Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Şək. 3. Generatorun hissələri



Yüklə 5,14 Mb.
səhifə38/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Şək. 3. Generatorun hissələri




Avtomobillərdə generatorun daxili yanma mühərrikindən aldığı mexaniki enerjinin elektrik enerjisinə çevrilməsi hər bir generatorda olduğu kimi elektromaqnit induksiyası hadisəsinə

əsaslanmışdır. Generatorun stator dolağı fəzada bir-birinə nəzərən
2 3
bucağı təşkil edən üç

eyni sarğıdan (fazadan) ibarətdir. Generatorda maqnit sahəsi yaratmaq üçün rotor üzərində yerləşdirilmiş təsirlənmə dolağı sabit gərginlikli mənbəyə qoşulur. Stator maqnit keçiricisindən və dolağından ibarət olub qurğunun hərəkətsiz hissəsini, təsirlənmə dolağı ilə birlikdə rotor isə fırlanan hissəni təşkil edir. Təsirlənmə dolağı akkumulyator batareyası tərəfindən və yaxud generatorun özündən təsirlənə bilər. Generatorun rotoru daxili yanma mühərriki vasitəsilə

fırladıldıqda statorun fazalarında fazaca bir-birindən
2 3
bucağı qədər fərqlənən üçfazalı

e.h.q.-ləri yaranır. Generator düzləndirici vasitəsilə akkumulyator batareyasını və elektrik enerji qəbuledicilərini qidalandırır.
Hissələri: yarımqütblər 1 və 3, təsirlənmə dolağı 2, kontakt halqalar 4, val 5 (şək. 3. a, b). Şəkil 3 c - də Bosch firmasının yığcam konstruksiyalı generatoru təsvir edilmişdir.
Hissələri: qapaq 1, stator 2, rotor 3, gərginlik tənzimləyicisi 4, kontakt halqalar 5, düzləndirici 6, pər (ventilyator) 7, 9. Statorun maqnit keçiricisi qalınlığı 0.5-1 mm olan elektrotexniki polad vərəqlərdən yığılır. Lakin daha inkişaf etmiş texnologiyalarda maqnit keçiricisi polad lentdən və

ya nalşəkilli polad seqmentdən yığılır ki, bu halda poladın sərfi azalır. Lövhələr öz aralarında qaynaq vasitəsilə birləşdirilir. Statorun daxilində açılmış yuvalarda stator dolağının fazaları yerləşdirilir. Fazalar öz aralarında adətən ulduz şəklində birləşdirilir. Təsirlənmə dolağı rotor üzərinə sarınır. Yarımqütblər rotorun valına təzyiq altında sıxılır ki, bu da hava boşluğunun azalmasına səbəb olur və generatorun xarakteristikalarının pisləşməsinə yol vermir.

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə