Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə40/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Yoxlama sualları


  1. Akkumulyatorların quruluşu və işləmə prinsipi necədir?

  2. Qurğuşun akkumulyatorunda hansı kimyəvi reaksiya baş verir?

  3. Faizlə akkumulyatorun boşalma dərəcəsini necə hesablamaq olar?

  4. Generatorun quruluşu və işləmə prinsipi necədir?

  5. Starterin vəzifəsi nədir və o hansı hissələrdən ibarətdir?

MÜHAZİRƏ 11.


Daxili yanma mühərriklərinin alışdırma sistemləri

Alışdırma sisteminin vəzifəsi məcburi alışdırmalı mühərriklərin silindrində yanıcı qarışığı alışdırmaq üçün yüksək gərginlikli elektrik qığılcımı vermək və onun verilmə anını mühərrikin iş rejimindən asılı olaraq tənzimləməkdir.


Aşağıdakı növ alışdırma sistemləri vardır: Elektromexaniki, kontaktlı-tranzistorlu, kontaktsız-tranzistorlu, Holl sensorlu və mikroprosessorlu alışdırma sistemləri.
Məlumdur ki, avtomobillərin elektrik şəbəkəsi 12 və ya 24 V sabit cərəyanla qidalanır. Alışdırma şamının elektrodları arasında etibarlı qığılcım almaq üçün isə gərginlik azı 20000 V-a çatmalıdır. Bildiyimiz kimi, transformatorun köməyi ilə ancaq dəyişən gərginlik transformasiya oluna bilər. Deməli sabit cərəyan dövrəsində qısa müddətdə də olsa, dəyişən gərginlik impulsu almaq lazımdır. Bu tələbi təmin edən alışdırma sisteminin sxemi şək. 1 -də verilmişdir.


Şək. 1. Elektromexaniki alışdırma sistemi


Dövrə iki hissədən: alçaq və yüksək gərginlik dövrələrindən ibarətdir. Transformatorun L1 dolağı və ondan sola alçaq gərginlik, L2 dolağı və ondan sağa isə yüksək gərginlik dövrəsidir. Qırıcının K kontaktı və C kondensatoru hər iki dövrə üçün ümumidir. Sistemin işləməsi üçün A açarı qapanmalıdır. Bundan başqa Y yumruğu və P paylayıcısının valı qazpaylama valından hərəkət alaraq, dirsəkli valdan iki dəfə kiçik bucaq sürəti ilə fırlanır.


Y yumruğunun çıxıntılarının sayı silindrlərin sayına bərabərdir və hər çıxıntı plastik itələyici vasitəsilə qırıcının K kontaktını qapayıb-açır.
K kontaktı bağlı olduqda alçaq gərginlik dövrəsindən cərəyan keçir. Cərəyanın yolu belə- dir: AKB-nin müsbət qütbü, A açarı, L1 dolağı, K kontaktı, gövdə vasitəsilə AKB-nin mənfi qütbü.
Elektrik dolağı diametri təqribən 1 mm olan qalın məftillə polad nüvənin üzərinə sarınmışdır. Sarğıların sayı bir neçə yüzə çatır. K kontaktı qapandıqda L1 dolağından 3 -4 A cərəyan keçir. L1 dolağı polad nüvənin üzərinə sarındığı üçün böyük induktivliyə malikdir və onun ətrafında çox güclü maqnit sahəsi yaranır.
Y yumruğu fırlanaraq qığılcımın verilməsi anında K kontaktını ayırır. Bu zaman L1 dolağında cərəyanın qiyməti sürətlə sıfra qədər azalır. L1 dolağının ətrafındakı maqnit sahəsinin
bu zaman sürətlə azalması L1 dolağının özündə gərginlik induksiyalandırır. Yəni müəyyən çox qısa müddətdə enerjisi tükənənə kimi gərginliyi getdikcə artan gərginlik impulsu meydana çıxır. Buna avtoinduksiya hadisəsi və ya avtoinduksiya e.h.q. deyilir. Bu avtoinduksiya e.h.q.-nin qiyməti 200-300 V-a çatır. Həmin qısa müddətli gərginlik impulsu L2 dolağında gərginlik impulsu induksiyalandırır. L2 dolağının sarğılar sayı L1 dolağından 100 dəfə artıq olduğundan, L2 dolağındakı qısa müddətli impulsun qiyməti 20000 V-a çatır. L2 dolağı L1 dolağının üzərindən diametri 0.06 mm olan mis məftillə sarınır.
L2 dolağının çıxışından yüksək gərginlik yüksək gərginlik kabeli vasitəsilə P paylayıcısının mərkəzi fırlanan kontaktına verilir. Paylayıcının kontaktı qırıcının valı ilə bir ox üzərində oturur və onunla birlikdə fırlanır. Paylayıcının hərəkətsiz kontaktlarının vəziyyəti elə yerləşdirilmişdir ki, qırıcının K kontaktı hər dəfə ayrılan zaman, yəni L2 dolağında yüksək gərginlik meydana çıxan zaman paylayıcının fırlanan kontaktı növbəti silindrin şamına qoşulmuş hərəkətsiz kontaktın üzərində olur. Beləliklə, yüksək gərginlik hərəkətli kontaktdan hərəkətsiz kontaktlardan birinə verilir, oradan isə müvafiq silindr şamının mərkəzi kontaktına verilir. Şamın kənar kontaktı gövdə vasitəsilə AKB-nin mənfi qütbü ilə əlaqədardır. Mərkəzi kontakta yüksək gərginlik verildikdə kontaktlar arasında yüksək gərginlikli elektrik boşalması yaranır və o da silindrdə işçi qarışığı alışdırır.
Sistemin C kondensatorunun çox böyük əhəmiyyəti vardır. Onun birinci vəzifəsi alçaq gərginlik dövrəsi ilə əlaqədardır. L1 dolağından 3-4 A cərəyan keçdiyindən, qırıcının kontaktları ayrılan zaman kontaktlar arasında alçaq gərginlikli qığılcım meydana çıxa bilər. Kondensator həmin qığılcımı tamamilə ləğv edə bilməsə də, xeyli zəiflədir. Qırıcının kontaktları yüksək ərimə temperaturuna malik volframlı poladdan hazırlansa da müəyyən iş müddətindən sonra kontaktların üzərində elektrik erroziyası yaranır. Buna görə də onlar yenisi ilə əvəz olunur. Kondensatorun ikinci vəzifəsi isə yüksək gərginlik dövrəsi ilə əlaqədardır. Kondensator olmasa idi, qırıcının K kontaktı ayrılan zaman yüksək gərginlik dövrəsinin 2 yerində (qırıcı kontaktı və şam kontaktı arasında) araboşluğu yaranardı. Buna görə də eyni zamanda iki yerdə yüksək gərginlikli qığılcım meydana çıxardı. Qığılcımın enerjisi iki yerə bölünərdi və buna görə də şamlardakı qığılcımın yanıcı qarışığı alışdırmağa gücü çatmazdı.
C kondensatoru sabit cərəyan üçün keçirilməz olsa da, yüksək gərginlikli dəyişən cərəyan üçün keçirici naqil rolunu oynayır. Yəni K kontaktı ayrılsa da, yüksək gərginlik impulsu üçün birləşmiş kimi qalır və yüksək gərginlikli qığılcım ancaq şamın kontaktları arasında meydana çıxır.

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə