Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   21   22   23   24   25   26   27   28   29

 

 

nəqlisini «gəlmişəm», ya «gəlmişim» tərzində yazmaq hankı 



qəvaid kitabında görülmüş şeydir?»  

Əli bəy «Ikinci il»in morfoloji qaydalara əməl etməməsi 

qüsurunu bir qədər düzəltməyin mümkün olduğunu yazır: 

«...lakin nəhvə,  şeirə, inşayə, üslubi-ifadəyə, fəsahətə 

mütəəlləq nöqsanlarla nə yapacağız!..» Əli bəyin «Ikinci il»də 

verilən qüsurlu nəzm əsərlərinin tənqidinə aid fikirlərində şeir 

haqqında maraqlı və qiymətli mülahizələrə rast gəlirik: «Şeir 

demək lisanın sərf və nəhvcə, fəsahət və bəlağətcə ən dürüst, 

ən səhihi deməkdir. Şeir demək cümlələrin, ibarələrin hər bir 

qüsurdan ari olaraq saf və parlaq bir büllur halına gəlməsi 

deməkdir». 

Əli bəy sifətin isimdən sonra işlənməsi, ifadələrin yerinə 

düşməməsi,  ədəbi dilin leksik-qrammatik normasının 

pozulmasını, məntiqsizliyi tənqid edir və mükəmməl  ədəbi 

nümunələrdən istifadə etməyi məsləhət görür. O, türk ədəbiy-

yatı  və dilini regionlaşdırmağı, yalnız yerli materiallardan 

(onlar qüsurlu olsa belə) istifadə ilə «Cığatay və osmanlı 

ədəbiyyatına qarşı inad» göstərməyi düzgün yol hesab etmir. 

«Daha iyi deyilmi ki «aşiyan edirdi» ya «oquyurdu nəğmələr 

xoş» kibi qələt fahiş ibarələr ilə  bənləyəcəyinə, bilmədikləri 

düzgün sözləri öğrənsinlər və yanlış  tərcümələr vasitəsilə 

özgələrin  əfkar və  təsvirati-ədəbiyyəsilə  tərbiyələnəcəyinə, 

yavaş-yavaş türkün öz ədəbiyyatı-milliyyəsini, öz üdəba-

həqiqiyyəsini bir az tanısınlar?  

Iştə ey «Ikinci», «Üçüncü», «Dördüncü» il»lər tərtib 

edən müəllimlər, müəlliflər, mən bu qədərcik söyləməklə 

iktifa etdim, ilərisini artıq, özünüz düşününüz də  ətfali-

ümməti toğru yollara çıqarın!..»  Əli bəy «Yazımız, Dilimiz, 

«Ikinci il»-imiz» məqaləsi ilə yazının fonetik prinsiplərə 

(oxunduğu kimi deyil, etimoloji prinsiplərə (qrammatika 

qanunlarına görə sabit şəkildə)  əsaslanmasının tərəfdarı 

olduğunu göstərir. «Ikinci il» dərsliyinin müəllifləri köhnə 

həfrlərlə fonetik prinsiplərə  əsaslanmışdılar.  Əli bəy isə türk 

 

75




 

 

dilinin  ən səciyyəvi prosodik imkanı olan vurğu qaydalarını 



pozan və bunun nəticəsində vurğuya uyğun olmayan formalar 

yaradan həmin yazının türk dillərini bir-birindən ayıracağı 

narahatlığı ilə çıxış edir.   

Əli bəy bu məqaləsində dilimizin qrammatik quruluşuna, 

üslubiyyat elminə  dərindən bələd olan dilçi, tədris işlərini 

mükəmməl bilən,  şagirdlərin yaş  və bilik səviyyəsini  əsas 

tutan metodist alim dəqiqliyi ilə  dəyərli fikirlər söyləmişdir. 

Lakin onun qiymətli fikirləri ciddi etirazlara səbəb olmuşdur. 

Əli bəyin bəzi mülahizələri ziddiyyətli hesab edilərək inkarçı 

fikirlərlə qarşılanmış, hətta Azərbaycan xalqının ictimai və 

milli  şüur baxımından oyanıb formalaşması prosesində, milli 

mətbuatımızın inkişafında mühüm xidmətləri olan Ömər Faiq 

Nemanzadə «Yazımız, dilimiz, «Ikinci il»imiz adlı irihəcmli 

məqaləsi ilə («Tərəqqi» qəzeti 20, 22, 26 fevral №, 3,12,15; 

16 mart 1909-cu il, № 41, 42, 43, 44, 49, 52,53,55) 

Ə.Hüseynzadəyə cavab vermiş və «Molla Nəsrəddin» jurnalı-

nın 1909-cu il 8-ci nömrəsində  Əli bəyin mövqeyini tənqid 

edən «Zəncir» felyetonu çap edilmişdir. Ö.F.Nemanzadə 

xüsusilə imla, əlifba və alınma söz məsələləri ilə bağlı  Əli 

bəyin fikirlərinə qarşı  çıxmışdır. Lakin o, «möhtərəm ustad» 

adlandırdığı  Əli bəyin «Ikinci il» dərsliyi ilə bağlı  tənqidi 

fikirlərin müəyyən bir hissəsi ilə tamamilə razı olduğunu 

bildirmişdir. Xüsusilə  də ibarəpərdazlıq və yerli şairlərin 

nöqsanlı ifadələri, hərfləri yerli-yerində  işlətməyərək dilin 

fonetik normasının pozulması  məsələlərində onların fikirləri 

üst-üstə düşür.  

Ömər Faiq Nemanzadə yazırdı: «indiki yerli şairləri-

mizin gülünc halları və qaş yaparkən göz çıxarmaları belə tək-

tək sözləri ilə  (Əli bəyin tənqid etdiyi sözlər –S.H.) qurtarsa 

idi, canları  cənnət! Lakin indiki bir para şairlərimiz türk 

dilimizi lap bərbad edirlər. Cahilcəsinə osmanlıları təqlid edib, 

öz dillərini də itirirlər, özgəsindən də avara qalırlar. Odur ki, 

 

76



 

 

Vaqifin, Vidadinin, Zakirin, Seyid Əzimin xoş,  şirin ruhlu 



şerlərini indikilərdə görə bilmirik. 

Əgər bu cahilcə müqəllidlik,  əgər bu saxta şairlik belə 

gedərsə, bundan sonra şairlərimizin  əsərlərində qafqazlıların 

məişətinə, psixologiyasına, adətinə, tərəqqisinin təbii 

dərəcəsinə, dilinə dair bir şey görə bilməyəcəyiz. Nə cür ki, 

indidən görülmür» (33, 202-203). 

«Yazımız, Dilimiz, «Ikinci il»imiz məqaləsindəki 

tənqidlərə «Ikinci il» dərs-liyinin müəllifləri müxtəlif 

məqalələrlə cavab vermiş, öz növbəsində,  Əli bəy də  həmin 

cavabları sükutla qarşılamamış  və mübahisələr bir müddət 

davam edərək ictimaiyyətin diqqətini çəkmişdir. 1914-cü ildə 

Türkiyədə Fuad Köprülü ilə Haqqı Tarık arasında yazının 

prinsipləri—fonetik, yoxsa etimoloji prinsipin əsas alınması 

mövzusunda mübahisə başlanmışdır. Həmin mövzu bu gün 

üçün də aktualdır, ona görə ki, indiyədək mükəmməl həllini 

tapmamışdır. Fonetik prinsip başlıca hesab edilsə də, əslində, 

qrammatika qaydalarına xələl gətirməməlidir. Mütəxəssislər 

bu qaydaları qoruyaraq fonetik prinsipdən çıxış etməyi daha 

düzgün sayırlar.  

Ayrı-ayrı türk dillərində bir yazı formasının müxtəlif cür 

oxunması  və bunun ortaq türk ədəbi dilinin parçalanması ilə 

nəticələnməsi Əli bəyin tənqidinə haqq qazandırır.  

Beləliklə, XX yüzil Azərbaycan romantizminin nəzəri 

əsasını qoyan ictimai və milli problemləri ilə dövrün mətbuatı 

içərisində seçilən «Həyat» və «Füyuzat» orqanlarını  çıxaran 

Əli bəyin dilçilik görüşləri Azərbaycan dilçilik tarixinin işıqlı 

səhifələrindəndir. 

Əli bəyin çap olunmamış  əsərlərini prof. A.Bayat öz 

kitabında (40) nəşr etdirmişdir. Onun belə yazılarından biri 

türk poeziyasına sərbəst  şeir forması  gətirən, «bizim dilimiz 

osmanlıca deyil, türkcədir» (37, 48) deyən, «Əndəlus 

tarixi»nin tərcüməçisi, Namiq Kamalla birgə «Əsas qanun»un 

 

77



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə