Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   2   3   4   5   6   7   8   9   10   ...   112

 
 
14
Naxçıvan mədəni mərkəzləri təşəkkül tapmışdır. Yerli məhəlli mədəniyyət örnəklərinin yaran-
masında Azərbaycan ərazilərində meydana gələn və çox vaxt bir-birini əvəzləyən siyasi qurum-
ların – Məzyədilər, Kəsranilər və  Dərbəndilərin  Şirvanşahlar dövləti, Sacilər, Salarilər, 
Rəvvadilər və Şəddadilərin qısa ömürlü siyasi dövlət qurumları, XI əsrdən etibarən onları özünə 
tabe etmiş Səlcüq sultanlığı, Azərbaycanda onun varisi və davamçısı olmuş Eldəgizlər dövlətinin 
siyasi fəaliyyətinin müsbət rolu olmuşdur. 
XIII əsrin əvvəllərində başlanan monqol istilaları Azərbaycanın təsərrüfat həyatına dağıdıcı 
təsir göstərmiş, onun mədəni inkişafını xeyli ləngitmişdir. Elxanilərin hakimiyyəti dövründə 
Qızıl Orda xanları ilə 100 il çəkən müharibələr nəticəsində bu dağıntılar daha da artmışdır. İstila-
çılar  əsarət altına saldıqları xalqların minilliklər boyu yaratdıqları  mədəniyyət xəzinələrini da-
ğıdır, incəsənət abidələrini, kitabxanaları, suvarma sistemlərini, saray komplekslərini, məscid və 
mədrəsələri yerlə-yeksan edirdilər. Buna baxmayaraq, Azərbaycan xalqı öz tarixinin bu 
məşəqqətli dövründə də mədəni inkişafını davam etdirirdi.  
Elxanilərin hakimiyyətinin ilk çağlarında bütün orta əsr  Şərqində ilk dəfə Marağa 
rəsədxanası yarandı. Onun əsasını astronomiya, riyaziyyat və  fəlsəfəyə dair bir sıra dəyərli 
əsərlərin müəllifi olan görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusi qoymuşdur. 
Elxanilərin hakimiyyəti dövründə Azərbaycan memarlığı özünün köhnə  ənənələrini davam 
etdirərək, bir sıra diqqətəşayan abidələr yaratmağa müvəffəq olmuşdur. Abşerondakı Bayıl, 
Mərdəkan, Ramana, Nardaran qəsrləri, Təbriz  şəhərində ucaldılmış  əzəmətli  Ərk qalası, 
Naxçıvanda Qarabağlar, Bərdədə  rəngli kaşı ilə  bəzədilmiş  məqbərələr, Urmiya və  Mərənddə 
tikilmiş möhtəşəm məscidlər o dövrdə yaşayıb - yaratmış Azərbaycan memarlarının sənət 
hünərindən soraq verən ən dəyərli abidələr idi. 
Elxanilərin hakimiyyəti süqut edəndən sonra (1335) onun xarabaları üzərində yaranmış 
qısa ömürlü Çobanilər və  Cəlairilər hakimiyyətinə son qoyan (1387) Teymurilərin ağalığı da 
uzun sürmədi (1408). Teymurilər dövründə öz müstəqilliyini, qismən də olsa, qoruyub saxlaya 
bilmiş  Şirvan dövləti eyniadlı  məhəlli mədəniyyət örnəyinin sonrakı inkişafına  əlverişli sosial-
siyasi zəmin yaratmışdır. 
İnkişaf etmiş feodalizm dövründə Azərbaycanda şəhərlərin sayı xeyli artmışdı. XI-XII əsrə 
aid məxəzlərdə Azərbaycan ərazisində şəhər və şəhər tipli yaşayış məskəninin bir qisminin adı 
xatırlanır. Bunların arasında köhnə  şəhərlərlə  (Şamaxı,  Şirvan, Bakı,  Şəki, Gəncə, Amaras, 
Naxçıvan, Şabran, Şirvan, Şamaxı, Xunan, Marağa, Təbriz, Ərdəbil, Xoy, Varsan, Miyanə, Sisar, 
Gülsarə, Zəncan, Mimaz, Bərzənd, Nəriz, Cəbrəvan, Salmas, Sarab, Şiz, Əhər, Dihərqan və s.) 
yanaşı, Guştasfi və Muğanın da adı çəkilir.
30
 
XV əsrdə Azərbaycan əyalətləri Şirvanşahlarla yanaşı, oğuz mənşəli Qaraqoyunlu (1410-
1467) və Ağqoyunlu (1467-1501) tayfalarının hakimiyyəti altında idi. 
Azərbaycanın Son orta əsr maddi mədəniyyət tarixinin ilk çağları Şirvanşah, Qaraqoyunlu 
və  Ağqoyunlu hökmdarlarının hakimiyyəti illərinə  təsadüf edir. Bu dövrdə tikilmiş möhtəşəm 
memarlıq abidələrinin çoxu zəmanəmizədək gəlib çatmışdır. Bunların arasında orta əsr memar-
lığının incisi sayılan  Şirvanşahlar sarayı xüsusi yer tutur. 1565-ci ildə  Təbrizdə tikilmiş «Göy 
məscid» Cahanşah Qaraqoyunlu dövrünün ən möhtəşəm abidələrindən idi. 1483-cü ildə 
Ağqoyunlu Yaqub padşah Təbrizdə «Həşt-beheşt» («Səkkiz cənnət») adlanan əzəmətli bir saray 
kompleksi tikdirmişdir.  
XVI  əsrin  əvvəllərində  mərkəzləşmiş  Səfəvilər dövlətinin yaranması  nəticəsində yadelli 
basqınların azalması, təsərrüfat həyatının canlanması, sənət və ticarətin yüksəlməsi Azərbaycan 
mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır.  
 
Azərbaycanın yeni və müasir dövr maddi-mədəni inkşafı 
Azərbaycanın  yeni dövr sosial mədəni inkişaf tarixi ölkənin xırda siyasi qurumlara – 
xanlıq, sultanlıq və məlikliklərə parçalanması ilə əlamətdardır. 
XVIII  əsrin ortalarında ölkədə  xanlıqların yaranması ilə  əlaqədar olaraq Azərbaycanın 
mədəniyyət və  sənət həyatında yenidən  məhəlli xüsusiyyətlər güclənməyə başlamışdır.  İri 
xanlıqların paytaxtına çevrilmiş Təbriz, Şamaxı, Şəki, Gəncə, Şuşa, Naxçıvan, Quba, Bakı və s. 
şəhərlər ölkənin mühüm sənət və ticarət mərkəzləri olmaqdan əlavə, həm də məhəlli mədəniyyət 


 
 
15
ocaqları sayılırdı. Onları birləşdirən yeganə cəhət bu məhəlli mədəniyyət mərkəzlərinin hamısı-
nın eyni bir məfkurəyə,  İslam idealına,  İslam dəyərlərinə söykənmələri idi. İslam mənəvi 
dəyərləri 1000 illik tarixi dövr ərzində ölkənin məzmun etibari ilə ümumazərbaycan səciyyəsi 
daşıyan mədəni örnəklərinin hamısına eyni dərəcədə sirayət etmiş, onları  Şərqin ümumi 
müsəlman aləmi ilə eyni tellərlə qovuşdurmuşdur.  
Xanlıqlar dövrünün feodal çəkişmələri zamanı  şəhərlər arasında iqtisadi-ticarət  əlaqələri 
zəifləmiş, ara müharibələri və yadelli basqınları artmış, nəticədə bəzi şəhərlər dağıdılıb tənəzzülə 
uğramışdır. Maddi mədəni irsin ümumxalq məcrasında inkişafı pozulmuşdur. 
Kapitalizmə keçid dövrünün maddi mədəniyyəti daha çox sinfi qütbləşmə  və sosial 
təbəqələşmə meyllərinin artması, etnik spesifikliyin azalması ilə səciyyələnir.  
Məlum olduğu kimi, Azərbaycan kapitalist inkişafı yoluna xeyli gec, X1X əsrin ikinci 
yarısında düşməyə başlamışdır.
31
 Azərbaycan iqtisadiyyatının gur inkişafı ilə  səciyyələnən bu 
dövrdə kapitalist münasibətlərinin yaranması ilə yanaşı, Azərbaycan milləti də təşəkkül tapmağa 
başlayır. Bu proseslər nəticə etibarilə  mədəniyyətin, o cümlədən, maddi mədəniyyətin milli 
məzmun kəsb etməsinə gətirib çıxarmışdır. Azərbaycan cəmiyyətinin sosial strukturunda əsaslı 
dəyişiklik baş vermiş, milli burjuaziya, ziyalı zümrəsi və fəhlə sinfi meydana gəlmişdir. Bununla 
belə, ən çox hakim burjua-mülkədar zümrələrinin sosial-iqtisadi və mədəni ehtiyaclarına xidmət 
edən yeni formasiya zəhmətkeş xalq kütlələrinin də maddi mədəniyyətinin inkişafına müsbət 
təsir göstərmişdir. Hər şeydən əvvəl, bu təsir öz əksini istehsal proseslərində, o cümlədən, sənət 
istehsalının bəzi sahələrində mexaniki maşın və  dəzgahların tətbiqində tapmışdır. Bunu 
Azərbaycanın  ənənəvi ipəksarıma və ipəktoxuma sənətləri ilə bağlı olan şərbaf karxanalarının 
timsalında daha aydın izləyə bilirik. Toxucu dəzgahlarının təkmilləşdirilmiş mexaniki növlərinin 
tətbiqi ipək parçaların kəmiyyət və keyfiyyətinə əsaslı təsir göstərmişdir. Digər tərəfdən, kapital-
ist istehsal müəssisələrinə xas olan texniki tərəqqi,  ənənəvi maddi mədəniyyət nümunələrinin 
bəsit əl üsulu ilə istehsalını tənəzzülə uğramağa başlamışdır.  
XIX  əsrdə Azərbaycan mədəniyyətinin tətbiqi sənətlə bağlı növləri:  boyakarlıq, divar 
rəssamlığı, gəctəraşlıq, oymakarlıq,  şəbəkəçilik, misgərlik, silahsazlıq, zərgərlik, xalçaçılıq, 
basmaqəlib  qələmkarlıq sahələri xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı. 
XIX  əsrin ikinci yarısında  kapitalist münasibətlərinin inkişafı  nəticəsində Azərbaycan 
əhalisinin ictimai tərkibində ciddi dəyişiklik baş vermiş, yeni siniflər, burjuaziya və proletariat 
yaranmağa başlamışdır. Azərbaycan iqtisadiyyatının Ümumrusiya və dünya əmtəə  tədavülünə 
cəlb olunması bu prosesi daha da sürətləndirmişdir. Kənd burjuaziyasını  təmsil edən 
qolçomaqlar Azərbaycan milli burjuaziyasının tərkibində müəyyən zümrə  təşkil edirdi. Digər 
tərəfdən, kəndlərdən  şəhərlərə, ilk növbədə isə neft sənayesi mərkəzi kimi böyüməkdə olan 
Bakıya kəsbkarlığa gedən kəndlilərin hesabına proletariata çevirib fəhlə sinfinə qovuşanların 
sayı durmadan artırdı. Kəsbkar axınları  təkcə neft mədənləri və neft emaletmə müəssisələrini 
deyil, dağ-mədən sənayesi, gəmi təmiri, maşınqayırma, kənd təsərrüfatı alətləri istehsal edən 
mexaniki zavodları, balıq vətəgələri, ipək emalı,  şərab və spirtçəkmə müəssisələrini, tütün və 
ipəktoxuma fabriklərini, dəmiryolu və su nəqliyyatını da əhatə etmişdir. Beləliklə, Azərbaycanda 
burjuaziya kimi, çoxmillətli səciyyə daşıyan fəhlə sinfi də təşəkkül tapmışdı. 
Kapitalist  əmək bölgüsünün yaranması, istehsalın təmərküzləşməsi, ümumi bazar 
əlaqələrinin güclənməsi, iqtisadi və  mədəni mərkəzlərin meydana çıxması  nəticəsində 
Azərbaycan burjua cəmiyyəti və burjua milləti təşəkkül tapmaqda idi. Beləliklə, XIX əsrin ikinci 
yarısında Azərbaycan xalqlarının tarix boyu ümumi ünsiyyət vasitəsi olan dil birliyi (Azərbaycan 
türkcəsi), vahid ərazi, iqtisadi həyat birliyi, mədəniyyət ümumiliyində təzahür edən mənəviyyat 
birliyi zəminində o, millət keyfiyyəti kəsb etmişdir. 
Kapitalizmin son mərhələsi olan imperializmə keçid dövründə maddi mədəniyyətin inkişaf 
meylləri iki istiqamətdə baş vermişdir. Bu cəhət özünü, hər  şeydən öncə, sinfi qütbləşmənin 
dərinləşməsində göstərirdi. Digər tərəfdən, həmin meyl müasir Avropa mədəni standartlarının 
Azərbaycanın  ənənəvi maddi mədəniyyətinə sirayət etməsində özünü təzahür etdirirdi. Bunun 
nəticəsində ənənəvi maddi mədəniyyət elementlərinin xeyli qismi aradan çıxmağa başlamışdır. 
Bununla belə, Azərbaycanın maddi-mədəni irsinin ayrı-ayrı sahələrində, xüsusilə, kənd təsər-
rüfatı alətləri və bəzi sənət məhsullarının timsalında köhnə ənənələr davam etdirilməkdə idi. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə