Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

 
 
16
Azərbaycanın maddi mədəniyyət tarixinin müasir dövr mərhələsi imperializmin meydana 
gəlməsi, onun böhranı, Birinci Cahan müharibəsi ilə əlaqədar təsərrüfat düşkünlüyünun artması 
və sosialist sisteminin yaranması ilə səciyyələnir. 
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra burjuaziya və mülkədarların bir sinif 
kimi ləğv olunması, habelə ruhanilərin mövqelərinin zəiflədilməsi nəticəsində istismardan azad 
yeni bir cəmiyyət, burjua və qolçomaqlarsız  sosialist cəmiyyəti qurulmağa başladı. Zəhmətkeş 
kütlələrə, fəhlə və kəndlilərə, onların içərisindən yetişmiş ziyalılara əsaslanan sosialist milləti və 
onun özünə məxsus sosialist mədəniyyəti təşəkkül tapmağa başlamışdır.  
Keçən  əsrin 90-cı illərində Sovetlər Birliyinin süqutu ilə  əlaqədar olaraq Azərbaycan 
müstəqillik  əldə edəndən sonra onun əhalisinin sosial tərkibində  və  mədəni həyatında köklü 
dəyişikliklər baş vermişdir. «Vətəndaş cəmiyyəti» qurmaq məramı meydana gəlmişdir. Əslində 
isə Azərbaycan cəmiyyətinin sosial strukturunda ciddi dəyişiklik yaranmış,  əhalinin sosial 
tərkibində  təbəqələşmə güclənmiş, cəmiyyət yenidən varlı  zənginlərə  və kasıb zümrələrə 
bölünmüşdür. Bir sözlə, ümumxalq mülkiyyətinə  əsaslanan sosialist milləti tədricən öz 
mahiyyətini dəyişib xüsusi mülkiyyətin hökmran rol oynadığı burjua cəmiyyətinə, kapitala 
söykənən burjua millətinə çevrilməyə başlamışdır. Hakim təbəqələrin göz qamaşdıran təmtəraqlı 
həyat tərzi və buna müvafiq «elitar» mədəniyyəti təşəkkül tapmağa başlamışdır. Varlı zümrənin 
ümumxalq mədəniyyətindən uzaqlaşan, bununla da, millilikdən uzaq düşən kosmopolit 
mədəniyyəti daha çox Avropa mədəni standartlarına yaxınlaşmaqdadır. 
 
                                                           
1
 М.М.Гусейнов. Древний палеолит Азербайджана. Б.,1985. 
2
 M.M.Hüseynov. Daş dövrü və onun Azərbaycanda inkişaf mərhələləri. Bax: Azərbaycanın arxeoloji 
abidələri.B.,1981, s.5-6; Q.M.Əhmədov. Azərbaycan ibtidai icma quruluşu dövründə. Bax: Azərbaycan tarixi. 
B.,1993, s.11. 
3
 Q.M.Əhmədov. Göst. əsəri, s.11 
4
 Yenə orada, s.12. 
5
 M.M.Hüseynov. Göst. əsəri, s.16 
6
 Yenə orada, s18: Həmçinin bax: Q.M.Əhmədov. Göst. əsəri, s.12. 
7
 О.А.Абибуллаев. Энеолит и бронза на территории Нахичеванской АССР. Б.,1982; И.Г.Нариманов. Культу-
ра древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Б., 1987, с.113-114. 
8
 Q.M.Əhmədov. Göst. əsəri, s.13-14; həmçinin bax: C.Rüstəmov. Qobustan dünyası. B., 1994, s. 59. 
9
 Q.M.Əhmədov. Göst. əsəri, s.14. 
10
 Yenə orada, s.15; Həmçinin bax: O.Həbibullayev. Göst. əsəri; İ.H.Nərimanov. Göst.əsəri; Г.С.Исмаилов. Архео-
логические  исследования  древнего  поселения  Баба-Дервиш.  Б., 1977; Ф.Р.Махмудов.  Культура  юго-
восточного  Азербайджана  в  эпоху  бронзы  и  раннего  железа  (автореф).  Тбилиси, 1979; V.Əliyev. Qədim 
Naxçıvan. B., 1979. 
11
 Q.M.Əhmədov. Göst əsəri, s.19-21. 
12
 Yenə orada.s.21 
13
 Yenə orada.s.23. 
14
  Г.М.Асланов,  Р.М.Ваидов,  Г.И.  Ионе.  Древний  Мингечаур.  Б., 1959; О.Ш.Исмизаде.  Ялойлутепинская 
культура. Б., 1956; Н.В.Минкевич – Мустафаева. Ходжалы-Кедабекская археологическая культура (авто-
реф). Б., 1961; F.L.Osmanov. Qafqaz Albaniyasının maddi mədəniyyəti. B., 1982; Дж.А.Халилов. Материаль-
ная культура Кавказской Албании. 1985. 
15
 İ.H.Əliyev. Azərbaycan qədim dövrdə. Bax: Azərbaycan tarixi.B.,1993, s.30-41. 
16
 Yenə orada, s.46-47. 
17
 S.Qaşqay. Manna dövləti. B.,1993, s.48-53. 
18
 ASE, X c., s.521. 
19
 S.Qaşqay. Göst. Əsəri; s.10-21, 53-56. 
20
 Yenə orada, s.59. 
21
 ASE, X c., s.521. 
22
 İ.Əliyev. Göst. Əsəri; s.90. 
23
 Azərbaycan tarixi. B., 1993, s. 94-95. 
24
 Yenə orada. 
25
 Yenə orada, s. 95. 
26
 Yenə orada. 
27
 ASE, I.c. B.,1976, s.216; Həmçinin bax: Азербайджанцы.  Историко-этнографический  очерк.  Б.,1998,  с.14; 
S.Qaşqay. Manna dövləti. B., 1993, s. 54. 
28
 З.М.Буниятов. Азербайджан VII-IX вв.Б.,1965, с.149. 
29
 Yenə orada, s.171. 


 
 
17
                                                                                                                                                                                           
30
 Историческая география Азербайджана. Б.,1987,с.67-73. 
31
 А.С.Сумбатзаде. Промышленный капитализм в Азербайджане. Б.,1969, с.20. 


 
17
2. Problemin araşdırılma vəziyyəti və başlıca mənbələri  
Azərbaycanın maddi mədəniyyət tarixi çox geniş elmi-tədqiqat aspektlərinə (arxeoloji, 
etnoqrafik, sənətşünasılq, memarlıq, kulturoloji, qidaşünaslıq, etnolinqvistik, kartoqrafik və s.) 
malikdir. Buna baxmayaraq, onun həm bütöv halda, həm də konkret sahələr üzrə öyrənilməsinə 
çox gec, XX əsrin əvvəllərindən başlanmışdır.  
Azərbaycanın  ənənəvi maddi mədəniyyət nümunələrinin bu və ya digər tipoloji növü 
bilavasitə bu ölkənin avtoxton sakinləri, onun yerli əhalisi tərəfindən çox böyük zaman kəsiyində 
yaradılmışdır. Ona görə  də bu mədəni sərvətlərin tarixi baxımdan etnomədəni irs olaraq 
araşdırılıb öyrənilməsi vəzifəsi ilk növbədə arxeoloq və etnoqrafların üzərinə düşmüşdür. 
Azərbaycan xalqının qədim və  zəngin maddi mədəniyyət tarixini tədqiq etmək üçün 
başlıca faktoloji mənbə bazasını  əşyavi məxəzlər: arxeoloji qazıntı  və  təsadüfi tapıntı 
materialları, muzey eksponatları, şəxsi kolleksiyalar, miniatürlər, divar rəsmləri, əhalinin müasir 
məişətində ilişib qalmış arxaik yaşayış vasitələri təşkil edir. Bu tapıntıların bir qismini 
arxeoloqlar qazıntı yolu ilə yerin altından, digər qismini isə etnoqraflar çöl tədqiqatları (elmi 
səfər) yolu ilə yerin üstündə məskən salmış şəhər və kənd əhalisinin gerçək məişətindən, sorğu-
sual, yaxud bilavasitə müşahidə yolu ilə əldə edirlər. 
Azərbaycanın maddi mədəniyyət tarixinin etnoqrafik aspektdən elmi əsaslarla öyrənilməsi 
Sovet hakimiyyəti illərinə  təsadüf edir. Bu işdə 1923-cü ildə N.Nərimanovun təşəbbüsü ilə 
yaradılmış Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiyyətinin fəaliyyəti xüsusi bir mərhələ  təşkil 
edir. Öz qarşısına Azərbaycanı elmi baxımdan hərtərəfli və  dərindən tədqiq edib öyrənməyi 
məqsəd qoyan həmin Cəmiyyətin üç şöbəsindən biri «Tarix və etnoqrafiya» adlanırdı. Azərbaycanı 
tarixi və etnoqrafik cəhətdən elmi əsaslarla tədqiq etməyə başlayan bu şöbənin işində o zamanki 
milli ziyalılarla (Ü.Hacıbəyov,  Ə.Haqverdiyev, H.Zeynallı, T.Şahbazi, N.Quliyev, C.Məmməd-
quluzadə, S.S.Axundov, A.Sübhanverdixanov, M.Baharlı, H.Cəbiyev, H.Sultanov, R.Axundov, 
B.Çobanzadə  və b.) yanaşı, V.V.Bartold, A.N.Samoyloviç, N.Y.Marr, İ.İ.Meşşaninov, S.F.Old-
lenburq, M.V.Abramoviç, N.İ.Aşmarin, P.K.Juze, A.İ.Baqri, Q.S.Qubaydulin, Y.Paxomov, V.M.-
Sısoyev və b. görkəmli şərqşünas - alimlər də yaxından iştirak etmişlər. 
Cəmiyyətin 1929-cu ilədək davam edən fəaliyyəti dövründə arxeologiya və etnoqrafiya 
sahəsində  Ə.K.Ələkbərov, Q.T.Qaraqaşlı, D.P.Şərifov,  İ.M.Cəfərzadə, S.M.Qazıyev kimi ilk milli 
kadrlar mühüm rol oynamışlar. 
Azərbaycanın  ənənəvi maddi mədəniyyət nümunələrinin toplanması, tədqiq və  təbliğ 
olunması işində 1920-ci ildə təşkil edilmiş Azərbaycan Dövlət Tarixi Muzeyinin müstəsna rolu 
olmuşdur. Xalqımızın zəngin maddi mədəniyyət nümunələrinin toplanıb mühafizə olunmasında 
bu muzeyin xidmətləri  misilsizdir. 
1929-cu ildə Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiyyətinin bazası  əsasında Azərbaycan 
Elmi Tədqiqat  İnstitutu yaranandan sonra etnoqrafik araşdırmalar onun «Ölkəşünaslıq» 
şöbəsində  cəmləşmişdir. Həm Cəmiyyət, həm də Elmi Tədqiqat  İnstitutu nəzdində  fəaliyyət 
göstərən etnoqrafların köməyi ilə Azərbaycanın azsaylı xalq, etnik və etnoqrafik qruplarının 
(ayrımlar, kürdlər, talışlar, tatlar, rus təriqətçiləri və b.) öyrənilməsi məqsədilə bir sıra tematik və 
kompleksli ekspedisiyalar təşkil olunmuşdur. Həmin tədqiqatların bir qisminin nəticələri o 
dövrdəki nəşrlərdə çap olunmuş,
1
 yerdə qalan hissəsi  əlyazması, fotoşəkil, plan, cizgi və  rəsm 
əsərlərindən ibarət olub, Azərbaycan MEA Tarix İnstitutunun elmi arxivində saxlanılır. Bu 
materiallar arasında milli geyimlərə aid sulu boya ilə işlənmiş rəsmlər diqqəti xüsusilə cəlb edir.
2
 
1932-ci ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan  şöbəsi təsis olunandan sonra 
etnoqrafik işlər Tarix bölməsinin maddi mədəniyyət seksiyasında cəmləşmişdir.
3
  Həmin  şöbə 
1935-ci ildə SSRİ EA Azərbaycan filialına çevriləndən sonra onun tarix bölməsi Tarix, 
Arxeologiya və Etnoqrafiya institutuna çevrilmişdir.
4
 Bu illər  ərzində Azərbaycanın maddi 
mədəniyyət tarixi və onun ayrı-ayrı sahələri üzrə aparılan elmi tədqiqat işləri çox vaxt təsadüfi 
və  pərakəndə  səciyyə daşımışdır. Bunların arasında  İ.İ.Meşşaninov,
5
  Ə.K.Ələkbə rov,
6
 
A.Bukşpan,
7
 E.Pçelina
8
  və b. tədqiqatları yeni faktik materialların zənginliyi və konkretliyi 
baxımından diqqəti daha çox cəlb edirdi. 
1945-ci ildə Azərbaycan EA təsis olunandan sonra Tarix İnstitutu nəzdində  fəaliyyət 
göstərən arxeologiya şöbəsinin tərkibində etnoqrafik tədqiqat işləri ilə yeganə bir nəfər kiçik 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə