Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə20/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   ...   16   17   18   19   20   21   22   23   ...   112

 
38
Daşdan, habelə xatirə abidələri (başdaşı, sinədaşı, sənduqə) düzəldilirdi. Bu ənənələr indi 
də davam etdirilməkdədir. Təkcə  sənduqə sinə daşı ilə  əvəz olunmuşdur. Bundan əlavə, orta 
əsrlərdə  qəbirüstü abidə kimi geniş yayılmış  at   qoç heykəlləri son orta əsrlərin axırlarında 
aradan çıxmağa başlamışdır. 
Azərbaycanda ağac məmulatı istehsalı qədim tarixə malikdir. Azərbaycan meşələri istehsal 
əhəmiyyətli ağac növlərinin - qarağac, palıd, göyrüş, vələs, çökə, dəmirağacı, zoğal, alça, 
yemişan,  əzgil,  şabalıd, qoz, fındıq, fıstıq (pir) və s. zəngin ehtiyatına malikdir. Bu qiymətli 
xammaldan tarixən müxtəlif növ ev avadanlığı və mətbəx ləvazimatı hazırlanmışdır. 
Əhalinin keçmiş məişətində, xüsusilə varlı ailələrdə ağacdan düzəldilmiş beşik, miz, masa, 
taxt  (ağac çarpayı, login) kürsü  və s. kimi ev avadanlığı mühüm yer tuturdu. Məişət 
müxəlləfatının bu növləri şəhər əhalisi arasında, ələlxüsus kübar ailələrdə daha geniş yayılmışdı. 
Yüngül və qaim ağac növlərindən hazırlanan nehrəni düzəltmək üçün yoğun ağac 
kötüyünün tərəfdən onun içini «əydi» adlanan xüsusi alətlə yonub çıxarırdılar. Sonra onun hər 
iki başına girdə qapaq düzəldib bərkidirdilər. Ağac nehrə «çatma» və ya «çatma ayağı» adlanan 
3  ədəd başı haça ağacdan asılmaqla çalxanırdı. Bunun üçün çatmalar başbaşa çatılandan sonra 
nehrə sicim vasitəsilə onlardan asılır və içərisi ağartı ilə doldurulurdu. 
Ağacdan düzəldilmiş cürbəcür  mücrü, sandıq, sandıqça, rəhil, ovşala qaşığı  və s. kimi 
məişət əşyaları zərif oyma nəqşlərlə bəzədilirdi. 
Keçmiş  məişətdə  işlənən ağac məmulatı arasında  taxıl çanağı  (daqqa),  qənd çanağı, 
həvəngdəstə xüsusi yer tuturdu. 
Qənd çanağının ortasındakı  çıxıntının üzərində xüsusi qənd çəkici ilə  qənd sındırılırdı. 
Qənd çanağı formaca girdə  və dördkünc olmaqla, iki cür hazırlanırdı. Kəllə  qənd iri qəlpələrə 
parçalandıqdan sonra tabağa tökülüb qənd çanağında xırda doğranırdı. 
Azərbaycanda  saxsı  məmulatı istehsalı özünün əməli  əhəmiyyətini sonralar da qoruyub 
saxlamışdır. Ev məişətinin elə bir sahəsi yox idi ki, orada dulus məmulatı işlənməsin. Bu cəhət 
orta  əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahlarının da diqqətini cəlb etmişdir.
55
  Zəngin 
çeşidə malik olan dulus məmulatı  hər  şeydən öncə, məişət ehtiyaclarını  təmin etməkdən irəli 
gəlmişdir. Ona görə  də Azərbaycanın dulus ustaları  əhalinin zəruri məişət və  təsərrüfat 
ehtiyaclarını ödəmək üçün müxtəlif növ saxsı məmulatı istehsal etmişlər.  
Ənənəvi  metal  məmulatının xeyli hissəsini dəmir  əşyalar təşkil edirdi. Bunların böyük 
əksəriyyəti qədim tarixə malik olub, əhalinin ev məişəti və  təsərrüfat həyatında geniş yer 
tutmuşdur. Bunların arasında balta, dəhrə, çapacaq, bıçaq, qəndqıran çəkic, ərsin, qıra (koğa) və 
s. mühüm yer tuturdu. 
Bundan əlavə, keçmiş ev məişətində bir sıra dəmir məmulatı: sac, sacayağı, şiş, qiyməkeş 
(poladdan), bıçaq, qırxılıq, qənd qayçısı, parça qayçısı, qırxılıq, manqal, maşa, xəkəndaz və s. 
işlənirdi. 
XIX  əsrdə  dəmir məmulatının başlıca istehsal mərkəzləri arasında  Şamaxı  qəzasının 
Dəmirçi və  Əhən kəndləri, Yelizavetpol (Gəncə) qəzasının Bayan, Quşçu, Seyid və Daşkəsən 
kəndləri,
56
 Cavanşir qəzasının Kasapet kəndi, Cəbrayıl qəzasının Hadrut kəndi,  Şuşa qəzasının 
Ağdam icması, Nuxa qəzasının Küsnət kəndi xüsusilə fərqlənirdi.
57
 
Ənənəvi dəmir məmulatı arasında başlıca çörəkbişirmə vasitəsi olan sac  mühüm yer 
tuturdu. 
Dairəvi formada olub, ortası azacıq qabarıq şəkilə salınmış sacda yayma (yuxa), xamralı, 
lavaş, çitqa və s. çörək növləri bişirməkdən  əlavə,  ət, göy və balqabaq qutabı, fəsəli, kökə, 
maxara və s.də bişirilirdi. Keçmişdə sac bütün ailələrdə işlənirdi.
58
 Xüsusilə köçəbə (elat) məişəti 
üçün sac ən sərfəli çörəkbişirmə vasitəsinə çevrilmişdir. Metal sac mənşə etibarilə qədim dövrün 
gil saclarından törəmişdir. 
Sacayağı, adətən, üç ayaqlı olub dəmirdən düzəldilirdi. Sacı onun üstünə qoymaqdan 
əlavə, qazan, çölmək və ya sapılcada xörək bişirən zaman sacayağıdan istifadə olunurdu.  
Şiş uzunu üç çərək, eni 0,5 sm olan dəmir çubuqdan döyülüb düzəldilən şişin ucu iti, baş 
tərəfi buruqlu, yaxud halqavari vəziyyətdə hazırlanır. Asmaq üçün ona məftildən  əlavə halqa 
düzəldilirdi.  Şiş,  əsasən, kabab bişirmək üçün istifadə olunardı. Bundan əlavə, yuxa çörəyi 
bişiriləndə  xəmir yaymasını  əks üzünə  şiş vasitəsilə çevirərdilər. Bir qayda olaraq kabab şişi 


 
39
«dəst» halında düzəldilərdi. 
Qiyməkeş,  adətən, poladdan hazırlanmaqla, sulğucu ağac dəstəyə keçirilirdi. Müxtəlif 
formada düzəldilən qiyməkeşin bəzisinin ucu sivri olub, geri qatlanır, bəzisinin isə ucu dördkünc 
şəkildə hazırlanırdı. Qiyməkeşin digər bir növü odun baltasına oxşamaqla, uzun dəstəklə 
tamamlanırdı. Qiyməkeş sümük çapmaq, göyərti və ya heyvan ətini «qiymə» halına salmaq və s. 
məqsədlərlə işlənirdi. 
Bıçaq. Mətbəx bıçaqlarının tiyəsi poladdan, dəstəyi ağacdan hazırlanır. Belə bıçaqlarla ət, 
kartof, soğan, kələm, xiyar və s. kimi qida məhsulları soyulub doğranılır. Boyvəboy bütöv tiyəli 
mətbəx bıçaqları ilə yanaşı, açılıb-bükülən («qatlanma») bıçaqlar çox vaxt cibdə gəzdirildiyindən 
«cib bıçağı»da adlanır.
59
 
Qəmə qatlanmayan bıçaqların bir növü olub ölçüsünün kiçik olması ilə  xəncərdən 
fərqlənirdi. Mətbəx bıçağından fərqli olaraq, qəmənin tiyəsi ikiağızlı olmaqdan əlavə, həm də 
ayrıca qinda saxlanılırdı. Qəmə çox vaxt xəncər  əvəzinə  kəmərdən asılaraq fərdi soyuq silah 
növü kimi də işlənmişdir. 
Qənd çəkici, adətən, ikibaşlı düzəldilirdi. Onun bir başı yumru, digəri isə yastı və iti olur. 
Qənd çəkicinin dəstəyi çox vaxt dəmirdən lülə formasında düzəldilirdi. Sonralar ağac dəstəkli 
qəndqıranlar dəb düşmüşdür. Çəkicin yumru başı ilə  kəllə  qənd sındırılır, iti ucu  ilə  qəlpələr 
qırılırdı.
60
 
Qənd qayçısı ölçü etibarilə böyük və kiçik düzəldilirdi. Onların bir qisminin ağızı mişar 
kimi diş-diş olurdu. Böyük qənd qayçısı vasitəsilə iri qənd parçaları sındırılır, kiçikləri ilə parça 
qənd xırdalanırdı.
61
 
Qayçı,  həmçinin müxtəlif böyüklükdə hazırlanırdı. Məişət qayçısının (dərzi, bərbər, bığ) 
qolları ortadan biri-birinə bəndlənirdi. Qayçıdan əsasən paltar biçmək, saç, bığ düzəltmək və s. 
məqsədlər daşıyırdı.
62
 Bundan əlavə, «ilmə» (xov) qayçısı  və «qırxılıq» adlanan təsərrüfat 
qayçısından da istifadə olunurdu. İlmə (xov) qayçısının ucu dimdikli düzəldilməklə, xalçanın 
xovunu qırxmaq üçün işlədilirdi. 
Ərsin ev məişətində ən çox işlənən kəsici və qaşıyıcı hacat olub iki cür hazırlanırdı. Kiçik 
ölçülü xəmir kəsən ərsinin ağız tərəfi yastı, əl tutan dəstəyi isə buruq-buruq düzəldilirdi. Xəmir 
ərsinindən fərqli olaraq, təndir  ərsininin bir başı qarmaq şəklində olub «koğa» və ya «qıra» 
adlanırdı. 
Maşa. Mətbəx maşası, əsasən, od götürmək, közü çəkib  sərmək, yaxud bir yerə toplamaq 
üçün istifadə edilirdi. Maşa iki cür hazırlanırdı. Onun köz tutan başı yastı düyməciklə 
tamamlanırdı. Maşanın qolları  aşağı  gəldikcə aralanırdı. Mətbəx maşasından fərqli olaraq 
«qəlyan maşası» kiçik ölçülü düzəldilirdi.  
Dudkeş. Közün alovlanması, tüstüsünün yaxşı çıxması və hərarətin artırılması məqsədi ilə 
«dudkeş» adlanan tüstüçəkən borudan istifadə olunurdu. Dudkeş çox sonralar, soba, samovar 
peyda olandan sonra məişətə daxil olmuşdur. Dudkeş, adətən, tənəkə dəmirdən düzəldilirdi. 
Xəkəndaz  hər bir ailədə  zəruri ev ləvazimatı sayılırdı. Xəkəndaz misdən və ya tənəkə 
dəmirdən olmaqla iki cür düzəldilirdi. Xəkəndazın yarım arşın uzunluğunda borusayaq dəstəyi 
və ortası getdikcə enlənən çökək çalovu olurdu.  
Maqqaş ev məişətində müxtəlif məqsədlərdə  işlənirdi. Varlı ailələr üçün maqqaş 
gümüşdən hazırlanırdı.  Şəkərbura hazırlanıb qurtarandan sonra onun yanları  və üzəri maqqaş 
vasitəsilə naxışlanırdı. Keçmişdə  Dərbənd çörəyinin hər tərəfi maqqaşla naxışlanırdı.
63
 Ev 
məişətində, xüsusilə məşşatə qadınlar maqqaş vasitəsilə həm də üz-qaş alırdılar. 
Çəngəl (qarmaq) – qoşa və tay olmaqla iki cür düzəldilirdi. Çəngəlin yuxarı başı qövsvari 
şəkildə  əyri olub ağacdan asılırdı. «Qəssab çəngəli»ndən fərqli olaraq «tilov» adlanan balıq 
qarmağının ucunda dil düzəldilir. 
Keçmişdə Abşeron əhalisinin su təchizatında quyu suyu mühüm yer tuturdu. Quyudan su 
çıxarmaq üçün aşılı göndən hazırlanmış  dol, habelə su daşımaq üçün istifadə edilən  tuluq  ən 
sərfəli vasitə sayılırdı. Vaxtilə, Abşeron neftini dəvə karvanları vasitəsilə uzaq ölkələrə iri 
tuluqlarda daşıyırdılar. 
Zəngin xammal ehtiyatına malik olan Azərbaycanda müxtəlif növ hörmə  və  toxuma 
məmulatlardan da istifadə olunmuşdur. Sucar sahələrdə yetişən  lifli bitkilər (lığ, ziyəlağ, dala, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə