Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   21   22   23   24   25   26   27   28   29

 

 

tərcümə edilən əsərin mənsub olduğu dilin) özünəməxsusluğu 



bilinməlidir. Tərcümə  məsuliyyətli işdir. Başqa xalqın  ədəbi 

nümunəsi onun vasitəsilə milli xəzinəyə  gətirilir. Orijinal 

tərcümələr başqa dil vasitəsilə edilən tərcümələrin dəyərini 

aşağı salır. Böyük tərcüməçilər sətri tərcümənin köməyi ilə 

meydana çıxan tərcümələrin  əsil həqiqi tərcümə olmadığını 

göstərirlər. Sətri tərcümə  işi ilə  məşğul olanlar «təsadüfi 

tamaşaçı» mövqeyində dayanırlar. Doğrudur, sətri tərcüməni 

tamamilə lazımsız bir iş hesab etmək olmaz. Ondan nəsr 

tərcümələrində istifadə edilir. «Inkaredilməz bir həqiqətdir ki

bədii  əsərlərin milli ədəbiyyata gətirilməsinin  ən qısa,  ən 

doğru,  ən etibarlı  və  səmərəli yolu orijinaldan tərcümə 

yoludur. Başqa bir dil vasitəsilə  tərcümə olunan əsərlərin, 

necə deyərlər, mənzili yaxın, ömrü qısa olur» (4, 12). 

Hər bir elmin irəli getməsi üçün praktik işlər əsas mənbə 

və  şərtlərdəndir. Ümumiyyətlə, təcrübə kamilliyə aparan 

vasitədir. Bu baxımdan, istedadla əməyin nəticəsi olan 

tərcümə işi önəmli məsələdir. Tərcüməçi hər hansı bir əsərin 

ikinci müəllifi hesab edilir. Türk dillərində ilk tərcümə 

nümunələri «Kitabi-Dədə Qorqud» dastanında «Qurani-

Kərim»in «Ixlas» surəsinin və 1333-cü ilə aid olan Quran 

əlyazmasında türkcəyə sətiraltı tərcümələrdir.    

«VII  əsrdə  ərəblərin Azərbaycana gəlişi, yerli xalqın 

islam dinini qəbul etməsi, bu dinin müqəddəs kitabı olan 

«Qurani-Kərim»in öyrənilməsi tərcümə sənətinin yaranmasını 

şərtləndirən başlıca amil oldu. Ərəb dilində nazil olan Quranın 

dili möcüzəli sayıldığı üçün o, islam dininin yayıldığı bütün 

ölkələrdə, o sıradan, Azərbaycanda bir müddət yalnız  ərəbcə 

yayılmağa və öyrənilməyə başlandı. Lakin çox keçmədi ki, 

Quranın yerli şəhərlərdəki mədrəsələrdə tədrisi zamanı, istər-

istəməz, onun tam olmasa da, ayrı-ayrı surə və ayələrinin ilk 

öncə şifahi, sonra isə yazılı tərcümələri ortaya çıxdı» (32, 3).  

Ilk Azərbaycan tərcü-mələri  ərəb və ya fars dilindən 

çevirmələr olmuşdur. XIX yüzilə qədərki tərcümə nümunələri 

 

81




 

 

bunu sübut edir. XIX yüzildən başlayaraq rus dilindən 



tərcümə nümunələri yayılmağa başlayır. XX yüzilin 

əvvəlindən isə Avropa dillərindən tərcümə nümunələri 

çoxalır. Bu baxımdan,  Əli bəy Hüseynzadə  və onun 

redaktorluq etdiyi «Füyuzat» jurnalı yaddaqalan bir fəaliyyət 

göstərmişdir.  

Əli bəy tərcümə  sənətini ona görə qiymətləndirir ki, o, 

türk dilindən başqa dil bilməyənləri dünya xalqlarının  ədəbi 

nümunələri ilə tanış edir, bu isə bilgi və zövq məsələsidir. O, 

«Ingilis  əşarı türk dilində  və  «Şilyon məhbusu» adlı 

məqaləsində  tərcümə  məsələlərinə toxunaraq görkəmli türk 

şairi və jurnalisti Abdulla Cövdətin (1869-1938) tərcümə 

etdiyi «Şilyon məhbusu» (Lord Corc Bayron) əsərindən bəhs 

edir. C.Bayronun bu poemasının tərcümələri içərisində bu 

tərcüməyə xüsusi münasibətin səbəbini Əli bəy belə izah edir: 

«Bayronun  əşarını  əvvəlcə rus və Avropa dillərində mütaliə 

etmiş idim. Lakin heç bir vaxt o əşari-büləndamal məzkur 

dillərdə  mənə öz dilimizdə olduğu qədər zövq və  ləzzət 

verməmiş idi. Mən bu andakı zövq və  məmnuniyyətimi tərif 

edəməm!..» 

Tərcümə nümunələri ədəbi dilin inkişafında mühüm rol 

oynayaraq onun leksik tərkibinin genişlənib zənginləşməsinə 

imkan yaradır. Müxtəlif dövrlərə aid olan tərcümələr həmin 

dövrün  ədəbi dil xüsusiyyətlərini, orfoqrafiyasını öyrənmək 

baxımından faydalı mənbələrdən hesab edilir.    

«Bayronun  əşarını türkcə oxumaq nə böyük nemət, nə 

böyük səadət!» (24, 141)  deyən  Əli bəy «əslindən heç bir 

vəchlə geri qalmayan» çevirmələrə üstünlük verir. «Hər hansı 

bir bədii  əsəri elə-belə, kor-koranə, ucdantutma tərcümə 

etmək, orijinala da, doğma dilə, doğma mədəniyyətə də qəsd 

etmək deməkdir. Belə başabəla tərcümə doğma dili korlayır, 

son dərəcə  mənasız, dolaşıq ifadələr, birləşmələrlə onu 

zibillyəir və quru, cansıxıcı edir, bədiiliyini, gözəlliyini aşağı 

salır (4,27). Nəzm tərcümələrində o, «kəlamı  bəyəndirmək» 

 

82




 

 

yolunu tutur və bu mənada A.Cövdətin tərcüməsini bəyənir. 



«Bütün bir ruhu istemal edən» sözlər müəllifi Bayron o cür 

yüksək tərcüməyə layiqdir. Əli bəy Bayrona son dərəcə 

nəzakət və ehtiramla yanaşır, onun türklər haqqında aşağıdakı 

fikrini nümunə göstərərək haqpərəst və öz ruhuna tərcüman» 

(A.Cövdət) olan şairi yüksək qiymətləndirir: «Türklər nə 

aldadıcıdırlar, nə alçaqdırlar, nə  də qatildirlər, etiqadsızları 

ehraqi-binnar etməzlər. Daima inkivizisiyonsuz olaraq öz bir 

olan allahlarına sadiqdirlər» (24, 142). 

Əli bəy Bayronun «Şilyon məhbusu» poemasının 

A.Cövdət tərəfindən nəsrlə  tərcüməsində bir təbiilik görür, 

çünki «Britaniya şairinin fikrinə görə, kəlam mövzusunda 

təbiilik mətlub isə, qafiyələrə  əsla ehtiyac yoxdur». Avropa 

şairlərini gah nəzm, gah da nəsrlə  tərcümə edən A.Cövdətin 

qələmi vasitəsilə çevrilmiş  «Şilyon məhbusu»  əsər 

qəhrəmanının bütün hiss və duyğularını, müəllifin məqsədini 

layiqincə əks etdirdiyi üçün qiymətlidir. 

Ə.Hüseynzadənin «Intiqad» (23, № 129) məqaləsi 

tərcümə  məsələlərindəki çatışmazlıqların tənqidinə  həsr 

olunub.  Əsərdə M.Ə.Rəsulzadənin müəllifliyi ilə «Irşad» 

qəzetinin beşinci nömrəsində «Hafizdən tərcümə» başlıqlı 

şerin çevirisindəki hərc-mərclikdən danışılır.  Əsərdə  şer 

tərcüməsi sənətinə layiq olmayan cəhətlər, misraların 

müqayisəli tərcüməsi zamanı özünü göstərən yanlışlıqlar ön 

plana çəkilir. Baxmayaraq ki, Ə.Hüseynzadə ilə 

M.Ə.Rəsulzadə  məsləkdaş  şəx-siyyətlər idilər, sənət məsələ-

lərində birincinin son dərəcə obyektivliyi ikincinin tən-qidinin 

təbiiliyinə  əsas verir. «Ə.Hüseynzadə  tənqiddə  və satirik  

əsərlərdə subyektivizmə  mənfi münasibət bəsləyirdi. O belə 

hesab edirdi ki, şəxsi mülahizələrə görə, bu və ya digər 

müəllifi gülünc yerə qoymaq ciddi ədəbiyyat üçün nöqsandır» 

(6, 240). 

Ə.Hüseynzadə «Hafizdən tərcümə»də birinci misradan 

başlayaraq sonuncu misraya qədər» Hafiz əşarının heç bir 

 

83




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə