Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə18/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

 
34
çatdırmaq məqsədilə bazar və meydanlarda car çəkmək, yaxud kəndirbaz oyunları  və xalq 
tamaşalarına camaatı səsləyib toplamaq üçün istifadə edərmişlər. 
Kərənay son orta əsrlərdə Azərbaycanda özünün işlək  əhəmiyyətini hələ  də itirməmişdir. 
Görkəmli alman səyyahı E.Kempfer 1683-cü ildə Azərbaycanda olarkən kərənaydan istifadə 
olunduğunu və onun uzunluğunun 2 m-ə çatdığını xəbər vermişdir.
32
 
Sonralar müsəlman ölkələrinin bir qismində, o cümlədən Azərbaycanda kəranay özünün 
əməli əhəmiyyətini itirib aradan çıxmışdır. 
Azərbaycanın  ənənəvi boru formalı  nəfəsli musiqi alətləri arasında güclü səs tembri ilə 
seçilən zurna, şeypur, nəfir, şahnəfir xüsusi yer tutmuşdur.  
Zurna. Toy-düyün, böyük ziyafət məclisləri, kütləvi el şənlikləri, adətən, zurna sədaları ilə 
yola verilmişdir. 
Ərik ağacından yonulub ağzı gen, arxası dar olub boru formasında hazırlanan zurnanın 
üzərində 7, altında 1 ədəd deşik açılır. Həmin deşiklər barmaqların ucu ilə örtülüb açıldıqca 
zurnaya üfürülmüş hava axını müxtəlif səciyyəli səslərin ahəngdar avazını  əmələ  gətirir. Hava 
axınını  tənzimləyib onun fasiləsizliyini təmin etmək və beləliklə  də, küyü ahəngdar musiqi 
təranələrindən ibarət səslər  əmələ  gətirməyə  sərf etmək üçün zurnanın nazik ucuna müştük 
keçirilir. Müştük qarğı qabığından yonulmuş bir cüt nazik lövhəcikdən ibarət olub, ağacdan 
düzəldilmiş «xərək» vasitəsilə tənzimlənir. 
Mütəhərrik vəziyyətdə olan xərəyi müştük boyunca irəli-geri çəkməklə, qarğı dilçəklərinin 
arasındakı boşluğun ölçüsü dəyişdirə bilir. Beləliklə, zurnanın zil səsini bəm həddinə endirmək 
imkanı yaranır. Zurnanın müştüyünə, həmçinin, sümükdən yonulma,  sikkə formalı dairəvi 
lövhəcik keçirilir. 
Qədim tarixə malik olan zurnanın «asəfi», «ərəbi», «əcəmi», «qaba», «qara», «səhabi», 
«cürə» zurna olmaqla müxtəlif növləri yaranmışdır.
33
 
Zurnanın nisbətən böyük növü «sur», «surna», yaxud «surnay» adlanmaqla, daha güclü, 
şiddətli və qulaq batırıcı səsə malik olmuşdur.
34
 
Nəfir.  Misdən boru şəklində düzəldilmiş  nəfəsli alətlərdən olan nəfirin səsi kərənaya 
nisbətən az gurultu vermişdir. Kərənaydan bir qədər qısa olan nəfirin kəl buynuzu təki əyilmiş 
növü «şahnəfir» adlanmışdır. Mütəxəssislərin fikrincə, vaxtilə şahnəfiri məhz kəl buynuzundan 
düzəldirmişlər.
35
 
Nəfirin müştüyü zurnasayağı qarğı qabığından yonulub hazırlanmışdır. Kərənay və şeypur 
kimi nəfir də hərbi səciyyəli nəfəsli musiqi aləti olub XIX əsrdən etibarən istifadədən çıxmışdır. 
Şeypur.  Ərəbcə boru mənasını ifa edən  şeypur istilahı, həmçinin, hərb sənəti üçün 
səciyyəvi nəfəsli musiqi alətini bildirmişdir. Əsasən döyüşün başlanması, yaxud bitməsi siqnalını 
bildirmək məqsədilə işlənmişdir. Kərənay kimi, misdən uzun boru şəklində düzəldilən şeypurun 
ağzı xeyli gen olmuşdur. Hərbi musiqi aləti sayılan şeypurdan, həmçinin ölkənin üzərini düşmən 
təhlükəsi alan zaman haray qoparan səfərbəredici musiqi aləti kimi də istifadə olunmuşdur. 
Keçmişdə Şərq şəhərlərində şeypur əhalini rəsmi hökm və sərəncamlardan hali etmək üçün də 
işlənmişdir. 
Tulum.  Qədim tarixə malik nəfəsli musiqi alətlərindən biri olmaq etibarilə tulum  
mürəkkəb təkamül yolu keçmişdir. Zəmanəmizədək gəlib çatmış tulum iki hissədən - aşılanmış 
davar dərisindən tikilib içərisinə hava üfürülən tuluqdan və onun qollarına keçirilmiş zurnaya 
bənzər nəfəsli musiqi alətindən ibarətdir. Tulumda, musiqi çalmaq üçün, adətən, ona bir ədəd 
qarğı  lülə, 1-2 ədəd  müştük keçirilirdi. Lülə vasitəsilə tulum vaxtaşırı hava ilə doldurulur
müştüklərə taxılmış lülələrdən biri ilə musiqi çalınır, digəri ilə züy tutulur. Bunun üçün tulumçu 
onu qoltuqda tutub sıxmaqla içindəki havanı aramsız olaraq çalğı alətinə ötürür və sağ  əlin 
barmaqları ilə istənilən havanı çalır, bu halda sol əlin barmaqları ilə digər tütəkdə züy tuturdu. 
Musiqar. Qədim musiqi alətlərindən biri olan musiqar zəmanəmizədək gəlib çatmamışdır. 
Musiqar biri digərindən azca uzun olan, 8 ədəd ağac lülədən ibarət olmuşdur.
36
  Lülələrə hava 
üfürməklə onlardan müxtəlif tembrə malik ahəngdar səslər çıxarılırdı.   
Zərb musiqi alətləri. Çox geniş tipoloji növə malik olan zərb musiqi alətləri çıxardıqları 
səsin səciyyəsinə görə, gumbultulu və cingiltili olmaqla iki qrupa ayrılır. Bu alətlərin bir qismi 
hərb sənəti ilə üzvi surətdə bağlı olmuş, müəyyən bir hissəsi isə mülki səciyyə daşımaqla məişət 


 
35
şənliklərində, xüsusilə, toy-düyündə səsləndirilmişdir. 
Birinci qrup zərb alətləri kus, boxul, nağara (qoşa nağara), təbil, dəf (qaval), dünbək, dairə 
və s. ilə təmsil olunmuşdur.  
Kus – Azərbaycanda zərbə vurmaq yolu ilə səsləndirilən ən qədim musiqi alətlərindən biri 
olmaq etibarilə kusun silindrşəkilli sağanağı çox böyük olmuşdur. Gövdəsi təbili xatırladan kus 
mis və ya bürüncdən hazırlanardı.
37
  Hərbi səfər zamanı böyük gövdəli kus öküz və ya kəl 
arabasında aparılar və iki nəfər təbilçi tərəfindən başı toppuzlu toxmaq vasitəsilə 
səsləndirilərdi.
38
 Bir qayda olaraq, kusun üzərinə aşılanmış gön çəkərdilər. Çox vaxt toppuz və 
ya dəyənəyin başına parça, yaxud dəri dolayarmışlar. Bəzən kus öküz vətərindən düzəldilmiş 
şallaq vasitəsilə səsləndirilərmiş.
39
 
Kusun haray-həşir qoparan gurultulu səsini mötədil hala salmaq üçün onun gövdəsi köşə ilə 
dartılıb tor şəklində bağlanardı. 
Hərbi musiqi aləti olmaq etibarilə kusun nərə qoparan guppultusu savaş zamanı 
döyüşçülərin qanını coşdurur, zəfər əzmini artırırdı. Elə bu səbəbdən də, döyüş zamanı kus çox 
vaxt digər hərb çalğı alətləri olan kərənay, nəfir, sur, şeypur ilə birgə çalınardı. 
Musiqişünas mütəxəssislərin fikrincə, keçmişdə kusun böyük, orta və kiçik olmaqla, 
müxtəlif ölçüləri mövcud olsa da, onların hamısı eyni ad daşımışdır.
40
 E.Kempfer XVII əsrin 
sonlarında Azərbaycanda olarkən kusun uzunsov formalı böyük ölçülü növünü təsbit etmişdir.
41
  
Təbil. Zərb musiqi alətlərinin ən geniş yayılmış qədim növü təbil sayılır. Əvvəllər təbilin 
sağanağı  ağac və ya saxsıdan olmuş, hər iki başına aşılanmış dana dərisi (kosala) çəkilmişdir. 
İbtidai təbillərin sağanağı çox böyük, həm də ellips formasında, ortası isə    xaşal olmuşdur.
42
 
Təbil yumru başlı dəyənək vasitəsilə çalınmışdır. 
Sonralar təbil mis və ya bürüncdən hazırlanmaqla, onun forması  dəyişib qıf halına 
düşmüşdür.  Ən başlıcası isə, aşılı  dəri təkcə onun gen ağzına çəkilmişdir. Təbilin səsinin 
gurultusunu gücləndirmək məqsədilə onun üz pərdəsi dartılı halda saxlanılır. Bunun üçün üz 
pərdəsinin kənar halqalarına keçirilmiş köşə vasitəsilə təbilin gövdəsi çal-çarpaz bağlanır.
43
  
Kus kimi, təbilin də üz pərdəsi çox vaxt qurd dərisindən çəkilərdi. Onu, həmçinin dəyənək  
vasitəsilə səsləndirərdi.
44
  
Təbilin qıfvari kiçik növü «təbil-bas» adlanmaqla, ən çox quş ovu zamanı istifadə olunardı. 
Bu səbəbdən də o, çox vaxt «şahin təbili» adlanmışdır. Şahin, tərlan, qırğı və digər «öyrədilmiş» 
əl quşları vasitəsilə ov edən ovçular onu atın yəhərinin sol böyrünə bağlayar və səsləndirməklə 
ov quşunu geri çağırardılar.
45
 
Keçmişdə  təbil-bas, həmçinin məişət musiqi aləti kimi toy-düyün, ailə  şənliklərində  də 
istifadə edilmişdir. Məişət şənliklərində çalınan kiçik təbil «nəqrəzan» da adlanardı.
46
 
Nağara. Gumbultulu səs çıxaran zərb alətlərinin bir qismi kiçik sağanaqlı olmaları ilə 
səciyyələnir. Bunların arasında nağara xüsusi yer tutur. Nağaranın silindrvari sağanağı əvvəllər 
saxsıdan, sonralar əymə, nazik ağac lövhədən hazırlanmışdır. Onun sağanağının hər iki başına 
aşılanmış dəridən üz pərdəsi çəkilir. 
Nağara digər musiqi alətlərinin müşayiəti ilə çalınmaqla  əl, yaxud qoşa çubuqla 
səsləndirilir. Balaban və ya sazı müşayiət etdikdə o əllə, zurnanı müşayiət etdikdə isə çubuqla 
çalınır. 
Ölçüsündən asılı olaraq nağaranın «böyük», «bala», «cürə» adları ilə  bəlli olan müxtəlif 
növləri yaranmışdır. Bundan əlavə, onun «qoşa nağara», yaxud «döyrə» («daray») adlanan 
xüsusi tipoloji növləri də yaranmışdır. 
Qoşa nağara – biri kiçik, digəri böyük olmaqla bir-birinə bağlanmış bir cüt nağaradan 
ibarətdir. Qoşa nağaranın gövdəsi saxsıdan, üz pərdəsi aşılı dəridən olub bir cüt çubuq vasitəsilə 
çalınır. Nağarasayağı onların da gövdəsinə çal-çarpaz ip bağlanır. Həmin iplər vasitəsilə 
nağaraların üz pərdələri dartılı vəziyyətdə saxlanılır. 
Doxul. Qoşa nağaradan fərlqli olaraq, doxulun ağac sağanaqlarının hər iki başına aşılı dəri 
çəkilərdi. Həm də doxulun üz pərdələri çox vaxt qurd dərisindən çəkilərdi. Doxulun bu növü 
daha gur səslənər və hərbi siqnal aləti kimi istifadə olunardı.
47
  
Dəf  (qaval). Dairəvi formaya malik olan dəfin sağanağı  ərik ağacından düzəldilir. Onun 
sağanağının diametri 35-45 sm, eni 6-7 sm-ə çatır. Girdə sağanağın bir tərəfinə balıq dərisindən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə