10
xas olan zəngin maddi mədəniyyət nümunələri aydın göstərir.
19
Azərbaycan ərazisində erkən sinifli cəmiyyətlərin təşəkkül tapdığı dövrdə sivilizasiyanın
daşıyıcıları onun yerli (aborigen) əhalisi:
lullubi, kuti, hürrilər və onların sonrakı varislərindən
sayılan
manna tayfaları olmuşdur.
E.ə. I minilliyin əvvəllərində Azərbaycanın cənub torpaqlarında
hakim etnomədəni və
sosial-siyasi qüvvəyə çevrilmiş manna tayfaları bir qədər sonralar (IX əsrin ikinci yarısı) Urmiya
gölü ətrafinda zəngin maddi mədəniyyətə malik olan çox qüdrətli Manna dövlətini yaratmışlar.
20
E.ə. I minillikdə Azərbaycanın cənub torpaqlarında Ərdəbil, Qanzak, Fraaspa (Marağa),
Salmas, Nəriz, Xoy, Naksuana (Naxçıvan) diqqəti çəkən şəhərlər sırasında idi.
21
Bunlar erkən
şəhər mədəniyyətinin daşıyıcıları və onun məhəlli mərkəzləri idi.
Bu dövrdə Şimali Azərbaycan torpaqlarında dil mənsubiyyəti etibarilə Şimal-Şərqi Qafqaz
dillərinə yaxın hesab edilən
alban tayfalarının
22
erkən sinifli cəmiyyətə qədərki maddi
mədəniyyəti təşəkkül tapmaqda idi. Həmin dövrdə Alban tayfalarının sosial-iqtisadi və mədəni
həyatında gözə çarpacaq irəliləyişlər baş verməkdə idi. Bu mədəni tərəqqinin ən bariz nümunəsi
Yaloylutəpə mədəniyyəti idi.
Antik dövr Azərbaycanın mədəni həyatında mühüm mərhələ təşkil edir. Bu dövrün
əvvəllərində Azərbaycanın cənub ərazilərində mannalıların etnomədəni varisi hesab olunan
Atropatena dövləti və onun mədəniyyəti təşəkkül tapmışdır. Həmin vaxt Azərbaycanın şimal
torpaqlarında alban tayfa ittifaqı əsasında siyasi dövlət qurumunun ilk konturları da yaranmaqda
idi. Antik dövrün əvvəllərində Azərbaycanın şimal
və cənub əyalətlərinin ellin ölkələri orbitinə
daxil olması
ellin mədəniyyəti ilə onun qarşılıqlı mədəni-texniki əlaqə və təmasını xeyli
gücləndirmişdir.
Yeni eranın 3-cü əsrinin ilk qərinəsində İranda hakimiyyət başına gələn Sasani sülaləsi çox
tezliklə genişmiqyaslı işğalçılıq əməliyyatına başlamış və ətraf ölkələri, o cümlədən
Atropatenanı tutub imperiyanın bir əyalətinə çevirmişdi. Sasanilər, həmçinin, Albaniyanı da zəbt
etməyə dəfələrlə cəhd göstərmiş, lakin niyyətlərinə tam nail ola bilməmişdilər. Albaniya Sasani
imperiyasının
nüfuz dairəsinə keçsə də, özünün daxili müstəqilliyini Ərəb Xilafətinə tabe olana
qədər, qismən də olsa, qoruyub saxlaya bilmişdi.
Alban tayfa ittifaqı hələ e.ə. I minilliyin ortalarında, V-IV əsrlərdən etibarən təşəkkül
tapmağa başlamışdı. Antik yunan müəllifi Arrian e.ə. IV əsrin 30-cu illərində baş verən
hadisələrdən bəhs edərkən Atropatın müttəfiqləri sırasında Albaniyada yaşayan kadusilər və
sakasinlərlə yanaşı, albanların da adını çəkmişdir.
23
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş e.ə. I minilliyə aid qəbir abidələrinin müxtəlifliyi
(cəsədləri uzadılmış və ya bükülü vəziyyətdə dəfn olunmuş torpaq, çiy kərpic, saxsı təknə, taxta
qutu, katakomba qəbirləri və s.) dəfn adətləri yerli əhalinin mərasimlərindən
fərqlənən qeyri-
alban mənşəli gəlmə tayfaların Albaniya ərazisində məskunlaşmalarını xəbər verir.
Tədqiqatçıların fikrincə, bu dəfn mərasimlərinin daşıyıcıları müxtəlif vaxtlarda Albaniya
ərazisinə gəlmiş, əsasən, irandilli etnoslardan: skif, sak, sarmat, massaget (məşqət) və alanlardan,
qismən də bəzi parfiyalı əhali qruplarından ibarət olmuşdur.
24
Azərbaycan xalqının etnik konsolidasiyası prosesinin cərəyan etdiyi şimal və cənub
mərkəzlərinin hər ikisində əhalinin böyük əksəriyyətini oturaq məişət tərzinə malik etnoslar
təşkil etmişdir. Oturaq məişət tərzində nəzərə çarpan yaxınlıq hər iki mərkəzdə yaranan
etnomədəni sərvətlərin oxşarlığının maddi əsasını təşkil etmişdir. Bu isə hər iki etnik
konsolidasiya mərkəzinə xas olan maddi mədəniyyət nümunələrinin tipoloji bənzəyişində özünü
büruzə verirdi.
Albaniya ərazisinə qeyri-alban mənşəli etnik ünsürlərin yürüşləri
antik dövrdə və ondan
sonra gələn erkən orta əsrlər dövründə də təkrar olunmuşdur. Yeni eranın I əsrində Xəzəryanı
düzənliklərdə massagetlərin Məsqət çarlığı meydana gəlmişdir.
25
Albaniyada parfiya etnik ünsürlərinin təsiri eramızın I əsrindən VI əsrinədək fasilələrlə
hakimlik etmiş və alban Arşakilərinə çevrilmiş sülalənin hakimiyyəti dövründə xeyli
güclənmişdir.
Albaniyanın siyasi və etnomədəni həyatında gəlmə etnoslar, o cümlədən, irandilli ünsürlər
müəyyən rol oynasalar da, onlar ölkənin yerli əhalisini assimilyasiyaya uğrada, yerli zəmindəki
11
etnirk fasiləsizliyi qıra bilmişdilər. Antik dövrdə və erkən orta əsrlərdə alban
etnosunun və onun
«Arran mədəniyyəti» adı ilə bəlli olan etnomədəni irsinin mövcudluğu bunu bir daha təsdiq
edir.
26
Antik dövrün sonlarından etibarən Albaniya və sabiq Atropatena ərazisinə
türkdilli
tayfaların kütləvi yürüşləri başlanmışdır. Sonralar həmin axınlar müəyyən fasilələrlə də olsa,
aramsız surətdə davam etmişdir. Türkdilli tayfaların (hun, barsil, suvar, xəzər, qıpçaq, oğuz və
b.) Cənubi Qafqazdan Kiçik Asiya və İran körfəzinədək çox geniş ərazini əhatə edən bu kütləvi
axınları gələcək Azərbaycanın etnik simasının müəyyənləşməsində həlledici amil olmuşdur.
Türkdilli Azərbaycan xalqının təşəkkülü prosesi ölkənin şimal (Albaniya-Arran) və cənub
(Atropatena-Aderbadaqan) əyalətlərində müxtəlif aborigen ünsürlər zəminində baş versə də,
onların etnik dəyişdiricisi və qovuşdurucusu mənşə etibarı ilə eyni bir etnos – türkdilli tayfalar
olmuşdur. Yerli (avtoxton) və gəlmə etnosların erkən orta əsrlərdə baş verən
qovuşma prosesi
ölkənin şimal və cənub etnik mərkəzlərinin hər ikisində eyni vaxtda, həm də etnogenetik
cəhətdən çoxluq təşkil edən vahid bir etnos əsasında cərəyan etmişdir.
Türkdilli elatların Azərbaycanın hər iki regionuna eramızın əvvəllərindən başlayaraq, bir
neçə əsr davam edən müntəzəm miqrasiyası bu sosial-mədəni mərkəzlər arasında baş verən
etnomədəni inteqrasiya proseslərində birləşdirici, etnogenetik qovuşdurucu rolunu oynamışdır.
Say etibarilə üstünlük təşkil edən türkdilli gəlmə etnoslar ölkənin hər iki konsolidasiya
mərkəzində yerli etnik əhali kütləsi ilə qaynayıb qarışmaqla, onun
avtoxton sakinlərinə
çevrilmişlər. Türkdilli elatların Azərbaycana aramsız hicrəti yerli
oturaq əkinçi-maldar
etnosların məişət və mədəniyyətini tarixən
köçəri və
yarımköçəri maldarlıqla məşğul olan türk
mənşəli
köçəbə əhalinin məişət və mədəniyyəti ilə qovuşdurmuşdur.
Bununla da türkdilli
etnoslar Azərbaycanın şimal və cənub əyalətlərində oturaqlaşıb sabitləşəndən son-ra onların hər
ikisinə müştərək xas olan mütərəqqi etnomədəni ənənələrin daşıyıcısına və davamçısına
çevrilmişlər.
Yüksək şəhər mədəniyyəti, inkişaf etmiş irriqasiya sistemlərinə malik əkinçilik və bağçılıq
təsərrüfatı, mükəmməl sənət istehsalı yaratmağa nail olmuş oturaq əhalinin minilliklərlə ölçülən
əməli təcrübəsi türk elatlarının maldarlıq, qoyunçuluq, atçılıq, dəvəçilik təsərrüfatı sahəsində
əldə etdiyi zəngin empirik təcrübəsi və peşə uğurlarının bir-birinə qovuşması müxtəlif
mədəniyyət elementlərinin sintezi üçün əlverişli zəmin yaratmışdır. Məhz bu sayaq etnik
alabəzəkliklə müşayiət olunan etnososial amillərin qarşılıqlı təsiri sayəsində Azərbaycanın maddi
mədəniyyət tarixi çoxşaxəli və çoxçalarlı xüsusiyyət kəsb etmişdir. Tarix boyu davam edən
etnomədəni qovuşma prosesləri nəticəsində ölkənin oturaq və köçəbə elat əhalisi olduqca böyük
sosial-iqtisadi və texniki irəliləyişə nail ola bilmişdir. Beləliklə, ölkə hüdudlarında aramsız
şəkildə baş verən etnoslararası qovuşma və assimilyasiya prosesləri nəticəsində bir tərəfdən yeni
etnik birliklərin etnomədəni həyatı zənginləşmiş, digər tərəfdən isə onun dünya sivilizasiyasına
dəyərli töhfələr bəxş etmək imkanı artmışdır.
Tarixi taleyin hökmü ilə Azərbaycan əyalətləri əvvəlcə Assur
və Midiya, bir qədər sonralar
isə Əhəməni, Yunan, Roma, Parfiya, Bizans, Sasani mədəniyyətləri ilə sıx təmasda olmuşlar. Bu
yaxınlıq sayəsində Azərbaycanın maddi mədəniyyət nümunələrini yaradanlar tarixən dünyanın
qabaqcıl ölkələrinin texniki nailiyyətləri ilə tanış olmaq, onları mənimsə-yib inkişaf etdirmək
imkanı əldə etmişlər. Bununla da, maddi mədəniyyət tarixinin bir sıra nailiyyətləri üzrə ortaq bir
müştərəklik təşəkkül tapmışdır. Məhz bu səbəbdən də
gavahınlı kotan, dəndəli təkər, at
qoşulmuş yüngül
cəng arabası, iki və ya
dördtəkərli yük arabası, dulus kürəsi, körüklü
metaləritmə və
metalişləmə kürələri, dulus çarxı, cəhrə, əl iyi, mütəhərrik
toxucu dəzgahları və
s. kimi mühüm texniki ixtiraların ilk vətənini, onları icad edənlərin
mənsubiyyətini dəqiq
müəyyənləşdirmək olduqca çətindir. Bu gün, antik dövrün mədəni nailiyyətlərindən nəyin yerli,
nəyin gəlmə və ya əxzetmə olduğunu söyləmək çətin olsa da, danılmaz bir həqiqət bundan
ibarətdir ki, adları çəkilən maddi mədəniyyət nümunələrinin, demək olar ki, hamısının
Azərbaycanda yerli istehsal məhsulları olduğunu təsbit edən külli miqdarda arxeoloji faktlar
aşkar olunmuşdur.
Antik dövrdən etibarən Azərbaycanın maddi mədəniyyətinin inkişafı daha çox
şəhər həyatı
ilə bağlı olmuşdur. Çünki bu dövrdə sənət istehsalı və sənət məhsulları, əsasən, şəhərlərdə