Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə13/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   ...   9   10   11   12   13   14   15   16   ...   112

 
24
tamamlanırdı. 
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın bir sıra bölgələrində «təpkəncli» dəmir 
bellər peyda olmağa başlamışdır. Belin bu tipi zavodda kütləvi istehsal olunduğundan «zavod», 
yaxud «rus» beli də adlandırılırdı. Ucuz başa gəlməsinə baxmayaraq təpgəncli bel əkin işində 
uzun müddət «qalaqlı bel» ilə yanaşı işlənmişdir. 
XIX  əsrdə  əkin təsərrüfatında, xüsusilə bostan və  tərəvəz sahələrinin becərilməsində 
müxtəlif quruluşlu metal toxa  başlıca  əmək aləti olaraq qalırdı. Dəmirin peyda olması ilə 
əlaqədar olaraq, xüsusilə antik dövrdən etibarən dəmir toxa daş  və sümük toxaları  sıxışdırıb 
aradan çıxarmağa başlamışdır. Metal toxalar dəstək keçirilən küpünə görə «dımıqlı» və «borulu» 
(lüləli) olmaqla iki qrupa bölünür. Lüləli toxalar həcm etibarilə xeyli böyük olub «kətmən» 
adlanırdı. Kətmən əmək məhsuldarlığını artırmaqdan əlavə, həm də nisbətən ağır olduğundan iş 
prosesində  əkin sahəsinin dərin qatlarına keçə bilir, bununla da alaq otlarını kökündən kəsib 
çıxarmağa və becərilən bitkinin dibini yaxşı yumşaltmağa imkan verirdi. 
Toxa və  kətmənin becərmə-yumşaltma  əməliyyatında iş  əmsallarının olması  nəzərə 
alınaraq, Azərbaycanın aqrar terminologiyasında «toxalama» istilahı ilə yanaşı, «ketmənləmə» 
anlayışı da yaranmışdır. Kətmənləmə əməliyyatı ən çox pambıq, tənbəki, qızıl boya, kətan və s. 
kimi texniki bitkilərin becərilməsində tətbiq olunmuşdur. 
Əvvəllər olduğu kimi, XIX əsrdə  də  əkinçilikdə qoşqu qüvvəsi ilə  işlədilən  şum alətləri 
başlıca yer tuturdu. Konstruktiv quruluşuna və  əməli vəzifəsinə görə  şum alətləri  xış  və  kotan 
olmaqla iki qrupa bölünür. Öz növbəsində quruluş etibarilə  xış  ulamasız  (əyri xış)   ulamalı 
olmaqla iki qrupa bölünür. 
Xış ağacdan düzəldilən ən qədim şum aləti olub Azərbaycanın bütün əkinçilik rayonlarında 
geniş yayılmışdır. Xışın ən sadə və qədim forması kökündən çıxarılmış əyri ağacdan düzəldilirdi. 
Elə bu səbəbdən də, el arasında o, çox vaxt əyri xış adlanırdı. Belə halda bitili ağacın kökü xışın 
kötüyü, gövdəsi isə onun qolu rolunu oynayırdı. Ona təkcə  dəstək  əlavə olunurdu. Xışın bəsit 
növü olan «əyri xış»  əvvəllər uzun müddət  gavahınsız  işlənmişdir. Məlum olduğu kimi, 
Azərbaycanda dəmir gavahın antik dövrdən etibarən dəb düşmüş və XX əsrin əvvəllərinə qədər 
özünün  əməli  əhəmiyyətini itirməmişdir. Xüsusilə, ağır və mürəkkəb quruluşlu «qara» kotanın 
işləyə bilmədiyi dağavar torpaqların  əkilib becərilməsində gavahınlı  xış uzun müddət yeganə 
şum aləti olaraq qalmışdır. 
Ulamalı xış qurama quruluşa malik olub qol, kötük, ulamadəstək və gavahın olmaqla, 5 
hissədən ibarət düzəldilirdi. Ulamalı  xışlar «bazı» adlanan qolunun əyri və ya düz olmasına, 
habelə onun ulama ilə birləşmə üsuluna görə bir-birindən fərqlənirdi. Xışın kötüyünə  dəmir 
gavahın əlavə olunması tipoloji cəhətdən onu qismən kotana yaxınlaşdırmışdır. 
Bir qayda olaraq, xış bazısının uc hissəsində 2-3 ədəd oyuq açılırdı. Ulama həmin oyuqlardan 
birinə keçirilmiş «güc ağacı» vasitəsilə əyri qola calanıb birləşdirilirdi. Daha sonra ulamanın başı 
ip və ya çubuqdan hörülmüş «burğu» vasitəsilə boyunduruğa qoşulurdu. Bu məqsədlə çox vaxt 
şilgir və ya tənək burmasından istifadə olunarmış.  İmkanlı ailələr çox vaxt bu məqsədlə mal 
gönündən köşə çəkib «kağan» hörərmişlər. Bazı oyuqları bir qayda olaraq, torpağın dərin və ya 
üzdən  şumlanmasını  tənzimləməyə xidmət edirdi. Dərin  şum etmək üçün «güc ağacı»  əyri 
bazının birinci oyuğuna keçirilirdi. Bu halda xışın qolu qismən aşağı  vəziyyət alaraq, kötüyün 
dabanının bir qədər yuxarı qalxmasına səbəb olurdu. Əkin torpağının ilk və son şırımını salan 
zaman, xış ulaması, adətən, ilk oyuqdan qoşulardı. Bundan fərqli olaraq, qumsal torpaqlar, 
habelə səpilmiş toxumun batırılması üçün aparılan ikinci şumlama prosesi o qədər də dərin şum 
tələb etmirdi. Buna görə də, belə halda xışın ulamasını son oyuqdan qoşardılar. Bir qayda olaraq 
xışın bazı  və  dəstəyi bilavasitə kötüyə birləşdirildiyindən  əkinçilər arasında ona həm də «bazı 
binəsi», yəni «bünövrəsi» deyilirdi. Adətən, xış kötüyünün ucu nazik, arxası isə yoğun və enli 
formada düzəldilirdi. Bəzən xış qolunun kötüyə birləşdirilməsi üçün onun ortasında deşik 
açılırdı.  Əyri qolun aşağı ucu kötüyün deşiyinə geydiriləndən sonra onun arxa tərəfinə  dəstək 
birləşdirilirdi. Qolun kötükdən çıxmaması üçün onun arxasına ağac paz vurulub bərkidilirdu. 
Xışın şumlama əmsalını artırmaq üçün onun kötüyünə gavahın keçirilirdi. 
Torpağın asan şumlanmasını  təmin edən, dəmir gavahının ucu, bir qayda olaraq küt 
üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu. Lakin hansı növ 


 
25
torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, 
xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti 
olması ilə  də onlar bir-birindən seçilirdi. Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə 
düzəltdirilirdi. 
Azərbaycanda istifadə olunmuş  xışlar quruluş  və formalarına görə, bir sıra məhəlli 
xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü «ulamalı xış», «qollu xış», «çatma xış», 
«işkilli xış» və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər 
etnoqrafik bölgələrində rast gəlinirdi. 
Ulamalı  xış  Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. 
Ulamalı  xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı 
Azərbaycanın ayrı-ayrı bölgələrində «ulama», «çilə», «çatma», «məsənə», «uzatma» və s. 
adlandırılırdı. Xışın bu növü çox vaxt elə həmin adlarla da fərqləndirilib tanınırdı. 
Ulamalı  xış, adətən, kötüyünün arxadan «qulaqlı», dəstəyinin iki əlcəkli düzəldilməsi və 
metal qılınca malik olması ilə fərqlənirdi. Xışın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını 
çevirmək məqsədi güdür, onun qoşa dəstəyi isə alətin sanballığını tənzimləməyə xidmət edirdi. 
Ulamalı  xış nisbətən təkmilləşmiş  şum aləti olub, torpağı daha yaxşı  şumlayırdı. Belə 
xışlardan dağavar və dəmyə torpaqların şumlanmasında daha çox istifadə edilirdi. Adətən, ona 
iki, üç, bə’zən isə dörd boyun öküz qoşulardı.
2
 
Çəltikçilik təsərrüfatında istifadə edilən xış yüngül və kiçik ölçülü olması ilə fərqlənirdi. 
Suvarılan torpaqların  şumlanması nisbətən çətin olduğundan qaim torpağı  kəsmək üçün 
xışların qoluna həm də «qılınc» bərkidilirdi. Bundan əlavə  xışın kötüyündə «qulaq» adlanan 
ayaq yeri düzəldilirdi. Torpağı  dərin  şumlamaq üçün dəstəçi (majgəl) ayağı ilə arabir həmin 
«qulağı»n üstündən aşağı basırdı. 
İkinci il təkrar  əkilən çəltik sahəsi nisbətən yüngül xışla  şumlanırdı. Xalq arasında çəltik 
gərinin  şumlanması  əməliyyatı «gərvanlama» adlandığından xışın bu növünə, adətən, «gərvan 
xış» da deyilirdi. 
Azərbaycanın ənənəvi şum alətləri arasında istehsal göstəricilərinə görə, kotan xüsusi yer 
tutmuşdur. Xalq arasında o, daha çox «diyircəkli» kotan və ya «qara kotan» adı ilə məlum idi. 
Azərbaycanda şum aləti qədim tarixə malikdir. Diyircəkli kotan xış ilə qara kotan arasında 
bir növ keçid vəsiləsi təşkil edirdi. Onun «xəmsə» adlanan və iki hissədən ibarət olan qolunun 
bir ucu kotanın «kötük» və ya «künə» adlanan binəsinə, digər ucu isə məsənəyə birləşdirilirdi. 
Məsənə isə öz növbəsində qoşa təkərli oxa bərkidilirdi. Diyircəkli kotan kötük (künə, binə), 
xəmsəməsənə, dəstə (maj, mac, məc), batar, gavahın, qılınc və bir cüt  təkərdən ibarət olub 3-4 
boyun qoşqu heyvanı ilə işlədilmişdir.
3
 
Zaqafqaziyada hələ VIII-IX əsrlərdən məlum olan qara  kotan  əkinçilik texnikasının 
inkişafı baxımından təkmilləşmiş və yüksək məhsuldarlığa malik şum aləti hesab olunurdu.
4
 
Qara kotan aşağıdakı hissələrdən ibarət idi: əyribazı (qol), topal (binə, künə, kötük), taxta 
(çevirən, laydır), dəstək (tutqac, əlcək, mac, maj), daraq, gavahın (dəmir), qılınc (zivinc), təkər 
(çarx, diyircək, ziyrik), kolbasan (çəmbər, alaf taxtası), qır (şoldu), çillə (əjdaha), şilikar, qayış 
(kağan, çançərək),  oturacaq taxtası,  boyunduruq, çatallar, samı (sinəçula),  toxmaq (toppuz, 
pərsəng).
5
 
Qara kotanı digər şum alətlərindən fərqləndirən başlıca cəhət onun kəsilmiş torpaq layını 
aşırıb çevirməsindən ibarət idi. Əkinçilik təsərrüfatında qara kotanın yüksək  şum aləti kimi 
dəyərləndirilməsi də məhz bununla, şum layını çevirməsi ilə bağlı idi. 
Qara kotanın təkərləri ölçü etibarilə biri digərindən böyük olurdu. Onun böyük çarxı «ana» 
və ya «ləgər» (şum) təkəri, kiçik çarxı isə «bala təkər» («bala çarx») adlanırdı.
6
 Dəndə ağacından 
düzəldilmiş təkər buddəndə və top olmaqla üç hissədən ibarət olurdu. Böyük təkər (diametri 50-
53 sm), şırımın içi ilə, kiçik təkər (diametri 35-40 sm) isə  şırımın kənarı ilə  hərəkət edirdi. 
Bununla da kotanın baş hissəsinin hərəkət müvazinəti tənzimlənmiş olurdu. İlk  şırım zamanı 
təkərlər arasındakı fərq kotanın yerə yaxşı batmasına mane olduğundan, adətən, onun kiçik çarxı 
çıxarılır, sonrakı şırımlamada yerinə salınırdı. 
Kotan çarxlarının oxu boyunduruğa 2-2,2 m uzunluğunda ağac «qır» vasitəsilə 
birləşdirilirdi. Qır, adətən, ləgər təkərinə bir qədər yaxın məsafədə oxa keçirilirdi. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə