Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə39/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   70
DAXİLİ YANMA MUHERİKİ

İşəsalma sistemləri. Mühərrikin etibarlı işəsalınması bir sıra konstruktiv və istismar amillərindən asılıdır ki, bunlara sıxma dərəcəsini, işçi həcmi, silindrlərin sayını və yerləşmə sxemini, mühərrikin hissələrinin istilik vəziyyətini, alışdırma sisteminin tənzimlənmə parametrlərini, yanacaqvermə cihazlarınıın, yanacağın aşağı temperaturlardakı xüsusiyyətlərini, işəsalma sisteminin gücünü və enerji tutumunu aid etmək olar.
Avtomobil mühərrikini işə salmaq üçün elektrik starterli işəsalma sistemlərindən istifadə edirlər. Həmin sistemlər etibarlı işləyir, elektrotexniki qurğulardan istifadə etməklə mühərriklərin işəsalma prosesinin məsafədən idarə edilməsinə və avtomatlaşdırılmasına imkan yaradırlar.
Starterin elektrik mühərriki akkumulyator batareyasından kontaktlar vasitəsilə qidalanır. Cihazların və starterin açarının kontaktlarının S, relelərinin 3, 4 və dartı relesinin 5 kontaktlarının qapandığı halda GB akkumulyator batareyası qoşulur. Dartı relesinin 5 lövbəri elektromaqnit nüvəsinə doğru çəkilir, oxun 6 və lingin 7 köməyi ilə dişliçarxı 10 mühərrikin nazim çarxının dişli tacı 11 ilə əlaqədardır.
Lövbərin 5 hərəkətinin sanunda kontakt lövhəsi 2 güc kontakt boltlarını 1 qapayır və starterin mühərriki akkumulyator batareyasından qidalanaraq mühərrikin dirsəkli valını fırladır. Mühərrik işə düşdükdən sonra sərbəst hərəkət edə bilən mufta 9 fırlanma momentinin nazimçarxdan elektrik mühərrikinin lövbərinin valına verilməsinin qarşısını alır.
Böyük güclü daxili yanma mühərriklərinin işəsalma prosesini təmin etmək üçün böyük güclü starterdən istifadə etmək tələb edilir. Belə starter böyük həcmi ölçülərinə malik olduğu üçün geniş yer tələb edir. Bu halda bir böyük güclü starterin əvəzinə iki kiçik güclü starterin paralel qoşulması sxemindən istifadə edirlər (şək.4). Hissələri: akkumulyator batareyası 1, batareyanın açarı 2, kontroller 3, işəsalma açarı 4, işəsalma relesi 5, işəsalma təkrarlayıcı rele 6, işəsalma aralıq relesi 7, I starteri 8, II starteri 9.

Şək. 4






Şək.5.
1. Əsas gövdə (başlıq), 2. Məhdudlaşdırıcı sıxıcı, 3. Rotor, 4. Makara, 5. Flrçalar, 6. Solenoid

Starter ardıcıl və ya qarışıq təsirlənən sabit cərəyan mühərrikindən, elektromaqnit dartı relesindən və intiqal mexanizmindən ibarətdir. Starterə əlavə reduktor qoşula bilər (şək.5).





Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə