Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 

 

tərif edilmişdir. Lakin «Füyuzat» jurnalı  və  Əli bəy 



Hüseynzadənin bu baxımdan taleyi uğursuz olmuşdur. 

«Füyuzat»a «mürtəce romantik», «əksinqilabçı», «pantürkist» 

yarlıkı yapışdırıb nəinki insafsızcasına pisləmiş, hətta 

müəyyən məqamlarda onun baş mühərririni və müəlliflərini 

təhqir etməkdən də  çəkinməmişdilər. Bu meyl qorxunc bir 

zamanın diktə etdiyi eybəcər fikir forması idi» (30,6). 

Beləliklə, həm «Molla Nəsrəddin»lə «Füyuzat», həm də Cəlil 

Məmmədquluzadə ilə  Əli bəy Hüseynzadə arasında süni 

uçurumlar yaradılmağa başlanmışdır. Halbuki ömürlüklərinin 

bir sıra mərhələlərinə aid olan hadisələr göstərir ki, onlar bir-

birinin  şəxsiyyətinə ehtiramla yanaşmış, tənqid məqamında 

dayananda da yüksək nəzakət və  mədəniyyət nümunəsi 

göstərmişdilər.  

Əli bəy Hüseynzadə «Həyat» qəzetinin 1906-cı il 18 

may tarixli 107-ci nömrəsində «Molla Nəsrəddin»in Arqus 

kimi yüz gözlü olmasını arzulayırdı ki, nöqsanları daha çox 

görüb tənqid etsin. Tənqidə  təşəkkürlə cavab vermək  Əli 

bəyin prinsiplərindən biri idi: «O («Molla Nəsrəddin» - S.H.), 

ancaq həcv ilə, istehza ilə, xəndə ilə qüsurlarımızı intiqad və 

islah yolunu tutmuşdur. Bundan kimsənin dilgir olmağa həqqi 

yoxdur. Sabah əgər məni də  həcv eləsə, təşəkkür eləməkdən 

başqa əlimdən bir şey gəlməyəcəkdir» (23, № 101). 

Uzun müddət «Molla Nəsrəddin» jurnalı ilə «Füyuzat» 

jurnalının qarşı-qarşıya qoyulması, ikinci haqqında səhv 

fikirlərə  səbəb olmuş,  birincisinin yazarları «mol-

lanəsrəddinçilər», ikincinin ətrafına toplaşanlar isə «panis-

lamistlər» və «pantürkistlər» adlandırılmışdır. Halbuki 

tədqiqatlar nəticəsində  əldə edilən faktlar göstərir ki, bu iki 

mütərəqqi mətbuat arasında heç bir barışmaz konflikt 

olmamış, əksinə, «Molla Nəsrəddin» nəşrə başlayanda yetmiş 

altı, (1905-ci ildə çapdan çıxmış 131 nömrəsi nəzərə alınarsa, 

ümumən 207) nömrəsi çapdan çıxmış «Həyat» qəzetinin 

radektoru Əli bəy Hüseynzadə bu mədəni hadisəni alqışlamış, 

 

69




 

 

«Füyuzat» bağlananda isə  Cəlil Məmmədquluzadə  təəssüf 



etmişdi.  Əli bəy Hüseynzadə «Molla Nəsrəddin» jurnalı 

haqqında yazdığı  məqalələrində  dərgiyə ehtiram və hörmətlə 

yanaşmış, ona ünvanlanan tənqidlərə, jurnalı  məhv etmək 

istəyənlərə özünə xas olan müdrikliklə cavab vermişdir: « 

Məazallah böylə bir xəta baş göstərsə, bizim qüsurumuzu, 

eyib və nöqsanımızı kim görüb bizə göstərəcəkdir?! Xeyr, 

«Molla Nəsrəddin»in iki gözü bizə çox lazımdır. «Molla 

Nəsrəddin»in gözlərini çıxartmaq deyil, hətta bir dua 

etməliyiz ki, allah «Molla Nəsrəddin»i yunan əsatirindəki 

Arqus kimi yüz gözlü etsin!..(23, № 107). Mirzə Cəlil isə Əli 

bəyi dahi şəxsiyyət hesab etmiş, onun böyüklüyünü yüksək 

qiymətləndirmişdir.  

Əli bəy 1926-cı ildə Bakıya I Türkoloji qurultaya gəldiyi 

zaman Cəlil Məmmmədquluzadənin və «Molla Nəsrəddin»in 

fəaliyyəti haqqında rəğbətlə danışmışdır. Onların hər ikisinin 

xidməti ölçüyəgəlməz və xəlqidir. Xalqın tarixi, dili, gələcəyi, 

maarifi və s. bütün mütərəqqi ziyalılar kimi onları da dərindən 

düşündürmüş, başında durduqları  mətbuat orqanları ilə 

dilimizin inkişafına müxtəlif istiqamətlərdən olsa da, yüksək 

dərəcədə kömək etmişdilər: «Dövrün ədəbi dilinin 

formalaşmasında mətbuat işçilərinin rolu danılmazdır» 

(11,73). Millətin dili, tarixi və mədəniyyəti daha çox mətbuat 

vasitəsilə qorunub inkişaf edir. Ona görə də Əli bəy mətbuat 

məsələlərinə ciddi fikir verirdi.  

Əli bəy mətbuatın qüdrətinə inanır, onun rolunu 

ədəbiyyatın xidmətinə  bərabər tutur (mətbuat  ədəbiyyatın bir 

qolu olan publisist ədəbiyyatdır) və  cəmiyyətdəki 

dəyişikliklərin onların sayəsində mümkün olacağını göstərirdi. 

O hələ 1906-cı ildə «Həyat» qəzetinin avqust nömrələrində 

təhsil illəri ilə bağlı keçirdiyi həyatını anladan «Nümunə 

məktəbi» adlı məqaləsində yazırdı: «Biz əsil etimadı tamim ilə 

şuna mütəqidiz ki, öz hüquq və ixtiyaratına mətbuat və 

ədəbiyyat sayəsində axiri-əmr vaqif bulunan, ya bulunacaq 

 

70




 

 

olan camaatların cəhd və qeyrətləri ilədir ki, istibdadın səd və 



bəndləri yıxılıb  ədəbiyyatı  həqiqiyə hürr və  sərbəst olaraq 

məktəb qapılarından içəri girməyə yol tapacaqdır. Əsil o vaxt 

öz  əqidələrini axçaya, rütbəyə nişanəyi-istibdaddan dəbdəbə 

və daratına satanların vücudları ortadan qalxmış olacaqdır» 

(40, 56). 

Əli bəy 1916-cı ilin yanvarında Berlində Türk qövmləri 

konqresində türk xalqlarının hüquqlarını müdafiə üçün 

söylədiyi məruzəsində rusların türklərə təzyiqinə baxmayaraq 

mətbuatın tərəqqisini alqışlayırdı: «Fəqət bu şiddətli basqı və 

senzordan sonra 1905-ci il ixtilalı ilə birlikdə  hər  şey bir 

müddət üçün dəyişdi. Türklər tərəqqiçi və liberal hərəkatlara 

qarışdılar. Başlıca Qafqaziya, Krım və Qazanda beş-altı 

mətbəə quruldu. 1905-1906-cı illərdəki qəzetə  və  dərgilərin 

sayısı otuza çıxdı. Rus hökumətinin  əzməyə çalışdığı milli 

şüurun oyandığı meydanda idi» (40, 60). Beləliklə, mətbuat 

Əli bəyin nəzərində  mətbuat milli şüurun oyanma prosesini 

gücləndirən və dilin bütün imkanlarını üzə çıxaran ən mühüm 

vasitə idi.            

                                                                                                                

 

 



 

 

 



 

 

 



 

 

                                IV FƏSIL 



ƏLI BƏY HÜSEYNZADƏNIN IMLA VƏ TƏRCÜMƏ 

MƏSƏLƏLƏRI HAQQINDA FIKIRLƏRI 

 

 

71




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə