Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə2/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   2   3   4   5   6   7   8   9   ...   112

 
 
4
Azərbaycanın maddi mədəniyyət tarixinin tipoloji baxımdan tədqiq olunmasına rəvac 
verən, onun tədris və  təbliğ edilməsinin ilk təşəbbüskarı olmaq etibarı ilə AMEA-nın müxbir 
üzvü, millət vəkili Yaqub Mikayıl oğlu Mahmudovun xidmətlərini minnətdarlıqla xatırlayıram. 
Əsərin işıq üzü görməsində xeyirxah səylərini  əsirgəməyən «Bakı Universiteti» 
nəşriyyatının direktoru İslam  Şirinova, nəşriyyatın  əməkdaşları Ulduza Saniyevaya, Azadə 
İmanovaya və BDU-nun Tarix fakültəsi «Azərbaycanşünaslıq» ETM-in əməkdaşı Sevil 
Heydərovaya səmimi təşəkkürümü bildirirəm. 
Monoqrafiyanın müvafiq bölmələrinə aid rəngli illüstrasiyaların hazırlanmasında 
Azərbaycan Dövlət  İncəsənət Muzeyinin, Azərbaycan Xalçası  və Xalq Tətbiqi Sənəti Dövlət 
Muzeyinin, «Şirvanşahlar sarayı» kompleksi Dövlət Tarixi-Memarlıq Qoruğu Muzeyinin elmi 
əməkdaşlarının, nəhayət Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir 
Əmiraslanovun və peşəkar fotoqraf Mübariz Hüseyn oğlu Dadaşovun təmənnasız köməyi 
olmuşdur. Onların xeyirxah səylərini yüksək qiymətləndirir və minnətdarlığımı bildirirəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
5
GİRİŞ 
 
1.Azərbaycanın maddi-mədəni irsinin inkişaf mərhələləri 
 
 İbtidai icma cəmiyyətinin maddi mədəniyyət örnəkləri 
Azərbaycan ərazisinin füsunkar təbii-coğrafi şəraiti biososial varlıq olmaq etibarilə ibtidai 
insanın təşəkkül tapması üçün zəruri şərt olan hər cür əlverişli ekoloji amillərə: mülayim iqlimə
zəngin flora və fauna aləminə malik olmuşdur. Məhz ekoloji şəraitin bu cür əlverişli olması 
səbəbindən Cənubi Qafqazın bu dilbər guşəsi tarixən dünyanın ilk sivilizasiya mərkəzlərindən 
birinə çevrilmişdir. Yaşı milyon yarım ili haqlamış dünya şöhrətli Azıx düşərgəsi və onun ibtidai 
sakinlərindən biri hesab edilən azıxantrop olduqca münbit və bol təbii qida mühitində təşəkkül 
tapmışdır. Təbiətin səxavəti üzündən tarixi Azərbaycan  ərazisi dünyanın  ən qədim sivilizasiya 
beşiklərindən birinə çevrilmişdir. Bu ərazidə zaman etibarı ilə biri-digərini  əvəz edən bir sıra 
arxeoloji mədəniyyət örnəyi təşəkkül tapmışdır.  
Ölkəmizin ilk arxeoloji mədəniyyətlərindən biri Kiçik Qafqazın cənub-şərq  ətəklərinə 
düşən Quruçay hövzəsində  təşəkkül tapmışdır.  Quruçay mədəniyyəti daşıyıcıları çaydaşından 
bəsit  əmək alətlərinin ilk tipoloji nümunələrini yaratmaqla, yurdumuzun qədim sakinlərinin 
sonrakı sosial-mədəni tərəqqisinə texniki zəmin hazırlamışdır. 
İbtidai icma cəmiyyətinin maddi mədəniyyəti bilavasitə insanın yaranması prosesinin 
gedişində təşəkkül tapmaqla, zaman etibarı ilə o, 1,5-2 milyon ilə yaxın çox böyük tarixi mər-
hələni əhatə edir. İbtidai insanın yaranmasının ilk mərhələsi üçün səciyyəvi olan erkən ovçuluq, 
yığıcılıq, bəsit əmək alətləri və oddan istifadə kimi ümdə mədəni dəyərlər meydana gəlmişdir.  
İnkişaf etmiş ovçuluq, ixtisaslaşmış  yığıcılıq, habelə torpağın bəsit becərilməsi (toxa 
əkinçiliyi) və maldarlığın meydana gəlməsindən başlamış ilk sinifli cəmiyyətlərin yaranmasına 
qədərki çox geniş dövrün maddi mədəniyyət tarixinin öyrənilməsi arxeoloji araşdırmalarla 
yanaşı, həm də etnoqrafik tədqiqat orbitinə daxildir. 
Azıx mağarasının  Şel və  Aşel dövrlərinə aid alt mədəni təbəqələrindən çaydaşından dü-
zəldilmiş  ən bəsit  əmək alətləri aşkar olunmuşdur. Bunların arasında «giqantolit» adlanan və 
bənzərinə dünyanın paleolit abidələri arasında çox nadir hallarda təsadüf edilən iri (azman) daş 
alətlər diqqəti cəlb edir. Bununla yanaşı, mağaradan yurdumuzun ən qədim sakinlərindən olan 
azıxantroplara məxsus daşdan düzəldilmiş əl çapacağı, kobud çapılmış bizvari alətlər, itiuclular, 
bəsit  qaşovlar  tapılmışdır.
1
 Bütün bu faktlar Azərbaycan  ərazisində ibtidai insanın uzaq daş 
dövründə  təşəkkül tapdığını göstərən nadir maddi mədəniyyət nümunələri olub misilsiz elmi 
əhəmiyyətə malikdir. 
Azərbaycanda paleolit dövrünün maddi mədəniyyət örnəkləri mağara məskənləri və (Azıx, 
Damcılı, Daşsalahlı, Tağlar və s.) açıq tipli  düşərgələr (Qayalı, Acıdərə,  Şişquzey, Qədirdərə, 
Çaxmaxlı, Marallı və s.), habelə onlardan əldə olunmuş müxtəlif tipoloji növə malik daş alətlərlə 
təmsil olunur.
2
 
Quruçay mədəniyyəti dövründə daşişləmə texnikasının təkmilləşməsi  Mustye  və  Son 
paleolit mədəniyyətlərinin yaranması ilə nəticələnmişdir. 
Mustye (orta paleolit) dövrünün əmək alətlərini düzəltmək üçün qədim insanlar xammal 
kimi təkcə çay daşından deyil, «obsidian» adlanan vulkan şüşəsindən də istifadə etməyin 
yollarını öyrənib mənimsəmişdilər. Bu fakt yurdumuzda Mustye mədəniyyətinin ən gözəçarpan 
nailiyyətlərindən biri sayılır. Mustye dövrü insanlarının digər sosial uğuru bu dövrün sonlarından 
etibarən qəbilə quruluşunun təşəkkül tapması olmuşdur.
3
 
Azərbaycanın son paleolit abidələrindən (Tağlar, Damcılı, Yataq yeri) əldə olunmuş maddi 
mədəniyyət nümunələri,  əsasən, çaxmaqdaşı, bazalt, obsidian və dolomitdən olub daha təkmil 
texniki üsullarla hazırlanmışdır. Bunların çoxu uzunsov qəlpələrdən düzəldilmiş  mikrolit 
alətlərdən (bıçaq, biz, qaşov, kəski və s.) ibarət olmuşdur.
4
  
Paleolit dövrünün mədəni-texniki uğurları, öz növbəsində, Mezolit mədəniyyətinin təşəkkül 
tapmasına gətirib çıxarmışdır. 
Qədim daş dövrünün başa çatması ilə əlaqədar Azərbaycan ərazisində məskunlaşmış ibtidai 
icmaların həyatında, həm də onların maddi mədəniyyət tarixində yeni bir mərhələ başlanmışdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə