Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

 

 

8. Mətbuatın dili sadə olmalıdır. Əli bəy «rəyimizə görə 



yazdığından daha sadə Qafqazda söylənən  şivələrə daha 

müvafiq bir surətdə yazmaq mümkün deyildir» fikri ilə  həm 

XX yüzilin əvvəlində, həm də  həmin yüzilin sonuna qədər 

onun dilini tənqid edənlərə uzaqgörənliklə cavab verirdi. 

9. Mətbuat «lisani-milli»sini qorumalıdır və «öz lisani-

millisinin qədrini bilən hər bir fərd» dilini «əcnəbi lüğətlərlə» 

doldurmamalıdır. 

10. Mətbuat yalan məlumatlar dərc etməməlidir,  əksinə 

onların cavabını verməlidir. 

11. Mətbuat «maarifə, təməddünə, təkamül və  təaliyə» 

çalışmalıdır. 

12. Qəzet «müsavat, hürriyyət və  ələlxüsus hürriyyəti-

milliyyə» tərəfdarı olmalıdır və s. 

XX yüzilin əvvəlində anadilli mətbuatın genişlənməsi 

Azərbaycan mədəniyyəti və  ədəbi dili tarixində  dəyərli bir 

hadisə idi. Təsadüfi deyildir ki, M.Ə.Rəsulzadə danışdığı 

dildə qəzet çıxara bilən bir toplumu millət hesab edirdi. 

Əli bəyin mətbuat haqqındakı fikirləri ilə Azərbaycanın 

mütərəqqi ziyalılarının düşüncələri üst-üstə düşür. Bu 

baxımdan, xalqımızın azadlıq və milli dirçəlişi uğrunda 

çalışan Ömər Faiq Nemanzadənin fikirləri səciyyəvidir: 

«Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir 

həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar». 

Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə  məcmuələr, 

qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin  ən 

kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet ən 

nüfuzlu, təsirli vaizdir. Qəzet hər millətin ölçüsü, mizanıdır. 

Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır» (33, 40). 

Əli bəy  hər bir milli mətbuatı «xətvəyi-tərəqqi» (tərəqqi 

addımı) hesab edir. Bu «xətvəyi-tərəqqi»lərdən biri «ümum 

Volqa müsəlmanlarının, türk və tatarlarının qədimi paytaxtı 

olan Kazan şəhri-şəhirində «Kazan müxbiri» namilə  cənab 

Seyid Gəray Alkinin qeyrətilə bir cəridəyi-ciddiyyənin intişara 

 

66




 

 

başlama-sından ibarətdir» (24, 112). Əli bəy bu fikirlərin ifadə 



olunduğu «Yeni rəfiqimiz «Kazan müxbirini təbrik ediriz» 

məqaləsində (23, № 109) «Nur» qəzetinin də adını  çəkir. 

Vaxtilə o, «Rusiya müsəlmanlarının dəxi mərkəzi olan 

Peterburqun mənafeyi-əhli-islamı müdafiə edəcək bir qəzetə 

əşədd ehtiyacı olduğunu idrak və  təsdiq» etmişdir. «Həyat» 

cənubdan, «Nur» şimaldan, «Tərcüman» qərbdən qeyrət 

ediyorlar.  Şərq cəhəti isə qaranlıq duruyordu. Iştə «Kazan 

müxbiri» o tərəfdən dan yerinin ağardığını xəbər veriyor» (24, 

114). 

Əli bəy Hüseynzadənin mətbuatla bağlı fikirlərində daha 



çox onun dilinə fikir verdiyini görürük. Bu baxımdan, 

Kazanda «Müsəlmanlar Ittifaqı»nın orqanı kimi 1905-ci ildən 

nəşr olunan «Kazan müxbiri» qəzetinin bir qədər çətin dilə 

malik olması onun qələmindən yayınmamışdır: «Lisanı «türk» 

lisanını andırıyorsa da, bizə bir az çətin göründü. Fəqət lisani-

ədəbi ilə yazılan məqalatını cüzi bir qeyrətlə bizim bura xəlqi 

dəxi anlaya bilirlər».  Əli bəy dil məsələsini mətbuatın  əsas 

problemi hesab edirdi. «Hər bir xalq öz hiss və fikirlərini

təbiət və cəmiyyəti, idrak prosesindəki kəşflərini dil vasitəsilə 

ifadə edir və başqalarına çatdırır. Beləliklə, dil xalqları bir-

birinə yaxınlaşdırır. Dilin məhz ümumbəşəri hadisə olması bu 

prosesin nəticəsidir» (29, 29-30). Müxtəlif bölgələrdə yaşayan 

türklərin dilləri arasındakı  fərqlərin aradan qaldırılması  Əli 

bəyin  ən böyük və müdrik məqsədi idi. Türkün türkü 

anlamaması onun faciəsidir. Bu «acı faciəni bütün dərinliyi ilə 

ilk dəfə anlayan və taleyin bu uğursuzluğuna qarşı ilk dəfə 

durmağa çalışan məhz  Əli bəy Hüseynzadə  həzrətləri 

olmuşdur» (27, 6). Türk mətbuatının dilinin asanlaşması, 

türklərin bir-birini anlamasında  Əli bəy mətbuatın elmlərə 

ciddi  əhəmiyyət verməsini istəyirdi. Bu mənada, o, «Kazan 

müxbiri»nin dini mövzulara önəm verməsini, digər elmləri 

kölgədə qoymasını özünəməxsus yumşaq bir üslubla tənqid 

edir, elmin yalnız dindən ibarət olmadığını, elm və dinin bir-

 

67




 

 

birini tamamladığını xatırladırdı: «ötəki (elmül-ədyan-din 



elmləri), olmayınca bəriki, bəriki (elmül-əbdan-insan elmləri) 

olmayınca ötəki naqis qalır. Bunlar yekdigər-lərinin 

mütəmmimidirlər» (24, 115). 

Əli bəyin mətbuatla bağlı mülahizələri «yaşadığımız 

indiki  əsrdə camaat bizdən fikirlər açan azad mətbuat 

gözləyir» deyən Cəlil Məmmədquluzadənin fikirləri ilə üst-

üstə düşür. Bu baxımdan, o, Molla Nəsrəddin və «Dəbistan 

jurnallarını təqdir edir, «Molla Nəsrəddin»in gülüşünü Qoqol, 

Svift və Dikkensin gülüşü ilə müqayisə edərək jurnalın 

gülüşünün «yəs və  ələmlə dolu» zahiri gülüşlə, daxili göz 

yaşlarının vəhdətindən ibarət olduğunu göstərir. «Türkcə nəşr 

olunan «Molla Nəsrəddin» və «Dəbistan» jurnalları fikir və 

məqsəd baxımdan eyni və «qoz kötükləri»,«qaya daşlarını» 

yonmaq aləti olduğundan  Əli bəy onları belə  fərqləndirir: 

«...Molla Nəsrəddin» ilə «Dəbistan»ı yekdigərinə qiyas etmək 

lazım gəlsə, demək olur ki, quru ağacı yonta bilən «Molla 

Nəsrəddin» daha hünərli isə, yaş  ağacı  əyib düzəldən 

«Dəbistan» daha tədbirlidir» (24, 164). Məcəllənin dilinin 

«qayət sadə və asan» olması da Əli bəyin diqqətini çəkmişdi.  

Əli bəyin «Molla Nəsrəddin» məcmuəsi ilə bağlı yüksək 

fikirləri onunla Mirzə  Cəlil arasında süni ziddiyyətlər 

axtarmağa çalışan mürtəce fikirləri alt-üst edən  ən tutarlı 

qaynaqdır. 

Əslində,  Əli bəylə Mirzə  Cəlil XX yüzilin əvvəlində 

Azərbaycan mədəniyyətinin yetişdirdiyi böyük şəxsiyyətlər 

idi. Onların hər biri məqbul bildiyi yolla xalqa xidmət edirdi. 

Millətinə fayda vermək məqsədində  məzmun eyni, forma isə 

müxtəlif idi. Həm  Əli bəyin, həm də Mirzə  Cəlilin nəşr 

etdirdiyi mətbuat orqanları xalqın mənəvi baxımdan 

faydalanmasında böyük iş görmüşdür. Lakin onların 

qiymətləndirilməsi müxtəlif olmuşdur. «Molla Nəsrəddin» və 

Cəlil Məmmədquluzadə  həm öz dövründə, həm də sonrakı 

dövrdə yüksək qiymətləndirilmiş  və layiq olduğu ifadələrlə 

 

68




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə