Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə12/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   ...   8   9   10   11   12   13   14   15   ...   112

 
22
                                                                                                                                                                                           
48
 L.Kərimov. Azərbaycan xalçası. 1 c., B., 1961, II -III c., B., 1983; Н.А.Абдуллаева. Ковровое искусство Азер-
байджана. Б., 1971; Ковры Азербайджанской ССР (Альбом). М., 1952: А.С.Алиева. Ворсовые ковры Азер-
байджана Х1Х-нач. ХХ века. Б., 1987. 
49
 K.M.Əliyeva. Azərbaycanın bədii parça və tikmələri. B., 1990. 
50
 S.B.Əsədova. X1X-XX əsrlərdə Azərbaycan zərgərlik incəsənəti. B., 1978; Каталог  народно-декоративного 
искусства Азербайджана. Б., 1963. 
51
  Н.И.Рзаев.  Художественная  керамика  Кавказской  Албании.  Б., 1964: Yenə onun. Зооморфные  сосуды-
особый  вид  художественной  керамики  Кавказской  Албании - "Изв.  АН  Азерб.ССР", 1961, №7: 
Н.Наджафова. Художественная керамика Азербайджана. Б., 1984; Yenə onun. Художественная глазурован-
ная керамика Азербайджана 1Х в.-"Изв.АН Азерб.ССР", 1958, №4. 
52
 А.С.Алиева. Художественная обработка дерева. Б., 1986. 
53
 Н.И.Рзаев. Художественное стекло Кавказской Албании.-"Доклады АН Азерб.ССР", 1964, №5. 
54
 Ювелирные украшения Азербайджана. Б., 1973; Н.И.Рзаев. Ювелирное искусство Кавказской Албании.-
"Доклады АН Азерб.ССР", 1965, №1; Медные орнаментированные изделия Азербайджана. Б., 1973; Вос-
точное оружие. Б., 1973. 
55
  Г.М.Ализаде.  Народное  зодчество  Азербайджана  и  его  прогрессивные  традиции.  Б., 1963; Yenə onun. К 
изучению народного зодчества Азербайджана. Об архитектуре народного жилища Х1Х-ХХ вв. - "Изв.АН 
Азерб.ССР", 1953, №8: L.S.Bretanitski, Ə.V.Salamzadə. Azərbaycan memarlığı abidələri. Naxçıvan MSSR 
abidələri. B., 1951; Л.С.Братеницкий,  М.А.Усейнов,  А.В.Саламзаде.  История  архитектуры  Азербайджана. 
М., 1963: Л.С.Бретаницкий.  К  истории  Дворца  Шекинских  ханов.-"Изв.Аз.ФАН  СССР", 1944, №5; Yenə 
onun.  Оборонительное  сооружения  Закатальского  и  Белоканского  районов. - Памятники  архитектуры 
Азербайджана. т. II, Б., 1950; Yenə onun (müştərək). Поселения и жилища (в разделе "Азербайджан"). - На-
роды Кавказа. т. П.М., 1962; С.А.Дадашев, М.А.Усейнов. Ансамбль Дворца ширваншахов в Баку. М., 1956; 
Yenə onun. Bakının memarlıq abidələri. B., 1955; Ə.S.Salamzadə,  Ə.Ə.Sadıqzadə. XYIII-X1X əsrlərdə 
Azərbaycanda yaşayış binaları.B., 1961; М.А.Усейнов, Л.С.Бретаницкий, А.В Саламзаде. История архитекту-
ры Азербайджана. Б., 1960; А.В.Саламзаде. Архитектура Азербайджана ХYI-Х1Х вв. Б., 1964; Yenə onun. 
Архитектура культовых сооружений ХYII-Х1Х вв. -"Искусство Азербайджана", т.YП, Б., 1959; Yenə onun. 
Архитектура  народного  жилища  нагорных  районов  Азербайджана.-Архитектура  Азербайджана.  Б., 1952; 
А.В.Саркисов.  К  изучению  народного  жилища  Азербайджана. - "ДАН.  Азерб.ССР", 1949, №5; 
Ш.С.Фатуллаев.  Жилые  дома  в  застройке  городов  Азербайджана  на  рубеже  Х1Х-ХХ  вв.  Б., 1963; Yenə 
onun. Градостроительство и архитектура Азербайджана Х1Х-ХХ вв. Л., 1986. И.Л.Вартанесов. Жилые до-
ма  города  Ордубада  ХYШ-Х1Х  вв. - Памятники  архитектуры  Азербайджана.  Б., 1950; К.М.Мамедзаде. 
Строительное  искусство  Азербайджана.  Б., 1983; В.Г.Мурадов.  Градостроительство  Азербайджана  ХШ-
ХY1 вв. Б., 1984; Р.Д.Салаева. Ордубад-истоки и формирование. Б., 1989: З.Авалов. Архитектура города 
Шуши. Б., 1977; В.Керимов. Оборонительные сооружения Азербайджана. Б., 1998; А.М.Мехтиев. Народ-
ное жилище Азербайджана. Б., 1986; Yenə onun. Деревянное зодчество Азербайджана. Б., 1987. 


 
23
İSTEHSAL MƏDƏNİYYƏTİ 
 
 Əmək alətləri və yaraqlar 
İnsanın təşəkkülü prosesində müstəsna rol oynamış  əmək və  əmək alətləri cəmiyyətin 
inkişafının sonrakı gedişində  də özünün əməli  əhəmiyyətini itirməmişdir.  Əmək fəaliyyəti və 
istehsal sahələri genişləndikcə əmək alətləri də artıb çoxalmış, onların müxtəlif tipoloji növləri 
yaranmışdır. Bununla yanaşı, həyati ehtiyaclar əmək alətlərinin təkmilləşməsini labüd etmiş, 
yaradıcı düşüncəyə təkan vermiş, texniki tərəqqiyə səbəb olmuşdur.  
Ənənəvi əmək alətləri, hər şeydən öncə, tətbiq sahələrinə görə: təsərrüfat-istehsal alətləri, 
ev-məişət alətləri, musiqi alətləri, təbabət alətləri və s. olmaqla müxtəlif tipoloji qruplara 
bölünür. 
Tipoloji zənginlik baxımından bunların arasında təsərrüfat alətləri müstəsna yer tutmuşdur. 
Daha qədim tarixə malik olan təsərrüfat alətləri həm ev, həm də çöl  təsərrüfatı işlərində istifadə 
olunmuşdur. Bu mənada çöl təsərrüfatı  işlərinin həcmi çox geniş  olduğundan və buradakı  iş-
istehsal proseslərinin çoxnövlü olması  səbəbindən burada tətbiq olunan əmək alətlərinin daha 
zəngin tipoloji növ və çeşidləri yaranmışdır. 
Əmək alətləri, habelə hazırlanma materialına görə:  daş, sümük, ağac  və  metal  olmaqla 
tipoloji növlərə ayrılır. Erkən metal dövrünə qədərki tarixi mərhələdə daş və sümükdən, qismən 
isə  ağacdan düzəldilmiş  əmək alətləri təsərrüfat-istehsal fəaliyyətində başlıca yer tutmuşdur. 
Antik dövrdən etibarən dəmir (polad) alətlərin daha mükəmməl tipoloji növləri yaranmışdır.      
Azərbaycan xalqının yeni dövr maddi mədəniyyəti onun sosial-iqtisadi inkişafının ötən 
tarixi mərhələlərdə  əldə etdiyi texniki nailiyyətlər üzərində  pərvəriş tapmışdır. Nəsildən - 
nəsillərə ötürülən irsi varislik, ənənə mühafizəkarlığı maddi mədəniyyətin bütün sahələrində, o 
cümlədən ənənəvi əmək alətləri və məişət vasitələrində də özünü aydın təzahür etdirir. 
Feodalizm dövrünün əmək alətləri, məişət vasitələri və silahlarının bir qismi yeni dövr-də 
də özlərinin əməli əhəmiyyətini itirməmişdi. 
Yeni dövrün əmək aləti, məişət vasitələri və silahlarının səciyyəvi xüsusiyyəti bundan 
ibarət idi ki, müasir texniki tərəqqi ilə əlaqədar olaraq, onların bir qismi təkmilləşib dəyişikliyə 
uğramaqla, özlərinin  əməli  əhəmiyyətini xeyli dərəcədə qoruyub saxlaya bilmiş, yeni məişət 
tələblərinə cavab verə bilməyən qismi isə  tədricən aradan çıxmış, yaxud yeniləri ilə  əvəz 
olunmuşdur. Həyatın bu dəyişməz, dialektik qanunauyğunluğu yeni dövrün maddi 
mədəniyyətinin bütün sahələrində, o cümlədən  əmək alətləri və silahların tarixi taleyində  də 
aydın izlənilir. 
Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik bölgələrində geniş yayılmış, qismən də  məhəlli 
səciyyə daşıyan  əmək alətləri və  ənənəvi məişət vasitələri etnoqraflar tərəfindən  ətraflı  tədqiq 
olunmuşdur.
1
 
1.Əkinçilik alətləri.  
Ənənəvi  əmək alətləri arasında tipoloji müxtəlifliyinə  və istifadə  əhəmiyyətinə görə, 
əkinçilik məişəti ilə bağlı  təsərrüfat alətləri xüsusi yer tutmuşdur. Zəmanəmizədək bu alətlərin 
geniş tipoloji çeşidi gəlib çatmışdır. 
Şum alətləri.  Ənənəvi  əkinçilik təsərrüfatında  əsasən «bel» adlanan müxtəlif forma və 
quruluşa malik əmək alətlərindən istifadə edilmişdir. Quba-Xaçmaz bölgəsi  əhalisi arasında o, 
«qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala 
bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», 
Lənkəran-Astara bölgəsində  «şuxm (şum) beli», «əyri bel», «xiling» və b. adlarla məlum idi. 
Bunların hamısı tipoloji cəhətdən  qalaqlı  bel qrupuna aid edilir. Ən’ənəvi qalaqlı bellər bir 
qayda olaraq, təpkəncli düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip 
bellər,  əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq 
sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. 
Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini  əkmək 
üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Azərbaycanın bir sıra bölgələrində belin 
bu növünün «şum beli» adlanması da buradan irəli gəlmişdir. Şumlama əməliyyatını yaxşı yerinə 
yetirə bilmək üçün onun qalağının sağ  və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə