Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 

ediləcəkdir. 32 nömrəyi təkmil almış olanlar on gündə bir 



nömrü hesabilə bir sənəlik abunələrini təkmil almış olurlar.  

Abunə  bədəllərini tadiyə edib də 32-dən  əksik nüsxə 

almış olanların abunə  bədəllərindən idarədə qalmış olan 

haqları  tələb və ixtiyarlarına görə ya özlərin iadə olunacaq, 

yaxud o haqlarına müqabil «Tazə  həyat» və «Kaspi» 

göndəriləcəkdir. 

Sahibi –ixtiyar» 

Elanın birinci cümləsi «tətil edəcəkdir» məlum feli ilə 

yox, «tətil ediləcəkdir»  məchul fellə ifadə olunmuş xəbər ilə 

bitir və bu, mənasına görə çox şeyi ifadə edir. Jurnal mətbuat 

meydanından tez ayrılsa da, mədəniyyət tariximizdə qabarıq 

bir iz qoydu. Onun cismani ömrü qısa olsa da, ideyaları, irəli 

sürdüyü dil siyasəti, qeyri-adi millət təəssübkeşliyi əbədi oldu. 

Lakin illər, onillər uzunu jurnala zahiri baxımdan qiymət 

verildi və bu, onun əsas mahiyyətini kölgələməyə nail oldu. 

«Füyuzat»ın dilində qüsur axtaranlar, ya bilərəkdən, ya bilmə-

yərəkdən, onun haqqında deyilmiş fikirləri təqlid həvəsindən 

və s. insafsız tənqidlərə yol açdılar. Bu tənqidlərin  əsasında, 

ilk növbədə jurnalın dilinin çətinliyi ilə bağlı vurğulanan 

məqamlar dayanırdı. Jurnalın dili, doğrudan da, çətin idi. 

Lakin bunun əsaslı  səbəbləri var idi ki, bu, ilk növbədə, o 

zamankı türk ədəbi dilinin normaları ilə bağlı idi.  

«Mətnlərin dil çətinlyinin ikinci bir cəhəti  Əli bəy 

Hüseynzadənin üslubu ilə əlaqədardır. Bu üslub sətiraltı məna, 

rəmz və simvolika ilə  zəngindir» (9, IV). Ona görə  də  Əli 

bəyin dil və üslubu ilə tanış olmadan «Füyuzat» jurnalının 

dilini açmaq çətindir. «Füyuzat»ı  Əli bəysiz,  Əli bəyi isə 

«Füyuzat»sız təsəvvür etmək mümkün deyil. «Füyuzat» 

ərəbcə «feyz» sözündəndir və onun dörd mənası vardır: «1) 

bolluq, bərəkət; 2) nemət; 3) müvəffəqiyyət, xeyir, fayda; 4) 

ləzzət, həzz» (18,665). Və «Füyuzat» müdrik fikirləri, elmi, 

siyasi sambalı,  az yaşasa da çox xeyir verməsi, ləzzətli üslubu 

ilə bu müsbət mənaların hamısına layiqdir. Bəlkə  də bir 

 

6




 

 

təsadüf deyil ki, Əli bəyin kiçik övladının adı da «feyz» 



sözündən – mənəvi övladının- «Füyuzat» sözünün kökündən 

alınmışdır: Feyzavər (xeyir-bərəkət, uğur gətirən). 

Jurnalın redaktoru bütün türk dünyasında türkçülük 

ideyalarının banisi, «ruhu uca, fikri dərin, eşqi ilahi» 

(R.Z.Xəndan)  Əli bəy Hüseynzadə fövqəladə  təfəkkürlü bir 

şəxsiyyət olmuşdur. «Ziya Göyalp, Yusif Akçura, Əhməd 

Ağaoğlu, Məmməd  Əmin Rəsulzadə, Nəsibbəy Yusifbəyli, 

Mirzə Cəlil, Məhəmməd Hadi, Sabir, Hüseyn Cavid, Mikayıl 

Müşfiq kimi ölməz oğullarımızın mənəvi atası, böyük filosof, 

ustad  şair, mahir rəssam, incə musiqiçi, dərin mütəfəkkir, 

əvəzsiz həkim, kamil natiq, alovlu publisist, orijinal tərcüməçi 

Əli bəy Hüseynzadə (1864-1940) dünyanın saysız ölkələrinin 

ensiklopediyalarına düşmüş, millətimizin adını dünyaya 

yaymış dahi yurddaşımızdır» (25, 55). 

«Düşünürlər» üzərində böyük təsiri olan Əli bəy 1881-ci 

ilin yanvar ayından 1919-cu ilin mart ayına qədər Bakıda rus 

dilində  nəşr olunan, 10065 nömrəsi ilə  mətbuat tarixində 

müəyyən yer tutan, uzunömürlü qəzetlərdən olan «Kaspi»də 

redaktorluq etmiş (Ə.M.Topçubaşovdan sonra), sonra Bakıda 

«Kaspi» mətbəəsində ana dilində çap edilən, ilk nömrəsi 7 

iyun 1905-ci ildə, son nömrəsi 3 sentyabr 1906-cı ildə (və 

cəmi 325 nömrəsi) çıxan «Həyat» qəzetində  (Əhməd bəy 

Ağayevdən sonra, 103-cü nömrədən etibarən), daha sonra isə 

«Füyuzat» jurnalında redaktorluq etmiş, türk xalqlarının 

problemlərini mətbuat vasitəsilə  həll etməyə çalışmışdır. 

«Yalnız rus ve qarb edebiyatlarını değil, Iran ve Osmanlı 

edebiyatlarını da çok iyi bilen ve bilhassa Osmanlı 

edebiyatının  Şinasi ve Kemal‘den Hamid, Ekrem ve Tevfik 

Fikret‘e kadar gelen, teceddüd safhalarına tamamiyle vakıf 

olan Ali bey Hüseyinzade, 1906-1907 yıllarında neşrettiği 

Füyuzat mecmuası ile, azeri edebiyatının tekamül tarihinde 

çok derin bir iz bırakmıştır» (41, 146). Əli bəyin ədəbi-mədəni 

dili «ərəb və  əcəm» dili mühitindən yetişmiş, onun dilçilik 

 

7




 

 

görüşləri Rusiya ərazisində ilk türkdilli gündəlik qəzet olan 



«Həyat»ın səhifələrindən başlayaraq yayılmış, «Füyuzat»da 

yüksək zirvəyə çatmışdır. Onun «Həyat»da işıq üzü görən 

türklərin irq və dillərinin tədqiqinə  həsr edilmiş monumental 

əsəri-«Türklər kimdir və kimlərdən ibarətdir» adlı yazısı, 

«Yazımız, dilimiz, «Ikinci il»imiz» adlı məqaləsi soy-kökünü 

yüksək qiymətləndirən, ona son dərəcə sadiq olan əsil dilçi 

fikirlərinin mənbəyidir. «Ali beyin Füyuzat ile mükemmel bir 

şekil alan üslubu yumuşak, tatlı  və  şendir (38, 41). Dərin, 

yeni, gözəl, «nüktəli» (dərin mənalı) sözlər söyləyən, çox 

yüksək nitq mədəniyyətinə malik olan Əli bəyin məfkurə 

məqsədi onun dilində də özünü göstərir.  

Əli bəy Hüseynzadə  həyatı boyu türkçülüyə xidmət 

etmiş və türkçülüyü ideologiya  səviyyəsinə qaldırmış böyük 

bir şəxsiyyət olmuşdur. «Türkçülük türk millətini yüksəltmək 

deməkdir» (20,31) Onun 1905-ci ildə Tiflisdə irəli sürdüyü 

fikir və təklifi –Türkləşmək, Islamlaşmaq, Müasirləşmək, türk 

xalqlarının modernləşməsində  əsas yolu göstərirdi və 

zamanına tamamilə uyğun idi. Həmin üçlü düstur sonralar 

ehtiraslı  tərəfdarlar qazanmış, türk dünyasında Ziya Göyalp 

kimi bir dəyərin formalaşmasına səbəb olmuş  və  təsadüfi 

deyildir ki, Əli bəyin dəyərini anlayanlar onu «Yalavac» 

(Məhəmməd peyğəmbərə verilən adlardan biri) 

adlandırmışlar.Türk xalqları  və onların dili onu yaşamı boyu 

düşündürən bir problem kimi diqqəti çəkir. Müxtəlif mətbuat 

orqanlarında türk xalqlarının problemlərini, xüsusilə  də dil 

məsələlərini işıqlandıran yazıları buna ən mükəmməl 

örnəkdir.  Əli bəyin «Kaspi» qəzetində azərbaycanlıların 

haqlarını  tələb və müdafiə edən yazıları, «Türk» qəzetinə 

göndərdiyi, Y.Akçuranın «Üç tərzi siyasət» məqaləsinə 

yazdığı cavab xarakterli «Məktubi-məxsus» («Turani» imzası 

ilə), «Həyat» qəzeti və «Füyuzat» jurnalında türk 

mövzusundakı yazıları  və Azərbaycandan getdikdən sonra 

iştirak etdiyi mətbuat orqanlarındakı («Türk yurdu», «Xalqa 

 

8




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə