Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə19/112
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#24377
1   ...   15   16   17   18   19   20   21   22   ...   112

 
36
üz çəkilir, içərisinə isə cingiltili səs çıxarmaq üçün hərləmə halqacıqlar bərkidilir.  Əvvəllər 
halqacıq əvəzinə sağanağın dövrəsinə zınqırovlar bərkidilərmiş.
48
  
Dumbul.  Girdə sağanaqlı  zərb alətlərinin geniş yayılmış tipoloji növlərindən biri də 
dumbuldur. Onun sağanağının hər iki tərəfinə buzov və ya qoyun dərisindən üz çəkilir. 
Dumbulçu (dumbul vuran) onun hər iki tərəfinə çubuqla zərbə vuraraq səsləndirir. 
Dümbək – girdə sağanaqlı zərb alətlərinin ən kiçik ölçülü növü olan dümbək əl ilə, daha 
doğrusu, barmaqların ucu ilə səsləndirilir.  
İkinci qrup, yəni zərb alətlərinin bir qismi zəmanəmizədək gəlib çatmışdırOrta əsr nəzm 
əsərlərində «dəray», «çərəs», «sinc», «zəng», «zınqırov» və s. kimi cingiltili səs çıxaran zərb 
alətlərinin adlarına təsadüf olunur. Bu alətlərin bir qismi əxzetmə yolu ilə Azərbaycana da 
keçmişdir. Onların çoxu hərb musiqi alətlərinin tərkib hissəsi kimi işlənmişdir.  
Çərəs - Avropa mənşəli zərb aləti olub, orta əsrlərdə Azərbaycana keçmişdir. Nizami 
Gəncəvi «Xosrov və Şirin» poemasında onun xoş səsini gecə quşlarının avazına bənzətmişdir.
49
  
Dəray.  Çərəs kimi dəray da əxzetmə  zərb aləti olub, müstəqil səsləndirilmir, digər çalğı 
alətlərini, xüsusilə, hərbi musiqi alətlərini müşayiət edərmiş. Musiqişünaslar orta əsr klassik şairlərin 
əsərlərindəki məlumatları  təhlil edərək, rus və hind dərayı olmaqla, bu zərb alətinin müxtəlif 
növlərinin mövcud olduğunu söyləyirlər.
50
 
Məzhər – dərvişlərə  məxsus zərbli musiqi aləti sayılırdı. Keçmişdə  dərvişlər oxuyub-
oynayan zaman məzhərin ritmik sədaları altında rəqs edərdilər. 
Qaşığek. Bəsit zərb alətlərindən biri də qaşıqlar vasitəsilə səsləndirilən  və cingiltili ritmik 
səslər çıxaran  qaşığek olmuşdur. Bunun üçün bir cüt qaşığın içərisinə  xırda zınqırovlar 
doldurulandan sonra onları  ağız-ağıza qoyub qapayır və silkələyib səsləndirirdilər. Çox vaxt 
çalğıçı digər əlində tutduğu mili qaşıqlara vurmaqla yeni növ səslənmələr əldə edirdi.
51
  
Lakqıtı.  Bu məhəlli səciyyəli bəsit, həm də çox nadir musiqi alətlərindən biri olmaq 
etibarilə qədim tarixə malikdir. O, düzbucaqlı formaya malik taxta qutudan ibarət olub, çubuqla 
çalınardı. Bir cüt çubuğu boş qutuya vurduqca ahəngdar səslər çıxarılır.  
Lakqıtı ilk dəfə Lerik rayonunun dağ kəndlərindən musiqişünas Əhməd İsazadə tərəfindən 
aşkar olunmuşdur.
52
    
Sinc - cingiltili musiqi alətlərinin qədim tarixə malik tipoloji növlərindən biri sayılan sinc 
mis, bürünc və gümüş qatışığından hazırlanmış, boşqab formalı bir cüt böyük nimçədən 
ibarətdir. Nimçələri bir-birinə vurmaqla səsləndirildikcə və cingiltili səs avazı əldə edilir. 
Zəng (şaxşax)  Rəqqasələr, adətən, rəqs edən zaman havacatın ritminə müvafiq cingiltili 
səslər çıxarmaq üçün biləklərinə  və topuqlarına «şaxşax» adlanan xırda zınqırovlardan ibarət 
sarğı və ya halqalar bağlayardılar.   
 
Ev-məişəti ləvazimatları 
XIX  əsr və XX əsrin  əvvəllərində Azərbaycan  əhalisinin təsərüfat həyatı  əkinçilik, 
bağçılıq, maldarlıq, quşçuluq, balıqçılıq, ovçuluq, sənətkarlıq və s. məşğuliyyət sahələri ilə üzvi 
surətdə bağlı olub, bir sıra zəruri məişət vəsitəsinin mövcud olmasını tələb edirdi. 
Şəhər və  kənd  əhalisinin keçmiş  məişətində istifadə olunan əmək alətlərinin bir qismi 
müştərək səciyyə daşımaqla, həm  əkin təsərrüfatında, həm də  sənət dükanlarında işlənilmişdir. 
Bu mənada ənənəvi əkinçilik alətlərinin xeyli qismi (bel, kürək, yaba, toxa, şətə və s.), habelə 
kəsici (balta, dəhrə, kərki),  deşici (burğu, matqab, iskənə),  döyücü  və tapdayıcı (ding, çəkic, 
toxmaq,  əzmə  və s.) alətlər eyni zamanda keçmiş  şəhər və  kənd ailələlərinin zəruri məişət 
ləvazimatı sayılırdı. Bunlardan əlavə, bir sıra ev müxəlləfatı, xüsusilə,  əzmə, döymə, üyütmə, 
çalxalama  və bişirmə  əməliyyatlarında (həvəng-dəstə, kirkirə,  əzmə, sacayaq, sac, kiyə, kürsü, 
təndir,  ərsin, qıra  və s.) sırf ev məişəti səciyyəsi daşıyan  əmək vasitələri idi. Bütün bunlarla 
yanaşı, keçmiş ev məişətində qənd çanağı, qənd çəkici, qayçı (qənd qayçısı, xov qayçısı, parça 
qayçısı, qırxılıq), qaşov, çanaq (daqqa) və s. kimi zəruri məişət vasitələri mühüm yer tutmuşdur. 
Azərbaycan  əhalisinin ev məişətində etnoqrafik bölgələr üzrə bir sıra fərqli xüsusiyyətlər 
yaranmışdır. Ölkənin  əksər bölgələrində, xüsusilə, mərkəzi aran və  şərq bölgələrində  şəhər və 
kənd əhalisinin məişət həyatının başlıca prosesləri: yemək, yatmaq, ev işləri görmək, asudə vaxt 
keçirmək, məşvərət, söz-söhbət və s. döşəmə üzərində baş verdiyindən onun səliqə-səhmanlı 


 
37
saxlanmasına,  həsir,  keçə  (nəməd),  palaz,  xalça  ilə döşənməsinə xüsusi diqqət yetirilər, divar 
boyunca,  döşəkçə (nimdər),  nüşti,  mütəkkə,  balınc (nazbalış) düzülərmiş. Belə evlərdə soyuq 
vaxtlarda döşəmənin ortasında kürsü quraşdırılar, üzərinə xüsusi «kürsü yorğanı» salınarmış. 
Bundan fərqli olaraq, bir sıra bölgələrdə yaşayış evində  taxt (login), çarpayı, bəzi  şəhər 
evlərində  miz,  masa  və s. qoyularmış. Məhəccərli  taxta çarpayılara  ən çox ziyalı evlərində 
təsadüf edilərmiş. 
Keçmiş  şəhər evlərində körpələr üçün beşik, kənd evlərində isə  nənni (yüyrük) ən ümdə 
məişət vasitələri sayılırdı. Bütün bunlardan əlavə, yaşayış evlərinin çoxunda rəhil,  sandıq  və 
mücrü ümdə məişət vasitələri idi. 
Ənənəvi məişət vasitələri arasında müxtəlif növ pərdə və örtüklər (qapı-pəncərə, taxça və 
camaxatan pərdələri),  pərdəbaşı,  sallamanc,  zərəndaz,  yük üzü,  gərdək,  namazlıq,  canamaz, 
süzəniboxçalıq və mühüm yer tutmuşdur. 
Varlı, əsilzadə evlərində sulu qəlyan, kasıb evlərində «dəmi» adlanan çubuq qəlyan zəruri 
məişət vasitəsinə çevrilmişdir. Qəlyana od vurmaq üçün satılçaxmaqdaşı və qov onu müşayiət 
edərdi.  
Evlərin işıqlandırılmasında mis və ya gildən hazırlanmış, qara çıraqqəndillopa başlıca 
yer tuturdu. Varlı, kübar evlərində qəndil ilə yanaşı, çil-çıraqbuxurdanşamdanpiydan və s. 
mühüm məişət ləvazimatı sayılırdı. 
Keçmiş ev məişətində müxtəlif tipoloji növə malik nəhrələr («çalxar», «arxıd», gil nəhrə) 
başlıca yer tutmuşdur. 
Ev məişətinin zəruri əmək vasitələri sırasında daraqcəhrəəliyi, hörmə milləri, sürtkəc və 
kirkirə kütləvi səciyyə daşımışdır.   
XIX əsr və XX əsrin əvvəllərində şəhər və kənd  əhalisinin ev məişətində gərək olan zəruri 
ləvazimat və avadanlıqlar xammalın səciyyəsinə görə  daş, ağac, gil, metal, dəri və hörmə-
toxuma məmulatları kimi təsnif olunur.  
XIX  əsrdə daş  ən sərfəli tikinti materialı olmaqdan əlavə, həm də  təsərrüfat və ev 
məişətində özünün əməli əhəmiyyətini itirməmişdi. Ondan hələ də müxtəlif məqsədlərlə istifadə 
olunurdu.  Su daşı,  xırman daşı,  kirkirə, hovuz,  axur,  həvəng,  dibək,  əzmə,  bülöv  və s. daş 
məmulatı keçmiş məişətdə özünün əməli əhəmiyyətini hələ də saxlamışdı.
53
 K.Xatisov XIX əsrin 
sonlarında Zaqafqaziyada daşişləmə  sənətinin  ən çox inkişaf etmiş  mərkəzləri arasında, Bakı, 
Naxçıvan, Qazax, Cəbrayıl və Şamaxı qəzalarını xüsusi olaraq qeyd edir.
54
 
Ev məişətində istifadə olunan daş  məmulatı içərisində  su daşı xüsusi yer tuturdu. O, 
«gəvək» adlanan məsaməli daş növündən yonulurdu. Həcmindən asılı olaraq belə daşlar 15-20 
litrədək su tuturdu. Adətən, daşdan süzülən su damcılarını toplamaq üçün onun alt hissəsi sferik 
formada düzəldilirdi. Süzülmüş suyu bir yerə toplamaq üçün su daşı  ağac  çərçivə üzərində 
quraşdırılır və onun altında iri tutumlu saxsı və ya mis qab qoyulurdu. Çox vaxt süzülmüş suyun 
sərin qalmasını  təmin etmək üçün su damcıları  çərçivənin altında basdırılmış saxsı küpə 
tökülürdü. Bu, suyun sərin qalmasını  təmin edirdi. Su daşı XIX əsrdə  də başlıca olaraq, 
Azərbaycanın düzənlik, qismən isə bulaq suyu çatışmayan dağətəyi yaşayış məskənlərində geniş 
yayılmışdı. Aran kəndlərində bulanıq çay (arx) suyunu süzmək üçün su daşı  əvəzsiz durultma 
vasitəsi sayılır. 
Keçmiş ev məişətində tez-tez təsadüf edilən  dibək nisbətən bərk daş növündən yonulub 
hazırlanırdı. Forma etibarilə o, su daşını xatırlatsa da, ondan xeyli kiçik və dərin olurdu. Dibəyin 
müxtəlif ölçülü növləri fərqli məqsədlərlə istifadə olunmuşdur. Onun ən kiçik ölçülü növü əzmə 
məqsədi ilə həvəng kimi istifadə olunurdu. Bu halda ona daş və ya ağacdan «dəstək» əlavə edilir 
və. Belə halda o, «həvəngdəstə» adlanırdı. 
Ənənəvi daş  məmulatı arasında  əzmə  və  üyütmə vasitələri xüsusi yer tuturdu. Bunların 
arasında  dən daşı («əzmə») və  kirkirə  (əl dəyirmanı) kütləvi səciyyə daşımışdır. Keçmiş ev 
məişətində daş məmulatının bu növlərinə bütün ailələrdə rast gəlinirdi. 
Azərbaycanın bir sıra bölgələrində daşdan «girgino» adlanan yuvarlaq formalı damdaşı və 
xırmandaşı düzəldilirdi. 
Daş mədənlərinə yaxın olan kəndlərdə daşdan, həmçinin, hovuz, nov, novça (şırdan), axur, 
qıstab və s. hazırlandığı qeydə alınmışdır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə