazımdır.Sintetik yuyucu maddələrdən istifadə etməklə hopdurucu məhlul hazırlamaq üçün 500 q maddəni 40 – 50 0 qızdırılmış 2,5 l suda əridir və bunu 2-3 dəqiqə ərzində aşıq sarı rəngli məhlul alınana qədər qarışdırılır. Pambıqlı paltonu,gödəkcəni və bu cür başqa paltarları hopdurmurlar, bunları hopdurulmuş alt paltarların üstündən geyirlər.



Əgər belə paltarlar hopdurulmamış alt paltarsız geyinilərsə,onda bu paltarların üz hissəsini suda islatmaq lazımdır.Yardımçı vasitələrindən radioaktiv, kimyəvi və ya bakterial maddələrlə zəhərlənmə təhlükəsi yaranarkən istifadə edilməlidir.

Yüklə 105,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə