Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 

bölgələrindən mülk və torpaq almaq qəti qadağandır; Rusiya-



dakı türklər  ən müqəddəs dini vəzifələrini belə yerinə 

yetirməkdən məhrumdurlar, hər cür mədəni və milli təhsil 

imkanı  əllərindən alınmışdır». Rəsmi yazı  «Əlimizi sənaya 

qaldıraraq yalvarıyoruz, bizi Rus zəncisindən qurtarınız» 

cümləsi ilə bitir (40, 20-21). Bu nota Yusif Akçura və Əli bəy 

tərəfindən bütün Avropa dövlətləri başçılarına verilmişdi. 

Heyət sonra Vyanada Avstriya dövlət adamlarından bu işdə 

onlara kömək etmələrini istəmiş, 1916-cı ilin yanvar ayında 

isə Berlində «Türk Qövmləri konqresi»ndə  iştirak etmişdir. 

Fevral ayında heyət Türkiyəyə qayıtmışdır. Türk-tatar 

heyətinin daxil olduğu Rusiya Məzlum Millətləri Cəmiyyəti 

tərəfindən 18 may günü Amerikanın naziri Vilsona teleqram 

vurulmuş (Əbdürrəşid Ibrahim, Əhməd Ağaoğlu,Y.Akçura və 

Əli bəyin imzaları ilə), Rusiyada təzyiq altında yaşayan mil-

lətlərin istəklərinin eşidilməsi və onların tərəfdarı olaraq 

fəaliyyətə başlanılması istənmiş, «imdadımıza gəlin, bizi yox 

olmaqdan qurtarın» sözləri ilə sona çatmışdır. 

27-29 aprel 1916-cı ildə Lozanda III Millətlər Birliyi 

Konfransı daha böyük bir heyətlə (Y.Akçura, Əbdürrəşid 

Ibrahim (Kazan), Mühiməddin Bəycan (özbək), Məmməd 

Səfər  Əhmədov (qazax və  qırğızlar adından),  Əhməd Saib 

Qaplanov (qumuq), Seyid Tahir (Dağıstan), M.Əziz (çərkəz), 

Ağaoğlu  Əhməd,  Əli bəy (Azərbaycan) Rusiya Müsəlman 

Türk tatarlarının Müdafiə  və Hüquq Cəmiyyəti adına 

konfransda iştirak edənlər təmsil etdikləri xalqın tələblərini 

irəli sürmüş, tələblər 18 səhifəlik risalə  şəklində çap 

edilmişdir.  

Sonra Rusiya Məzlum Millətləri Cəmiyyəti tərəfindən 

bir toplantı  tərtib edilmişdir. Rusiya Müsəlmanları adından 

dini, mədəni, qanuni bərabərsizliklərin aradan qaldırılmasını, 

seçki sistemində  dəyişiklik edilməsini Qərb dövlətlərindən 

istəyirdilər. 

 

15



 

 

Əli bəy 14 avqust (bəzi miəlumatlara görə 17 iyul) 1917-



ci ildə Stokholmda keçirilən Millətlərarası Sosialist 

konfransına gedərkən Berlində Alman sosialist liderlərindən 

biri olan Fr. Ebert ilə görülmüş, konqresdə «Milliyyət və 

Çoğunluk» (Milliyyət və əksəriyyət (say üstünlüyü) mövzusu 

ətrafında Rossanovla mübahisəyə girmişdir:  «Bu konqrede 

dikkate değer bir tebliğ okudu» (45, 269).Konqresdə Əli bəy 

«Osmanlı dövlətində milliyyətlər məsələsi dünya millətlərinin 

müstəqillik əldə etmələrinə bağlıdır» fikrini əsas tutaraq çıxış 

etmişdir. 

1918-ci ildə Nurəddin bəy Xudayarxanov, Sədrəddin 

Xan (Türküstan), Əbdürrəşid Ibrahim (Sibir), Osman 

Tokumbet və Bahaəddin (Kazan), Həlim Sabit və  Əli bəy 

Isveçrədə büro təşkil edib Tələt Paşanın yardımı ilə 27 

oktyabrda Istanbuldan çıxmış, kömək üçün Fuad Köprülü də 

heyətə daxil edilmişdir. Heyət Varnaya gəldiyində 

Macarıstandakı qarışıqlığa görə Odessa-Almaniya istiqaməti 

ilə yoluna davam etmiş, Kiyevdə Almaniya təmsilçisi Baron 

Mumla görüşmüş və bu zaman Almaniyada qarışıqlıq olduğu 

üçün yollar bağlandığından noyabr ayında Istanbula qayıtmış, 

sonra Türküstan (Orta Asiya) ölkələrinə getmişdir. Əli bəyin I 

Dünya müharibəsindən sonra 1918-ci ildə hökumət tərəfindən 

Azərbaycan milli dövlət quruculuğu mövzusunun müzakirəsi 

üçün Bakıya göndərilməsi haqqında məlumatlar var. Həmin 

vaxtlar  Əli bəy konfranslarda milli Azərbaycan dövləti 

qurulması haqqında mövzulara müraciət edirdi. Əli bəy Türk 

ölkəsi kimi Transqafqazda ayrı türk və gürcü dövlətləri

Qafqaz federasiyası və ya türklərin yaşadığı ərazilərin valiliyi 

ilə Osmanlı dövlətinə bağlanması yolunu anladırdı. 

Əli bəyin «Azərbaycanda düşündüklərim», Səməd 

Ağaoğlunun «Atamdan xatirələr» adlı  əsərindən  Əli bəyin 

Əhməd Ağaoğlu ilə birlikdə aprel ayında Batum və Gəncədə 

olduğu məlumdur. O, Gəncədə Nuru Paşanın da yanında 

olmuş və orada Azərbaycan ziyalıları ilə birlikdə ölkədə milli 

 

16




 

 

dövlət qurulması sahəsində çalışmışdır. «Birinci Dünya 



Savaş‘ının sonunda hükumet tarafından Kafkasiya‘ya memur 

edildi ve bu sırada Azerbeycan‘ın milli bir devlet halinde 

kurulmasına çalıştı. Azerbeycanın Istanbul elçisi olarak 

gönderilmiş olan Yusif Vezirli‘nin Azerbeycan Türk edebiyatı 

tarihini yazması ve yayınlamasına yardım etti (1919)» (45, 

269). Ehtimal ki, Əli bəy 4 aprel 1918-ci ildə Azərbaycan və 

Türkiyə arasında imzalanan bağlaşmada vəzifəyə  təyin 

edilmiş, 24 apreldə Qafqaz dövlətlərinin Zaqafqaziya 

məsələsini həll etmək üçün Istanbulda təşkil olunmuş 

konfransa gedən M.Ə.Rəsulzadənin başçılıq etdiyi 

Azərbaycan heyəti və Qafqaz dövlətləri nümayəndələri ilə 

birlikdə Gülnihal adlı gəmi ilə Istanbula qayıtmışdır. Əli bəyin 

həmin sazişlə bağlı 4,5 və 6 aprel gecələrinə aid yemək 

siyahısı olan sənədləri qalır. 

Əli bəy 1926-cı ildə Fuad Köprülü ilə Bakıda keçirilən I 

Türkoloji Qurultaya gəlmişdir. Vətənində yüksək səviyyədə 

qarşılanmış, mətbuatda haqqında yazılar və  şəkilləri çıxmış, 

əsərləri nəşr edilmiş, onun haqqında sənədli film çəkilmişdir. 

1936-cı ildə Dolmabağça Sarayında III Türk dili 

Qurultayına üzv seçilmiş-dir. 

Ömrünün son illərində Azərbaycanda repressiyanın 

gücləndiyi zaman Azərbaycana gəlmək istəmiş, lakin bundan 

xəbər tutan H.Cavidin məşhur türkoloq Samoyloviç vasitəsilə 

ona göndərdiyi şer-məktub bu işin qarşısını almışdı:  

Sən ey yüksək fəzalardan gələn səyyahi-zərrinpər, 

Uzaq, ey nəcmi-geysudər, uzaq get, ərzə yaklaşma! 

Uzaqdan pək gözəlsin, mənzərən pək dadlı, pək dilbər, 

Məhəbbət yox təqərrübdə, bu mehrəqdən saqın şaşma! 

17 mart 1940-cı ildə (bazar günü) bacanağı Kamal 

Muxtar Özdənlə ingilislərin Hindistana zülm etməsi barədə 

danışarkən ürəyi dayanmışdır. Kitabxanasında Əli bəyə aid bir 

sıra sənədləri saxlayan Hilmi Ziya onun vəfat tarixinin 1942-

ci il olduğunu göstərir (45, 270). 

 

17




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə