Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 

 

alıb asanlıqla qrammatikasına görə  dəyişməsi xüsusiyyətini 



Əli bəy onun çox əlamətdar keyfiyyəti kimi səciyyələndirirdi. 

«Türk qəvaidi o qədər sadə, o qədər gözəl və məntiqə müva-

fiqdir ki, onunla ülfət edən türk heç bir vaxt anı  tərk eləyib, 

ərəbin qəvaidini qəbul edəməyəcəyi aşkar idi». Beləliklə, 

türkləri ərəbləşmək təhlükəsindən  xilas edən dil olmuşdur. 

Milli duyğu və düşüncələr ruhunda yazılmış bu əsərdə 

(Əli bəyin bütün əsərlərində belə bir ruh, özü də adi yox, 

yüksək ruh var) problem ortaya qoyulur, məsələnin tarixi və 

ona olan münasibətlər xatırlanır, sonra məqsəd aydınlaşdırılır; 

onun tədqiqinin zəruriliyi əsaslandırılır və bunun üçün optimal 

yollar göstərilir. Bu, Əli bəyin publisistikası üçün ən populyar 

üslubdur. Millətin itirməkdə  və ya unudulmaqda olan 

dəyərlərinin əldən çıxmaq narahatlığı Əli bəyi bütün fəaliyyəti 

boyu təqib etmişdir. O, bu narahatlıq və  təhlükədən xilas 

olmağın, uzaqlaşmağın çarələrini axtarıb tapırdı. Türk 

millətinin dil tarixini, coğrafiyasını tanımaq, bilmək milli 

borc, vətəndaşlıq vəzifəsi hesab edilir. Zahirdə «həqiqi», 

batində «saxta» millətçilərin, «vətənpərvərlər»in, yalançı 

tarixçilərin millətçilik- türkçülük hisslərindən bixəbərlərin 

«burjua millətçisi», «pantürkist» kimi tanıtdığı  Əli bəy 

millətimizin dili, tarixi, etnoqrafiyası, mədəniyyəti ilə bağlı 

xüsusi coşğunluqla yazılmış əsərlər müəllifidir. Həmin əsərlər 

millətimizin azadlığı, tərəqqisi uğrunda onun ən kəsərli 

silahıdır. Bu baxımdan,  Əli bəy həmişə prinsipial mövqedə 

dayanmış  və azadlıq, ittihad məfkurəsinə sadiq qalmışdır. 

Təəssüf ki, Əli bəy kimi aydınlara «laf» deyən «özünə turançı 

deyib xəyal buludu içində üzən bir bölük saxta millətçilərdən 

və beşiyi başında yad südü əmib millət fikrinə düşmən 

kəsilərək müstəmləkəçi dövlətin mədəni vəzifələrini 

müdafiəyə qalxan, tör-töküntüləriylə də imperializmin buyruq 

qulları olan tarixçi alimlər» (2, 422) sonralar neçə-neçə  Əli 

bəyləri xalqa və dünyaya yanlış tanıtdılar, lakin onları milli 

yaddaşdan çıxara bilmədilər. Əbdülhəq Hamidin fikri ilə ifadə 

 

42




 

 

olunsa, Günəşin bir müddət doğmaması onun qeyb olması 



demək deyildir.  

Əli bəyin ideyaları ölmədi və ölə bilməzdi, çünki onlar 

türkçülük ideyaları idi və böyük bir millətin gələcəyinə xidmət 

edirdi.  

Ə.Hüseynzadə türk xalqlarının soy-kök, tarix, 

etnoqrafiya, dil məsələləri ilə bağlı  tədqiqatları ilə özünün 

dərk etdiyi həqiqətləri anlatdı, elmi informasiyalar xəzinəsinin 

ağzını açdı. «Romantiklərin nümayəndələrinin  ədəbi 

yaradıcılığında tarixi keçmiş, din, xalqın azadlıq və 

istiqlaliyyət uğrunda mübarizəsi mövzuları  əsas yer tuturdu» 

(6, 240). 

Əli bəy Hüseynzadə türk xalqları içərisində oğuz, uyğur 

və  qırğız xalqlarının tarix baxımından  ən qədim olduğunu 

göstərir. Oğuz türkləri «tu-ku-ye», «turok», «türk» və s. 

adlarla tarix səhnəsinə ilk atılan və  mədəni tərəqqiyə mailk 

olan türklərdir.  

Oğuz türklərinin çox qədim olduğunu  şərqşünas 

alimlərin, demək olar ki, hamısı  qəbul etmişdir. «Miladdan 

öncə minillər boyu qədim Azərbaycanda yaşayan türk boyları 

3-4 min il əvvəl müxtəlif qollara ayrılmış, bir qolu Türküstan 

tərəfə köçmüş, digər qolu isə Urmu gölü hövzəsində 

qalmışdır. Doğuya gedən türklər V əsrdən sonra böyük Göy-

Türk imperiyasını qurmuşdur. Bu türklər haqqında Çin 

mənbələrində, Orxon-Yenisey türk abidələrində  və digər 

qaynaq-larda kifayət qədər məlumat vardır. Müxtəlif dillərdə 

yazılmış  sənədlərdə  tukyu  (çin),  türküt  (monqol),  tork (fars-

erməni) və öz dillərində  türük, türk adlanan türk-lərin doğu 

qolu elmi ədəbiyyatda geniş  işıqlandırılmışdır, lakin Ata 

yurdda qalan türklər barədə bunu söyləmək olmaz, çünki 

indiyə  qədər bu sahədə  tədqiqat aparıl-mamış, yalnız akkad 

yazılarında bir-iki yerdə adı  turukki  şəklində oxunan tayfala-

rın türk olması fikri söylənmişdir» (2, 41). 

 

43



 

 

Əli bəy Hüseynzadə  oğuz türklərinin dili ilə bağlı 



araşdırmaların yetərincə olmadığı fikrindədir. «Əssənəyi-

məzkurənin (türk dillərinin) künhi, cəddi-əlası qayət qədim və 

vahid bir lisani-əsliyi-turani olmaq möhtəməl isə də ancaq bu 

lisani-əslinin mahiyyəti hənuz layiqiylə anlaşılmamışdır». 

Lakin bununla belə, o, Orxon-Yenisey abidələrinin tədqiqini, 

bu kitabələrin türk xalqlarına məxsus olduğunun sübut 

edilməsini dəyərli bir elmi hadisə hesab edir. «Bu tarixdən 

etibarən türk mədəniyyəti-qədiməsi üzərindən pərdə  rəf olub 

gündən-günə mühüm kəşfiyyat ilə elmi-əhvali-ətrak yeni bir 

tərəqqiyə məzhər olmaqda və üləmaya şən və şöhrət  vase bir 

meydan açılmaqdadır».  

Əli bəy bu abidələrin ən böyük dəyərini türklərin köçəbə 

və  bədəvi olmayıb qədimdən  əkinçiliklə  məşğul mədəni bir 

toplum olduğunu sübut etməsində görür. 

Orxon-Yenisey abidələrinin dilində  Əli bəyi daha çox 

heyran edən türk tarixinin, xüsusilə  də  qədim zamanlardan 

Bilgə xanın vəfatına qədərki hadisələrin «milli və şairanə bir 

surətdə» hekayə edilməsidir. Bu xüsusiyyət, həm də Əli bəyin 

qələminə  məxsus bir nömrəli keyfiyyətdir. Onun əsərlərində, 

hətta ən ciddi əsərlərində də millilik və şairanəlik vəhdətdədir. 

Əli bəy türk dillərindən danışarkən Orxon-Yenisey 

runlarının dilini çağdaş türk dillərinin «cəddi-əlası» hesab 

edən  əsil dilçilərin fikrinə ehtiramla yanaşır. O, türk xalqları 

içərisində dilini, əxlaqını daha çox mühafizə edən qırğızları 

yüksək qiymətləndirir. Qara uyğurlarla sarı uyğurların 

müqayisəsində isə xalis türkcəliyi qoruyub saxladığına görə 

ikincilərə üstünlük verir. 

Türklüyün tukuye (oğuz), uyğur və  qırğız adları ilə üç 

şöbədən ibarət olması, digər adlarla adlandırılan türklərin 

sonradan meydana çıxması  və  həmin adların xalqların 

mənsubiyyətindən irəli gəlməsi Əli bəy tərəfindən təhlilə cəlb 

edilir və  qırğızların hamısının türk şivəsi ilə danışması, 

dillərinin təbiiliyi, «əsla məktəb görməyənlərin belə bəlağətə, 

 

44




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə