Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   21   22   23   24   25   26   27   28   29

 

 

yüksəlməsinə kömək edir. Əli bəy böyük simaların 



şöhrətlənməsində  tərcümənin böyük rolunu qiymətləndirərək 

«Füyuzat» jurnalının birinci nömrəsində «Tolstoyluq nədir?» 

məqaləsində (s.12-15) «Tolstoy sadəcə Rusiyanın deyil, bəlkə 

bütün cahanın  ən böyük üdəbasından biridir. Onun yazdığı 

əsərlər  əksər  əqvamın dillərinə  tərcümə olunuyor, sürətlə 

milyonlarca nüsxələrlə intişar ediyor. Onun hər bir sözü 

böyük bir diqqətlə istima olunuyor. Hər bir nəsihəti əzim bir 

rəğbətlə  tələqqi ediliyor. Onun əfkarından bütün aləmi-

mədəniyyət feyziyab oluyor». «Tolstoyluq nədir?»  əsərinin 

daxilində  Əli bəy  ədibin məsləkini «Füyuzat» oxucularına 

yaxşı anlatmaq üçün tərcümədən istifadə edir: «Zəmanəmizdə 

Tolstoy ilə  bərabər bir sinif Rusiya üdəbasının ağzında, 

qələmində bir «narod» kəlməsi dolaşır. Bu  «narod» nədir? 

Bunu türkcəmizə nasıl tərcümə edəlim? Tolstoyun «narod» 

ləfzindən muradı nə ümmət, nə millət, nə cəmaətdir. Bunu bir 

xalq, nas, ammə,  əvamünnas,  əhli-qəryə,  əkinçi, ya fəhlə 

camaatı kimi kəlmələrlə  də  tərcümə edəməyiz, daima naqis 

qalır. Mənə qalırsa, bizim xalis türkcə olan «el»dən başqa heç 

bir kəlmə haqqı ilə bu «narod» mənasını ifadə edəməz, o 

halda «narodniçestvo» sözünü də tərkibi bir az səqim olsa da, 

ancaq elpərvərlik, ya elpərəstlik kimi mürəkkəb kəlmələrlə 

tərcümə edə biləriz». Deməli, tərcümə zamanı  hər hansı bir 

sözün qarşılıqları içərisində  ən düzgün olanını seçmək 

lazımdır. Əli bəy sənətkarlıqla edilən tərcümənin tərəfdarıdır: 

«Mühərrirlərdən kim olursa-olsun Tolstoyun asarından 

camaatımızın  əhvalına mü-vafiq olanları intixab edib açıq, 

sadə və ədibanə bir surətdə tərcümə edərsə, məəlməmnuniyyə 

qəbula hazırız». Əli bəyin fikrincə, tərcümə həm də çevrildiyi 

dilin daşıyıcısı olan xalqın mənafeyinə uyğun olmalı, onun 

faydalanmasına kömək etməlidir. Bu işin öhdəsindən isə 

qərəzsiz, düzgün üslublu, elmi və lazımlı  tərcümələr gələ 

bilər. 


 

90



 

 

Əli bəy Hüseynzadənin tərcümə  məsələləri ilə bağlı 



fikirlərini aşağıdakı kimi ümumiləşdirmək olar: 

-Yalnız  ana dilinə çevrilən əsərlərə üstünlük verilməli-

dir. Orijinalından geri qalmayan tərcümələr mükəmməl hesab 

edilir.  

-Tərcümə mənanı pozmamalıdır. 

-Tərcümə müəllifin ruhunu yaşatmalıdır.  

-Tərcümə süniliklərdən uzaq olmalıdır. 

-Tarixi saxtalaşdıran 

əsərlər tərcümə edilib 

yayılmamalıdır. Hər hansı mövzu haqqında ən düzgün yazılan 

əsərlərin tərcüməsi yayılmalıdır.  

-Tərcümə ədəbi dilin normalarına əsaslanmalıdır. 

      -Tərcümə  qərəzsiz olmalı, siyasi oyunlara alət 

edilməməlidir. Qərəzli tərcümələr sükutla qarşılanmamalı, 

onların cavabı verilməlidir. 

     -Təkcə  mənən yox, həm də  hərfən tərcümələrə diqqət 

edilməlidir.  

     -Tərcümənin naqis olmaması üçün tərcümə müəllifi həm 

əsərin yazıldığı, həm də çevrildiyi dilə  dərindən bələd 

olmalıdır.  

     -Tərcümə müəllifi çevirdiyi əsərin mövzusunu bilməlidir. 

     -Tərcümə səhih və dürüst olmalıdır. 

     -Tərcümə üçün ən yaraqlı dil vahidləri seçilməlidir. 

     -Tərcümə sadə, açıq və ədibanə dildə olmalıdır. 

Əli bəyin tərcümə  məsələlərinə diqqəti onun çoxcəhətli 

fəaliyyəti ilə bağlıdır. O hələ öz dövründə istedadlı tərcüməçi 

kimi tanınmışdır. O,  Homerin «Iliada» əsərini yunan dilindən 

mənzum şəkildə tərcümə işinə başlamış, lakin təəssüf ki, onu 

tamamlaya bilməmişdir. «Doğu və Batı humanizmlerini 

uzlaştırmak isteyen ve Türk milletinin tarihi kaderi gereğince 

bu iki humanizme dayanmasının zorunlu olduğuna inanan 

Hüseyinzade, bir yandan Şehname‘nin manzum çevirisine 

çalışırken, bir yandan da Batı destanlarına nüfuz ediyordu» 

(45, 27). Əli bəy Qahirədə çap edilən «Türk» qəzetində 

 

91



 

 

Derjavinin bir şerini türk dilinə çevirmiş, sonralar müxtəlif 



xalqların  ədəbi nümunələrindən etdiyi tərcümələrlə  ədəbi 

ictimaiyyətdə  şöhrət qazanmışdır. O, Volfqanq Hötenin 

məşhur «Faust» əsərini dilimizə çevirmiş, türk xalqları 

içərisində «Faust»un ilk tərcümə parçaları Türkiyədə 

«Məlumat» qəzetində «Salyani» imzası ilə çap olunmuş, 

sonralar isə o, «Faust» jurnalı vasitəsilə xalqa çatdırıl-

mışdır. Tədqiqatlara görə,  Əli bəy yazarlığa həmin mət-

buat orqanlarında başlamış  və «Faust»dan başqa, H.Hey-

nedən də  tərcümələr etmişdir: «Bir tarafdan hekimliğini 

yürütürken, diger taraftan da 1308/1891' de başlayan yazı 

hayatına devam etmiş,  Malumat   mecmuasında  Salyani  

imzasıyla  Goethe'  nin   Faust'undan bazı  kısımları ve 

H.Heine'nin bir şiirini manzum olaraq yayınlamıştır» (40, 

12).  Əli bəy «Faust»u nəsr  şəklində  də  tərcümə  və  nəşr 

etdirmişdi.  Şillerin «Vəfakar dostlar» əsərinin  Əli bəy 

tərəfindən nəzm tərcüməsi 1923-cü ildə Istanbulda çap 

olunmuşdur. Hilmi Ziyanın fikrincə,  Əli bəyin Dr. 

Mehmet Rəfi ilə birlikdə fransız dilindən çevirdiyi «Vəba 

mikrobu» ilə A.P.Çexovun rus dilindən bir hekayəsinin 

tərcüməsi onun ilk tərcümə əsərlərindəndir. «Adam Smith’ 

in tanınmış eserini çevirmiş, fakat baskı  sırasında Latin 

harflerinin kabulu yüzünden yarım kalmıştır» (41, 270).  

Rus, fransız, ingilis, fars, ərəb, latın, yunan dillərini 

bilən  Əli bəy Azərbaycan tərcüməçilik sənətində layiqli 

şəxsiyyətlərdən biridir.  

Şəxsiyyətində alim, sənətkar və ideoloq 

fəaliyyətlərini birləşdirən  Əli bəy ana dilini sevib uca 

tutmaqla yanaşı, digər xalqların da dilinə hörmətlə 

yanaşmış  və  həmin dilləri öyrənməyə  səy göstərmişdir: 

«Genel kültürü çok kuvvetli idi. Rusca, Almanca, 

Fransızca, Ingilizce, Arapça, Farsça'yı o dilin edebiyatını 

takip edecek kadar, Yunanca'yı da okuyup anlayacağı 

kadar biliyordu» (40, 2). Çox dil bilməsi tərcümə 

 

92




 

 

fəaliyyətinin inkişafında böyük rol oynayırdı. 



M.S.Vazehin əsərlərinin tərcümə edilib yayılması məsələsini 

Azərbaycanda vurğulayan  Əli bəy idi. Onun F.Şillerdən 

tərcümə etdiyi «Kəfalət, yaxud vəfakar dostlar» əsəri 

Instanbulda çap edilmişdir.  Əli bəyin tərcüməçilik 

fəaliyyəti bədii üslubla məhdudlaşmır. O, Nenterdən 

«Vəba və mikrobu» əsərini tərcümə etmiş  və elmi 

tərcümələrin inkişafına kömək etmişdir.  

Əli bəyin alman dilindən- «Faust»dan yüksək 

üslublu tərcüməsi də uzun müddət layiqli qiymətini 

almamış,  əsassız tənqidlərə  hədəf olmuşdur. Halbuki  

alman  şerinin bu gözəl incisinin dilimizdə  təqdimi  əsil 

sənətsevərlərin rəğbətini qazanmışdır. Alman dili 

mütəxəssisi filologiya elmləri doktoru Nəzakət Ağazadə 

həmin tərcüməni çox mükəmməl hesab etmişdir: 

«Ə.Hüseynzadənin  əruz vəznində «Faust»dan etdiyi 

tərcümə əvəzedilməzdir» (16, 6).  

 Dünya  mədəniyyətinin Azərbaycanda 

yayılmasında  Əli bəyin mühüm xidmətləri olmuşdur. Bu 

baxımdan, o, «...dünya ədəbiyyatının görkəmli təbliğat-

çısı» (8, 3), «...təkcə Azərbaycanda yox, hətta Yaxın 

Şərqdə  Qərb mədəniyyətini yayan ilk təbliğatçılardan 

biridir» (16, 6). 

 Qahirədə  çıxan «Ictihad» qəzetinin naşiri  şair 

Abdulla Cövdət  Şillerin «Vilhelm Tel» əsərini çevirmiş 

və «Iki əməl» kitabını ona həsr etmişdir.Əli bəy  onun 

fikirlərinin təsiri haqqında yazırdı: «Türkiyənin dud və 

zülamı içindən xaricə öylə  şölələr, öylə atəşparələr 

çıxıyor ki, onların hər bir zərrəsi, hər bir şərarəsi deyil, 

Türkiyədə  bəlkə bütün bəşəriyyətə hüriyyət yollarını 

purnur etməyə kafidir. Abdulla Cövdətin təbi cuşə  gəlib

ağzından köpüklər tökülüyor. Lakin bu köpüklər lamiəpaş 

olan dürr və gövhər danələrinə münqəlib olaraq ətrafa 

saçılıyor». 

 

93




 

 

Tərcümə 



və müəllif 

əsərlərinin azadlıq 

ideyalarının inkişafına və dilin tərəq-qisinə xidmət 

etməsini Əli bəy vacib məsələ kimi irəli sürürdü.    



 

 

 

 

 

94




 

 

NƏTICƏ 



 

 

Beləliklə, Əli bəy Hüseynzadə türk xalqlarının gələcək 

taleyinin onların ədəbi dilindən xeyli dərəcədə asılı olduğunu 

göstərərək dil qaydı  və problemlərinin həlli yollarını 

göstərmiş  və bunun üçün konkret faktlarla fikirlərini 

əsaslandırmışdır. O, redaktoru olduğu «Həyat» və «Füyuzat» 

mətbu orqanlarının dili ilə ümumtürk dilinin mümkünlüyünü 

sübut etmişdir.  

 

Əli bəy Hüseynzadə irəli sürdüyü dil birliyi 



probleminin aktuallığını ziyalıların şüuruna yeridir, türk soylu 

xalqların assimliyasiyasının, dilinə  təcavüzün acı  nəticələrini 

əvvəldən görürdü. Təsadüfi deyildir ki, onun ortaya qoyduğu 

bu problem sonralar I Türkoloji qurultayın və daha sonralar-

1990-cı illərdən üzü bəri türk dünyasında təntənəli 

toplantıların əsas mövzusuna çevrilmişdir.  

 

Əli bəy Hüseynzadənin ensiklopedik fikirlər mənbəyi 



olan «Türklər kimdir və kimlərdən ibarətdir?» adlı  əsərində 

türk xalqları haqqında irəli sürülən etimoloji fikirlər, 

məsələlərə, dilçi, tarixçi, coğrafiyaçı kimi hərtərəfli münasibət 

heyranedici səviyyəsi ilə diqqəti çəkir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

95




 

 

ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT 

                                                      

Azərbaycan dilində 

 

1.   Abdin  T.  Əli bəy Hüseynzadə Turan // Azərbaycan, 



2004, № 5, s. 157-178. 

2.   Ağasıoğlu F. Azər xalqı. Bakı: Ağrıdağ, 2000, 430 s. 

3.   Axundov  N.  Əhmədov T. Açıq yazmağı bacarmaq 

lazımdır. «Ədəbiyyat və incəsənət» qəzeti, 1990, 14 

dekabr. 

4.   Arzulu H. Alman klassik poeziyasının Azərbaycan dilinə 

tərcüməsinin nəzəri və praktik prinsipləri. Bakı: Elm, 

2003, 256 s. 

5.   Azərbaycan bədii dilinin üslubiyyatı. Bakı: Elm, 1970, 

356 s. 


6.   Azərbaycan tarixi: 7 cilddə, V c., Bakı: Elm, 2001, 

s.240-241. 

7.   Babayev A. Azərbaycan dilçiliyinin tarixi. Bakı: Bakı 

Universiteti, 1998,274 s. 

8.   Bayramlı O. Ə.Hüseynzadə  və dünya ədəbiyyatı. 

«Ədəbiyyat» qəzeti, 1992, 14 fevral. 

9. Bayramlı O. Tərtibçidən. Milli mədəniyyətimizin böyük 

abidəsi / Füyuzat. Bakı: Çaşıoğlu, 2006, s. III-IV; V-

XXIII. 

10.   Bayramlı O. Müqəddimə / Hüseynzadə  Ə. Qərbin iki 



dastanında türk. Bakı: Ağrıdağ, 1998, s.1-46. 

11.   Bayramova  Z.  Dövrün  ədəbi dilinin zənginləşməsində 

mətbuatın rolu / Dil məsələlərinə dair tematik toplu. 

Bakı: ADPU, 1998, № 2, s.73-74. 

12.   Bayramoğlu A. Azərbaycan Demokratik Respublikası 

dövründə ədəbiyyat. Bakı: Elm, 2003, 275 s. 

13.  Budaqova Z. Azərbaycan dilində durğu işarələri. Bakı: 

Elm, 1977, 85 s. 

 

96



 

 

48.   Budaqova Z. Azərbaycan  ədəbi dilində sadə cümlə. 



Bakı: Azərb.SSR EA, 1963. 219 s. 

14. Cəfərov M.C. Sənət yollarında (ədəbi tənqidi məqalələr). 

Bakı: Gənclik, 1975, 308 s. 

15.   Cəfərov S.Ə. Müasir Azərbaycan dili. Bakı: Maarif, 

1982, 215 s. 

16.   Əliyev M. Ə. Hüseynzadə. «Ədəbiyyat» qəzeti, Bakı, 

1998, 4 mart. 

17.   Əlizadə A. Azərbaycan ədəbi dilinin elmi üslubu. Bakı: 

Ozan, 1997, 106 s. 

18.   Ərəb və fars sözləri lüğəti. Bakı: Azərb.SSR EA, 1967, 

1036 s. 

19.   Füyuzat. 1906, № 1-6; 1907 № 7-32. 

20.   Göyalp Z. Türkçülüyün əsasları. Bakı: Maarif, 1991, 175 

s. 


21.   Hacıyev T. Azərbaycan dili və türk etnik anlayışları 

haqqında / Müqayisəli tarixi türkologiyanın aktual 

problemləri. Bakı: API, 1984, s. 20-30. 

22.   Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: 

Maarif, 1988, 308 s. 

23.   «Həyat» qəzeti. 1905-1906. 

24.   Hüseynzadə  Ə. Türklər kimdir və kimlərdən ibarətdir. 

Bakı: Mütərcim, 1997, 292 s. 

25.   Xəndan R.Z. Unudulmuş dahi // Qobustan, 1990, № 4, s. 

55-59. 


26. Xudiyev N. Azərbaycan ədəbi dilinin zənginləşmə yolları. 

Bakı: ADPI, 1987, 83 s. 

27.   Kamaloğlu R. Ümumi türk ədəbi dili. «Ədəbiyyat və 

incəsənət» qəzeti, 1990, 23 noyabr. 

28.   Qarayev  Y.  Şərqin və  Əli bəyin dörd dastanında türk / 

Hüseynzadə  Ə. Qərbin iki dastanında türk. Bakı: 

Ağrıdağ, 1998. s. XII-XXIII.  

 

97




 

 

29. Quliyeva E. Dövri mətbuat və dil mədəniyyəti məsələləri / 



Dil məsələlərinə dair tematik toplu. Bakı: ADPU, 1997, 

№ 1, s. 29-32 

30.   Məmmədov X. Əli bəy Hüseynzadə «Molla Nəsrəddin» 

haqqında «Ədəbiyyat»  qəzeti, 1991, 3 may.   

31. Mirəhmədov Ə. Türklüyə xidmət nümunəsi / Hüseynzadə 

Ə. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı: 

Mütərcim, 1997, s.3-15. 

32.   Nağıoğlu M. XVI əsr Azərbaycan tərcümə abidəsi 

«Şühədənamə». Bakı: Nurlan, 2003, 192 s. 

33.   Nemanzadə Ö. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992, 536 

s.  

34. Süleymenov O. Az-ya. Bakı: Azərbaycan Dövlət 



Nəşriyyatı, 1993, 303 s. 

35.   «Tərəqqi» qəzeti, 1909, 9-10 fevral. 

36.   Vəliyev Ş. Füyuzat ədəbi məktəbi. Bakı: Elm, 1999, 442 

s. 


37.   Yüz böyük türk Bakı: Kommunist, 1991, 127 s. 

38.   Zeynalov F. Türk dillərində köməkçi nitq hissələri. Bakı: 

Maarif,  1971, 

         312 s.  



Türk dilində 

39.  Akçura Y. Hüseyinzade Ali bey // Kardeş edebiyatlar. 

Istanbul: Çağlayan, 1992, № 3, s. 32-44. 

40.   Bayat A. Hüseyinzade Ali bey. Ankara: Atatürk Kültür 

Merkezi Baş Bakanlığı, 1998, 410 s. 

41.   Inan A.M. Atatürkün not defterleri (2. Baskı). Ankara: 

Gündoğan yayınları, 1998, 224 s. 

42.   Islam ansiklopedisi. Istanbul: 1970, s. 147-149. 

43.   Kabaklı A. Türk edebiyatı. Istanbul: Türk edebiyatı 

Vakfı Yayınları, 2002, I c., 701s., II c., 891s., III c., 

848s.   

44.   Şümer F. Oğuzlar (Türkmenler). Istanbul: Genc Ofset, 

1999, 484 s. 

 

98




 

 

45.   Ülken  H.Z.  Hüseyinzade   Ali (Ali Turan) (1864-1942) 



/Türkiyede Çağdaş Düşünce Tarihi. Istanbul: Harbiye, 

1999, s. 267-276. 

                                                         

 

99




 

 

M Ü N D Ə R I C A T  

 

Giriş ..................................................................................................4 

 

I FƏSIL.  Əli bəy Hüseynzadənin türk xalqlarının  ədəbi dili 

haqqındagörüşləri ...............................................................................5 



 

II FƏSIL. Əli bəy Hüseynzadə dilin leksik tərkibi haqqında..........48  

 

III FƏSIL.  Əli bəy Hüseynzadənin mətbuat və onun dilinə 

münasibəti ........................................................................................58    



 

IV FƏSIL.  Əli bəy Hüseynzadənin imla və  tərcümə  məsələləri 

haqqında fikirlər ...............................................................................72   



 

Nəticə ...............................................................................................95 

 

Istifadə edilmiş ədəbiyyat...............................................................96 

 

 

 



 

 

 

 

 

 



100

Document Outline

  •  
    •  
    •  
    •  I FƏSIL 
    •  II FƏSIL 
    •  III FƏSIL 
    •                                                          
    •  

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə