Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 

 

ədəbiyyatı» kitabında qeyd etmişdir. O göstərirdi ki, ərəb və 



fars dillərindən götürülmüş sözlər və ibarələr bir dərəcədə 

türkləşibdir ki, savadı az olan adamlar onları məhz türk sözləri 

hesab edib, əsla güman etməzlər ki, «söhbət» və «zəhmət» 

sözləri  ərəbdən, «rəncbər», «kəfkir», «xakəndaz», sözləri 

farsdan alınıbdır.  

Füyuzatçıların dilçilik görüşlərində XX yüzilin sonunda 

Türkiyədə çap edilən «Sərvəti-fünun» jurnalı  və  onun 

ətrafındakı  ədəbi mühitin müəyyən təsiri özünü göstərir. 

Füyuzatçılar sərvəti-fünunçulara ehtiramla yanaşırdı. 

«Xüsusilə qeyd olunmalıdır ki, Anadolu - türk mühiti üçün 

sayılan və seçilən məşhur «Sərvəti-fünun» jurnalı  nəyə nail 

oldusa, Azərbaycanda «Füyuzat» həmin xidməti gördü» (36, 

11). Həm «Sərvəti-fünun», həm də «Füyuzat» ortaq inanca, 

oxşar üslub və fikirlərə malik olan bir ədəbi nəslin meydana 

çıxmasına səbəb olmuşdur. Onların aristokrat düşüncələri 

nəticədə yüksək bir üsluba gətirib çıxarırdı. Dəbdəbəli üslub 

ifadə üçün layiqli, bəzəkli dil vahidləri tələb edir, bu da öz 

növbəsində dili mürəkkəbləşdirirdi. Lakin sərvəti-fünunçular 

ərəb-fars kəlmələrinə daha çox düşkün idilər. Onlar hətta türk 

dilində qarşılığı olan alınmaların da atılmasına razı olmurdular 

(sözsüz ki, bu fikri onların hamısına aid etmək olmaz). Ədəbi 

dilə münasibətdə isə  sərvəti-fünunçularla füyuzatçılar 

təxminən eyni mövqedə daya-nırdılar. Onlar dili iki yerə 

ayırırdılar: 1. Lisani-əvam. 2. Lisani-ədəb. M.Qorkinin ifadəsi 

ilə desək, «dilin ədəbi və xalq dili deyə, ikiyə bölünməsi 

yalnız onu göstərir ki, necə deyərlər, bir «xam» dil var, bir də 

sənətkarlar tərəfindən işlənilmiş dil» (13, 76). Həm sərvəti-

fünunçular, həm də füyuzatçılar sənətkarlar tərəfindən 

işlənilmiş dilə üstünlük verirdilər. Sərvəti-fünunçuların 

başında duran Tovfiq Fikrət yazırdı: «Su namına yalnız bir 

kelime kullanmak, ati var diye istikbali kullanmamak lisanı 

tasfiye etmez, fakirleştirir. Yerinde kullanmak şartıyla her 

kelimenin ayrı bir kuvveti, ayrı tabiatı, ruhu vardır. Avama 

 

53




 

 

bildirmek və anlatmak için yazdığımız makalelerde tercihle en 



basitlerini, en açıklarını seçelim. Fakat diğerlerini de yeri 

geldikçe, edebi zevke ihtiyac oldukca yazmak için 

saklayalım» (43, 292). 

Sərvəti-fünunçular o dövrə  qədər türk dilində heç 

işlədilməyən  ərəb-fars söz və  tərkiblərindən də istifadə 

edirdilər. «Bu yolda Türkçe, Arapça, Farsça gibi üç dili hiç 

ayırt etmeden yazan Abdulhak Hamidin olumsuz etkileri 

oldu» (43, 198). Əbdülhəq Hamid nüfuzlu bir sima olaraq 

həm türk, həm də Azərbaycan  ədəbi mühitinə ciddi təsir 

göstərmişdir. H.Cavid kimi böyük şəxsiyyət onu (və Əli bəyi) 

öz müəllimi hesab etmişdir. Sərvəti-fünunçuların fikrincə, 

yüksək hissləri hər kəsin anlayacağı dil ilə ifadə etmək olmaz. 

Dildə ikilik xəstəliyi sərvəti-fünunçuların bir qrupunu əhatə 

etmişdir. Onlar «danışıq dili» dedikdə Istanbul türkcəsini 

qəbul edir, lakin «Istanbulun hansı türkcəsi?» sualına cavab 

verdikdə yenə də kübar bir dilin tərəfdarı kimi çıxış edirdilər. 

Məsələn, Xalid Ziya bu dili belə izah edirdi: «Şüphesiz, bu, ne 

baş arsalarda ceviz oynayan çocuqların, ne de şehrin dar 

sokaklarında, akşamları kapılarının eşiklerine çömelerek 

hasbihal eden kadınların lisanıdır. Istanbulda seçkin bir irfan 

topluluğu vardır ki, milletin konuşma lisanı  işte ona tabidir» 

(43, 293). Lakin sərvəti-fünunçuların hamısı eyni uslubda ol-

mamışdır. Məsələn, Hüseyin Cahid, Mehmet Rauf və baş-

qaları sadə dildə yazmışdılar. Dilin alınmalarla genişlənməsi 

dövrün ictimai-siyasi, mədəni vəziyyəti ilə bağlı idi. Inkişafla 

bağlı yeni məfhumlar yaranır və onların yeni sözlərlə ifadə 

zərurəti meydana çıxırdı. Bundan başqa, müxtəlif ölkələrin 

mətbuat və  ədəbiyyatlarından tərcümələr nəticəsində  də dilə 

çoxlu sözlər keçirdi.  

Füyuzatçılar dil–ifadə  tərzi baxımından nəzakəti  əldən 

vermədən mətbuat üslubuna yeni çalarlar gətirirdilər. Jurnalın 

dilindəki cümlə və ifadələr xüsusi linqvistik səciyyəsi ilə diq-

qəti çəkir. Xüsusilə  də  Əli bəyin dil və üslubu elmi-mədəni 

 

54




 

 

dəyəri, misilsiz sanbalı ilə seçilir. Səmimiyyətlə  və 



mübaliğəsiz demək olar ki, Əli bəyin  əsərləri XX yüzilin 

əvvəlinin  dil və  təfəkkür incisi hesab edilə bilər. Onun hər 

hansı bir məqaləsində bir kitablıq fikir ifadə olunur.  

«Füyuzat» jurnalının Azərbaycan dili tarixi, ümumtürk 

dili tarixi, Azərbaycan-türk mədəniyyəti baxımından 

mahiyyətini ciddi araşdırmalar aparmaqla müəyyənləşdirmək 

mümkündür. Hər  şeydən  əvvəl, füyuzatçılar mənfəət dilənçi-

liyindən uzaq olduğu kimi, söz-ifadə dilənçiliyindən də uzaq 

olmuşdular. Jurnalda son dərəcə orijinal üslublu, dərin 

təfəkkürlü, mətn miqyaslı ifadələr, «məlumat xəzinəsi» təsiri 

bağışlayan cümlələr diqqəti çəkir. Lakin onun dilində çağdaş 

dilimizlə və o zaman üçün «Molla Nəsrəddin» jurnalının dili 

ilə müqayisədə mürəkkəblik özünü göstərir. Bu, XX yüzilin 

ədəbi simalarının çoxunun dili üçün, xüsusilə  də, türk ədəbi 

dili üçün xarakterik xüsusiyyət idi. «Füyuzat»ın dili türk ədəbi 

dili normasına  əsaslanırdı. O zamankı türk dili ərəbizm, 

farsizm və türkizmlərdən ibarət qarışıq bir dil idi. 

Ümumiyyətlə, Osmanlı dövlətinin hökmranlıq etdiyi son 

dövrlərdə  türk  dili  alınma söz və  tərkiblərlə xeyli 

ağırlaşmışdır. Bunun fərqinə varan türk aydınları XIX əsrdə – 

Tənzimat (1839-1878) dövründə türk dilinin sadələşməsi 

məsələsini ön plana çəkmiş və bu baxımdan müxtəlif tədbirlər 

həyata keçirmişdilər. Həmin islahatlar dövründə türk dilinin 

ərəb-fars söz və ifadələrindən təmizlənməsi ədəbi dillə danışıq 

dili arasındakı uçurumun aradan qaldırılması, milli dilin 

əsaslarının hazırlanması, orfoqrafiya islahatları  və s. üçün 

müəyyən addımlar atılmış, dildə ciddi şəkildə təmizlənmə və 

sadələşmənin əsası qoyulmuş, lakin bu gözəl məqsəd istənilən 

səviyyədə həyata keçə bilməmişdir. Bu, bir tərəfdən, işin xeyli 

çətinliyi ilə bağlı idisə, digər tərəfdən, cəmiyyətin bütün 

sahələrini əhatə edən «qərbləşmə» meyli ilə əlaqədar idi. Dil 

ərəb-fars söz və tərkiblərindən azad olmamış, sürətlə Avropa 

mənşəli, xüsusilə  də, fransız dilinə  məxsus sözləri alırdı. Bu 

 

55




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə