Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 

və  nəhvi bilkülliyyə yaddan çıxardıb, artıq bir neçə türkcə 



sözü fars, ya rus nəhvinə  tətbiqən yan-yana düzərək ifadeyi-

məram etmək istəyirdilər».  Əli bəy  şivə nöqsanları içində 

yersiz olaraq rus sözlərinin işlədilməsini də qeyd edirdi və 

göstərirdi ki, əgər onlara üstünlük verilsə, türk hərfləri ilə 

rusca yazmağa gətirib çıxara bilər. Ayrı-ayrı şivələrin inkişafı, 

onlarda özünü göstərən qüsurlu cəhətlərin Azərbaycan dilinin 

parçalanmasına, tənəzzülünə  səbəb olaraq fəsadlı  nəticələr 

verəcəyini Əli bəy əvvəlcədən görür və dilin gələcəyi naminə 

şivələri birləşdirməyi onların aid olduğu əsas dilin tərəqqisini 

təmin edən amil kimi qiymətləndirirdi. 

Dil məsələləri ilə bağlı sonrakı iki məqsəd bir-biri ilə 

əlaqəlidir və biri digərini tamamlayır. Istanbul türkcəsinə 

yüksək münasibət göstərən Əli bəy bütün Azərbaycanda belə 

münasibət formalaşdırmağa çalışırdı. O, Osmanlı (Türkiyə) 

dilini «dərin fikirlər», «ən nazik, ən rəqiq hissləri ifadəyə» 

qadir olan yüksək dil kimi qəbul edir və onun hər hansı bir 

Avropa dili ilə  rəqabət edə biləcəyini göstərirdi. Türk dilinə 

məxsus olan qayda-qanunlar «daha bəsit», «daha asan» və 

«daha mükəmməl» olduğundan onu inkişaf etdirməyin  ən 

düzgün yol olduğunu  Əli bəy faktlarla əsaslandırırdı. 

«Yazıları, dersleri ve müsahabeleri ile yeni azeri neslinin 

edebi terbiyesi ve fikri tekamülü üzerinde şiddetle müessir 

olan Ali bey Hüseyinzade... hakiki bir sanatkar ruhuna 

malikti; Hamid ile Fikret‘e ve onların ellerinde kudretli ve 

ahenkli bir ifade vasıtası şekline giren edebi Istanbul lehcesine 

hayrandı. Yeni açılacak türk mektepleri ve matbuatı vasıtası 

ile, bu lehceyi Kafkasya türkleri arasında edebi lehce olarak 

yaymak ve yeni azeri edebiyatını bu lehce üzerine kurmak 

istiyordu» (42, 146). 

Istanbul ləhcəsinin islahı  gələcək ali məqsədə-vahid 

ümumtürk dilinə nail olmaqda əsas vəzifələrdən biri idi. Ona 

görə  də  Əli bəy və digər füyuzatçılar Istanbul türkcəsini 

Azərbaycan dilinə yaxınlaşdırır və XX yüzilin əvvəlində 

 

12




 

 

mətbuatda həmin dilin işlənmə dairəsini genişləndirirdilər. 



Bütün türk dillərinin vahid halda birləşdirilməsi aktual bir 

problem olaraq irəli sürülürdü: «Türkcə  ləhcələr üzərinə 

həmcins və  həmcivar bulunan sair Turan lisanlarının da 

təsiratını unutmamalıdır. Heç şübhə yoxdur ki, lisani-əsliyi-

türk müxtəlif səbəblər təhtində  təhəvvülata uğramaqdan və 

başqa dillərin təsiratına məruz bulunmaqdan bir an xali 

qalmamışdır» (24, 221). Türk dilinin parçalanıb müxtəlif 

qollara ayrılmasında iqlim şəraitini, coğrafi mühiti, başqa 

xalqlarla münasibəti, müxtəlif məzhəblər və onlar vasitəsilə 

gətirilən xətt və «lisani-dini» də  səbəblərdən biri hesab edən 

Əli bəy bütün türklərin ortaq bir dildən istifadəsini nəzəri 

baxımdan  əsaslandırır və türk dilinin islah olunması 

məsələsini qətiyyətlə irəli sürürdü. Əli bəy Istanbul şivəsinə 

«mükəmməl bir türkcə» kimi qiymət verir və qeyd edir ki: 

«Lisani-farsı bir əsrdən bəri tədəniyə üz tutduğu halda 

(«Həqayiq»in lisanı da buna dəlil ola bilir), lisani-türki 

gündən-günə tərəqqi və təali etməkdədir» (24, 184). 

1905-ci ildə Nijni Novqorodda I Rusiya Müsəlmanları 

Konqresində  Əli bəy  Azərbaycanı  təmsil edən nümayəndə 

kimi iştirakçı olmuşdur.  Əlimərdan Topçubaşov,  Əhməd 

Ağaoğlu, Fərrux Vəzirov və Əli bəy Hüseynzadə Konstitusiya 

tələb etmək üçün Peterburqda general Trepovun intriqalarına 

baxmayaraq mübarizə  nəticəsində istəklərini tam olmasa da, 

baş nazir Vitteyə  qəbul etdirmiş, beləliklə, dumaya 

azərbaycanlılardan da üzv seçilməsi təklifini vermiş  və ana 

dilində yeni bir qəzet çıxarılmasına icazə almışdı.  Əslində,  

Peterburqa həm azərbaycanlılar, həm də Qafqaz müsəlmanları 

heyət göndərmək fikrində idilər. Bəziləri (Irəvandan gələnlər) 

qorxduğu və çara sədaqətini sübut etmək üçün heyətdən 

ayrılmışdı. 

Əli bəyin Türkiyədə «Türk dərnəyi»ndə  iştirakı onun 

türklük istiqamətindəki fəaliyyətinin qaynar dövrlərindəndir. 

«Türk dərnəyi»ni Rusiyadakı  təzyiqlərdən qaçıb Istanbula 

 

13




 

 

pənah aparan türklər 18 yanvar 1908-ci ildə yaratmışdılar. 



Məqsəd Türk dünyasını tanımaq və tanıtmaq idi. 

Ə.Hüseynzadə Bakıdan Istanbula dönən kimi 4 dekabr 1910-

cu ildə həftənin 1-ci günü onun üzvü olmuşdur. 1910-cu ildən 

sonra Türkiyədəki həyatı tibbi fəaliyyətlə yanaşı, dərnək işləri 

içində konfrans və konqreslərə  həsr edilmiş, elmi və siyasi  

məqsədlə dövlət tərəfindən müxtəlif ölkələrə getmişdir. 

«Edebiyatla ilgisi yazmaktan ziyade okumak şeklinde 

olmuştur»  (40, 19).  

Əli bəy 1911-ci ildə Selanikdə konfrans keçirmiş, onun 

konfransdakı  məruzəsi Selanik türklərinə çox böyük təsir 

göstərmişdir. 18 avqust 1911-ci ildə Aqil Muxtar, Məmməd 

Əmin,  Əhməd Hikmət,  Əhməd Ağaoğlu, Yusif Akçura ilə 

birlikdə «Türk yurdu» dərnəyini qurmuş və onun orqanı olan 

«Türk yurdu» dərgisini çıxartmışdır. 

Əli bəy Istanbulda Qafqaz Türkləri Maarif Cəmiyyətinin 

(1913), Yüksək Sağlıq Məclisinin (1916), Türk-Macar 

Dostluq Yurdu Ümumi Mərkəzinin (1916) üzvü olmuşdur. 

I Dünya müharibəsindən sonra Rusiyanın dağılması 

labüd idi. Orada yaşayan türklərin dini və  mədəni 

muxtariyyətləri, seçki sistemində  dəyişikliklər edilməsi və s. 

məsələlərlə bağlı dövlətləri məlumatlandırmaq üçün Rusiya 

Müsəlmanları, Türk-tatar Millətlərinin Müdafiə  və Hüquq 

Cəmiyyəti qurulmuşdu. Cəmiyyətin göndərişi ilə 10 dekabr 

1915-ci ildə Turan Heyəti tərkibində  Əli bəy Hüseynzadə, 

Yusif Akçura, Krımlı Məmməd Əsəd Çələbizadə, Buxaradan 

Mühiməddin Bəycandan ibarət heyət Avropaya getmişdi. 

Heyət Sofiya, Budapeşt, Vyana və Berlində görüşlər keçirmiş, 

Əli bəylə Y.Akçuranın müəllifliyi ilə Budapeştdə alman 

dilində çap olunan kitabçada yazılmışdır: «Rusiya öz təbəəsi 

olan Türk və digər müsəlman xalqlarının  ən təbii, qanuni və 

müqəddəs haqlarını zorla əllərindən almışdır. Onların öz 

soydaşlarıyla hər cür təmas və  əlaqələri qadağan edilmişdir, 

məsələn, Qazanlı  və Qafqazlı bir türkə, Türküstan və  Qırğız 

 

14




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə