Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə9/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

 
18
elmi işçi (R.İ.Babayeva) məşğul olmuşdur. Onun əsas tədqiqat obyekti Quba əhalisinin adət-
ənənələri olsa da, işin gedişində o, Quba əhalisinin məişət və  təsərrüfat həyatına, o cümlədən, 
maddi mədəniyyətinə dair də xeyli material toplamışdır.
9
 Daha sonra R.İ.Babayeva Abşeronun 
toy adətlərinin tədqiqinə başlamış
10
 və bölgə əhalisinin ənənəvi yeməklərinə və mətbəx qablarına 
dair külli miqdarda faktik material toplamışdır.
11
 Xüsusilə kənd təsərrüfatı məhsulları və yeməli 
yabanı bitkilərin  əldə olunması, qurudulması  və saxlanması üsullarına dair müəllifin topladığı 
məlumatlar özünün zənginliyi və yeniliyi ilə seçilir. 
Həmin dövrdə Azərbaycan Tarixi Muzeyinin əməkdaşları da Azərbaycan rayonlarına 
ekspedisiya və səfərlər təşkil etmək yolu ilə xeyli maddi mədəniyyət nümunəsi toplayıb muzeyin 
stend və fondlarını zənginləşdirmişlər. Bununla yanaşı, onlar həm də tədqiqat səciyyəli bir sıra 
işlər görmüşlər. Muzeyin əməkdaşlarından Z.A.Kilçevskaya,
12
 M.İ.Atakişiyeva
13
 Azərbaycan 
tikmələri, təkəlduz məmulatı, qadın geyimləri, ev avadanlığı  və s. barədə xeyli faktik material 
toplayıb dərc etdirmişlər. 
Müharibədən sonra Azərbaycan Tarixi İnstitutunda etnoqrafik tədqiqatları genişləndirmək 
məqsədilə  İ.A.Məcidova və D.S.Səfərova çöl tədqiqat işlərinə  cəlb edilmişlər.  İ.A.Məcidova 
Abşeronda maldarlıq məhsullarının hazırlanması  və saxlanması üsullarını öyrənmək üçün 
yarımadanın 43 kəndindən etnoqrafik çöl materialları toplamışdır.
14
 
1947-ci ildən etibarən  İ.A.Məcidova  Şirvan bölgəsinin Küdrü düzündə  məskunlaşmış 
maldar padarların məişətini öyrənməklə  məşğul olmuşdur.  İ.A.Məcidovanın müəyyən etdiyinə 
görə, başlanğıcını Xançoban tayfa birliyindən götürən və 12 qəbilədən (oymaqdan) ibarət olan 
Şirvan padarları vaxtilə  Ərdəbil mahalında yaşamışlar. Onlar Küdrü düzünə Muğandan keçib 
gəlmişlər. Müəllif il boyu alaçıqlarda yaşayan padarların təsərrüfat məşğuliyyəti (qoyunçuluq, 
sığırçılıq, atçılıq, dəvəçilik  və s.) ilə yanaşı, onların maddi mədəniyyətinə (geyimlər, bəzəklər, 
yeməklər, qablar, süd məhsulları, onların hazırlanma, saxlanma və istifadə üsullarına) dair 
zəngin etnoqrafik materiallar toplamışdır.
15
 
Eyni sayaq etnoqrafik çöl materialları Mil düzündən D.S.Səfərova tərəfindən də  əldə 
olunmuşdur.
16
 
XX əsrin 50-ci illərindən etibarən Azərbaycan etnoqrafiyasında peşəkar elmi tədqiqatçılar 
nəsli yetişməyə başlamışdır. Azərbaycanın tarixi etnoqrafiyasının müxtəlif sahələri, o cümlədən, 
maddi mədəniyyət tarixinin ayrı-ayrı  məsələlərinə dair ciddi elmi tədqiqat və axtarışlara 
başlanmışdır. H.A.Quliyev,
17
 T.Ə.Bünyadov,
18
  Ş.A.Quliyev,
19
 Q.C.Cavadov,
20
  Ə.Ə.İzmayılova
21
 
və b. Azərbaycanın aqrar etnoqrafiyasının mühüm problemlərini araşdırarkən maddi mədəniyyətin 
spesifik sahəsi olan əmək alətlərinin tədqiqinə xüsusi diqqət yetirmişlər. Bu cəhətdən 
Q.C.Cavadovun Azərbaycanın xalq əkinçilik texnikasına həsr olunmuş  məqalə  və 
monoqrafiyaları təqdirəlayiq tədqiqat işlərindən sayılır. 
Azərbaycanın tarixi etnoqrafiyasının bütün bu uğurları ilə yanaşı, maddi mədəniyyət 
tarixinin bütöv halda, bütün bölgələr üzrə tam şəkildə  tədqiq olunmasının elmi prinsiplərinin 
işlənib hazırlanması bilavasitə Q.T.Qaraqaşlının  əməli fəaliyyəti ilə bağlı olmuşdur. Onun 
«Azərbaycanın maddi mədəniyyəti» adı ilə təqdim etdiyi monoqrafik tədqiqat işi Kiçik Qafqaz 
əhalisinə  həsr olunsa da, əslində o, bütövlükdə Azərbaycan  ərazisini  əhatə etmişdir. Hətta 
tədqiqat prosesində müəllif bir sıra hallarda maddi mədəniyyətin bu və ya digər elementinin 
tipoloji oxşarlarını vətənimizin hüdudlarından çox-çox uzaqlarda bəlli olan faktlarla tutuşdurub 
müqayisəli  şəkildə araşdırmışdır.
22
  Həmin tədqiqat işinin digər bir əməli  əhəmiyyəti də 
Azərbaycanın maddi mədəniyyətini etnoqrafik bölgələr üzrə öyrənmək zərurətinin elmi surətdə 
əsaslandırılmasından ibarət olmuşdur. Bundan sonra Şirvan,
23
  Gəncəbasar,
24
 Qarabağ,
25
  Şəki,
26
 
Şahdağ xalqları,
27
 Qərbi Azərbaycan
28
 və Muğanın
29
 maddi mədəniyyəti etnoqrafik bölgələr üzrə 
tədqiq olunmağa başlanmışdır. Bunlarla yanaşı, Azərbaycanın maddi mədəniyyətinin ayrı-ayrı 
sahələri həm bölgələr üzrə (M.N.Nəsirli,
30
  Ə.Ə.İzmayılova,
31
 Y.Ə.Rüstəmov
32
), həm də 
bütövlükdə Azərbaycan materialları əsasında  (V.P.Kobıçev,
33
 M.M.Quliyev,
34
 T.M.Kərimov,
35
 
V.Ə.Əhmədova,
36
 Q.Rəcəbov,
37
  Ş.A.Quliyev,
38
 H.A.Quliyev,
39
 Z.A.Kilçevskaya,
40
 M.Xalfina-
Qubaydulina
41
) tədqiq olunmuşdur. 
Bu sayaq məlumatlar Azərbaycanın sənət istehsalı
42
  və  şəhər məişətindən
43
  bəhs edən 
etnoqrafların tədqiqatlarında da mühüm yer tutur. 


 
19
Azərbaycan etnoqrafları, habelə Ermənistan,
44
 Gürcüstan
45
  və Dağıstanda
46
 yaşayan 
azərbaycanlıların da maddi mədəniyyətinin öyrənilməsi sahəsində xeyli işlər görmüşlər. 
Azərbaycanın maddi mədəniyyətinin incəsənət və memarlıq aspektindən tədqiq olunması 
sahəsində  də xeyli səmərəli araşdırmalar aparılmışdır. Maddi mədəniyyət elementlərinin
xüsusilə  ənənəvi geyim və  bəzəklərin sənətşünaslıq baxımından elmi əsaslarla dərindən tədqiq 
olunmasında Azərbaycan MEA akademiki R.S.Əfəndiyevin çox böyük zəhməti və  səmərəli 
xidməti olmuşdur.
47
 
Maddi mədəniyyətin ümdə elementləri olan xalça,
48
 parça,
49
 zinət,
50
 keramika,
51
  ağac,
52
 
şüşə,
53
 bədii metal
54
 məmulatı və s. növlərinin sənətşünaslıq baxımından araşdırılması ənənələri 
sonralar da uğurla davam etdirilmişdir. Bütün bu tədqiqatlar  ənənəvi maddi mədəniyyət 
nümunələrinin etnoqrafik aspektinə xeyli dərəcədə aydınlıq gətirmişdir. 
Azərbaycanın  ənənəvi inşaat mədəniyyətinin memarlıq aspektlərinin araşdırılması 
sahəsində XX əsrdə olduqca təqdirəlayiq işlər görülmüşdür. Bunların arasında məskənsalma 
(qala, şəhər-qala, kənd, qəsəbə, şəhər, qəsr), xalq yaşayış evləri, ictimai bina və tikililər (saray 
kompleksləri, karvansara, rasta- bazar, körpülər, müdafiə istehkamları), dini-xatirə abidələri 
(məbəd, xanəgah, məscid, təkyə, zaviyə, türbə  və s.) ilə bağlı  tədqiqatlar xüsusi yer tutur.
55
 
Peşəkar memarlıqla üzvi surətdə bağlı olan bu sayaq tikililərin inşası  həm də  əsrlərin, 
minilliklərin dərinliklərindən süzülüb gələn xalq inşaat ənənələrindən nəşət tapmışdır. Ona görə 
də xalqımızın tikinti mədəniyyətinin memarlıq və etnoqrafik aspektləri bir çox cəhətdən bir-
birilə vəhdətdə öyrənilmişdir. 
                                                           
1
 
Bax: В.А.Рюмин. Талышский край. Б., 1923; Yenə onun. Краткий исторический и этнографический очерк 
Азербайджана. - "Азербайджанский настольный календарь, 1922-1923"; М.Г.Велиев. Население Азербай-
джана. -АНК, 1924-1925 г. Б., 1925г.; Б.В.Миллер. Предварительный отчёт о поездке в Талыш летом 1925 
г.Б., 1926; Г.Ф.Чурсин. Азербайджанские курды (этнографические заметки). -"Изв. Кавказского историко-
археологического Института", т. III, Тиф., 1925; Yenə onun. Талыши (этногhафический очерк). "Изв. КИ-
АИ",  т.1Y,  Тиф., 1926; Р.Эфендиев.  Памятники  древности  в  Нухинском  уезде. - "АзКОМСТАРИС",  Б., 
1927; Б.В.Миллер. Таты, их расселение и говоры. Б., 1929; А.Губайдулин. К истории шелководства в Азер-
байджане.- "Изв. Общества обследования и изучения Азербайджана", 1927, №5; М.В.Кулиева. Кибитки на 
яйлагах полукочевых тюрок Казахского уезда.-"Изв.ООИАз", 1927, №5; М.Авдеев. Мильско-Карабахская 
степь. Б., 1929; Д.Коллестинов. Кочевое скотоводство. "Изв.ООИАз.", 1926, №3; Коса оглы. Кочевой быт 
Казахского уезда. - ЭВА, 1925 №10-11; А.Карашарлы. Санитарно-бытовые очерки азербайджанской про-
винции: сел. Агджабеди-Хальфараддин Агдамского уезда.- "Изв. ООИАз, 1928, №: 6; Д.Шарифов. Кресть-
янская  усадьба 3 и 4 районов  Нухинского  уезда.-"Изв.  ООИАз", 1927, №4.  А.К.Алекперов.  У  айрумов.-
"Изв.ООИАз", 1927, № 5; Yenə onun. Поездка в Зангезур и Нах.край.-"Изв.ООИАз", 1927, №4. 
2
 И.М.Джафарзаде. Этнографическая работа в Азербайджанской ССР за 1946-1947 годы. – «Изв. АН Азерб. 
ССР», 1948, № 7, с.54; Yenə onun. Искусственное орошение и народные способы водобснабжения на Аб-
шероне. -ВЭК, Тб., 1952; Yenə onun. 1933-cü il Şamaxı -Nuxa ekspedisiyasının hesabatı. Azərb. MEA TİEA, 
inv.№60. 
3
 А.И.Халилов. Великий Октябрь и научный прогресс на примере Азербайджанской ССР. –«Изв. АН Азерб. 
ССР (серия истории, философии и права)», 1987, № 4, с.55. 
4
 «Изв. Азерб. филиала АН СССР», 1936, № 1.  
5
 И.И.Мещанинов. Пиры Азербайджана. Л., 1931. 
6
 
А.К.Алекперов.  Задачи  этнографии  Азербайджана. - СЭ, 1932, № 5-6, с.187-195; Yenə onun: К  вопросу 
изучения культуры курдов Азербайджана. - "Тр. АзФАН СССР", XXV, Историческая серия. Б., 1936, с.33-
61; Yenə onun: Женская одежда Азербайджана. - Исследования по археологии и этнографии Азербайджана. 
Б., 1960, с.118-133; Yenə onun: Секция истории материальной  культуры  за  первый  год работы. - там  же, 
с.10-18

7
 А.Букшпан. Азербайджанские курды. Б., 1932. 
8
 Е.Пчелина. По Курдистанскому уезду Азербайджана. - СЭ, 1932, №4. 
9
 R.İ.Babayeva. Quba şəhərinin toy adətləri. B., 1946. 
10
 Р.И.Бабаева. Материалы для изучения свадебных обрядов на Абшероне в прошлом. - АЭС, вып.1, Б., 1964. 
11
  Р.И.Бабаева.  Пища  населения  Абшерона; Yenə onun. Утварь  Абшерона. Hər iki əlyazması Azərb. MEA 
TİEA-da saxlanılır. İnv.№3632, f.1, s.10-11. 
12
 З.А.Кильчевская. Азербайджанские вышивки XIX века. - МКА, т.1, Б., 1949; Yenə onun. Нухинское выши-
тое покрывало для седла. - ДАН Азерб.ССР, 1946, № 1; Yenə onun. Азербайджанский женский костюм XIX 
века из селения Оджек Халданского района. - МКА, т.II, .Б., 1951; Yenə onun. Азербайджанский женский 
костюм XIXв. из Карабаха.-ВЭК, Тб., 1952. 
13
 M.İ.Atakişiyeva. Mingəçevir şəhərinin ətraf kəndlərində ev avadanlığı. - AMM, II c, B., 1951: Yenə onun. На-
родная утварь в селениях и окрестностях г. Мингечаур и Самурского района.- ВЭК; Тб., 1952. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə